Məhkəmə qərarları › İş №2(102)-3600/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3600/2021

19.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3600/2021 19.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1332/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 a vqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X12 İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X tərəfindən 31 may 2018-ci il tarixdə qəbul edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində 14 avqust 1952-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan İddiaçı tanınması və onun ibtidai istintaq zamanı iştirakının təmin edilməsi qərara alınmışdır..

2. X12 İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X tərəfindən 03 avqust 2018-ci il tarixdə qəbul edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxx 1978-ci ildə Or dubad rayounda anadan olmuş, əvəllər məhkum olunmamış, subay, heç bir yerdə işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan, 30 may 2018-ci ildə barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması və axtarışı elan edilməsi haqqında qərar qəbul edilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması qərara alınmışdır. Qeyd olunan qərarda müəyyən edilmişdir ki, X15 27 aprel 2018-ci il tarixdə, saat 1140 radələrində X13 Aeroportunun 1 nömrəli Terminalının birinci mərtəbəsinin “B” girişində quraşdırılmış ATBİ-nin X-Ray monitorunda yoxlamadan keçən Bakı-İstanbul aviareysin sərnişini Azərbaycan Respublikası vətəndaşı İddiaçı məxsus olan, içərisində həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mərkəzi Bankın AZN məzənnələr i ilə hesablanaraq 1 ABŞ dolları 1.70 manat olmaqla, 21.250 manat təşkil edən 12.500 ABŞ dolları və 230 manat olmaqla cəmi 21.480 manat pul olan əl çantasını gizli yolla talayaraq zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir.

3. X12 İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X tərəfindən 16 oktyabr 2018-ci il tarixdə qəbul edilmiş cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, ********* saylı cinayət işi üzrə təqsiləndirilən şəxs X6 yeri məlum olunub, istintaqa gətirilənədək cinayət işi üzrə icraatı dayandırılmışdır.

4. X12 İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X tərəfindən 09 de kabr 2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Azərbaycan vətəndaşı (Pasp. CO ********) X15 27 aprel 2018-ci il tarixdə, saat 1140 radələrində X13 Aeroportunun 1 nömrəli Terminalının birinci mərtəbəsinin “B” girişində quraşdırılmış ATBİ-nin X-Ray monitorunda yoxlamadan keçən, Bakı-İstanbul aviareysin sərnişini Azərbaycan Respublikası vətəndaşı İddiaçı məxsus olan, içərisində həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mərkəzi Bankın AZN məzənnələri ilə hesablanaraq 1 ABŞ dolları 1.70 manat olmaqla, 21.250 manat təşkil edən 12.500 ABŞ dolları və 230 manat olmaqla cəmi 21.480 manat pul olan əl çantasını gizli yolla talayaraq zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. 08 may 2018-ci il tarixdə təhqiqat materialları əsasında oğurluq faktı üzrə Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, icraatda olan cinayət işi üzrə təqsirləndirilən şəxs X15 Azərbaycanda X kimi şəxsiyyət vəsiqəsi almışdır. Belə ki, cinayət işi üzrə 30 may 2018- ci il tarixdə cinayət işi şübhəli şəxs X6 yeri məlum olmadığı üçün barəsində axtarış elan edilmişdir. 06 avqust 2018-ci il tarixdə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. 06 avqust 2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən cinayət işi üzrə təqsirləndirilən X15 barəsində 2 ay 5 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə icraat 16 oktyabr 2018ci i l tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsi ilə cinayət işi üzrə ibtidai istintaq dayandırılmışdır. 13 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş məktub öyrənilərkən X Azərbaycan Respublikası vətəndaşının olduğu təsdiq edilmişdir. 27 aprel 2018-ci il tarixdə X Beynəlxalq Aeroportundan Bakı-İstanbul aviareysi ilə uçub gedərkən hava limanında sərhəd yoxlama məntəqəsinə 15 oktyabr 2015-ci il tarixdə CO ******* nömrəli Azərbaycan Respublikası ümumvətəndaş pasportunu təqdim etmişdir. Cinayət işi üzrə 27 aprel 2018-ci il tarixdə X13 Aeroportunda aparılan videoçəkiliş, şahid qismində X2, X4, X5, X1 ifadələri, onların iştirakı ilə “İfadənin yerində yoxlanması” istintaq hərəkəti, tərtib edilmiş fotocədvəl, dəfələr lə çağırışlara əhəmiyyət verməməsi kimi hallar, cinayət işi üzrə barəsində axtarış elan edilməsi, təqsirləndirilən şəxs X öz təqsirini (məsuliyyətini) başa düşərək qəsdən istintaqda yayınaraq gizlənməsinə dəlalət edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh X qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.500 ABŞ dollarının və 230 manat pulun, 937,5 ABŞ dolları və 17,25 manat pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə, 90 manat vəkilə ödənilmiş xidmət haqqına görə, 30 manat dövlət rüsumuna görə, cəmi 13.437,5 ABŞ dolları və 367,25 manat pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (X 15) 27 aprel 2018-ci il tarixdə, saat 1140 radələrində Heydər Əliyev adına X3 məxsus içərisində 12.500 ABŞ dolları və 230 manat olan çantasını gizli yolla talamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyat Baş Polis İdarəsinin X17 İdarəsində araşdırılma aparılmış və Heydər Əliyev adına X10 1 nömrəli Terminalının birinci mərtəbəsinin “B” girişində quraşdırılmış ATBİ-nin X-RAY monitorunda keçirilmiş yoxlama ilə fakt öz təsdiqini tapmışdır. Oğurluq faktı üzrə 08 may 2018-ci il tarixdə X12 İdarəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cavabdehin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın surətindən isə görünür ki, Cavabdeh ********* nömrəli ci nayət işi üzrə təqsirləndirilən şəxsdir və o, İddiaçı 12.500 ABŞ dolları və 230 manat məbləğində maddi ziyan vurmuşdur. Ərizəyə əlavə edilmiş ********* nömrəli cinayət işi üzrə aparılan ibtidai istintaqın dayandırılması haqqında qərarın surətindən görünür ki, Cavabdeh istintaqdan gizləndiyinə görə onun barəsində axtarış elan olunmuş və bununla əlaqədar cinayət işinin icraatı dayandırılmışdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-726/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia qismən təmin edilmiş, cavabdeh X 12.500 (on iki min beş yüz) ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və 230 (iki yüz otuz) manat məbləğində dəymiş zərərin, həmçinin 27 (iyirmi yeddi) mana t dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh X iddiaçıya məxsus içərisində 12.500 ABŞ dolları və 230 manat pul olan əl çantasını gizli yolla talayaraq sonuncuya xeyli miqdarda ziyan vurması, ziyanın ödənilməsindən qəsdən boyun qaçırması işin mübahisəsiz hallarıdır, belə ki, qeyd edilən hallar həm iş materialları ilə, həmçinin məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə öz təsdiqini tapmışdır.

9. Məhkəmə iddia tələbinin “əldən çıxmış fayda kimi 937,5 ABŞ dollarının və 17,25 manat məbləğində pulun və “vəkilə ödənilmiş 90 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1332/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), X.Cəmilova və E.Mehdiyev) apellyasiya şikayəti təmin olunmuş, Binəqədi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və İddiaçı cavabdeh X qarşı “pul tələbi barədə” iddiası rədd olunmuşdur.

13. Apelyasiya instan siyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tələbin əsası kimi istinad olunan hal sübut olunmur. Tələb əl çantasının deyil, pulun qaytarılmasıdır. Şərti olaraq belə hesab olunsa ki, iddiaçı tərəfin təqdim etdiyi sübutlar əl çantasının cavabdeh tərəfindən götürüldüyünü təsdiq edir. Belə halda sual əmələ gələcək ki, həmin çantanın içərisində 12.500 ABŞ dolları və 230 manat məbləğində pul olduğu hansı sübutlarla təsdiq olunur ? Bu, təsdiq olunmur. Əl çantasının içərisində 12.500 ABŞ dolları və 230 manat məbləğində pul olduğunu yalnız iddiaçı bildirir, bunu təsdiq edən mötəbər sübut yoxdur.

14. İstintaq orqanının - X12 İdarəsinin İstintaq Bölməsinin cinayət təqibi üzrə qərarlarında (cinayət işi başlama, təqsirləndirilən şəxs kimi tanıma, zərər çəkmiş şəxs kimi tanıma və s.) 12.500 ABŞ dolları və 230 manat məbləğində pulun talanması qeyd olunsa da bu qərarlar məhkəmə üçün predyudisial əhəmiyyət daşımır. Mülki-Prosessual Məcəllənin preyudisiya müəyyən edən 82.4-cü maddəsində “cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərar” deyiləndə məhkəmə qərarı nəzərdə tutulur.

