Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3604/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, sübutetmə yükü, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2024-cü il tarixli 2(105)-832/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) borc pul vermiş, cavabdeh isə öz maaş kartını iddiaçıya vermişdir.
2. İddiaçı borcunu qaytarmaması səbəbi ilə cavabdehi polisə şikayət etmiş, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının müraciəti əsasında aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-də izahat verərək, iddiaçıdan 5-6 ay ərzində ümumilikdə 16-17 min manat pul götürdüyünü bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiаçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehdən 17.950 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin normal tanışlıq münasibəti olmuş və birbirilərinə etibar etmişlər. 2022-ci ilin fevral ayında cavabdeh iddiaçıdan gül salonuna müxtəlif çeşiddə güllər almaq üçün borca pul istəmişdir. İddiaçı cavabdehə 2022-ci ilin fevral ayından başlayaraq xx.xx.2022-ci ilə kimi 19100 manat məbləğində hissə-hissə borc pul vermişdir. Cavabdeh həmin puldan 2022-ci ilin oktyabr ayında 1000 manat, 2023-cü ilin yanvar ayında isə 150 manat, cəmi 1150 manat pul qaytarmışdır. Hazırda cavabdehin ona 17950 manat məbləğində borcu vardır. Dəfələrlə cavabdehə müraciət edərək, pulunu tələb etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınır. Bunu n üçün də o, cavabdehin barəsində 2022-ci ilin sonlarında polisə şikayət etmişdir. Həmin vaxt həm cavabdehin, həm də onun izahatını almışlar və cavabdeh ona borcu olduğunu etiraf etmişdir. Həmçinin aralarında olan telefon danışıqları, “Whatsapp” yazışmaları ilə də cavabdeh ona borcu olduğunu etiraf etmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PBdən ona izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etsin.
5. Cavabdeh iddiaya etiraz ərizəsində bildirmişdir ki, qardaşının gül-bitki biznesi üçün pul lazım olduğundan iddiaçıdan 2000 manat faiz ödəmək şərtilə pul almış və faizləri ödəmişdir. Bundan sonra da ayrı-ayrı vaxtlarda iddiaçıdan pul almış və artıqlaması ilə qaytarmışdır. Hətta maaş kartını iddiaçıya vermiş, iddiaçı dörd ay müddətində hər ay 1400, cəmi 10135 manat pul çıxarmış dır. 2022-ci ilin may ayında iddiaçı onun kartından çıxardığı 1630 manatın yarısını ona vermişdir. Qalan 9335 manatı isə iddiaçı özü götürmüşdür. O, iddianı 2000 manat hissədə qəbul etmişdir.
6. Əvvəlki məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, ilkin olaraq iddiaçıdan faiz dərəcəsi 20% olmaqla 7500 manat borc pul götürmüşdür. Həmin pulun bir neçə qatını qaytarmışdır. O, öz əmək haqqı kartını iddiaçıya vermiş, iddiaçı onun kartından pul çıxarmışdır. Onun maaşı hər ay iki dəfə olaraq avans və aylıq əmək haqqı şəklində kartına köçürülür. 2000 manata yaxın borcu qalmışdır. 1150 manat pulu bir dəfə 1000 manat və bir dəfə 150 manat olmaqla iddiaçının kartına göndərmişdir. O, iddiaçıya 30000 manata yaxın pul qaytarmışdır. O, eyni zamanda qeyd etdi ki, bundan əlavə 3000 manat alıb 400 0 manat qaytarmış, sonra 3000 manat alıb 3600 manat qaytarmış, 2000 və 1000 manat qısa müddətə alıb, həmin məbləğləri də qaytarmışdır.
7. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, cavabdehin əmək haqqı kartından 2022-ci ilin fevral ayının 9-da 1430 manat, həmin ayın 15-də 1400 manat, mart ayında 1400 manat, aprel ayında 7-də 1445 manat pul çıxarmış, bu məbləğlərin yarısı ona, qalan hissəsi isə cavabdehə çatmışdır. May ayının 6-da məxaric olunan 1630 manatı o çıxarmamışdır.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilərək məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilən səs yazısına əsasən müəyyən edilmişdir ki, cavabdeh 1600 manat pulun yarı-yarıya bölünməsini iddiaçıya təklif etmiş, eyni zamanda onun 1400 manat verəcəyinin olduğunu bildirmişdir.
9. Məhkəmənin cavabdehi n adına olan 5103-0647-4620-0915 saylı kartından xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək hansı ünvanlarda yerləşən bankomatdan hansı tarixlərdə istifadə olunması, kim tərəfindən və hansı məbləğdə pul çıxarılması barədə məlumatlar və görüntülər (fotoşəkil və.s) "xxxx" ASC-dən məhkəməyə təqdim edilməsi barədə qərardadı əsasında məhkəməyə ünvanlanmış "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, bankın müştərisi - Cavabdeh adına olan 5103-0647-4620-0915 saylı kartdan "xxxx" ASC-nin Qubadlı filialının 207 №-li və 378 №-li ATM-lərindən xx.xx.2022-ci ildə 1430 manat, xx.xx.2022-ci ildə 1050 manat və 350 manat, xx.xx.2022-ci ildə 100 man.; 300 man.; 200 man.; 330 man. və 500 manat, xx.xx.2022-ci ildə 1400 manat, xx.xx.2022-ci ildə 1445 manat, xx.xx.2022-ci ildə 1400 manat və xx.xx.2022-ci ildə 1630 manat pul çıxarılmışdır (Cəmi: 10135 manat). Eyni zamanda həmin məktubda qeyd olunmuşdur ki, nağdlaşdırma zamanı nəzarət kameralarında qeydə alınan görüntülər ilə bağlı məlumatların əldə edilməsi üçün bankomatlar "xxxx" ASC-yə məxsus olduğundan həmin banka müraciət edilməlidir.
10. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, qeyd olunan dövrdə "xxxx" ASCyə dair plastik kartla "xxxx" ASC-yə məxsus ATM vasitəsilə aparılan nağdlaşdırma əməliyyatlarına dair görüntülərin saxlanma müddəti bitdiyi üçün görüntülərin təqdim olunması mümkün deyildir.
11. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 yanvar 2024-cü il tarixli, 2(060)-33/2024 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddianın qismən təmin edilməsi, cavabdehdən 6015 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin aldığı pulun məbləği, bank hesabı kartından 2022-ci ilin fevral ayının 9- dan aprel ayının 7-dək iddiaçı tərəfindən çıxarılmış pulun yarısının birinciyə qaytarması və həmin ilin may ayında bu kartdan 1600 manatın kimin məxaric etməsi və sərəncamında qalması işin mübahisəli hallarıdır.
13. İşin mübahisəli halları ilə bağlı məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçıdan 16.500 manat məbləğində pul almış, bunun 10485 manatını qaytarmış, ödənilən məbləğin 9335 manatı 2022-ci ilin fevral-may ayları ərzində iddiaçı tərəfindən cavabdehin bank hesabı kartından çıxarılmış, həmçinin 1000 manatı həmin ilin oktyabrında, 150 manatı isə 2023-cü ilin yanvar ayında sonuncuya verilmişdir. Belə ki, cavabdehin iddiaçıdan 16500 manat pul alması birincinin məhkəmə araşdırması zamanı özünün bildirdikləri ilə müəyyən olunur ki, bu da onun polis orqanlarında verdiyi izahatındakı məbləğə (16000-17000 manat) uyğun gəlir. Cavabdehin başqa məbləğdə pul almasını təsdiqləyən hər hansı sübutu iddiaçı məhkəməyə təqdim etməmiş, eləcə də belə hal iş materiallarından görünmür.
14. Həmçinin cavabdehin iddiaçıya 2022-ci ilin oktyabrında 1000 manat, 2023-cü ilin yanvar ayında isə 150 manat qaytarması isə bilavasitə sonuncunun iddia ərizəsindən aydın olmuşdur. Bu halı təkzibedən hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, cavabdehin bank hesabı kartından iddiaçının 9335 manat çıxarması sonuncunun məhkəmə baxışında verdiyi izahatlarından, tərəflərin mübahisələndirmədikləri səs yazılarından, habelə müvafiq qurumun məhkəmə qərardadına əsasən təqdim etdiyi sübutlarla təsbit olunur. Həmin məlumatlardan görünür ki, 2022-ci ilin fevral ayının 9-dan may ayının 6-dək sözügedən kartdan 10135 manat pul çıxarılmış, iddiaçının izahatından isə həmin ilin fevral-aprel aylarında 5675 manat məxaric edilməsi aydın olur.
15. Məhkəmə, iddiaçının həmin məbləğin yarısının cavabdehə verməsi barədə dediklərinə tənqidi yanaşaraq, qeyd etmişdir ki, belə bir halın baş verməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamış, habelə bu arqument cavabdeh tərəfindən etiraf edilməmişdir. 2022-ci ilin may ayında bu kartdan pulun onun çıxartma ması barədə iddiaçının dediklərinə gəldikdə isə, məhkəmə baxışında tədqiq olunmuş tərəflərin səsyazısı, konkret olaraq, cavabdehin iddiaçıdan çıxardığı 1600 manatın yarısının ona verməsi xahişi, eləcə də sözügedən kartdan 1630 manat məbləğin cəmi bir dəfə 2022-ci ilin may ayında çıxarılması faktı, sözügedən səsyazısının məhz bu hala aidliyini, həmin məbləğin iddiaçı tərəfindən çıxarılmasını, eləcə də onun yarısının cavabdehə verilməsini sübut edir. Eyni zamanda kartdan çıxarılmış 1630 manatın 800 manatının iddiaçının ona verməsi cavabdehin izahatlarında etiraf olunmuşdur. Bundan əlavə, göstərilən dövr ərzində sözügedən bank hesabı kartından əlavə olaraq 2830 manatın da iddiaçı tərəfindən çıxarılmasını bu məbləğin də əvvəlkilərlə eyni zaman kəsiyində və eyni bankomatlardan çıxarılması faktl arına əsaslanaraq, məhkəmə daha ağlabatan olması nəticəsinə gəlmişdir.
16. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıdan pul alması hər hansı müqavilə, yazılı sazişə söykənmədiyindən alınmış məbləğin qanunvericilikdə yazılı formada müqavilə bağlanması imperativ şəkildə nəzərdə tutulan kredit məbləğindən də artıq olduğundan iddianın maddi hüququ əsası əsassız varlanmadır. Belə ki, cavabdehin varlanmasına, yəni iddiaçının 6015 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı saymış və belə qənaətə gəlmişdir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır.
17. Məhkəmə öz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 442, 448.1, 739.1, 739.2, 740.2, 1091.1, 1091.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə istinadən onunla əsaslandırmışdır ki, cavabdeh ondan ilk öncə 7500 manat, daha sonra 2500, 3000, 2000, 3500 manat pul aldığını etiraf etmişdir. Yəni cəmi 18500 manat. Lakin qətnamədə qeyd olunub ki, cavabdeh 7500, 3000, 3000, 2000, 1000 manat alıb və qaytarıb, yəni cəmi 16500 manat. Halbuki məhkəmə iclasında cavabdeh məhz 18500 manat aldığını etiraf edib. Qaytarması ilə bağlı isə mötəbər sübut təqdim etməyib. Məhkəmə icl asında isə o, bildirib ki, cavabdehin kartından xx.xx.2022-ci ildə 1430 manat, xx.xx.2022-ci ildə 1400 manat, pul çıxarmışdır. Həmin pulları isə cavabdehlə yarı yarıya bölmüşlər. Lakin cavabdeh bildirmişdir ki, guya pulların hamısını kartdan o, çıxarıb və yalnız 1600 manat puldan 800 manatını cavabdehə vermişdir. Təbii ki, o, bunu qəbul etmir və kartdan cəmi 2830 manat pul çıxarmışdır və həmin pulun yarısını cavabdehə vermişdir. Cavabdeh isə 800 manat pulun iddiaçı tərəfindən ona verildiyini etiraf edir. Belə olan halda müəyyən olunur ki, o, cavabdehin kartından 2830 manat pul çıxarıb və 800 manatını cavabdehə verib və onda qalan pul məbləği 2030 manat olub. Lakin məhkəmə belə nəticəyə gəlib ki, guya kartda olan pulların hamısını o, çıxarıb. Lakin o, cəmi 2830 manat pul çıxardığını etiraf edir. Qalan pulları isə etiraf etmir. Cavabdeh məhkəmə iclasında 18500 manat aldığını etiraf edib (hissə-hissə olaraq 7500+2500+3000+2000+3500=18500). O, iddia tələbində 17950 manat tələb edir. İddia tələbində isə qeyd edir ki, cavabdehə 19100 manat pul verib. Həmin 19100 manat puldan cavabdehin ödədiyi 1150 manatını çıxaraq, 17950 manat tələb edir. Yəni iddiaçının cavabdehə verdiyi pul vəsaiti 17950 manat yox, 19100 manatdır. Cavabdeh isə məhkəmə iclasında 18500 manat aldığını və həmin pulu qaytardığını və 2000 manat borcu qaldığını etiraf edir. İddiaçı cavabdehə 19100 manat pul verdiyini bildirsə də, cavabdeh məhkəmədə həmin məbləğin 18500 manat olduğunu etiraf etdiyindən həmin 1150 (yəni iddia tələbində iddiaçının etiraf etdiyi) və 2030 manat (yəni kartdan çıxardığını etiraf etdiyi) m əbləğində pul çıxılmalı və qalan məbləğ 15320 manat cavabdehdən alınıb ona verilməlidir. Odur ki, məhkəmə düzgün nəticəyə gəlməyib. Çünki məhkəmə heç bir əsas olmadan belə nəticəyə gəlib ki, o, cavabdehin kartından 10135 manat pul çıxarıb. O, isə təkidlə bunu qəbul etmir. Onun kartdan iki dəfə pul çıxarması, onun kartdan digər pulları da çıxarması kimi qiymətləndirilə bilməz. İddiaçı kartdan 2830 manat pul çıxardığını etiraf edir və həm iddiaçı, həm də cavabdeh 800 manat pulun cavabdehə verilməsini etiraf edir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-832/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov və L.E.Rəhimli) apellyasiya şikayəti qismən t əmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cavabdehdən 8015 manat pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
21. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya qaytardığı pula münasibətdə düzgün hüquqi nəticəyə gəlsə də, onun aldığı pula münasibətdə düzgün nəticəyə gəlməmişdir.
22. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin aldığı pula münasibətdə qeyd etmişdir ki, cavabdehin iddiaçıdan 16500 manat pul alması birincinin məhkəmə araşdırması zamanı özünün bildirdikləri ilə müəyyən olunmuşdur ki, bu da onun polis orqanlarında verdiyi izahatındakı məbləğə (16000-17000 manat) uyğun gəlir. Cavabdehin başqa məbləğdə pul almasını təsdiqləyən hər hansı sü butu iddiaçı məhkəməyə təqdim etməmiş, eləcə də belə hal iş materiallarından görünmür.
23. Kollegiya qeyd etmişdir ki, cavabdeh 23 avqust 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçıdan ilkin olaraq 2 dəfəyə 7500 manat və ondan da əlavə müxtəlif vaxtlarda 2500, 3000, 2000, 3500 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin 18500 manat borc pul aldığını etiraf etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya 18500 manat borcu olmuşdur.
24. Cavabdehin iddiaçıya qaytardığı pula münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci intansiya məhkəməsinin "xxxx" ASC-yə verdiyi sorğu əsasında iddiaçının taksi fəaliyyəti ilə məşğul olduğu yerin bilavasitə yanındakı bankomatdan 10135 manat məbləğindən pulun çək ildiyi təsdiq edilmişdir. Həmin pul məbləğindən sonuncu çıxardığı maaşdan 800 manatını iddiaçının cavabdehə qaytarması cavabdehin iddia ərizəsinə münasibətində öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı iddia ərizəsində 1000 manat və 150 manat, cəmi 1150 manat pulun cavabdeh tərəfindən ona əlbəəl verildiyini etiraf etmişdir. Beləliklə, qeyd edilənlərdən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya cəmi 10485 manatı qaytardığı işin halları ilə təsdiq edilir. Yuxarıda qeyd edilən xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçıya 18500 manat borcu olduğunu öz izahatında bildirmiş, həmçinin 10485 manat pulun qayatarılması yuxarıda qeyd edilənlərə əsasən müəyyən edildiyindən cavabdehin iddiaçıya işin hazırkı halına əsasən 8015 manat borcu vardır.
25. Məhkəmə kollegiyası cavabdehin kartdan cəmi 2830 manat pul çıxarması və onun 800 manatını iddiaçıya verməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh bu halı sübut edən dəlilini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin maaş kartının iddiaçıda olması və onun taksi fəaliyyəti ilə məşğul olduğu bankomatın yanından çəkilməsi, həmin pul məbləğinin iddiaçı tərəfindən bankomatdan çəkildiyini təsdiq edir.
26. Məhkəmə öz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 442, 448.1, 739.1, 739.2, 740.2, 1091.1, 1091.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin də yişdirilərək, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma v ə ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
36. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
37. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
38. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
39. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməs ini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qismən, yəni iddianın rədd edilən hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
50. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitus iya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə h üquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, cavabdehdən 8015 manat pulun tutularaq iddiaçıya verilməsi barədə gəldiyi nəticə mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2024-cü il tarixli 2(105)-832/2024 saylı qətnaməsi iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.