Məhkəmə qərarları › İş №2(102)-3603/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3603/2020

08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3603/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, “xxxxxxx” MMC-yə, Cavabdeh4 və Cavabdeh5 Yunis oğluna qarşı “zərərin əvəzinin ödənilməsi, torpaq sahəsinin sahibliyinə və istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti verməyən tərəfin kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəli yeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdehin vəkili X1 oğlunun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsindən cavabdehlər “xxxxxxx” MMC və Cavabdeh5 Yunis oğlu, habelə vəkilləri X1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(012)-463/2017 nömrəli qətnaməsi (hakim S.M.Quliyeva) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində “xxxxxxx” MMC, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlu tərə findən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər “xxxxxxx” MMC-nin, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, İddiaçı Yusif qızının mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsinin cavabdehlər “xxxxxxx” MMC-nin, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq İddiaçı sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər “xxxxxxx” MMC, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlundan müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200000 manat, xx xxxxxx 2015-ci il tarixdə verilmiş 500000 manat olmaqla, cəmi ******* manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366600 manat olmaqla, cəmi ******* manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldildiyindən rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsi ilə (hakimlər S.A.Qafari - sədrlik edən və məruzəçi, L.M.Məmmədova və F.Ə.Məmmədov) cavabdehlər Cavabdeh4 və Cavabdeh5 Yusif oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 ha torpaq sahəsində “xxxxxxx” MMC, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlu tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər “xxxxxxx” MMC-nin, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlunun hesabına sökülərək, torpaq sahəsinin cavabdehlər “xxxxxxx” MMC-nin, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq İddiaçı sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər “xxxxxxx” MMC, Cavabdeh4 və Cavabdeh5 Yusif oğlundan müştərək qaydada 500000 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-4676/2019 nömrəli qərarı ilə (hakimlər Q.Ə.Allahverdiyev - sədrlik edən və məruzəçi, İ.R.Xələfov və Ə.Ə.Şadıyev) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən s axlanılmışdır. Cavabdehlər “xxxxxxx” MMC, Cavabdeh5 Yunis oğlu və vəkilləri X1 oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019- cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsinin ləğv edərək yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti cavabdeh “xxxxxxx” MMC-yə münasibətdə Azərbaycan Respublikası MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlar ından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Hazırki iş üzrə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunsa da, qətnamədən yalnız cavabdehlər Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayəti vermiş, cavabdeh “xxxxxxx” MMC-nin adından apellyasiya şikayəti verilməmişdir. Həmçinin müəyyən olunur ki, hazırda digər cavabdeh “xxxxxxx” MMC-in qətnamənin apellyasiya qaydasında mübahisələndirmədiyi hissəsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəb ul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı, cavabdeh “xxxxxxx” MMC kassasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilərək, həmin kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməli, Cavabdeh5 Yunis oğlunun kassasiya şikayətinə isə mahiyyəti üzrə baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respubl ikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-3603/2020 nömrəli qərardadı cavabdehlər “xxxxxxx” MMC-nin kassasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilsin. Cavabdeh “xxxxxxx” MMC-nin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-329/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza var imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar