Məhkəmə qərarları › İş №2(102)-3605/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3605/2020

10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3605/2020 10.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: “XXX” X3 İddia tələbi: müqavilənin ləğvi, pulun qaytarılması və s. Açar sözlər: sayğac quraşdırılması üçün artıq ödənilmiş pulun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə3, vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-429/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “XXX” X3 tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı) ilə “XXX” X3 (bundan sonra - cavabdeh) arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh “XXX” yaşayış massivindəki 23 saylı küçədə inşa edilmiş 5 saylı yaşayış binasında yerləşən 12 nömrəli mənzili (bundan sonra - mənzil) alıcı olaraq iddiaçıya satmağı, iddiaçı isə həmin mənzilə görə 43800 manat pulu cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.4-cü bəndində mənzildə quraşdırılacaq bütün sayğaclara görə alıcıdan əlavə ödənişlər tələb ediləcəyi qeyd olunmuşdur. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəm əyə müraciət edərək cavabdehin onunla bağladığı müqavilənin 2.1.4-cü bəndini ləğv edərək, ondan sayğaclara görə Tarif Şurasının müəyyən etdiyi tarifdən artıq alınmış pulların və yaşadıqları müddət ərzində elektrik enerjisinin istifadəsinə görə hər bir kilovat üçün artıq alınmış 0,02 manatın hesablanıb geri qaytarılması, mənəvi iyana görə 2000 manat pulun tutulması və cavabdehin barəsində müvafiq tədbirlər görülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehdən aldığı mənzilə qaz, su və elektrik sayğacları quraşdırılmış, həmin sayğaclara görə ondan 798 manat pul alınmışdır. Halbuki, Tarif Şurasının müəyyən etdiyi qiymətlərə görə elektrik sayğacı 163 manat, qaz sayğacı 260 manat, su sayğacı isə pulsuzdur. Bu da 412 manat təşkil edir. B undan başqa, mənzildə olan elektrik sayğacının üstündə olan son göstərici 17633 kilovatdır, elektrik enerjisinə görə hər kilovat üçün cavabdeh tərəfindən 0,09 manat pul alınır. Bununla da hər kilovat üçün 0,02 manat, ümumilikdə 352 manat 66 qəpik artıq pul alınmışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2018-ci il tarixli arayışda iddiaçınən mənzilin sayğac pulundan 798 (426+372) manat ödədiyi, bununla bağlı cavabdehə qalıq borcu qalmadığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş “xxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, cavabdehə məxsus binanın elektrik təchizatı və mənzillər üçün quraşdırılmış elektrik sayğacları “xxxxxxxx” ASC-nin balansına təhvil verilmədiyindən iddiaçı ilə elektrik enerjisinə görə alqı-satqı müqavi ləsi bağlanmamış və onun adına abunə kodu açılmamışdır. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-1782/2019 saylı iş üzrə xx xxxx 2019-cu tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbi qismən təmin edilmiş, sayğacların dəyəri qismində artıq alınmış 363 manat 50 qəpik pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin mənzilində hal-hazırda ailəsi ilə birlikdə yaşayır, təbii qazdan, sudan və elektrik enerjisindən istifadə edirlər, bu əsasda müvafiq sayğaclar quraşdırılmışdır. İddiaçı tərəfindən sayğaclara 798 (426 + 372 ) manat cavabdehə ödəniş edi lmişdir. Halbuki, elektrik sayğacının qiyməti 167,50 manat, qaz sayğacnın qiyməti 267 manatdır, su sayğacları pulsuz quraşdırılır. Belə olan halda iddiaçı sayğaclara görə cavabdehə cəmi 434,50 manat ödəməli olduğu halda, 798 manat ödəməklə, 363,50 manat məbləğində artıq ödəniş etmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-429/2020 nömrəl iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) apelyasiya şikayəti təmin edilməmiş, birnci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil Alışov Rafiq talış oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Məhkəmənin istinad etdiyi “xxxxxxxx” ASC-nin məktubu mütəxəssis rəyi hesab oluna bilməz. Tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, müqavilənin 3.2.1-ci bəndinə görə, sayğacların qoyulmasının alıcının hesabına aparılması nəzərdə tutulmuşdur. İddiaçı cavabdehə könüllü qaydada 798 manat məbləğində sayğacların dəyərini ödəmişdir. Eyni zamanda, iddiaçının iddia tələbində sayğaclarla bağlı mübahisənin hansı mənzilə və ya fərdi yaşayış evinə aid olmasının məhkəmə tərəfindən müəyyən edilməsi məlum deyildir. Tərəflər arasında müqavilə münasibətləri qüvvədə olmasına baxmayaraq məhkəmə müqavilə münasibətlərinə xitam vermədən ödənilmiş vəsaitin geri qaytarılması qənaətinə gəlmişdir. Kassasiya şikayəti, həmçinin bir sıra maddi və prosessual hüquq normalarına ümumi şəkildə istinad etməklə əsaslandırılmışdır. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsin yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən məhkəmə aktı iddianın təmin olunmuş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin həmin hissədə ləğv olunması və ya də yişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, baxılan iş üzrə iddiaçının elektrik enerjisinin istifadəsinə görə hər bir kilovat üçün artıq alınmış 0,02 manatın hesablanıb geri qaytarılması tələbi təmin olunmamışdır. Halbuki cavabdehin kassasiya şikayətinin əhəmiyyətli hissəsi iddianın həmin hissədə qanunsuz olaraq təmin edildiyi ilə əsaslandırılmışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qəna ətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “XXX” X1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-429/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar