Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-361/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh1 İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-361/22 (Açar sözlər: kredit müqaviləsi, pul tələbi) Bakı şəhəri, 18 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi Əmirəliyev Eldəniz Cabbar oğlu və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “borc” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı “kredit müqaviləsinin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6780/2021 nömrəli, 14.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş 23.10.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 10.11.2020-ci il tarixədək qaytarmaq şərtilə faizsiz 17600 manat məbləğində borc verməyi, Cavabdeh1 isə borcu vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. Həmin məbləğ qaytarılmadığı üçün iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 10.12.2020-ci i l tarixdə məhkəməyə müraciət edərək 23.10.2020-ci il tarixli kredit (borc) müqaviləsi üzrə 17600 (on yeddi min altı yüz) manat məbləğində pulun Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İlkin iddia üzrə Cavabdeh1 01.02.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı “pul” tələbinə dair iddiasının rədd olunması, İddiaçı ilə onun arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı ərizə verərək Cavabdeh2 əlavə cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1190/2021 nömrəli, 30.04.2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) ilkin iddia təmin edilmiş, 23.10.2020-ci il tarixli kredit müqaviləsi üzrə 17600 (on yeddi min altı yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.
5. Məhkəmə hesab etmişdir ki, İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, Cavabdeh1 öhdəliyini icra etməyərək borcu müəyyən olunmuş müddət ərzində qaytarmamışdır. Həmçinin, Cavabdeh1 23.10.2020-ci il tarixli kredit müqaviləsinin hədəqorxu yolu ilə bağlanmasını iddia etsə də, iddianı sübut edə bilməmişdir.
6. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 385.1, 442 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələri ilə əsaslandırmışdır.
7. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının (hakimlər F.Babayev sədrlik edən və məruzəçi, X.Mərdanova və E.Həsənov) 2(103)-6780/2021 nömrəli, 14.07.2021-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1190/2021 nömrəli, 30.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyatorun iddiasını təsdiq edən sübut qismində məhkəməyə 1 ədəd disk təqdim etmişdir. Kollegiya diski sübut növü kimi qəbul etmir. Belə ki, MPM-ə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qa nunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.1, 76.3). Səs yazılarının hansı şəraitdə, hansı qaydada əldə edildiyi məlum deyildir. Diskdə səs yazısının kimə aid olduğu, hansı şəraitdə əldə olunduğu müəyyən olunmadığından yalnız diskə isitnad etməklə qarşılıqlı iddianın təmin olunması mümkün deyildir. Digər tərəfdən, kollegiya qeyd edir ki, həmin disk sübut qismində qəbul olunsa belə qarşılıqlı iddiaçının həmin hissədə iddiasının təmin olunması üçün əsas yoxdur.
10. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin müddəaları baxımından birinci instansiya məhkəməsi cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normaların ı təkrarlamaqla öz mövqeyini əsaslandırmışdır.
12. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh1 nümayəndəsi Əmirəliyev Eldəniz Cabbar oğlu və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişlər.
16. İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq o məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə.
442. Öhdə liyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kas sasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
29. İddiaçının kassasiya şikayətində qeyd etdiyi dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir ki, həmin dəlillərə apellyas iya məhkəməsi tərəfindən araşdırılmaqla, hüquqi qiymət verilmişdir.
30. İşin mübahisəsiz halı bunlardan ibarətdir ki, tərəflər arasında notarial qaydada bağlanmış 23.10.2020-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı Cavabdeh1 10.11.2020-ci il tarixədək qaytarmaq şərtilə faizsiz 17600 manat məbləğində borc vermişdir.
31. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, İddiaçı üzərinə düşən öhdəliyi icra etsə də, Cavabdeh1 üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdeh həmin əqdin etibarsız əqd olmasını sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh bildirmişdir ki, müqaviləni notariatda bağlayaraq pulu almış və notariat kontorundan çıxdıqdan sonra pulu onun əlindən almışlar. Lakin, cavabdehin həmin dəlilini inandırıcı hesab etmək üçün heç bir mötəbər sübut təqdim edilməmişdir.
32. Nəzərə alm aq lazımdır ki, tərəflər arasında bağlanmış və notariusda təsdiq edilmiş borc müqaviləsinin məzmununun həqiqiliyi prezumpsiyası mövcuddur. Həmin əqdin etibarsız əqd olması, məzmununa uyğun olmamasını israr edən tərəf elə mötəbər sübutlar təqdim etməlidir ki, yazılı sübutun məzmunca həqiqət olmadığı, etibarsız olması təsdiq olunsun. Nə qədər ki, cavabdeh belə sübutlar təqdim etməmişdir, müqavilə hüqüq münasibətlərini nizama salan maddi hüquq normalarının tətbiqi əsaslı hesab olunmalıdır.
33. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyy ən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi).
35. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6780/2021 nömrəli, 14.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova