Məhkəmə qərarları › İş №2(102)-3601/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3601/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3601/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi, öhdəliyin icra edilməməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə faiz borcunun tutulması, tutmanın ipoteka predmetinə yöəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2906/2024 nömrəli 13 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4955F nömrəli kredit müqaviləsinə əsasən Bank Cavabdeh2 24 ay müddətinə qaytarmaq və illik 17% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 300.000 manat məbləğində kredit verməyi, Cavabdeh2 isə krediti qəbul etməyi və müəyyən edilmiş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faizləri ödəməyi barədə üzərlərinə öhdəlik götürmüşlər.

2. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı ki mi eyni tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,02455 ha torpaq sahəsi və həmin sahədə yerləşən qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 3. xx.xx.2016-cı il tarixdə İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 300.000 manat məbləğində əsas borc, 148.938 manat məbləğində faiz borc olmaqla, ümumilikdə 448.938 manat məbləğində borcun tutulub onun xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri- yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödəni lməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-2660/2016 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən 300.000 manat məbləğində əsas, 78.319 manat məbləğində faiz, ümumilikdə 378.319 manat məbləğində kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetlərinin 600.000 ma nat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitlərinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)1890/2018 saylı qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(0030-2660/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlərdən iddiaçının xeyrinə ödənilməli olan faiz borcunun məbləğinin 66.803 manat müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. A zərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-4150/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)1890/2018 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra onun əsasında verilmiş icra sənədi icraya yönləndirilmiş və buna uyğun olaraq Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə mülki iş üzrə icra icraatına başlanılmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-129/2020 nömrəli qərarı ilə İddiaçı ASC müflis elan edilmiş və Əman ətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı ləğv prosesində olan "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4955F nömrəli kredit müqaviləsinə əsasən əsas borca illik 5 faizlə hesablanmış 101.288,60 manat faiz borcunun, eləcə də iş üzrə ödənilmiş 391,29 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, X1 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 1 ünvanında mülkiyyətində olan 0,02455 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin qeyd olunmuş faiz borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)1890/2018 nömrəli qətnaməsində məhkəmənin hüquqi mövqeyinden aydın olmuşdur ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün əsas borca illik 5 faizlə hesablanmış borcla bağlı bank ayrıca iddia qaldıra bilər. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi artıq qanuni qüvvəsini almış və icraya yönəldilmişd ir. xx.xx.2023-cü il tarixli, **********739 nömrəli arayışdan görünmüşdür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 4955F nömreli kredit müqaviləsi üzrə cavabdehin banka xx.xx.2023-cü il tarixə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış borcu 101.288,60 manat təşkil etmiş, o cümlədən gecikmə günlərinin sayı 2485 gün olmaqla, her gecikdirilmiş gün üçün hesablanmış faiz 40,76 manat olmuşdur. Bununla yanaşı tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin 2.1-ci maddəsinə əsasən bu müqavilə üzrə ipoteka ilə təmin edilən tələb ipoteka saxlayanla kredit alan arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhərində bağlanmış 4955 F nömrəli kredit müqaviləsindən ona edilmiş əlavələrdən əmələ gələn mövcud, həm də ipo teka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn ipoteka saxlayanın kredit alana qarşı olan əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün tələbləri olmuşdur. Bu o deməkdir ki, Cavabdeh2 banka olan əsas kredit borcuna illik 5 faizlə hesablanmış borcunun kreditin təminatı olaraq bankın xeyrinə girov qoyulmuş ünvan 1 ünvanında mülkiyyətində olan 0,02455 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına (torpaq sahəsi ilə birlikdə) yönəldilməsi müqavilədən irəli gələn və qanuni tələb olmuşdur.

11. Birinci instansiy a məhkəməsində Cavabdeh2 iddia ərizəsinə etiraz edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı banka olan kredit borcunu şifahi razılığa əsasən artıq 3 aydır ki, hər ay 5000 manat olmaqla ödəyir və bank iflasa uğradığı üçün məhkəmə qərarları ilə müəyyən edilmiş borcun konkret hara ödəməli olduğunu bilmədiyi üçün vaxtında ödəyə bilməmiş, ödəmənin gecikdirilməsində onun heç bir təqsiri olmasa da, bank ondan heç bir əsas olmadan iddia ərizəsində göstərilən məbləği tələb etmişdir.

12. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh1 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)1777/2023 saylı qətnaməsi ilə (hakim X2) iddianın qismən təmin edilməsi, gecikdirilmiş vaxt ü çün illik 5%-lə hesablanmış 70.922,40 manat faiz borcunun və 195,60 manat dövlət rüsumunun əvəzinin Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, həmin tutmanın Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh bank iflasa uğradığı üçün məhkəmə qərarları ilə müəyyən edilmiş borcun konkret hara ödəməli olduğunu bilmədiyi üçün vaxtında ödəniş aparmadığını bildirsə də, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə müflis elan edilmiş, borcun tutulması barədə məhkəmə qətnaməsi isə xx.xx.2018-ci il tarixdə qanun i qüvvəsini almışdır. Göründüyü kimi, işin faktiki hallarına əsasən qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə olan halda, iddiaçının hazırki iddia tələbini qaldırmaqda haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlər kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Lakin məhkəmə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102 )-4150/2018 nömrəli qərarı ilə qanuni qüvvəyə mindiyini nəzərə alaraq qeyd etmişdir ki, gecikdirilmiş müddət aralağı məhz xx.xx.2018-ci il tarixdən maliyyə arayışı verilən tarixə, yəni xx.xx.2023-cü il tarixə hesablanmalıdır. Həmin müddət isə 4 il 9 ay 10 gün olmaqla cəmi 1740 gün təşkil edir. Müqavilə üzrə əsas borcun məbləği isə 293.500 manat təşkil etmişdir. Belə olan halda cavabdehdən tutulmalı olan məbləğ (293.500/100*5 = 14.675 manat; 14.675 manat: 360 gün = 40,76 manat (bir gün)) 40,76 x 1.740 gün (gecikdirilmiş günlərin sayı) = 70.922,4 manat müəyyən edilməlidir.

15. Birinci instansiya məhkəməsi iddia tələbinin borcun ipoteka predmetini təşkil edən əmlaka yönəldilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqa viləsinin 2.1-ci maddəsinə əsasən bu müqavilə üzrə ipoteka ilə təmin edilən tələb ipoteka saxlayanla kredit alan arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhərində bağlanmış 4955 F nömrəli kredit müqaviləsindən ona edilmiş əlavələrdən əmələ gələn mövcud, həm də ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn ipoteka saxlayanın kredit alana qarşı olan əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi üzrə bütün tələbləridir. Eyni zamanda iş materialları ilə müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə - tutma nın Cavabdeh1 məxsus ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 600.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. Hazırda isə cavabdehlər tərəfindən həmin qətnamə ilə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədiyindən, eləcə də ünvan 2 ünvanında olan 0,02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binası həmin kredit münasibətlərindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi ipoteka ilə yüklü edildiyindən, həmçinin qanuni qüvvəsini almış qətnamə ilə ipoteka predmetinə tutmanın qaydası müəyyən edildiyindən, məhkəmə hesab edir ki, hazırki borc üzrə tutma həmin əmlaka yönəldilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.7ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014- cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi barədə yeni q ətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin hazırkı vaxtadək icra edilməməsini, tutmanın hansı səbəbdən ipoteka predmetinə yönəldilməməsini, borclular tərəfindən qətnamənin icrasına maneçilik törədən halların (ipoteka predmetinin təhvil verilməməsi) olub-olmamasını araşdırmamış, iddiaçı tərəfindən qeyd olunan xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, tutmanın yönəldiyi ipoteka predmetinin ilkin satış qiyməti tutulmalı olan borc məbləğindən kifayət qədər çoxdur və ötən 5 il ərzində qətnamə ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına icra oluna bilərdi. Lakin qətnamənin hansı səbəblərdən bu günki günədək icra edilməməsi araşdırılmadan əlavə olaraq gecikdirilmiş vaxt üçün faiz borcunun tutulması onsuz da əmlakından məhrum olmuş cavabdehlərin vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə tutmanın hazırkı vaxtadək ipoteka predmetinə yönəldilməməsinin cavabdehlərin təqsiri ucbatından baş verməsi sübuta yetirilmədiyindən, sonunculardan gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 70.922,4 manat faiz borcunun tutulması qanunsuz və əsassız olmuşdur. Bundan başqa, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı həm kredit müqaviləsi üzrə iddia müddəti (bu müddət xx.xx.2019-cu il tarixdə bitib), həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-41 50/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarının çıxarıldığı vaxtdan (bu müddət xx.xx.2021-ci il) 3 il keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2906/2024 nömrəli 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.V.Abdıyev (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və F.H.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh2 aid edilməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə bağlanmış kredi t müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməməsi artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Lakin cavabdeh həmin qətnamə üzrə xx.xx.2018-ci il tarixdə verilmiş icra sənədinin icrasını bugünədək təmin etməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən onun qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 293.500 manat məbləğində əsas, 66.503,07 manat məbləğində faiz borcu qalmaqdadır. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında özü də etiraf etmişdir ki, artıq bir neçə aydır ki, hər ay 5.000 manat olmaqla ödəyir və bank iflasa uğradığı üçün məhkəmə qərarları ilə müəyyən edilmiş borcun konkret hara ödəməli olduğunu bilmədiyi üçün vaxtında ödəyə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən həmin icra sənədi üzrə ödənişlər xx.xx.2023-cü il tarixdən davam etdirilmiş, bu tarixədək məhz yuxarıda göstərilən məbləğdə əsas və faiz borcu qalmışdır. Hazırki iddia tələbi də həmin öhdəliyin icra edilməməsindən qaynaqlanır və xx.xx.2023-cü il tarixədək mövcud olan 293.500 manat məbləğinin ödənilməsinin gecikdirilməsinə görə məhz bu məbləğə illik 5 faiz dərəcəsi ilə faiz məbləğinin hesablanmasını mümkün edir.

21. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının hazırki iddiasını ümumilikdə əsaslı hesab etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli (bu qətnamədə texniki səhv nəticəsində 2017-ci il tarixi göstərilmişdir), 2(102)-4150/2018 saylı qərarı ilə qanuni qüvvəsini almasını, tələb edilən faiz məbləğinin isə xx.xx.2023-cü il tarixədək hesablandığını nəzərə alıb, gecikdirilmiş vaxt qismində xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddəti götürmüş və həmin müddət üçün illik 5 faiz dərəcəsi ilə faiz hesablamışdır. İddiaçı bu müddəti mübahisələndirməmişdir. Həmin müddət də 4 il 9 ay 10 gün olmaqla, cəmi 1.740 gün təşkil edir. Belə olan halda da cavabdehdən 1.740 gün üçün tutulmalı olan məbləğ (293.500 / 100 x 5 = 14.675 manat, 14.675 manat: 360 gün = 40,76 manat - bir gün üçün hesablanmış faiz məbləğidir) məhz (40,76 x 1.740 gün = 70.922 manat) 70.922,40 manat təşkil edir. Başqa sözlə, birinci instansiya məhkəməsi müddətə uyğun və özü-özl üyündə məbləği düzgün hesablamışdır. Müddətin və ya məbləğin azaldılması üçün isə məhkəmə kollegiyası hər hansı əsas görmür.

22. Apellyasiya instansiyası məhkəməsi ötən dövr ərzində tutmanın ipoteka predmetinə yönəldilməməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan torpaq sahəsi və onun üzərində olan qeyriyaşayış binası kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutmanın həmin əmlaka yönəldilməsi cavabdehin məhkəmə aktı ilə müəyyən edilmiş məbləği müstəqil qaydada ödəmək imkanından məhrum etmir. Başqa sözlə iddiaçı 2023cü ilin iyun ayından ödəməyə başladığı məbləğləri bu tarixdən əvvəl də ödəyə bilərd i. Bu qənaət onun etirafı və 2023-cü ilin iyun ayından ödənişlərə başlaması ilə də təsdiq edilir. Cavabdeh özü də ödəmək imkanına malik olmadığını deyil, bankın iflasa uğraması səbəbindən borcun konkret hara ödəməli olduğunu bilmədiyini qeyd edir. Həminin, icra sənədinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində bu günədək icra olunmaması hazırki iddianın rədd edilməsi üçün əsas yaratmır.

23. Digər tərəfdən iş materiallarından, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 29103)-1890/2018 saylı, xx.xx.2018-ci il tarixli icra işi üzrə sənədlərdən müəyyən edilir ki, qətnamə üzrə verilmiş icra sənədinə əsasən Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə icra icraatına başlanılması barədə qərar qəbul edildikdən sonra ipoteka predmetinin açıq hərracdan satılması üçün ilkin olaraq "xxxx" MMC-yə sifariş verilmişdir. Lakin Cavabdeh2 icraata başlamaq haqqında qərardan şikayət verdiyindən şöbə xx.xx.2018-ci il tarixdə həmin cəmiyyətə müraciət edərək, hərracın keçirilməsinin dayandırılmasını və icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Bundan sonra digər Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1890/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, bu barədə məlumat vermiş və başlanmış icra icraatının dayandırılmasını xahiş etmişdir. Lakin onun kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1890/2018 saylı qərardadı ilə geri qaytarılmış, Az ərbaycan Respublikası Ali Məhkəməsi də xx.xx.2022-ci il tarixli, 2(1020-6027/2022 saylı qərarı ilə bu nətcə ilə razılaşmışdır. Başqa sözlə, icra sənədinin ipoteka predmetinin açıq hərracdan satılması hissəsində icra edilməsi məhz cavabdeh tərəfin hərəkətləri nəticəsində mümkün olmamışdır.

24. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin mövqeyinə münasibətdə qeyd edir ki, Cavabdeh2 işə birinci instansiya məhkəməsində baxılan zaman keçirilən məhkəmə iclaslarında iştirak etmiş, lakin iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. Apellyasiya instansiyası məhkəməsi da Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinin tələblərini, o cümlədən iddia müddətinin tətbiqi ilə bağlı ərizənin birinci instansiya məhkəməsinə təqdim e dilməsini qeyri-mümkün edən hər hansı halın müəyyən edilmədiyini nəzərə alıb, ümumiyyətlə iddia müddətinin tətbiqi məsələsinə hüquqi qiymət verilməsinə hər hansı zərurət görməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi ödənilməli olan faiz məbləği üzrə tutmanın da ipoteka predmetinə yönəldilməsi ilə bağlı qeyd edir ki, hazırki iddia tələbi xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrası ilə bağlı olduğundan və həmin öhdəliyin təminatı kimi də ünvan 1 ünvanında yerləşən 0,02455 ha torpaq sahəsi və həmin sahə üzərində yerləşən qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edildiyindən birinci instansiya məhkəməsinin tutmanın ipoteka predmetinə yönləndirilməsi ilə bağlı mövqeyi də əsaslıdır.

26. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdi r ki, Cavabdeh2 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.7, 448.1, 448.2-cü maddələrinə, ““Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun xx.xx.2014-cü il tarixli qərarına, MPM-in 14.2, 77.1, 82.3, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 361.4 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2906/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətində qeyd edilən iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədi ilə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti Mülki Məcəllənin 373.2, 375.2, 376 377.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərhedilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərhedilməsinədair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarlarına, MPM-in 88 və 217.1-ci maddələrinə istinad edilməklə belə əsaslandırılmışdır ki, işə baxmış məhkəmə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral2018ci il tarixli qətnaməsinin hazırkı vaxtadək icra edilməməsini, tutmanın hansı səbəbdən ipoteka predmetinə yönəldilməməsini, borc lular tərəfindən qətnamənin icrasına maneçilik törədən halların (ipoteka predmetinin təhvil verilməməsi) olub-olmamasını araşdırmamış, iddiaçı tərəfindən qeyd olunan xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, tutmanın yönəldiyi ipoteka predmetinin ilkin satış qiyməti tutulmalı olan borc məbləğindən kifayət qədər çoxdur və ötən 5 il ərzində qətnamə ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına icra oluna bilərdi. Lakin qətnamənin hansı səbəblərdən bugünkü günədək icra edilməməsi araşdırılmadan əlavə olaraq gecikdirilmiş vaxt üçün faiz borcunun tutulması onsuz da əmlakından məhrum olmuş cavabdehlərin vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur.

30. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 fevral 2018-ci il tarixli qətn aməsi üzrə tutmanın hazırkı vaxtadək ipoteka predmetinə yönəldilməməsinin cavabdehlərin təqsiri ucbatından baş verməsi sübuta yetirilmədiyindən, sonunculardan gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 70922,4 (yetmiş min doqquz yüz iyirmi ki manat, qırx qəpik) manat faiz borcunun tutulması qanunsuz və əsassız olmuşdur.

31. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə bitmiş, 3 illik iddia müddətinin axımı isə həmin tarixdən başlamışdır. İddiaçı xx.xx.2016-cı tarixdə kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iş üzrə yekun məhkəmə qərarı xx.xx.2018-ci il tarixdə çıxarılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş № 2(102)- 4150/2018). Lakin iddi açı həm kredit müqaviləsi üzrə iddia müddəti (bu müddət xx.xx.2019-cu il tarixdə bitib), həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4150/2018 №-li xx.xx.2018-ci il tarixli qərarının çıxarıldığı vaxtdan (bu müddət xx.xx.2021-ci il) 3il keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

32. Mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq e dilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli halagələ bilər, bunlarda öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirəbilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4- cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cüil tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəz ərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasındatətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərarçıxarması üçün əsasdır. Lakin hazırkı tələbə iddia müddətinin tətbiq edilməməsi ilə bağlı məhkəmənin mövqeyi əsassızolmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

37. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.

38. Maddə 445.7. (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyada). Borclu p ul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-c ü il tarixli qərarı

41. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandı rılmalıdır.

48. Maddə 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması ki mi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdə ki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2024-cü il tarixli 2(103)2906/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar