Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3605/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (X5 və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3605/2024 (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi, transfer ödənişi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X5 və X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “kredit müqaviləsi üzrə pulun tu tulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1400/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı 20.000 manat məbləğində pulu cavabdehə borc vermiş, cavabdeh də borc olaraq aldığı həmin məbləği hər ay 1.700 manat, lakin axırıncı ay, yəni 2020-ci ilin sentyabr ayında 1.300 manat ödəmək şərti ilə xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşd ür.
2. İddiaçı və Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “xx.xx.2019-cu il tarixli, 3M-1186 reyestr nömrəli kredit müqaviləsinə əlavə”yə əsasən həmin müqavilədə göstərilən borc pulun qaytarılmasının müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, cavabdeh xx.xx.2022-ci il tarixədək həmin borc məbləğini, yəni 20.000 manatı iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən borc olaraq aldığı 20.000 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 20.030 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixədək ödəməli olduğu borc olaraq aldığı 20.000 manat pul vəsaitinə dair bir ay belə olsa ödəniş etməmiş, dəfələrlə borcunu tələb etməsinə baxmayaraq, hər dəfə cavabdeh borcu ödəyə bilmədiyi üçün möhlət istəmişdir. O, cavabdehə möhlət verməyə razı olaraq 20.000 manat borc pulun qaytarılması müddətini müqavilədə dəyişiklik edərək, azaltmağa razılaşmışdır. Belə ki, onunla cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixdə əlavə edilmişdir. Həmin əlavəyə əsasən cavabdehin ondan borc olaraq aldığı 20.000 manat pul vəsaitini 1 il ərzində, yəni xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Onunla cavabdeh arasında bağlanm ış xx.xx.2019-ci il tarixli, M1186 reyestr nömrəli kredit müqaviləsinin bağlanmasından 3 ilə yaxın müddətin keçməsinə baxmayaq cavabdeh tərəfindən 20.000 manat pul qaytarılmamışdır. Cavabdehin borc olaraq aldığı 20.000 manat pul vəsaitini geri tələb etsə də, cavabdeh pulu ödəməkdən qəsdən yayınır və borcu qaytarmaqdan imtina edir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-2919/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilmiş, cavabdehdən 20.000 manat pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc müqavilələri bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilə üzrə 20.000 manat məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almışdır. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə, həm də bundan sonra qaytarmamış, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, yaranmış borc məbləğini və 30 manat dövlət rüsumunu iddiaçıya ödəməlidir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbayc an Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 427.3, 442, 445.2, 445.2.1, 448.1, 739.1, 740, 740.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
8. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məşhur vizajistdir, 2019-cu ilin sentyabrında “Edelss Baku” gözəllik salonunda işləməsi üçün özünü həmin salonun sahibi kimi tanıtmış X5 onunla əlaqə saxlayaraq cavabdehə salonunda işləməyi təklif etmiş, əv əzində transfer ödənişi kimi 20.000 manat, eyni zamanda müştərilərdən əldə olunan gəlirin 40-60 % nisbətində bölünməsini təklif etmiş, cavabdeh də razılaşmışdır. Cavabdehin öhdəliyi isə müştərilərə xidmət və ən əsası yeni yaranmış bu salonu “İnstaqram” sosial şəbəkəsində olan səhifəsində reklam etmək olmuşdur. İddiaçı isə cavabdehi aldadaraq əmək müqaviləsi bağlaya bilməyəcəyini əvəzində işçi kimi münasibətləri rəsmiləşdirmək üçün 20.000 manat almasının rəsmiləşdirilməli olduğunu deyib, sonra isə onun işçisi İddiaçı ilə notariusa gedərək borc müqaviləsi imzalamışdır. Bundan sonrakı fəaliyyətində salona aylıq 3-4 min manat qazandırmış, salonun müştəriləri artmış, həmçinin öz müştərilərini salonun digər xidmətlərinə də cəlb etmişdir. Sonradan digər işçilərin əmək müqaviləsi olduğundan xəbəri olmuş, cavabdeh müqavilə tələb edəndə isə iddiaçı onu hədələməyə başlamış, polisə müraciət etmək istəyəndə isə cavabdehə yeni vədlər vermiş, həmçinin əvvəl aldığı 20.000 manatı məhkəmə qaydasında alınacağı ilə hədələmişdir. Cavabdehin iddiaçı ilə arasındakı müqavilə pərdələnmiş əqddir, reallığı əks etdirmir. Belə ki, iddiaçının bu tip müqavilələr bağladığı digər ustalar da var, həmin müqavilələrin surətlərini təqdim edərək qeyd etmişdir ki, onlara da transfer məbləği kimi verilmiş müxtəlif məbləğlər borc müqaviləsi adı altında pərdələnmişdir.
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, o, məşhur vizajistdir, 2019-cu ilin sentyabrında “Edelss Baku” gözəllik salonunda işləməsi üçün özünü həmin salonu n sahibi kimi tanıtmış Rübabə Əsgərova onunla əlaqə saxlayaraq onun salonunda işləməyi təklif etmiş, əvəzində transfer ödənişi kimi 20.000 manat eyni zamanda müştərilərdən əldə olunan gəlirin 40-60 % nisbətində bölünməsini təklif edib, o, da razılaşıb. Onun öhdəliyi isə müştərilərə xidmət və ən əsası yeni yaranmış bu salonu “İnstaqram” sosial şəbəkəsində olan səhifəsində reklam etmək olub. Rübabə Əsgərova onu aldadaraq əmək müqaviləsi bağlaya bilməyəcəyini, əvəzində işçi kimi münasibətləri rəsmiləşdirmək üçün 20.000 manatı almasının rəsmiləşdirilməli olduğunu deyib, sonra isə onun işçisi İddiaçı ilə notariusa gedərək borc müqaviləsi imzalayıblar. Bundan sonrakı fəaliyyətində salona aylıq 3-4 min manat qazandırıb, salonun müştəriləri artıb, həmçinin öz müştərilərini salonun digər xidmətləri nə də cəlb edib. Sonradan digər işçilərin əmək müqaviləsi olduğundan xəbəri olub, o, da müqavilə tələb edəndə isə Rübabə Əsgərova onu hədələməyə başlayıb, polisə müraciət etmək istəyəndə isə ona yeni vədlər verilib, həmçinin əvvəl aldığı 20.000 manatın məhkəmə qaydasında alınacağı ilə hədələnib. Cavabdehin İddiaçı ilə arasındakı müqavilə pərdələnmiş əqddir, reallığı əks etdirmir. Belə ki, Rübabə Əsgərovanın bu tip müqavilələr bağladığı digər ustalar da var, həmin müqavilələrin surətlərini məhkəmə kollegiyasına təqdim edərək qeyd etmişdir ki, onlara da transfer məbləği kimi verilmiş müxtəlif məbləğlər borc müqaviləsi adı altında pərdələnib. Rübabə Əsgərova nüfuzlu bir məmurun arvadıdır, əhatəsi kifayət qədər genişdir, bu səbəbdən digər bu cür müqavilə bağlamış ustaları da hədələyib ki, onun əleyhinə ifadə versələr, onlardan da həmin pul məbləğlərini istəyəcək, həmin işçilər də qorxusundan məhkəməyə gəlməkdən imtina edirlər.
11. Məhkəmə kollegiyasının təşəbbüsü ilə X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2389/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 75 manat dövlət rüsumunun id diaçıdan alınaraq cavabdehə ödənilməsi qət edilmişdir.
13. Apellyasiya instansiya məhkəməsi öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, cavabdehin nümayəndəsi iddiaçının cavabdehi haradan tanıması, əvvəllər tanımadığı şəxsə nəyə görə, həm də faizsiz olaraq borc verməsi, birinci müqavilə üzrə pulun hissələrlə hər ay qaytarılması nəzərdə tutulduğu və bu şərtə əməl edilmədiyi, yəni müqavilə müddəti ərzində hər hansı məbləğdə vəsaitin qaytarılmadığı halda, iddiaçının pulunu tələb etməməsi, eləcə də iddiaçının eyni dövrə təsadüf edən və həmin salonda işləyən digər şəxslərə də böyük məbləğlərdə borc verməsinin səbəbləri barədə hər hansı ağlabatan izah verə bilməmişdir. Nümayəndə eyni zamanda məhkəmə tərəfindən iddiaçının məhkəmə iclasında şəxsən iştirakının zəruriliyinə dair qərar verilməsinə baxmaya raq, onun şəxsən məhkəmə iclaslarına gəlməməsi-yayınmasını, eləcə də üçüncü şəxsin də məhkəmə iclasına gəlməməsinin səbəblərinin inandırıcı və ağlabatan izahını verə bilməmişdir. İddiaçının nümayəndəsi hazırkı iddia verilməmişdən qabaq müqavilə öhdəliyinin icrası barədə cavabdehə xatırlatma edilib-edilməməsi, eləcə də iddiaçının istinad etdiyi borc müqaviləsinin icra müddəti çatmadığı (müqavilənin icra müddəti xx.xx.2022-ci il tarixi olduğu halda, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmişdir) halda məhkəməyə müraciət edilməsinin səbəblərini də hər hansı şəkildə izah edə bilməmişdir.
14. Cavabdeh tərəfindən təqdim edilmiş, iddiaçı ilə cavabdeh arasında keçən telefon danışığın səs yazısından məlum olur ki, iddiaçı hazırkı mübahisənin ona aidiyyətinin olmadığını, həmin pul m ünasibətlərinin Rübabə ilə cavabdeh arasında olduğunu təsdiq edir və cavabdehə bütün bu məsələlərini Rübabə ilə həll etməsini tövsiyyə edir.
15. Cavabdeh həmçinin bildirmişdir ki, cavabdehin iddiaya etirazındakı müfəssəl izahatı, onun təqdim etdiyi şahid ifadələri, eləcə də iddiaçı ilə həmin salonda işləmiş beş ayrı-ayrı şəxslə bağlanmış borc müqavilələri, habelə iddiaçının məhkəmə iclasından yayınması, onun nümayəndəsi və vəkilinin isə cavabdehin etirazındakı dəlilləri ilə bağlı təqdim etdiyi sübutlara münasibətdə hər hansı ağlabatan və məntiqli izah verə bilməməsi, MPM-in 88-ci maddəsinin tələbləri baxımından ümumilikdə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin etirazı inandırıcı olmaqla əsaslıdır. Belə ki, müəyyən olunur ki, iddiaçının tələbində istinad etdiyi cavabdehlə bağlanm ış borc müqavilələri iddiaçı ilə deyil, əslində cavabdehlə onun işlədiyi salonun həqiqi sahibi Rübabə Əsgərova arasında mövcud olmuş işçi işəgötürən münasibətlərini pərdələmək məqsədi ilə üçüncü şəxslə bağlanmış yalan əqddir. Demək ki, tərəflər arasında bağlanmış və iddiaçının da tələbin əsası kimi istinad etdiyi borc müqavilələri Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün fərqli subyektlər arasında formal olaraq bağlanan yalan əqd olaraq əhəmiyyətsizdir.
16. Cavabdehin apellyasiya şikayətinin digər, yəni birinci instansiya məhkəməsi tərəfindən işə onun iştirakı olmadan baxılması barədə dəlilinə əsasən kollegiya qeyd etmişdir ki, mülki işin materialları ilə müəyyən olu nur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə ünvanlanmış məhkəmə bildirişləri zərfin üzərində “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qayıtmışdır (iş/v. 18, 35. 45.). Lakin birinci instansiya məhkəməsi cavabdehin iştirakının təmin olunması üçün zəruri tədbirləri görməmiş, onun məhkəmədə dinlənilməsini təmin etməmiş, nəticədə də birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan, o dinlənilmədən işə baxılmış, bununla da prosessual pozuntuya yol verilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 16.1, 337.1, 337.3, 337.4, 340.1, 404.1, 404.2, 739.1, 740-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx. 2022-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, “X.Mirzəyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat:
18. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticəni əsaslandırmamışdır. Ona görə ki, həmin nəticəni təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülahizələrə əsaslanmaqla qətnamə qəbul edərək iddianı rədd etmişdir. Transfer məsələsinə gəldikdə qeyd olunmalıdır ki, cavabdehə transfer olunması üçün müqavilə bağlamasına heç bir hal mane olmurdu. Onun izahatlarına inanılsa müqavilə bağlamaqda üstünlük hüququ cavabdehdə idi. Cavabdehin iş yeri, yaxşı qazancı olması, özünün bildirdiyi kimi işlədiyi sahədə kifayət qədər tanınması və s. mövcuddursa və xahiş-minnətlə işə dəvət edilirdisə, bu halda müqavilə şərtlərini də cavabdeh d iktə etməli idi. Lakin məhkəmə bu xüsusatlara əhəmiyyət verməmişdir. Belə ki, məhkəmənin gəldiyi nəticə mülahizələrdən ibarətdir və işin faktiki halları ilə təsdiq edilmir. Məhkəmə iclasında dindirilmiş şəxslərə gəldikdə isə qeyd olunmalıdır ki, həmin şəxslər məhkəmə iclasında bildirmişlər ki, iddiaçı ilə cavabdeh arasında olan pul söhbətlərindən xəbərdardırlar. Lakin onlara bu məlumatları haradan və kimdən əldə etdiklərini bildirməmişlər, məhkəmə də bu xüsusatı araşdırmamışdır. Məhkəmə şahidlərin ifadələrində bildirdikləri məlumatların mötəbərliyini araşdırmamış, onların ifadələrinə tənqidi yanaşmamışdır. Bundan başqa, cavabdehin və şahidlərin ifadələrində işə aidiyyəti olmayan şəxsin adının hallandırılmasının səbəbləri ümumiyyətlə məlum deyil. Məhkəmə bu xüsusata da fikir yönəltməmiş, mö vqe bildirməmişdir. Həmçinin, cavabdehin ona qarşı verilmiş iddiaya qarşı dəlilləri mülki işin materialları ilə təsdiq olunmur. Cavabdehin dəlilləri fərziyələrdən uzağa getmir. Məhkəmə cavabdehin fərziyələrinə düzgün hüquqi qiymət vermədiyinə görə iş üzrə qanunsuz, ədalətsiz və əsassız qətnamə qəbul etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3807/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Aqil Abbasov və Vidadi Məmmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
21. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yal an əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqdlərin bir növü olan yalan əqdlərdə tərəflərin bəyan etdikləri (görünən) iradələri əvvəlcədən danışılmış olur. Belə ki, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlirlər, lakin görünən əqdlə həmin müqaviləni pərdələyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin qəsdi ilə əhatə olunur. Bu səbəbdən pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır.
22. Hüquq sistemi qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olan və dürüst davranışları qoruyur. Bu səbəbdən hüquq qaydalarından başqa adlar altında yayınmağı, hüquqa qarşı hiylə işlətməyi, əslində qurulan həqiqi münasibəti pərdələməyi qanun əhəmiyyətsiz sayır və belə hərəkətlərin hüquqi nəticə yaratmadığını bəyan edir. Bu baxımdan edilən aldadıcı davranışın müqavilənin predmetinə, yoxsa tərəflərinə aid olmasının əhəmiyyəti yoxdur.
23. Odur ki, tərəflərin müqavilənin predmeti ilə yanaşı, şəxsə görə də yalan əqd bağlamaları mümkündür. Bu halda əqdin əsl tərəfləri müəyyən bir hüquqi nəticə əmələ gətirmək barəsində anlaşırlar, lakin müqavilənin onlar arasında rəsmiləşdirilməsini hansısa səbəbə görə arzu etmirlər və bu faktı gizlətməyə çalışırlar. Başqa sözlə, əsl (gizlədilən) müqavilənin tərəfləri, üçüncü şəxsləri aldatmaq (xarici aləmə başqa cür görünmək) niyyəti ilə başqa bir şəxsi əqdin tərəfi kimi göstərirlər və bu davranışlar onların qəsdi ilə əhatə olunur.
24. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaətdən belə görünür ki, kreditor İddiaçı ilə borclu Cavabdeh arasında rəsmiləşdirilmiş kredit müqaviləsi həm şəxsə, həm də predmetə görə yalan əqd olmaqla, əslində Rübabə Əsgərova ilə Cavabdeh arasında bağlanmış əmək münasibətlərini pərdələmişdir. Apellyasiya kollegiyası kredit müqaviləsini yalan (əhəmiyyətsiz) əqd saymaqla araşdırmanı dayandırmış və iddianı rədd etmişdir.
25. Halbuki, pərdələyən müqavilə yalan əqd kimi əhəmiyyətsiz olsa da, pərdələnən müqavilə müvafiq forma tələblərinə cavab verməzsə e tibarsız hesab edilir. Əgər pərdələnən müqavilə Mülki Məcəllənin 405.1-ci və 406.1-ci maddələrində nəzərdə tutulan forma tələblərinə uyğun gəlirsə əsl əqdin qaydaları tətbiq edilməlidir. Başqa sözlə, pərdələyən əqd yalan olduqda, məhkəmə bunu təsbit etməklə işini bitmiş hesab etməməli, araşdırmanı davam etdirərək pərdələnən əqdin də etibarlı olub-olmadığını araşdırmalıdır. Həmin əqd etibarlı olduqda tərəflərin ondan irəli gələn öhdəlikləri çərçivəsində iddia həll olunmalıdır.
26. Bu səbəbdən Mülki Məcəllənin 340.2-ci maddəsinin üçüncü cümləsində göstərilmişdir ki, “yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.”
27. Məlum olduğu kimi, qanunvericiliklə nəzərdə tutulmuş forma şərtinə cavab verən m üqavilə əsl tərəflər arasında arzu olunan hüquqi nəticələrə səbəb olur, yəni onların qarşılıqlı hüquq və öhdəliklərini meydana gətirir. Belə olan halda, müqavilənin tərəflərinin əsl əqddən irəli gələn öhdəliklərini pozub-pozmadığına ümumi qaydada hüquqi qiymət verilməlidir.
28. Baxılan işdə isə kredit müqaviləsini yalan əqd sayan apellyasiya məhkəməsi bu hallar üzrə araşdırma aparmamış, hüquq münasibətlərinin tərəflərinin əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiqi imkanlarını müzakirə etməmiş, beləliklə Mülki Məcəllənin 340.2-ci maddəsinin üçüncü cümləsi işə tətbiq olunmamışdır.
29. Bu hallar həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğ un əsaslandırılmadığına və nəticə etibarilə iş üzrə düzgün olmayan qətnamə çıxarıldığına dəlalət edir.
30. Təkrar apellyasiya baxışında iş üzrə yalan əqd nəticəsinə gəlinməsi ilə bağlı sübutlara düzgün qiymət verilmədiyinə dair iddiaçının dəlilləri, eləcə də cavabdehin etirazları, təqdim olunmuş sübutlar araşdırılmalı, borc tələbinin əsaslandığı əqdin etibarlı olub-olmaması yoxlanılarkən yalnız müqavilədəki söz və ifadələrin hərfi mənası deyil, tərəflərin əsl iradələrinin nəyə yönəldiyi, hansısa hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, bağlanmış kredit müqaviləsinin bu niyyətləri ifadə edib-etmədiyi, əgər həmin əqdlə başqa bir razılaşmanı pərdələmişlərsə, tərəflərin həqiqi iradələrini gizli tutaraq, üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda əldə etmək istədikləri mənfə ətin, habelə gizlədilən əqdin tərəflərinin kimlər və predmetinin nədən ibarət olması, bu kontekstdə 40/60 nisbətində gəlir bölgüsü barədə razılaşmanın tərəflər arasında hansı növ hüquq münasibətinə dəlalət etməsi, xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən müddət bitdikdən sonra cavabdehin faktiki olaraq salonda işləməyə davam etməsinin, sonradan müqavilə müddətinin uzadılmasının səbəbləri, bu halların əsl əqd üzrə öhdəliklərin yerinə yetirilməsi üçün əhəmiyyəti, nəticə etibarilə cavabdehin həmin öhdəlikləri icra edib-etməməsi, habelə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli araşdırılmaqla mübahisəyə yekun hüquqi qiymət verilməlidir.
31. Bu zaman məhkəmə əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, f ərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər (Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı). Apellyasiya instansiya məhkəməsində ikinci icraat:
32. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının təşəbbüsü ilə X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
33. Ba kı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1400/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlk edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia rədd edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, həm iddiaçı, həm də cavabdeh “Edelss Baku” gözəllik salonunda fəaliyyət göstəriblər. Cavabdehin həmin salonda fəaliyyət göstərməsi iş materiallarında olan sübutlarla, o cümlədən fotoşəkillərlə, şahid ifadələri və tərəflər arasında olan audioyazı ilə öz təsdiqini tapır. İddiaçı özü də həm bu halı, həm də salonla bağlılığını təkzib etmir. C avabdeh həmin salonda kredit müqaviləsinin bağlandığı 2019-cu ilin sentyabr ayının sonundan (demək olar ki, eyni tarixdən) vizajist kimi fəaliyyət göstərməyə başlamış və öz fəaliyyətini həmin salonda 2021-ci ilin avqust ayına kimi davam etdirmişdir. Onların kredit müqaviləsi bağlandığı tarixdən əvvəl biri-birini tanıması, habelə müqavilə bağlandıqdan əvvəl ünsiyyətdə olması müəyyən edilmir. İddiaçı da iddia tələbi ilə bağlı bu istiqamətdə cavabdeh ilə keçmişə dayanan nəinki etibarlı yaxınlıq münasibətlərinin, ümumiyyətlə hər hansı münasibətlərinin olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Ötən dövr ərzində iddiaçının bu məbləği cavabdehdən tələb etməsini təsdiq edən hər hansı sübut, o cümlədən yazışma və ya bu istiqamətdə hər hansı hərəkətin edilməsi halı da mövcud deyi l.
35. Digər tərəfdən məhkəmə kollegiyası o halı da nəzərə almışdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 20.000 manat pulun məbləğ etibarı ilə xx.xx.2020-ci tarixinədək qaytarılmasında sərbəst olmamış, müqavilə çərçivəsində kreditin qaytarılması müddətləri və məbləğləri də razılaşdırılmışdır. Belə ki, müqaviləyə əsasən həmin məbləğ hər ay 1.700 manat, axırıncı ay, yəni 2020-ci ilin sentyabr ayında isə 1.300 manat ödəmək şərti ilə verilmişdir. Lakin müqavilənin qüvvədə olduğu müddət ərzində bu məbləğin hər hansı hissəsinin ödənilməsi təmin edilməmiş, ümumiyyətlə cavabdehə qarşı belə bir tələb irəli sürülməmişdir. Əksinə müqavilənin müddətinin bitdiyi tarixdən 10 ay keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əlavəyə əsasən 20.000 manat kre dit məbləğinin ödənilməsi müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bununla belə, iddiaçı ümumiyyətlə tanımadığı (etibarlı münasibətdən söhbət gedə bilməz) cavabdehə xx.xx.2019-cu il tarixdə yüksək məbləğ hesab edilən 20.000 manat məbləğində pulu borc vermiş, müqavilədə ödəniş məbləğlərinin və müddətlərinin şərtləşdirilməsinə baxmayaraq, 2 il 9 ay ərzində pulunu tələb etməmiş və yalnız 2022-ci il ilin iyun ayında (müqavilə müddəti bitməmiş) bu məbləğin tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənlər tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin yaranmasını şübhə altına alır.
36. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçının borc verdiyi yeganə iş yoldaşı olmamışdır. Belə ki, iddiaçı aralarında bağlanmış xx.xx.2017-ci il tar ixli kredit müqaviləsinə əsasən X7 xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 2.500 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X6 xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 10.000 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Atmaca Bilgenə xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 16.000 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X2 xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 30.000 manat məbləğində kredit vermişdir. Həmin şəxslərin, o cümlədən X1 (vizajist), X3 (bərbər) və Atmaca Bilgenin (bərbər) məhz cavabdehin vizajist kimi fəaliyyət göstərdiyi “Edelss Baku” gözəllik salonunda işlədiyi (əmək münasibətlərində olduğu) iş materiallarında olan əmrlər və əmək bildirişi ilə təsdiq edilir.
37. Yuxarıda göstərilən və iş üçün əhəmiyy ət kəsb edən bir sıra digər məsələlərə aydınlıq gətirilməsi üçün iddiaçının (şəxsən) və üçüncü şəxslər Rübabə Əsgərovanın (göndərilən məhkəmə bildirişləri ünvan üzrə qəbul edilmişdir) və Elmira Ramazanovanın (istifadəsində olan telefon nömrəsinə də bildiriş göndərilmişdir) məhkəmə iclasında iştirakını təmin etmək üçün məhkəmə iclası bir neçə dəfə təxirə salınmış, o cümlədən vəkil və nümayəndə Vəkil3 bu barədə təklif edilmişdir. Lakin nəticə etibarı ilə qeyd edilən şəxslər məhkəmə iclasına gəlməmişlər. Bu da öz növbəsində cavabdehin təqdim etdiyi sübutlar da nəzərə alınmaqla onun mövqeyinin və söylədiyi fikirlərin əsaslı olduğunu təsdiq edir.
38. Cavabdeh işə birinci instansiya məhkəməsində baxılan zaman keçirilən məhkəmə iclaslarında iştirak etməmiş və hər hansı sübut təqdim etmək imkanına malik olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər mübahisənin düzgün həll edilməsinin, o cümlədən işin bütün halarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsi baxımından mötəbər sübut kimi qəbul edilməlidir.
39. Bununla belə, məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini və buna uyğun olaraq aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, belə qənaətə gəlmişdir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi onun tərəflərinin, yəni iddiaçı və cavabdehin əsl hüquqi niyyətlərini əks etdirmir və müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun deyil.
40. Həmin müqavilə və müqaviləyə əlavə bağlanarkən qanunv ericiliklə müəyyən edilmiş bütün tələblərə (müqavilə yazılı bağlanmış, notariat qaydada təsdiq olunmuş, pul vəsaiti notariusun depozit hesabından dövr etmiş və cavabehə verilmişdir) borc münasibətlərinin yaranması baxımından formal olaraq əməl olunmuşdur. Halbuki, əqdin etibarlı olması üçün təkcə sadalanan tələblərə əməl edilməsi kifayət deyil. Zahirən əqdlərə dair tələblərə uyğun şəkildə bağlanmış müqavilənin mütləq şəkildə etibarlı olması kimi birmənalı qiymətləndirilmə “əqdlərin etibarsızlığı” institutunun əhəmiyyətsizliyinə gətirib çıxarmış olardı.
41. Belə ki, cavabdeh 2019-cu ilin sentyabr ayına kimi başqa bir gözəllik salonunda fəaliyyət göstərmişdir. 2019-cu ilin sentyabr ayında fəaliyyət göstərdiyi gözəllik salonunu dəyişərək, “Edelss Baku” gözəllik salonunda vizajist kimi fəaliyy ət göstərməyə başlamış, həmin vaxt salonun rəsmi internet səhifəsində bununla bağlı reklam xarakterli məlumat da yerləşdirilmişdir. Elə həmin vaxt cavabdehlə salonun digər əməkdaşı (iddiaçı) arasında borc müqaviləsi bağlanmış və cavabdehə borc olaraq 20.000 manat məbləğində pul verilmişdir. Bu sahədə formalaşmış təcrübə, habelə cavabdehin göstərdiyi xidmətlərin ödənişli olması cavabdehin göstərdiyi xidmətləri bəyənən şəxslər, yəni müştərilər artıq həmin salona gəlməyə başlamış və xidmət haqqını salonun kassasına ödəmişlər. Xidmət haqqların cavabdehlə salon arasında 40/60 faiz nisbətinə bölüşdürülməsi salonun cavabdehin fəaliyyətindən gəlir əldə etməsini birmənalı şəkildə təsdiq edir. Münasibətlərin bu faiz nisbəti üzrə qurulmasını iddiaçı bildirir, lakin cavabdeh bununla bağlı hər hansı fi kir söyləmir, o cümlədən bu məlumatı təkzib etmir. Üçüncü şəxslər də məhkəmə iclasında iştirak etməməklə yanaşı, bu məsələyə də hər hansı münasibət bildirmir. Halbuki, bu məlumat reallığı əks etdirməsə idi, cavabdehin göstərdiyi xidmətlərin dəyərinin ödənilməsi, habelə əldə edilmiş gəlirin bölüşdürülməsi qaydası barədə məhkəməyə məlumat təqdim edilməli idi. Hər bir halda, cavabdehin həmin salonda rəsmi əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyi, habelə bu salonda işləmək üçün müraciət etməsi, yəni belə bir ehtiyacının olması müəyyən edilmir.
42. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, bununla belə, cavabdehin belə bir müraciətinin və ya ehtiyacının olmasının müəyyən edilmədiyi bir halda, fəaliyyət göstərdiyi yeri dəyişərək, öz fəaliyyətini bu salonda davam etməsi, bu salonda xidm ət göstərdiyi şəxslərin sayından asılı olmayaraq, cavabdehə aylıq konkret məbləğin ödənilməsi barədə hər hansı sübutun olmaması, habelə iş materiallarında olan fotoşəkillər, “whatsapp” yazışmaları və tərəflər arasında baş vermiş telefon danışığının audioyazının məzmunu belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsində göstərilən məbləğ cavabdehə borc olaraq verilməmiş, peşakar vizajist kimi öz fəaliyyətini bu salonda davam etdirməsinə maraq yaratmaq və onu salona cəlb edərək, onunla birgə fəaliyyət göstərib gəlir əldə etmək məqsədi ilə ödənilmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi tərəflərin əsl hüquqi niyyətlərini əks etdirməyən və görüntü üçün bağlanmış, həqiqətdə salonun rəhbərliyini n cavabdehlə birgə fəaliyyət göstərmək və gəlir əldə etmək üçün cavabdehin salona cəlb edilməsi münasibətlərini (transfer müqaviləsini) pərdələyən müqavilə kimi qiymətləndirilməlidir. Belə ki, 2019-cu ilin sentyabr ayında cavabdehlə salon arasında birgə fəaliyyətdən irəli gələn münasibətlər yaranmış və bu münasibətlər çərçivəsində salon (işə götürən Elmira Ramazanova, salonun qeyri-rəsmi sahibi Rübabə Əsgərova) cavabdehi vizajist xidmətlərinin göstərilməsi üçün zəruri şəraitlə təmin etmiş, cavabdeh isə salona ümumi qaydada, habelə onun daimi müştərisi olaraq gələn şəxslərə bu xidmətləri göstərərək, əldə edilən gəliri (xidmət haqqını) 40/60 faiz nisbətində bölmüşdür. Qeyd edilənlər öz növbəsində həqiqətdə iddiaçı tərəfindən cavabdehə 20.000 manat məbləğində pulun borc qismində verilmədiyini, müqavilənin yalan əqd olduğunu, birgə fəaliyyətin göstərilməsini və gəlir əldə edilməsini təminat altına almaq məqsədi ilə bağlandığını və bu baxımdan etibarsız olmasını təsdiq edir.
43. Bu müqavilənin etibarsız olması artıq qeyd edildiyi kimi, həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, həmçinin, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri ilə də təsdiq edilir.
44. Birgə fəaliyyət göstərməsi üçün ödənilmiş 20.000 manat pulun borc münasibətləri kimi rəsmiləşdirilməsi də müqavilədə göstərilən müddət ərzində cavabdehin məhz həmin salonda fəaliyyət göstərməsini (pulu aldıqdan bir müddət sonra öz fəaliyyətini davam etdirməkdən imtina etməsi kimi halların qarşısının alınması məqsədi ilə) təminat altına alm aq məqsədi ilə bağlanmışdır. Sonradan həmin müqaviləyə əlavə bağlanması da məhz bu məqsədlərə xidmət etmişdir.
45. Məhkəmə kollegiyası Mülki Məcəllənin 340.2-ci maddəsinin tələblərini rəhbər tutub, kredit müqaviləsi bağlanarkən əslində salonun rəhbərliyinin cavabdehin salonla birgə fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə ona 20.000 manat pulun ödənilməsi (transfer müqaviləsinin bağlanması) ilə bağlı qeyd etmişdir ki, iddiaçı, habelə salon (işə götürən Elmira Ramazanov və ya salonun qeyri-rəsmi sahibi Rübabə Əsgərova, habelə hər hansı digər səlahiyyətli nümayəndəsi şəxsində) salonun cavabdehin fəaliyyətindən gəlir əldə etməməsini, əksinə maddi zərərlə üzləşməsini bildirmir, bu məsələyə ümumiyyətlə toxunan yoxdur. Bu baxımdan kredit müqaviləsi bağlanarkən əslində nəzərdə tutulmuş tran sfer müqaviləsinə aid olan qaydalar tətbiq edildiyi təqdirdə belə, cavabdehin bu münasibətlər üzrə (aldığı 20.000 manat müqabilində) üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirdiyi və salonda fəaliyyət göstərdiyi dövrdə salonun onunla birgə fəaliyyətdən arzuladığı (verilmiş 20.000 manat müqabilində) gəliri götürdüyünü təsdiq edir (nəzərə alınmalıdır ki, əksini təsdiq edən hər hansı sübut mövcud deyil). Bu da öz növbəsində həmin məbləğin və ya onun hər hansı hisssəsinin qeyd edilən əsasla (transfer müqaviləsinin şərtlərinin pozulması) cavabdehdən tutulmasını istisna edir.
46. Məhkəmə kollegiyası borc müqaviləsi bağlandıqdan sonra tərəflər arasında məhz birgə fəaliyyətdən irəli gələn münasibətlərin yaranması qənaəti ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında əmək müqaviləs inin bağlanmaması ilə yanaşı, cavabdehin fəaliyyətinin xarakteri (müştərinin sayından asılı olmayaraq, göstərdiyi xidmətlərə görə aylıq konkret məbləğin müəyyən edilməməsi, müştərilərin bir hissəsinin onun özü tərəfindən cəlb edilməsi, normalaşdırılmış iş saatı üzrə fəaliyyət göstərməməsi və sair) də onların arasında işçi işəgötürən münasibətlərinin yaranmasını istisna edir.
47. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 324.1, 324.4, 324.5, 337.1, 337.3, 337.4, 340.2, 389.1, 404.1, 404.2, 405.1, 406.1, 560.3.4, 739.1, 740.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyas ına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217-cü maddələrinə istinadla əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
48. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin borc müqaviləsinin etibarsız olması nəticəsinə gəlməsi əsassızdır. Ona görə ki, Mülki Məcə llənin 339.1-339.4cü maddələrində göstərilən əsaslar olduqda əqd etbarsız hesab edilə bilər. Lakin baxılan mülki işdə həmin halların heç biri mövcud olmamışdır. Cavabdehin özünün izahatı da dolayısı ilə qeyd olunanları təsdiq edir. İş üzrə cavabdeh və apellyasiya instansiyasında dindirilmiş şahidlər də təsdiq edir ki, Cavabdeh həqiqətən 20.000 manat pulu almışdır. Lakin borc kimi yox transfer pulu kimi almışdır. İddiaçı tərəf olaraq cavabdehin bu iddialarını qəbul etmir. Lakin qeyd olunmalıdır ki, transfer üçün aldığı məbləğə görə cavabdeh hansı səbəbdən borc müqaviləsi bağlamışdır. Onun iddiaçıdan hər hansı bir aslılığı, iddiaçının ona zor tətbiq etmək imkanı (cavabdehin məhdud fəaliyyət qabiliyyətli olması buna uyğun hallar da tamamilə inkar olunur) və s. və i. vardımı? Baxılan mübahisə ilə əlaqədar belə halların heç biri mövcud olmamışdır. Məhkəmənin hansı sübutlara əsasən müvafiq qətnaməni qəbul etməsi anlaşılmazdır. Transfer məsələsinə gəldikdə, cavabdehə transfer olunması üçün müqavilə bağlamasına heç bir hal mane olmurdu. Onun izahatlarına inansaq müqavilə bağlamaqda üstünlük hüququ cavabdehdə idi. Cavabdehin iş yeri, yaxşı qazancı olması, özünün bildirdiyi kimi işlədiyi sahədə kifayət qədər tanınması və s. mövcuddursa və xahiş-minnətlə işə dəvət edilirdisə, bu halda müqavilə şərtlərini də cavabdeh diktə etməli idi. Lakin məhkəmə bu xüsusatlara əhəmiyyət verməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mənzil Məcəlləsi.
50. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
51. Maddə 324.1. Əq d mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
52. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
53. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
54. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
55. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız ola n əqddir.
56. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
57. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
58. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
59. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şər tləri və mənası ilə müqayisəsini nəzərə alır.
60. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
61. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
62. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
63. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.
64. Maddə 739.1. (əvvəlki redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
65. Maddə 740.2. (əvvəlki redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi.
66. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
67. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa hallar ın mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
70. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
71. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
74. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
76. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
77. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
78. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
79. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
80. Hazırkı kasassiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, işə baxışının predmetini məhkəmə aktının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi, bundan əvvəl işə baxmış kassasiya instansiyasında işə baxan məhkəmənin qərarlarında şərh edilən göstərişlərinə tam əməl olunmadığı müəyyən edilmişdir.
82. Bu səbəbdən də məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını məqsədəuyğun hesab edir.
83. Belə ki, işin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-1186 reyestr nömrəli kredit müqaviləsinə əsasən cavabdeh id diaçıdan 20.000 manat məbləğində pulu borc almış və həmin məbləği xx.xx.2020-ci il tarixədək iddiaçıya qaytarmaq barədə öhdəlik götürmüşdür. Daha sonra kredit müqaviləsinə əlavə imzalanmış, kredit müqaviləsinin qaytarılmasının müddəti uzadılmış, cavabdeh 20.000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.
84. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh ixtisasca vizajist (insanların üz cizgilərini vurğulayan və estetik görünüşünü artıran peşəkar makiyaj mütəxəssisi) olmaqla, iddiaçıdan 20.000 manat pulu aldığı 2019-cu ilin sentyabr ayına kimi başqa bir gözəllik salonunda fəaliyyət göstərmiş, həmin tarixdən fəaliyyət göstərdiyi gözəllik salonunu dəyişərək, “Edelss Baku” gözəllik salonunda vizajist kimi fəaliyyət göstərməyə başlamış, həmin vaxt s alonun rəsmi internet səhifəsində bununla bağlı reklam xarakterli məlumat da yerləşdirilmişdir. Elə həmin vaxt iddiaçının salonda göstərəcəyi xidmətin rəsmiləşdirilməsi məqsədi ilə, cavabdehlə salonun digər əməkdaşı (iddiaçı) arasında kredit müqaviləsi bağlanmış və müqavilədə cavabdehə borc olaraq 20.000 manat məbləğində pul verilməsi qeyd olunmuşdur. Bu sahədə formalaşmış təcrübə, habelə cavabdehin göstərdiyi xidmətlərin ödənişli olması cavabdehin göstərdiyi xidmətləri bəyənən şəxslər, yəni müştərilər artıq həmin salona gəlməyə başlamış və xidmət haqqını salonun kassasına ödəmişlər. Cavabdehlə salon arasında xidmət haqqları 40/60 faiz nisbətinə bölüşdürülmüş, bununla salon cavabdehin fəaliyyətindən gəlir əldə etmişdir. Salon bundan əvvəldə orada fəaliyyət göstərən beş nəfər işçi ilə, salo nda xidmət göstərmələri ilə bağlı fəaliyyətlərini onlarla borc müqaviləsi bağlamaq vasitəsi ilə rəsmiləşdirmişdir.
85. Bundan başqa münasibətlərin 40/60 faiz nisbəti üzrə qurulmasını cavabdeh bildirmiş, lakin iddiaçı bununla bağlı hər hansı fikir söyləməmiş, o cümlədən bu məlumatı təkzib etməmişdir. İddiaçı birinci instansiya məhkəməsində şəxsən iştirak etməmiş, apellyasiya icraatı zamanı isə iddiaçı, habelə üçüncü şəxs qismində cəlb edilmiş şəxslər zəruri olduğundan şəxsən izahat vermək üçün məhkəməyə çağrılmalarına baxmayaraq, məhkəməyə gəlməkdən yayınmışlar. Cavabdehin həmin salonda rəsmi əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyi, habelə bu salonda işləmək üçün müraciət etməsi, yəni belə bir ehtiyacının olması müəyyən edilməmişdir.
86. İddiaçının və üçüncü şəxslərin iddia tələbinə o lan bu münasibəti, həmçinin işdə olan digər hallara əsasən müəyyən olunmuşdur ki, iddiaçının tələbində istinad etdiyi cavabdehlə bağlanmış borc müqavilələri iddiaçı ilə deyil, əslində cavabdehlə onun işlədiyi salonun həqiqi sahibi, hazırkı iş üzrə üçüncü şəxs kimi cəlb edilmiş Rübabə Əsgərova arasında mövcud olmuş işçi işəgötürən münasibətlərindən ibarət olmuşdur.
87. Hazırda iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək borc müqaviləsi üzrə yaranmış 20.000 manat məbləğində borcu cavabdehdən tələb edir.
88. İşə daha əvvəl baxmış kassasiya instansiya məhkəməsinin məhkəmə kollegiyası qeyd etmişdir ki, pərdələyən müqavilə yalan əqd kimi əhəmiyyətsiz olsa da, pərdələnən müqavilə müvafiq forma tələblərinə cavab verməzsə etibarsız hesab edilir. Əgər pərdələnən müqavilə Mülki Məcəllənin 405.1 və 406.1-ci maddələrində nəzərdə tutulan forma tələblərinə uyğun gəlirsə əsl əqdin qaydaları tətbiq edilməlidir. Başqa sözlə, pərdələyən əqd yalan olduqda, məhkəmə bunu təsbit etməklə işini bitmiş hesab etməməli, araşdırmanı davam etdirərək pərdələnən əqdin də etibarlı olub-olmadığını araşdırmalıdır. Həmin əqd etibarlı olduqda tərəflərin ondan irəli gələn öhdəlikləri çərçivəsində iddia həll olunmalıdır. Bu səbəbdən Mülki Məcəllənin 340.2-ci maddəsinin üçüncü cümləsində göstərilmişdir ki, “yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.” Qanunvericiliklə nəzərdə tutulmuş forma şərtinə cavab verən müqavilə əsl tərəflər arasında arzu olunan hüquqi nəticələrə səbəb olur, yəni onları n qarşılıqlı hüquq və öhdəliklərini meydana gətirir. Belə olan halda, müqavilənin tərəflərinin əsl əqddən irəli gələn öhdəliklərini pozub-pozmadığına ümumi qaydada hüquqi qiymət verilməlidir. Baxılan işdə isə kredit müqaviləsini yalan əqd sayan apellyasiya məhkəməsi bu hallar üzrə araşdırma aparmamış, hüquq münasibətlərinin tərəflərinin əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiqi imkanlarını müzakirə etməmiş, beləliklə Mülki Məcəllənin 340.2ci maddəsinin üçüncü cümləsi işə tətbiq olunmamışdır. Bu hallar həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına və nəticə etibarilə iş üzrə düzgün olmayan qətnamə çıxarıldığına d əlalət edir.
89. İşə sonuncu dəfə baxmış apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni ləğv edərək iddianı rədd edərkən, işin halları ilə tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin yaranmasının şübhə doğurduğunu, əslində kredit müqaviləsi bağlanarkən cavabdehlə onun işlədiyi salonun qeyri-rəsmi sahibi Rübabə Əsgərovanın işə götürəni Elmira Ramazanova arasında cavabdehin salonla birgə fəaliyyət göstərməsini təmin etmək məqsədi ilə ona 20.000 manat pulun ödənilməsinı (transfer müqaviləsinin bağlanması), bununla da iddiaçının tələbində istinad etdiyi cavabdehlə bağlanmış borc müqavilələrinin iddiaçı ilə deyil, cavabdehlə onun işlədiyi salonun rəhbərliyi arasında mövcud olmuş işçi işəgötürən münasibətlərin i pərdələmək məqsədi ilə üçüncü şəxslə bağlanmış yalan əqd olduğunu qeyd etməklə yanaşı göstərmişdir ki, kredit müqaviləsi bağlanarkən əslində nəzərdə tutulmuş transfer müqaviləsinə aid olan qaydalar tətbiq edildiyi təqdirdə belə, cavabdehin bu münasibətlər üzrə (aldığı 20.000 manat müqabilində) üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirdiyi və salonda fəaliyyət göstərdiyi dövrdə salonun onunla birgə fəaliyyətdən arzuladığı (verilmiş 20.000 manat müqabilində) gəliri götürdüyünü təsdiq edir (nəzərə alınmalıdır ki, əksini təsdiq edən hər hansı sübut mövcud deyil). Bu da öz növbəsində həmin məbləğin və ya onun hər hansı hisssəsinin qeyd edilən əsasla (transfer müqaviləsinin şərtlərinin pozulması) cavabdehdən tutulmasını istisna edir. Məhkəmə kollegiyası həmçinin borc müqaviləsi bağlandıqdan sonra tərəflər arasında məhz birgə fəaliyyətdən irəli gələn münasibətlərin yaranması qənaəti ilə bağlı onu da qeyd etmişdir ki, tərəflər arasında əmək müqaviləsinin bağlanmaması ilə yanaşı, cavabdehin fəaliyyətinin xarakteri (müştərinin sayından asılı olmayaraq, göstərdiyi xidmətlərə görə aylıq konkret məbləğin müəyyən edilməməsi, müştərilərin bir hissəsinin onun özü tərəfindən cəlb edilməsi, normalaşdırılmış iş saatı üzrə fəaliyyət göstərməməsi və sair) də onların arasında işçi işəgötürən münasibətlərinin yaranmasını istisna edir.
90. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin əsaslandırması ilə qismən razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir:
91. Belə ki, ilk öncə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqdlərin bir növü olan yalan əqdlərdə tərəflərin bəyan etdikləri (görünən) iradələri əvvəlcədən danışılmış olur. Belə ki, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlirlər, lakin görünən əqdlə həmin müqaviləni pərdələyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin qəsdi ilə əhatə olunur. Bu səbəbdən pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquq i nəticə yaratmır.
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında da göstərilmişdir ki, “Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.”
93. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Kredit müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Başqa sözlə, hazırkı işdə kredit müqaviləsini tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti deyil və işin mübahisəsiz halıdır.
94. Göründüyü kimi, iddiaçının (həmçinin üçüncü şəxslərin) müqavilənin bağlanmasına dair aparılan danışıqlar və müqavilənin bağlanması zamanı yalan məlumat vermədiyini yaxud məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat verməmək kimi bir niyyətinin olmadığını və bununla da cavabdehi aldatmadığını sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, ağlabatan mühakimə də təsdiq edir ki, cavabdeh iddiaçı (həmçinin üçüncü şəxslər) tərəfindən aldadılmasaydı hansı səbəbdən göstərəcəyi x idmətə görə aldığı xidmət haqqını qayratmaq şərti ilə götürdüyü kredit borcu kimi qələmə verməlidir. Şübhəsiz ki, aldadılma olmasaydı, nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin öz üzərinə göstərəcəyi xidmət qarşılığında adığı xidmət haqqını kredit borcu kimi qəbul etməsi və bununla bağlı kredit müqaviləsi bağlaması inandırıcı və ağlabatan deyildir. Göründüyü kimi, iddiaçı (həmçinin üçüncü şəxslər) bu halları sübuta yetirə bilmir. Ona görə də, iddianın rədd edilməsi barədə nəticə düzgün olmuşdur.
95. Apellyasiya instansiya məhkəməsinin də iddianı rədd edərkən qeyd etdiyi kimi, həm iddiaçı, həm də cavabdeh “Edelss Baku” gözəllik salonunda fəaliyyət göstərmişlər. Cavabdehin həmin salonda fəaliyyət göstərməsi iş materiallarında olan sübutlarla, o cümlədən fotoşəkillərlə, şahid ifadələri və tərəflər arasında olan audioyazı ilə öz təsdiqini tapır. İddiaçı özü də həm bu halı, həm də salonla bağlılığını təkzib etmir. Cavabdeh həmin salonda kredit müqaviləsinin bağlandığı 2019-cu ilin sentyabr ayının sonundan (demək olar ki, eyni tarixdən) vizajist kimi fəaliyyət göstərməyə başlamış və öz fəaliyyətini həmin salonda 2021-ci ilin avqust ayına kimi davam etdirmişdir. Onların kredit müqaviləsi bağlandığı tarixdən əvvəl biri-birini tanıması, habelə müqavilə bağlandıqdan əvvəl ünsiyyətdə olması müəyyən edilmir. İddiaçı da iddia tələbi ilə bağlı bu istiqamətdə cavabdeh ilə keçmişə dayanan nəinki etibarlı yaxınlıq münasibətlərinin, ümumiyyətlə hər hansı münasibətlərinin olması ilə bağlı sübutu məhkəməyə təqdim edə bilmir. Ötən dövr ərzində iddiaçının bu məbləği cavabdehdən tələb etməsin i təsdiq edən hər hansı sübut, o cümlədən yazışma və ya bu istiqamətdə hərəkətin edilməsi halı da mövcud deyil. Digər tərəfdən, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 20.000 manat pulun məbləğ etibarı ilə xx.xx.2020-ci il tarixinədək qaytarılmasında sərbəst olmamış, müqavilə çərçivəsində kreditin qaytarılması müddətləri və məbləğləri də razılaşdırılmış, həmin məbləğ hər ay 1.700 manat, axırıncı ay, yəni 2020-ci ilin sentyabr ayında isə 1.300 manat ödəmək şərti ilə verilmişdir. Lakin müqavilənin qüvvədə olduğu müddət ərzində bu məbləğin hər hansı hissəsinin ödənilməsi təmin edilməmiş, ümumiyyətlə cavabdehə qarşı belə bir tələb irəli sürülməmişdir. Əksinə müqavilənin müddətinin bitdiyi tarixdən 10 ay keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əl avəyə əsasən 20.000 manat kredit məbləğinin ödənilməsi müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bununla belə, iddiaçı ümumiyyətlə tanımadığı (etibarlı münasibətdən söhbət gedə bilməz) cavabdehə xx.xx.2019-cu il tarixdə yüksək məbləğ hesab edilən 20.000 manat məbləğində pulu borc vermiş, müqavilədə ödəniş məbləğlərinin və müddətlərinin şərtləşdirilməsinə baxmayaraq, 2 il 9 ay ərzində pulunu tələb etməmiş və yalnız 2022-ci ilin iyun ayında (müqavilə müddəti bitməmiş) bu məbləğin tutulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənlər tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin yaranmasını şübhə altına alır.
96. Bundan başqa, cavabdeh iddiaçının borc verdiyi yeganə iş yoldaşı olmamışdır. Belə ki, iddiaçı aralarında bağlanmış xx.xx.2017-ci il tarixli kred it müqaviləsinə əsasən X7 xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 2.500 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X6 xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 10.000 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Atmaca Bilgenə xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 16.000 manat, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X2 xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 30.000 manat məbləğində kredit vermişdir. Həmin şəxslərin, o cümlədən X1 (vizajist), X3 (bərbər) və Atmaca Bilgenin (bərbər) məhz cavabdehin vizajist kimi fəaliyyət göstərdiyi “Edelss Baku” gözəllik salonunda işlədiyi (əmək münasibətlərində olduğu) iş materiallarında olan əmrlər və əmək bildirişi ilə təsdiq edilir.
97. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kolle giyası apellyasiya instansiya məhkəməsinin işin halları ilə tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin yaranmasının şübhə doğurması, əslində iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsində göstərilən məbləğin cavabdehə borc olaraq verilməməsi, peşakar vizajist kimi cavabdehdə öz fəaliyyətini bu salonda davam etdirməsinə maraq yaratmaq və onu salona cəlb edərək, onunla birgə fəaliyyət göstərib gəlir əldə etmək məqsədi ilə ödənilməsi, bu səbəbdən xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinin tərəflərin əsl hüquqi niyyətlərini əks etdirməyən və görüntü üçün bağlanmış, həqiqətdə salonun rəhbərliyinin cavabdehlə birgə fəaliyyət göstərmək və gəlir əldə etmək üçün cavabdehin salona cəlb edilməsi münasibətlərini (transfer müqavi ləsini) pərdələyən müqavilə kimi qiymətləndirilməsi, 2019-cu ilin sentyabr ayında cavabdehlə salon arasında birgə fəaliyyətdən irəli gələn münasibətlərin yaranması və bu münasibətlər çərçivəsində salonun (işə götürən Elmira Ramazanova, salonun qeyri-rəsmi sahibi Rübabə Əsgərova) cavabdehi vizajist xidmətlərinin göstərilməsi üçün zəruri şəraitlə təmin etməsi, cavabdehin isə salona ümumi qaydada, habelə onun daimi müştərisi olaraq gələn şəxslərə bu xidmətləri göstərərək, əldə edilən gəlirin (xidmət haqqını) 40/60 faiz nisbətində bölmüşdürməsi, qeyd edilənlərin öz növbəsində həqiqətdə iddiaçı tərəfindən cavabdehə 20.000 manat məbləğində pulun borc qismində verilmədiyini, müqavilənin yalan əqd olduğunu, birgə fəaliyyətin göstərilməsini və gəlir əldə edilməsini təminat altına almaq məqsədi ilə bağlandığını və bu baxımdan etibarsız olmasını təsdiq etməsi barədə gəldiyi nəticə ilə razılaşır.
98. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının (şəxsən) və üçüncü şəxslər Rübabə Əsgərovanın və Elmira Ramazanovanın məhkəmə iclasında iştirakını təmin etmək üçün məhkəmə iclasının bir neçə dəfə təxirə salınmasını, o cümlədən vəkil və nümayəndə Vəkil3 bu barədə təklif edilməsini, lakin nəticə etibarı ilə qeyd edilən şəxslərin məhkəmə iclasına gəlməmələrini, bunun da öz növbəsində cavabdehin təqdim etdiyi sübutlar da nəzərə alınmaqla onun mövqeyinin və söylədiyi fikirlərin əsaslı olduğu nəticəsinə gələrək, bundan əvvəl işə baxmış ali məhkəmənin mülki kollegiyasının araşdırmanı davam etdirərək pərdələnən əqdin də etibarlı olub-olmadığını araşdırmağ ın mümkün olmamadığı nəticəsinə gəlsə də, hər hansı mötəbər sübuta istinad etmədən, yalnız əksini təsdiq edən hər hansı sübutun mövcud olmadığını qeyd etməklə cavabdehin bu münasibətlər üzrə (aldığı 20.000 manat müqabilində) üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirdiyi və salonda fəaliyyət göstərdiyi dövrdə salonun onunla birgə fəaliyyətdən arzuladığı (verilmiş 20.000 manat müqabilində) gəliri götürdüyünü təsdiq etməsi, bunun da da öz növbəsində həmin məbləğin və ya onun hər hansı hisssəsinin qeyd edilən əsasla (transfer müqaviləsinin şərtlərinin pozulması) cavabdehdən tutulmasını istisna etməsi barədə nəticəyə gəlmişdir.
99. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinin rədd edilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı o lsa da, cavabdehin bu münasibətlər üzrə (aldığı 20.000 manat müqabilində) üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməsi barədə mövqeyi yanlışdır. Çünki, araşdırmanı davam etdirməyin mümkün olmadığını müəyyən etdikdən sonra məhkəmə nəzərə almamışdır ki, üçüncü şəxslərin cavabdehlə yaranmış münasibətlərinə əsasən cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməməsi ilə bağlı üçüncü şəxslərin cavabdehə qarşı iddia irəli sürmələri istisna edilmir və qeyd olunan halların araşdırılması məhz həmin iddia çərçivəsində davam etdirilə bilər.
100. Buna baxmayaraq yuxarıda qeyd edilən hallar apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, həmin xüsusatlar üzrə araşdırma aparılması mümkün olmadığı müəyyən edildiyi halda, qətnamə iş üzrə müəyyən edilmiş ha llara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun qaydada əsaslandırmamışdır.
101. Bundan başqa apellyasiya instansiya məhkəməsi bir tərəfdən iddiaçı ilə cavabdeh arasında bağlanməş müqavilənin yalan əqd olduğunu, birgə fəaliyyətin göstərilməsini və gəlir əldə edilməsini təminat altına almaq məqsədi ilə bağlandığını və bu baxımdan etibarsız olmasını təsdiq etməsinə baxmayaraq (§45), gəldiyi həmin nəticəni qətnamənin 49-cu paraqrafında təkzib etməklə ziddiyyətli nəticəyə gəlmişdir.
102. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tə ləblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
103. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
104. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək ü çün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).
105. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, ap ellyasiya instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən maddi və prosessual hüquq normaları pozulduğu üçün həmin qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmalıdır.
106. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1400/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.