Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3600/2020 29.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh və vəkili X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçı x qızı Cavabdeh qarşı iddia qaldıraraq, X n xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin artırılaraq cavabdehdən xx xxxxxxxx 2009-cu il təvəllüdlü oğlu X7 oğlunun və xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 160 manat olmaqla 2 uşağa görə 320 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)8454/2015 saylı xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxxxx 2009-cu il təvəllüdlü X7 oğlunun və xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 110 (bir yüz on) manat olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı x qızına verilməsi, Cavabd eh 20 (iyirmi) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Tağızadə (sərlik edən və məruzəçi), L.Məmmədova və A.Abbasov) xx xxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddiaçı x qızının apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli xnömrəli qətnaməsi dəyişdirilməsi, Sumqayıt Şəhər Məhkəməsinin x saylı xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxxxx 2009-cu il təvəllüdlü X7 oğlunun və xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 280 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı x qızına verilməsi, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumunun alınıb dövlət nəfinə ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işləyir, əmək haqqı alır, cavabdeh isə yeni nikaha girmişdir, əlavə iki övladı var, əmək haqqı aşağıdır, alimenti ödəməyə maddi imkanı çatmır. Bunları nəzərə almayan apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən iddiaçı Aygün Cəmilova işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, iddiaçının iştirakı olmadan i şə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Tərəflər xx xxxxxx 2008-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxxxx 2009-cu il təvəllüdlü X7 oğlu və xx xxxxxx 2011-ci il təvəllüdlü X4 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə A.O.Əhmədova arasında xx xxxxxx 2008-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış 1917 nömrəsi ilə qeydə alınmış nikah ın pozulması, birgə nikahdan anadan olmuş xx xxxxxxxx 2009-cu il təvəllüdlü X7 oğlunun və xx xxxxxx 2011-ci il təvəllüdlü X2 anaları A.O.Əhmədovanın yanına qalmaları və xx xxxx 2015-ci il tarixdən etibarən Cavabdeh hər iki uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (yüz) manat miqdarında və Cavabdeh qazancının 1/3 hissəsindən aliment tutularaq A.O.Əhmədovaya verilməsi qət edilmişdir. Cavabdeh V.X1 ilə xx xxxxxx 2016-cı il tarixdə ikinci dəfə nikaha daxil olmuş və bu nikahdan xx xxxx 2017-ci il tarixdə Ülvin adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı A.O.Cəmilova Sumqayıt şəhəri, 7 nömrəli tam orta məktəbdə kimya müəllimi işləyir və 323 manat aylıq əmək haqqı alır. «xxxx» MMC-nin xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh xx xxx 2015-ci il tarixdən «xxxxS» MMC-də satış üzrə menecer vəzifəsində çalışmış, hazırda direktor vəzifəsində çalışır və aylıq əmək haqqı 400 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müha fizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ail əvə ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödə məkdən azad edə bilər. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunun mənasına görə yeni ailə qurması, az gəlir əldə etmək, yaxud, hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikasının 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2019-cu il yanvarın 1-dən etibarən 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan R espublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayanmaddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə Kollegiyası, cavabdehin yeni nikaha girməsi, əlavə iki övladının olması, əmək haqqının aşağı olması, alimenti ödəməyə maddi imkanının çatmaması barədə kassasiya şikayətində göstərdiyi dəlillərlə razılaşmayaraq bildirir ki, həmin hallar aliment məbləğinin uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan xeyli dərəcədə az müəyyə n edilməsi üçün əsas ola bilməz. Çünki, qanunvericilikdə alimentin tutulması üçün valideynin işləməsi və kifayət qədər maddi imkana malik olması məcburi şərt kimi müəyyən edilməmişdir. Hətta Ali Məhkəmə yuxarıda qeyd edilən qərarında vurğulamışdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, q ətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. xnömrəli
Məhkəmə qərarları › İş №2(102)-3600/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3600/2020
29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver