Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3607/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-649/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 06 fevral 2007-ci il tarixdə İddiaçı1 QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə 60.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 12 sentyabr 2008-ci il tarixli sazişə əsasən kredit xəttinin müddəti 120 ay, məbləği isə 250.000 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. 10 iyul 2015-ci il tarixli Sazişə əsasən kredit xəttinin müddəti 138 ayı kimi uzadılmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış 10 iyun 2013-cü il tarixli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 hissə-hissə qaytarmaq şərti ilə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,5833 faiz olmaqla 130.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 10 aprel 2015-ci il tarixli kredit razılaşmas ı əsasında isə Cavabdeh1 tərəfindən bankdan 20 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167 faiz olmaqla 10.000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı kimi Cavabdeh3 məxsus Bakı şəhəri, Binə qəsəbəsi, məhəllə 2146 ünvanında yerləşən 23 saylı evin 44 saylı mənzili ipoteka ilə yüklü edilmiş, 10 iyul 2015-ci il tarixli Sazişə əsasən ipoteka müqaviləsinə əlavə və dəyişikliklər edilmişdir. İpoteka predmetinin yüklülüyü dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təminatı kimi L.L.Əhmədovaya məxsus Bakı şəhəri, Binə qəsəbəsi, 2146-cı məhəllədə yerləşən 21 saylı evin 29 saylı mənzili ipoteka ilə yüklü edilmiş, həmin yüklülük dövlət qeydiyyatına alınmış, 10 iyun 2015-ci il tarixl i sazişə əsasən ipoteka müqaviləsinə əlavə və dəyişikliklər edilmiş, sonradan yüklülüyün əlavə dövlət qeydiyyatı aparılmışdır. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi eyni zamanda Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin fevral ayında İddiaçı1 QSC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit xətti müqaviləsi üzrə öhdəliklərinin lazımınca icra etməməsi səbəbindən banka cəmi 75.500,23 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, onların hərracdan satılıb əldə olunmuş vəsaitinin hesabına borcun ödənilməsi, həmin əmlaklar satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzillərdən çıxarılması və boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-56/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim: H.İ.Hüseynli) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 51.316,73 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulub banka verilməsi, tutmanın ipoteka predmeti olan mənzillərə yönəldilməsi, mənzillər satıldıqdan sonra cavabdehlərin qeydiyyatdan çıxarılmaqla boşaldılaraq alıcılara təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı1 QSC qətnamədən apellyasiya şik ayəti verərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsinin qismən-cərimə borcunun azaldılması və ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində ləğv edilməsi, cərimə borcuna dair hissədə iddianın tam təmin edilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh1 nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin işin hallarının tam və hərtərəfli araşdırılmadan, ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən olunmadan çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-649/2021 saylı, 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) bankın və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-56/2020 saylı, 19 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Binə qəsəbəsi, məhəllə 2146 ünvanda yerləşən 21 saylı evin 29 saylı mənzilinin ilkin satış qiyməti 54.000 manat, 23 saylı evin 44 saylı mənzilinin ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 nümayəndəsi kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozul ması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icr a etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini n icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyə n edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Hə min Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh1 banka olan borcunun məbləğinin müəyyən edilməsi üçün məhkəmə ekspertizası keçirilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı nəticəsind ə müəyyən olunmuşdur ki, Cavabdeh1 banka olan borcu 10 iyun 2013-cü il tarixli kredit razılaşması üzrə 29 yanvar 2019-cu il tarixə əsas kredit məbləği üzrə 27.885,45 ABŞ dolları, faizlər üzrə 15.845,65 ABŞ dolları, 10 aprel 2015-ci il tarixli kredit razılaşması üzrə əsas kredit məbləğinə görə 29 yanvar 2019-cu il tarixə 4803,59 ABŞ dolları və faizlər üzrə 1482,04 ABŞ dolları təşkil edir. Borclu Cavabdeh1 kredit xətti və kredit razılaşması müqavilələri üzrə öhdəliyini icra etməməklə yuxarıda göstərilən məbləğdə banka borcu qalmışdır. Cavabdehin hərəkəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425-ci maddələrinin müddəalarına uyğun olmadığından, məhkəmə qanunun həmin normalarına və eləcə də zaminin məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 472.1-ci maddəsinə əsaslanmaqla borcun Cavabdeh1 və zaminlərdən tutulması barədə nəticəyə gəlmişdir. Kredit müqaviləsi və onun təminatı kimi zaminlik və ipoteka müqavilələri qanunun tələblərinə uyğun bağlanmaqla dövlət qeydiyyatına alınmış və bu zaman hər hansı bir qanun pozuntusuna yol verilməsi müəyyən olunmamışdır. Kredit müqavilələri üzrə borcların düzgün hesablanmaması barədə kassasiya şikayətində göstərilənlər iş materialları ilə təsdiq olunmadığından kollegiya kassasiya şikayətini əsassız sayır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-649/2020 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3607/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3607/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver