Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3602/2020 29.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, nümayəndəsi X1, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2, vəkili X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia qaldıraraq, onunla “xxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, mənzilin alqı-s atqı müqaviləsinin (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil) ləğv edilməsi, ödədiyi ilkin ödəniş və kredit məbləğinə görə dəymiş 22369 manat zərərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən alınaraq ona ödənilməsi, dəymiş zərərin əvəzi kimi xx xxxx 2015-ci il tarixli x saylı təminatlı kredit müqaviləsi üzrə onun ödəməli olduğu qalıq 12184 manat 23 qəpik kredit məbləğinin “xxxx” MMC-dən alınaraq “xxxx”ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx xxxx 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında x ünvanında yerləşən “AAAF-Park” yaşayış massivin dəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilin alqı-satqısı barədə xx xxxx 2015-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinin (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil) ləğv edilməsi, x ünvanında yerləşən “AAAFPark” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilin alqı-satqısı üzrə dəymiş zərərin əvəzi kimi 2970 manat ilkin ödəniş, ödənilmiş 7956 manat 97 qəpik faiz, həmin mənzilin alınmasına görə “xxxx” ASC tərəfindən verilmiş və cavabdehə ödənilmiş 26670 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 25 manat dövlət rüsumunun əvəzi, cəmi 37621,97 (otuz yeddi min altı yüz iyirmi bir manat doxsan yeddi qəpik) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-S.Qafari (sərlik edən və məruzəçi), L.Məmmədova və F.Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr 2.970 manatla yanaşı “xxxx” ASC-yə ödənilmiş 7.956,97 manat faiz borcunun və 26.670 manat məbləğin tutulmasını qət etmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında deyil, “xxxx” ASC arasında bağlanmışdır. Mülki işə cəlb edilməmiş bank ilə iddiaçı arasında yaranmış kredit münasibətlərində bank kredit vəsaitini cəlb edərək mənfəət əldə etmək məqsədilə faiz məbləğini müəyyən etmişdir. Həmin faiz məbləğində cəmiyyət yararlanmadığına görə həmin faiz məbləğinin cavabdehdən tutulmasının heç bir hüquqi əsası yoxdur. Odur ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosess ual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iddiaçı və nümayəndəsi vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onların izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiy a instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan: xx xxx 2015-ci il tarixli ABB YM-0220 saylı mənzilin alqı-satqısı müqaviləsindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti x ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilin təmiri və mebel ilə təchiz olunmuş halda İddiaçı təhvil verməyi, İddiaçı tər əfindən isə həmin mənzilin hər kv.metrinə görə 650 manat olmaqla təmirsiz qiyməti 20280 manat müəyyən edilmiş, mənzilin Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmir edilməsinə görə mənzilin hər kv.metrinə görə 200 manat və təmirli mənzilin mebel dəsti ilə təchiz olunması üçün 3120 manat məbləğində hesablanaraq müqavilənin ümumi dəyəri 29640 manat müəyyən edilmişdir. Müqavilə qiymətinin 2970 manatı İddiaçı şəxsi vəsaiti hesabına, qalan 26670 manat isə “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2015-ci il tarixli x saylı təminatlı kredit müqaviləsindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən x ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi (eyvan, sanitar qovşağı, mətbəx dəhliz, yığınaq yeri, eyvanın qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilə görə İddiaçı 180 ay müddətinə 26670 manat məbləğində kredit verməyi, İddiaçı isə hər ay 286 manat 60 qəpik məbləğində pulu “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürür. xx xxxx 2015-ci il tarixli x saylı təminatlı kredit müqaviləsinə əlavədən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2030-cu il tarixədək həmin müqavilə üzrə hər ay 286 manat 60 qəpik olmaqla “xxxx” ASC-nə kredit borcu ödəməlidir. Kredit üzrə ödəniş qrafikindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2030-cu il tarixədək hər ay 205 manat 08 qəpik olmaqla “xxxx” ASC-nə kredit borcu ödəmə lidir. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı qız ilə bank arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən x ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilin əldə edilməsinə görə 26670 manat məbəğində kredit verilmişdir. Həmin müqavilə üzrə xx.xx.2019-cu il tarixə qədər ödənilmiş faiz məbləğ 7956 manat 97 qəpik, əsas məbləğ 11442 manat 33 qəpik olmaqla, cəmi 19399 manat 30 qəpik təşkil edir. İddiaçı həmin kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə bank qarşısında 15227 manat 67 qəpik əsas, 558 manat 36 qəpik faiz borcu olmaqla, cəmi 15786 manat 03 qəpik kredit öhdəliyi mövcuddur. İddiaçı “xxxx” MMC-yə ünvan ladığı ərizəsindən görünür ki, o, xx xxx 2015-ci il tarixli ABB YM0220 saylı mənzilin alqı-satqısı müqaviləsinin (ABB tərəfindən ipoteka ilə satılmış təmirli və mebel ilə təchiz olunmuş mənzil üçün) ləğv edilməsi, ödədiyi ilkin ödəniş və kredit məbləğinə görə dəymiş 22369 manat zərərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona ödənilməsi, dəymiş zərərin əvəzi kimi xx xxxx 2015-ci il tarixli 8-xx-xx-2015-YS-AAF- RO saylı təminatlı kredit müqaviləsi üzrə onun ödəməli olduğu qalıq məbləğinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. X1 “xxxx” MMC-yə ünvanladığı ərizəsindən görünür ki, o, x ünvanında yerləşən “AAAF-Park” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 5 saylı yaşayış binasında ümumi sahəsi 31.2 kv.metrdən ibarət 1 otaqlı 69 nömrəli mənzilin təhvil verilməsinə dair “xxxx” MMC-ni xəbərdar etmişdir. İşdən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehə mənzilin dəyərini ödəmiş, lakin cavabdeh müqavilənin şərtini pozaraq mənzili ona təhvil vermədiyi və bununla da ona zərər vurulduğu üçün iddiaçı hazırkı tələblərlə məhkəməyə müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. (Mülki Məcəllənin 389.1., 390.1.maddələri). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. (Mülki Məcəllənin 405.1. mad dəsi). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (Mülki Məcəllənin 442. maddəsi). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hall arda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.2. maddəsi). İşə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında mənzilin alqısatqı müqaviləsi bağlanmış və bu müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək pulu cavabdehə ödəmiş olsa da, sonuncu qeyd olunan müqavilənin şərtinə əməl etməyərək mənzili iddiaçıya təhvil verməmiş, nəticədə iddiaçı müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mənzilin alqı-satqısına dair bağlanmış müqavilə üzrə öhdəlikl ərin cavabdeh tərəfindən pozulması təsdiq olunduğu üçün iddiaçı, Mülki Məcəllənin 447.7-ci maddəsinə əsasən həmin müqavilədən imtina edərək düşdüyü zərərin – mənzil üçün 2970 manat ilkin, 26.670 manat götürdüyü kredit hesabına ödədiyi pulun əvəzini tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 447.1-ci maddəsinə görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hiss əsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 447.7-ci maddəsinə əsasən, müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının 2970 manat ilkin, 26.670 manat kredit hesabına ödədiyi pul məbləğlərinin cavabdehdən tutulması tələbləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki, iddiaçı bu məbləğləri öhdəliyin icrasını pozmuş cavabdehə verməklə onlardan məhrum olduğu üçün həmin vəsait iddiaçının real zərərini təşkil edir. Ona görə də həmin hissələrdə kassasiya şikayəti təmin edilməməlidir. Bununla belə Kollegiya hesab edir ki, iddiaçı tərəfindən banka ödənilmiş 7956,97 manat faiz məbləğinin cavabdehdən tutulması hissəsində hüquq normaları düzgün tətb iq edilməmişdir. Belə ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım iddiaçının tələbinə uyğun gələn qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin hüquqi əsasın dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıda qeyd edildiyi kimi tərəflər arasında müqavilə bağlandığı üçün iddia tələblərinə müqavilədən irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verilməlidir. Cavabdehin sözügedən müqavilə öhdəliyini pozmasına görə iddiaçının tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 447.7ci maddəsi çıxış edir. Həmin normanın dispozisiya şərtlərindən biri müqavilənin icra edilməməsi nəticəsində kreditora zərərin dəyməsi halıdır. Odur ki, iddiaçının banka ödədiyi 7956,97 manat faiz məbləğinin onun zərərini təşkil edib etməməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, sözügedən faiz məbləği cavabdehin müqavilə öhdəliyini icra etməməsi nəticəsində yaranmış zərər kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüq uqu pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, zərər dedikdə, şəxsin əmlakının aktivində hər hansı formada baş verən azalma nəzərdə tutulur. Lakin bu azalma qarşı tərəfin müqaviləyə, yaxud qanuna zidd əməli nəticəsində yaranmaqla şəxsin pozulmuş hüququnu bərpa etməsi üçün çəkilmiş (çəkilməli olan) xərc və ya əmlakdan məhrum olma (zədələnmə), yaxud əldən çıxmış fayda formalarında özünü biruzə verir. Başqa sözlə, müqavilə öhdəliyinin təqsirli şəkildə pozulması halında iddia olunan zərərlə cavabdehin hərəkəti (hərəkətsizliyi) arasında uyğun səbəbli əlaqə aşkar edilməlidir. Baxılan işdə iddiaçının tələb etdiyi 7956,97 manat onunla bank arasında bağlanmış kredit müqaviləsi əsasında götürdüyü borca görə hesabl anmış faiz məbləğidir. Məlum olduğu kimi mülki hüquq münasibətlərində borc müqaviləsi bağlanarkən tərəflər əsas borca faiz hesablanıb ödənilməsini razılaşdıra bilərlər (Mülki Məcəllənin 741-ci maddəsi). Faiz, borclunun götürdüyü vəsaiti hansı ehtiyacına sərf etməsindən asılı olmayaraq, kreditorun pulundan istifadə etməsinə görə ödədiyi vəsaitdir. Bu baxımdan borc götürülərkən razılaşdırılmış faizlər, vəsaitin hansı məqsədə sərf edilməsindən və bu ehtiyacın uğurlu həllindən asılı olmayaraq borclunun kreditor qarşısındakı müqavilə öhdəliyidir. Başqa sözlə, borclu üçüncü şəxslərlə girdiyi hüquq münasibətlərindən (üçüncü şəxsin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən) asılı olmayaraq kredit müqaviləsi üzrə faizləri ödəmək öhdəliyini daşıyır. Bu baxımdan faiz borcunun hesablanması və ödə nilməsi faktı özü-özlüyündə zərər kimi qiymətləndirilə bilməz. Baxılan işin hallarından görünür ki, iddiaçı cavabdehlə bağladığı müqavilə üzrə mənzilin dəyərini ödəmək üçün “xxxx” ASC-dən kredit götürmüş və həmin borca görə hesablanmış 7956,97 manat faiz məbləğini banka ödəmişdir. İddiaçının bankdan aldığı borc məbləğini cavabdehlə bağladığı müqavilə üzrə ödənişə sərf etməsi həmin borca hesablanmış faizin zərər təşkil etməsi anlamına gəlmir. Çünki, cavabdeh müqavilə öhdəliyini vaxtında icra edərək mənzili iddiaçıya vermiş olsaydı belə, sonuncu, bankdan borc alarkən razılaşdırdığı faiz məbləğini yenə də ödəməli olacaqdı. Başqa sözlə, cavabdehin hərəkətsizliyi (müqavilə öhdəliyinin icrasını gecikdirərək mənzili iddiaçıya vaxtında təhvil verməməsi) ilə kredit müqaviləsi üzrə bankın hesabladığ ı faiz məbləği arasında səbəbli əlaqə mövcud deyil. Bu baxımdan iddiaçının banka ödədiyi 7956,97 manat faiz məbləği cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində yaranan zərər kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməklə qətnamə 7956,97 manat faiz məbləğinə aid hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya onu da vurğulayır ki, iddiaçının hazırkı iş üzrə haqlı sayılan real zərər məbləğlərindən (2970 manat ilkin, 26.670 manat kredit hesabına ödədiş) əlavə, cavabdehin müqavilə öhdəliyini pozması nəticəsində düşdüyü digər zərərləri (pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çək məli olduğu xərclər, əldən çıxmış fayda və s.) şərtlərini sübuta yetirdiyi təqdirdə ayrıca iddia ilə tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiy a Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsi qismən - 7956,97 manat faiz məbləğinə aid hissədə ləğv edilsin, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3602/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3602/2020
29.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver