Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3603/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pul tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2025-ci il tarixli, 2(107)-599/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 9 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hal ları
1. Tərəflər arasında xx.xx.2011-ci ildə borc münasibətləri yaranmış, həmin razılaşmanın şərtlərinə görə İddiaçı Cavabdeh borc pul vermiş, sonuncu isə həmin məbləği xx.xx.2011-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdan 9500 manat məbləğində borcun və 116 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan məhkəmə hazırlıq iclası zamanı iddia həcminin artırılması tələbinə dair ərizə təqdim edərək Cavabdeh (9500+10640) manat olmaqla, cəmi 20140 manat məbləğində pulun, həmçinin (122+116) 238 manat dövlət rüsumunun əvəzinin, cəmi 20378 (iyirmi m in üç yüz yetmiş səkkiz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə Yevlax rayonu, Qaramanlı kəndində Cavabdeh ilə şifahi razılaşaraq ondan 3,88 ha torpaq sahəsini 9500 manata almış, həmin pulu cavabdehə verilməsinə dair onun öz aralarında şahidlərin iştirakı ilə borc müqaviləsi tərtib olunaraq imzalanmışdır. Müəyyən aidiyyatı sənədlər qaydasında olmadığı üçün həmin vaxt qeyd olunan torpaq sahəsini adına rəsmiləşdirə bilməmişdir. 2024-cü ilin sentyabr ayında o, cavabdehdən aldığı torpaq sahəsini adına rəsmiləşdirmək istədikdə aralarında mübahisə yaranmışdır. Onun barəsində həmin torpaq sahəsini zəbt etdiyi üçün Yevlax Rayon Polis şöbəsinə şikayət olunmuşdur. Bu səbəbdən o, həmin torpa q sahəsini adına sənədləşdirə bilmədiyini və cavabdehdən verdiyi 9500 manat məbləğində pulunu geri istəyir. Bu günədək həm torpağı adına sənədləşdirə, həm də pulunu cavabdehdən ala bilmir. Cavabdehdən 9500 manat pulun və iddia tələbi ilə bağlı banka ödədiyi 116 manat dövlət rüsumu olmaqla, cəmi 9616 manat məbləğində pulun cavabdehdən tutulub ona verilməsini istəyir.
4. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ünvanlayaraq, İddiaçı ona qarşı irəli sürdüyü cəmi 20378 manat məbləğində pul tələbinə dair iddiasının əsasız olması ilə yanaşı iddia müddətinin ötürülməklə iddianın irəli sürüldüyü üçün iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Eyni zamanda Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz göndərərək bildirmişdir ki, iddiaçı Abış ov X9 Rayon Məhkəməsinin icraatında olan 2(039)-176/2025 saylı mülki iş üzrə ona qarşı iddia tələbi irəli sürərək ondan 9500 (doqquz min beş yüz) manat pulun və iddia tələbi ilə bağlı ödədiyi 116 (bir yüz on altı) dövlət rüsumunun, cəmi 9.616 (doqquz min altı yüz on altı) manat məbləğində pulun ondan alınıb ona verilməsini, daha sonra isə iddia tələbinin həcmini artıraraq 9500 manatdan başqa həmçinin həmin pulun bu günə olan indeksasiya olunmuş hissəsini, yəni 10640 manat pul tələb etməklə məhkəmədən xahiş etmişdir. Həmin tələb tamamilə əsassızdır. İddiaçı ilə onun aralarında borc pul məbləğinin alınması ilə bağlı hüquq münasibəti olmamışdır. O, iddia tələbini qəbul etmir. İddia tələbi tamamilə əsassızdır. O, tam savadsızdır, yazmaq-oxumaq bilmir. 15 yanvar 2011-ci il tarixli "borc müqavil əsi"ndə İddiaçı tərəfindən ona 9500 (doqquz min beş yüz) məbləğində nəğd pul verildiyi yazılmışdır. Onun savadsızlığından istifadə edilərək borc müqaviləsi tərtib edilmiş və ona imza etdirilmişdir. Əslində isə mübahisə ilə bağlı onunla cavabdeh və onun qardaşları arasında aşağıda qeyd hüquq münasibətləri olmuşdur. İddiaçı gözəl bilir ki, o, və bacısı X1, hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat saylı çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında 3,88 ha olan torpaq sahəsinin onlara məxsus (Gülnarə Xankişiyevaya və ona məxsus) 1,94 ha hissəsini X4 Mingəçevir Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X6 tərəfindən xx.xx.2023-cü il tarixdə,4Ə-1929 reyestr sayla təstiq e dilmiş müqavilə ilə satılmışdır. Həmin alqı-satqı müqaviləsindən sonra, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş bölgü planında göstərilən hissədən alıcı X4 1,94 ha torpaq sahəsi və X2 məxsus 1,94 ha torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. İddiaçı, digər qardaşları X7 və X8 ilə həmişə birgə təsərrüfatı idarə etmişlər və yuxarıda qeyd olunan bölgüdən hər biri xəbərdar olmuşlar. Hər üç Abışov qardaşları, onun qardaşı Mahir Xankişiyevə məxsus torpaq sahəsindən (bölgüdə göstərilən hissədən) çıxmadıqları üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, eyni zamanda anam da şəhid oğluna verilmiş torpaq sahəsini tələb etmişdir. İddiaçı bildirir ki, 2024-cü ilin sentyabr ayında o, cavabdehdən aldığı torpaq sahəsini adına sənədləşdirə bilmədiyini iddiaçının bu məlumatı tamamilə yanlışdır. Çünki, iddiaçı çox gözəl bilirdi ki, onunla qardaşı X7 arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Necə ola bilər ki, xx.xx.2023-cü ildə satılmış torpaq sahəsi ilə bağlı 2024-cü ilin sentyabr ayında yenidən mübahisə açılsın. Onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının qardaşı X7 ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsi zamanı onun mənafeyinə ziyan dəymişdir. Belə ki, alqı-satqının predmetini təşkil edən daşınmaz əmlakın dəyəri ona ödənilməmişdir ki, o, bununla bağlı müstəqil iddia tələbi irəli sürəcəkdir, o, iddia tələbini qəbul etmir. 9500 manat pul vəsaitinin iddiaçıdan borc almağı ilə bağlı yazılm ış borc müqaviləsi onun savadsızlığından istifadə edilərək yazılmışdır. Hərgah, həmin məbləğ kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satışı ilə bağlı tərtib edilmişdirsə, yəqin ki, belə bir qeyd həmin yazışmada öz əksini tapardı. İddia tələbinin qanunsuz və əsassız olmaqla yanaşı, iddia müddətini ötürməklə irəli sürüldüyündən, iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.
6. Yevlax Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(039)-176/2025 nömrəli qətnaməsi (hakim Kamil Əliyev) ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd olunması, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında xx.xx.2011-ci ildə borc münasibətləri yaranmış, həmin razıl aşmanın şərtlərinə görə İddiaçı Cavabdeh borc pul vermiş, sonuncu isə həmin məbləği xx.xx.2011-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Hazırki, borc müqaviləsindən məlum olur ki, müqavilənin icra müddəti məhz xx.xx.2011-ci il tarixədək müəyyən edilmişdir. Belə olan halda iddia müddətinin axımı həmin tarixdən sonrakı gün başlanır.
8. Yəni müqavilə üzrə tələb etmə vaxtının (iddia müddətinin) axımı xx.xx.2011ci il tarixdən başlamış və iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə - iddia müddəti bitdikdən 13 il 7 ay 4 gün sonra daxil olmuşdur.
9. İddiaçı iddia müddəti keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdeh də ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaran an tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iş üzrə iddia müddəti tədbiq edilməli və iddia rədd edilməlidir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
10. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası məhkəməyə iddia müddəti ötürülməklə verildiyindən təmin oluna bilməz.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsin in 372.1, 372.2, 373.2, 373.3, 375.1, 375.2, 377.1, 377.3, 385.1, 442 və 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli Qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə, Azərbaycan Respublikası MPM-nin 4.1, 14.2, 77.1, 88, 107, 119.1, 124.2 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(039)176/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarını pozmuş, iddia müddətinin axımını düzgün hesablamamışdır. Müəyyən olunan pul məbləğindən 2024-cü ilin dekabr ayından Cavabdeh tərəfind ən cəmi 200 manat, elə həmin ayda əlavə 150 manat ödəməklə 350 manat ödənilsə də, ümumi məbləğ heç bir halda qaytarılmamışdır. O, vermiş olduğu pulun indeksasiyasını tələb edərək cavabdehdən alınmasını xahiş etmiş və bu tələbində haqlı olmuşdur. Cavabdeh ona rəsmi borcla bağlı qəbz də təqdim etmişdir. Həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi həm özünün, həm də vəkilin çıxışına maneələr yaratmış, müdafiə hüququnun təmin edilməsi üçün onlara şərait yaratmamışdır. Axırıncı məhkəmə prosesində işlə tanış olmaq üçün vəkilinin vəsatətini belə təmin etməyərək tez-tələsik qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmə burada onlara qarşı qərəzli mövqe göstərmişdir. Məhkəmə işin faktiki hallarını araşdırmamış, halbuki işdə yetərincə sübutlar mövcuddur ki, iddia müddətinin axımı davam etdiyi üçün məhkəmə müddəti tətbiq edə bilməzdi. Birinci instansiya məhkəməsinin tələsərək qəbul olunmuş qərarı müəyyən hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmaq üçün onlara heç bir zəmin və şərait yaratmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qəbul edilmiş qətnaməsini qanunsuz və əsassız hesab edir.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-599/2025 nömrəli 27 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Musayev (sədrlik edən və məruzəçi), Ə.Kərimov və E.İsayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-176/2025 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmışdır.
15. Apellyasiya instansiyası məhkəm əsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
16. Apellyasiya şikayətinin məhkəmə qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarını pozması və iddia müddətinin axımını düzgün hesablamaması, cavabdeh tərəfindən ona müxtəlif tarixlərdə, yəni 2024-cü ilin dekabr ayında 350 manat ödənildiyini, birinci instansiya məhkəməsinin onlara sübutları təqdim etmək üçün şərait yaratmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
17. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 15 yanvar 2011-c i il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 30 aprel 2011-ci il tarixədək qaytarılması şərti ilə 9500 manat borc pul verilmişdir.
18. Beləliklə İddiaçı borc müqaviləsinin müddətinin başa çatdığı 30 aprel 2011-ci il tarixdən öz hüquqlarının pozulduğunu bilmiş, lakin bundan sonrakı 3 illik iddia müddəti ərzində, yəni 30 aprel 2014-cü il tarixədək Cavabdeh qarşı hazırkı iddia tələbi üzrə iddia ərizəsini birinci instansiya məhkəməsinə təqdim etməmiş, iş materiallarından da ötən müddət ərzində cavabdeh tərəfindən iddianı etiraf edən hərəkətlər etməsi, iddia müddətinin axımının kəsilməsi və dayandırılması üçün əsasların olması halı müəyyən edilməmişdir.
19. Məhkəmə apellyasiya şikayətinin birinci instansiya məhkəməsi həm özünün, həm də vəkilin çıxışına ma neələr yaratması, müdafiə hüququnun təmin edilməsi üçün onlara şərait yaratmaması, sonuncu məhkəmə prosesində işlə tanış olmaq üçün vəkilinin vəsatətini belə təmin etməyərək tez-tələsik qərar qəbul etməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır.
20. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra 24 dekabr 2024-cü il tarixə məhkəmə hazırlıq iclası təyin olunmuş və işdə iştirak edən şəxslərə məhkəmə bildirişi göndərilməklə, həmin bildirişdə işdə iştirak edən şəxslərin hüquq və vəzifələri izah olunmuşdur. 24 dekabr 2024-cü il tarixdə iddiaçı və cavabdehin iştirakı ilə məhkəmənin hazırlıq iclası keçirilmiş və tərəflərə sübutlarını məhkəməyə təqdim etmək üçün şərait yaradıla raq 27 yanvar 2025-ci il tarixə, daha sonra 11 fevral 2025-ci il tarixə təxirə salınmış və qeyd olunan müddət ərzində iddiaçı tərəfindən məhkəməyə hər hansı vəsatət daxil olmamışdır. Birinci instansiya məhkəməsinda işə baxılarkən hər hansı prosessual pozuntuya yol verilməmişdir.
21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı borc müqaviləsinin müddətinin başa çatdığı 30 aprel 2011-ci il tarixdən öz hüquqlarının pozulduğunu bilmiş, lakin bundan sonrakı 3 illik iddia müddəti ərzində Cavabdeh qarşı hazırkı iddia tələbi üzrə iddia ərizəsini birinci instansiya məhkəməsinə təqdim etməmiş və birinci instansiya məhkəməsi haqlı olaraq iddia müddətinin keçməsi əsası ilə iddia tələbini rədd etmişdir.
22. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 372.1, 372.2, 373.1, 373.2, 373.3, 374.1, 375.1, 375.2, 382, 385.1, 386.1, 442, 443, 445.2.1, 448.1, 448.2, 739.1 və 739.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına, MPM-in 14.2, 77.1, 88, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil – Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qət namə qəbul edərkən ədalətli olmamışdır. Bu səbəbdəndə prosessual hüquqları pozulmuşdur. Məhkəmə sübutlara düzgün qiymət verməmişdir. İşdə əhəmiyyət kəsb edən cavabdehin ifadəsi xüsusən istintaqda verdiyi ifadəsi alqı-satqı ilə bağlı bu pulu alması tamamilə təsdiq olunsada, məhkəmə yenədə borc müqaviləsi əsnasında mövqeyini formalaşdırmışdır. İddia müddətinə münasibətdə isə son dövrdə almış olduğu 350 manat məbləğində pulu məhkəmə dəyərləndirməmişdir. Artıq burada müddətin axımı davam etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi
26. Maddə 372.1 başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna m üddət şamil edilir.
27. Maddə 372.2 hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
28. Maddə 373.1 ümumi iddia müddəti on il təşkil edir.
29. Maddə 373.2 müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
30. Maddə 373.3 vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
31. Maddə 374.1 əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.
32. Maddə 375.1 hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
33. Maddə 375.2 məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıx arılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
34. Maddə 382 iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsın pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
35. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətl ər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
38. Maddə 443 öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
39. Maddə 445.2.1 öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş m üddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
40. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
41. Maddə 448.2 borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
42. Maddə 739.1 borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
43. Maddə 739.2 borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.4. Məhkəmə (hakim) öz q ətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
53. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətlərində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmə sinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, iddiaların rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur, məhkəmə tərəflər arasında olan münasibətlərə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxılan zaman prosessual hüququ normalarının pozulması hallarına yol verməmişdir.
54. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-599/2025 nömrəli iş üzrə 27 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.