15. Türkiyəyə mal aparmaqda cavabdehə Hava Limanında kömək etmiş 2 şəxsin izahatı istintaq orqanı tərəfindən alınıb. Bu şəxslər X11 və X. Onlardan birinin – X2 izahatından (iş v. 146-148) görünür ki, konveyer lentinin digər tərəfində yükün təhvil alınması zamanı birinci çıxan əşyanı – qəhvəyi rəngli qadın əl çantasını cavabdehə məxsus olduğunu zənn edərək götürüb və cavabdehə verib, çantanın içərisində nə olmasından xəbəri olmayıb. Digər şahid X4 izahatından (iş v. 143-144) görünür ki, o, ümumiyy ətlə əl çantası görməyib, X7 “WhatsApp” vasitəsilə onunla əlaqə saxlayaraq yüklərin içərisində bir ədəd qadın əl çantası olduğunu bildirərək həmin çantanın cavabdehin olub-olmadığını soruşub, o isə cavabdehin özündən soruşmağı məsləhət görüb.

16. Türkiyəyə mal aparmaqda cavabdehə Hava Limanında kömək etmiş X hazırkı iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilib. Onun ifadəsindən görünür ki, çantanı açmayıb və çantanın içərisində nə olduğunu görməyib. Həmin şahid ifadəsində daha sonra qeyd edib ki, Türkiyədən qayıdanda Hava Limanında onu saxlayıblar, polis əməkdaşları onun yanında cavabdehə zəng edərək telefonun səs ucaldanı vasitəsilə cavabdehlə danışıblar. Həmin vaxt cavabdeh telefonda deyib ki, pul ondadır, qaytaracaq (iş v. 159). Lakin bu məlumat iddianın təmin edi lməsi üçün kifayət deyil. Belə ki, şahid pulun cavabdehdə olmasının deyil, pulun cavabdehdə olması barədə telefon vasitəsilə edilən etirafın şahidi olub. Cavabdehin etirafı bir şəxsin ifadəsi ilə müəyyən oluna bilməz. Pulun cavabdehdə olduğunu sübut etmə vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçı tərəf başqa sübut təqdim etməyib və ya sübutun tələb edilməsi barədə vəsatət qaldırmayıb.

17. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatda preyudisial əhəmiyyət kəsb etməyəcək. Belə ki, Cinayət-Prosessual Məcəllənin 65.7-ci maddəsinə görə məhkəmənin mülki iş üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. Göründüyü kimi “hadisənin olub-olmamas ı” ifadəsindən istifadə olunub. İddianın rədd edilməsi barədə qətnamə hadisənin olmamasını müəyyən edən qətnamə sayılmır. Əgər məhkəmə əl çantasının içərisində 12.500 ABŞ dolları və 230 manat məbləğində pulun olmadığını qət etsəyidi, belə halda qətnamə hadisənin olmaması barədə qətnamə sayılardı. Hazırda məhkəmə bunu qət etmir, iddianı yalnız ona görə rədd edir ki, çantanın içərisində 12.500 ABŞ dolları və 230 manat məbləğində pulun olub-olmadığını müəyyən etmək mümkün deyil, çünki iddiaçı tərəf bu barədə sübut təqdim etməyib. Sübutetmə məsələsinə münasibətdə mülki prosesin və cinayət prosesinin qaydaları fərqlidir. Ona görə də bu qətnamə çantanını içərisində 12.500 ABŞ dolları və 230 manat məbləğində pulun olduğunu cinayət prosesinin qaydalarına uyğun olaraq müəyyən etməyə mane olmur.

18. Bunun əksi baş versəyidi, yəni məhkəmə iddianın təmin edilməsi barədə qətnamə qəbul etsəyidi, bu qətnamə çantanın içərisində həmin pulun olduğunu müəyyən edən qətnamə sayılacaqdı və cinayət təqibi üzrə icraatda preyudisial əhəmiyyət daşıyacaqdı. Bu isə onunla nəticələnəcək ki, 1 şəxsin (pulun cavabdehdə olması barədə telefon vasitəsilə edilən etirafın şahidi olan şəxsin) ifadəsi əsasında cavabdeh məhkum olunacaq. Çünki, qətnamə preyudisial əhəmiyyət daşıdığına görə cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə bununla bağlı (çantanın içərisində olan pulla bağlı) hər hansı araşdırma apara bilməyəcək, əgər aparsa bu, preyudisiyanın inkarı sayılacaq və qanuna zidd hesab olunacaq. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatl arı a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Məhkəmə i clasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymə t vermir.

25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

31. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)

32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarak terli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1332/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar