Məhkəmə qərarları › İş №2(102)-3611/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3611/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3611/2020 17.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı X17 Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, XXX Cavabdeh6, X11, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 X21, Cavabdeh5, İddia tələbi: kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi Açar sözlər: dəbbə pulunun azaldılması, ipoteka predmeti olan yaşayış sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil, Cavabdeh1 və onun vəkili Sarıyev Əjdər Hakim oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-101/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı X19 və Cavabdeh1 tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı X9 (bundan sonra – iddiaçı və ya Bank) Sumqayıt filialı ilə Cavabdeh1 (bundan sonra – Cavabdeh1 və ya Borclu) arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsinə (bundan sonra – kredit xətti müqaviləsi) əsasən Borcluya 60 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqavilə və kredit razılaşması əsasında ona istənilən məbləğin xx xxxxxx 2011-ci il tarixdən gec olmayaraq verilməsi nəz ərdə tutulmuşdur. Bankla Borclu arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx xxxx 2010-cu il tarixli, 74 saylı sazişə əsasən kredit xətti müqaviləsi ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditin məbləği 500.000 ABŞ dolları, müddəti 172 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Bankla Borclu arasında bağlanmış x xxxxx 2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşmasına əsasən Borcluya aylıq faiz dərəcəsi 1,5% olmaqla 36 ay müddətinə 50.000 ABŞ dolları kredit verilmişdir. Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000002969S saylı sazişlə kredit xətti müqaviləsi üzrə x xxxxx 2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edil mişdir. Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000002969SA saylı sazişə əsasən kredit xətti müqaviləsi üzrə x xxxxx 2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, kreditin qalıq məbləğinə xx xxxxx 2016-cı il tarixdən aylıq 1,3333% dərəcəsi ilə faizlər hesablanması nəzərədə tutulmuşdur. Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000002969SB saylı sazişlə kredit xətti müqaviləsi üzrə x xxxxx 2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, həmin günə olan kreditin qalığına faizlərin 6 ay ərzində 1,8333% olmaqla hesablanması nəzərdə tutulmuşdur. Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış kredi t xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşması ilə Borcluya aylıq faiz dərəcəsi 1,5% olmaqla 36 ay müddətinə 68.000 ABŞ dolları kredit verilmişdir. Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000005071S saylı sazişlə kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000005071SA saylı sazişlə kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, kreditin qalıq məbləğinə xx xxxxx 2016-cı il tarixdən aylıq 1,3333% dərəcəsi ilə faizlər hesablanması nəz ərdə tutulmuşdur. Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000005071SB saylı sazişlə kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, həmin günə olan kreditin qalığına faizlərin 6 ay ərzində 1,8333% olmaqla hesablanması nəzərdə tutulmuşdur. Kredit xətti müqaviləsi üzrə Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşması ilə Borcluya aylıq faiz dərəcəsi 1,4167% olmaqla 36 ay müddətinə 165.000 ABŞ dolları kredit verilmişdir. Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000006318S saylı sazişlə kredit xətti müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000006318SA saylı sazişə əsasən kredit xətti müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, kreditin qalıq məbləğinə xx xxxxx 2016-cı il tarixdən aylıq 1,3333% dərəcəsi ilə faizlər hesablanması nəzərdə tutulmuşdur. Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17R000006318SB saylı sazişlə kredit xətti müqaviləsi üzrə xx xxxxx 2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, həmin günə olan kreditin qalığına faizlərin 6 ay ərzində 1,8333% olmaqla hesablanması nəzərd ə tutulmuşdur. Kredit xətti müqaviləsi üzrə Bankın Xırdalan filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 017R********** saylı kredit razılaşmasına əsasən Borcluya aylıq faiz dərəcəsi 1,3333% olmaqla 36 ay müddətinə 10.000 ABŞ dolları kredit verilmişdir. Bankın Sumqayıt filialı ilə Cavabdeh6 arasında bağlanmış 03S000000042 saylı, xx xxxxxx 2006-cı il tarixli zaminlik müqaviləsi ilə sözügedən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh6 Bank qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı ilə Cavabdeh6 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 42 saylı, xx xxxx 2010-cu il tarixli sazişə əsasən Bank ilə zamin arasında xx xxxxxx 20 06-cı il tarixdə bağlanmış 03S000000042 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500000 ABŞ dolları, kredit xəttinin müddəti 172 ay göstərilmişdir. Bankın Xırdalan filialı ilə Cavabdeh5 arasında bağlanmış 17S000002867 saylı, xx xxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh5 Bank qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı ilə Cavabdeh9 arasında bağlanmış 03S000003978 saylı, xx xxxxxx 2009-cu il tarixli zaminlik müqaviləsinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh9 Bank qarşısında Borclu ilə birlikdə b irgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı ilə Cavabdeh9 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 3978 saylı, xx xxxx 2010-cu il tarixli sazişə əsasən Bank ilə zamin arasında xx xxxxxx 2009-cu il tarixdə bağlanmış 03S000003978 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500000 ABŞ dolları, kredit xəttinin müddəti 172 ay yazılmışdır. Bankın Xırdalan filialı ilə XXX X21 arasında bağlanmış 17S000002121 saylı, xx xxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsi ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün XXX X4 qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Xırdalan filialı ilə Cavabdeh2 arasında bağlanmış 17S000006630 saylı, xx xxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh2 Bank qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı ilə X11 arasında bağlanmış 17S000003977 saylı, xx xxxxxx 2009-cu il tarixli zaminlik müqaviləsi ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün X1 qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı ilə Cavabdeh10 arasında bağlanmış 17S000008024 saylı, xx xxxx 2010-cu il tarixli zaminlik müqaviləsi ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh10 Bank qarşısınd a Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı ilə Cavabdeh3 arasında bağlanmış 03S000008717 saylı, xx xxxxxx 2010-cu il tarixli zaminlik müqaviləsi ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh3 Bank qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı ilə Cavabdeh8 arasında bağlanmış 03S000000356 saylı, x xxxx 2008-ci il tarixli zaminlik müqaviləsi ilə kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh8 Bank qarşısında Borclu ilə birlikdə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Bankın Sumqayıt filialı ilə Cavabdeh8 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 356 sa ylı, xx xxxx 2010-cu il tarixli sazişə əsasən Bank ilə zamin arasında xx xxxxxx 2006-cı il tarixdə bağlanmış 03S00000042 saylı zaminlik müqaviləsinin preambulasına dəyişiklik edilmiş və əlavə edilməklə həmin preambulada kredit xəttinin məbləği 500000 ABŞ dolları, kredit xəttinin müddəti 172 ay göstərilmişdir. Bankın Sumqayıt filialı ilə XXX X21 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 17M000000580 saylı ipoteka müqaviləsinə əsasən kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün XXX X12 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi 3143 ünvanında xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi (bundan sonra – XXX X12 məxsus ipoteka predmetləri) ipoteka ilə yüklü edilmiş və həmin ipoteka predmetlərinin qiyməti 69018,40 manat məbləğində müəyyən edilmişdir. XXX X12 məxsus ipoteka predmetlərinin ipoteka ilə yüklü edilməsi xx xxxxxx 2013cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bankın Sumqayıt filialı ilə X11 arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli, 03M000000095 saylı ipoteka müqaviləsinə əsasən kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün X6 məxsus Sumqayıt şəhəri 48-ci məhəllə 4 saylı evin 56 saylı mənzili (bundan sonra – X6 məxsus ipoteka predmeti) ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 19194 manat məbləğində müəyyən edilmişdir. Bankın Sumqayıt filialı ilə X11 arasında bağlanmış xx xxxx xx 2006-cı il tarixli, 03M000000095 saylı ipoteka müqaviləsinə 396 saylı, xx xxxxxx 2010-cu il tarixli sazişlə dəyişiklik və əlavələr edilmişdir. X6 məxsus ipoteka predmetinin ipoteka ilə yüklü edilməsinin əlavə qeydiyyatı xx xxxxxx 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bankın Sumqayıt filialı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 017M**********01 saylı ipoteka müqaviləsinə əsasən kredit xətti müqaviləsi və bu kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Borcluya məxsus Sumqayıt şəhəri 1-ci məhəllə 6 saylı evin 4 saylı mənzili (bundan sonra – Borcluya məxsus ipoteka predmeti) ipoteka ilə yüklü edilmişdir. Borcluya məxsus ipoteka predmetinin ipoteka ilə yükl ü edilməsi xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat Bank iddia ilə məhkəməyə müraciət edərək Borclu ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsinə, xx.xx.2010-cu il tarixli, 74 saylı sazişə, xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı, xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı, xx.xx.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmalarına, xx.xx.2016-cı il tarixli, 17R000002969S saylı, xx.xx.2016-cı il tarixli, 17R000002969SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000002969SB saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071S saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071SB saylı, xx.xx.2016-cı il tarix li, 17R000006318S saylı, xx.xx.2016cı il tarixli, 17R000006318SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000006318SB sazişlərə xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, XXX X10, Cavabdeh5, Cavabdeh6, X2, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada Bankın xeyrinə 17R000002969 saylı kredit razılaşması üzrə 6988,82 ABŞ dolları məbləğində kredit borcu, 2062,75 ABŞ dolları məbləğində faiz borcu və 3727,76 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 12779,33 ABŞ dolları borcun, 17R000005071 saylı kredit razılaşması üzrə 24804,98 ABŞ dolları məbləğində kredit borcu, 7215,86 ABŞ dolları məbləğində faiz borcu və 13281,9 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 45302,74 ABŞ dolları borcun, 17R000006318 saylı kredit razılaşması üzrə 83836,69 ABŞ dolları məbləğin də kredit borcu, 24449,79 ABŞ dolları məbləğində faiz borcu yə 44923,57 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 153210,05 ABŞ dolları borcun, 017R********** saylı kredit razılaşması üzrə 10000 ABŞ dolları məbləğində kredit borcu, 1537,77 ABŞ dolları məbləğində faiz borcu və 3120 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 14657,77 ABŞ dolları borcun, ümumilikdə 225949,89 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və qeyd edilən məbləğdə pulun ipoteka predmetlərinin açıq h ərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, hərracda əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Borcluya məxsus ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Borclunun həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi, XXX X12 məxsus ipoteka predmetlərinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və Banka təhvil verilməsi, X6 məxsus ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra X3 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddi açı tələblərini onunla əsaslandırmışdır ki, Borclu kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən Banka qaytarmamışdır. Borclu götürdüyü 50000 ABŞ dolları məbləğində kredit borcundan 43011,18 ABŞ dolları ödəmiş, onun 6988,82 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 13-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Borclu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri Banka qay tarmadığı üçün xx.xx.2018-ci il tarixə 323 gün üçün hesablanmış faiz borcu 2062,75 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 323 gün üçün hesablanmış cərimə 3727,76 ABŞ dolları təşkil edir; Bundan başqa, Borclu kredit xətti müqaviləsi üzrə kredit razılaşması əsasında götürdüyü 68000 ABŞ dolları məbləğində kredit borcu üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən Banka qaytarmamış, həmin borcdan 43195,02 ABŞ dolları ödəmiş, onun 24804,98 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Bu raz ılaşma üzrə Borclunun xx.xx.2018-ci il tarixə 323 gün üçün hesablanmış faiz borcu 7215,86 ABŞ dolları, cərimə borcu isə 13281,9 ABŞ dolları təşkil edir; Bundan başqa, Borclu kredit xətti müqaviləsi üzrə kredit razılaşması əsasında götürdüyü 165000 ABŞ dolları məbləğində kredit borcu üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən Banka qaytarmamış, həmin borcdan 81163,31 ABŞ dolları ödəmiş, onun 83836,69 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Bu razılaşma üzrə Borclunun xx.xx.2018-ci il tarixə 323 gün üçün hesablanmış faiz borcu 24449,79 ABŞ dolları, cərimə borcu isə 44923,57 ABŞ dolları təşkil edir. Bundan başqa, Borclu kredit xətti müqaviləsi üzrə kredit razılaşması əsasında götürdüyü 10000 ABŞ d olları məbləğində kredit borcu üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən Banka qaytarmamış, həmin borcdan heç bir ödəniş etməmiş, onun 10000 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Bu razılaşma üzrə Borclunun xx.xx.2018-ci il tarixə 317 gün üçün hesablanmış faiz borcu 1537,77 ABŞ dolları, cərimə borcu isə 3120 ABŞ dolları təşkil edir. İş üzrə ipoteka qoyan şəxslər ipoteka predmetlərinə tutmanın yönəldilməsinə başlanıldığı barədə xəbərdar edilmiş və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə “xxxxxxxxxxxxxxxxx” MMC-nin 27-18/İL/07-18 saylı, xx xxxx 2018-ci il tarixli qiymətləndirmə hesabatı ilə XXX X12 məxsus ip oteka predmetlərinin bazar qiyməti 76000 manat müəyyən edilmişdir. Qubadlı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(028)-145/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Borclu və Bank arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsinə, xx.xx.2010-cu il tarixli, 74 saylı sazişə, xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı, xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı, xx.xx.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmalarına, xx.xx.2016-cı il tarixli, 17R000002969S saylı, xx.xx.2016-cı il tarixli, 17R000002969SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000002969SB saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071S saylı, xx.xx.2016-cı il tarixli, 17R 000005071SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071SB saylı, xx.xx.2016-cı il tarixli, 17R000006318S saylı, xx.xx.2016cı il tarixli, 17R000006318SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000006318SB saylı sazişlərə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 17R000002969 saylı kredit razılaşması üzrə 6988 ABŞ dolları 82 sent kredit borcu, 2062 ABŞ dolları 75 sent faiz borcu və 27 ABŞ dolları 76 sent cərimə borcu, cəmi 9079 ABŞ dolları 33 sent borcun, 17R000005071 saylı kredit razılaşması üzrə 24804 ABŞ dolları 98 sent kredit borcu, 7215 ABŞ dolları 86 sent faiz borcu və 81 ABŞ dolları 90 sent cərimə borcu olaraq, cəmi 32102 ABŞ dolları 74 sent borcun, 17R000006318 saylı kredit razılaşması üzrə 83836 ABŞ dolları 69 sent kredit borcu, 24449 ABŞ dolları 79 sent faiz bor cu yə 23 ABŞ dolları 57 sent cərimə borcu, cəmi 108310 ABŞ dolları 05 sent borcun, 017R********** saylı kredit razılaşması üzrə 10000 ABŞ dolları məbləğində kredit borcu, 1537 ABŞ dolları 77 sent faiz borcu yə 120 ABŞ dolları cərimə borcu, cəmi 11657,77 ABŞ dolları borcun, ümumilikdə cəmi 161149 ABŞ dolları 89 sentin ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və 63 manat xidmət haqqı məbləğində pul vəsaitin tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, X6 məxsus ipoteka predmetinin ilkin satış qiymətinin 19194 manat, XXX X12 məxsus ipoteka predmetlərinin ilkin satış qiymətinin 76.000 manat, Borcluya məxsus ipoteka predmetinin ilkin satış qi ymətinin 62760 manat müəyyən edilməklə açıq hərracda satılmaları və həmin daşınmaz əmlakların satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin Banka olan borclarının ödənilməsi qət edilmişdir. Qətnamədən Bank və Borclu ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bank qətnaməni ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılması tələbinin təmin olunmaması və cərimə borcunun azaldılması hissələrində; Cavabdeh1 isə iddianın təmin olunmuş hissəsində mübahisələndirmişdir. Apelyasiya baxışı zamanı iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx xxx 2019-cu il tarixli, 9465 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 20-ci vərə qəsində Cavabdeh1 adına olan xx.xx.2013-cü il tarixli kreditin verilməsi köçürmə adlı sənəddə “Müştəri imzası” qrafasındakı imza; 29-cu vərəqəsində Cavabdeh1 adına olan xx xxxxxx 2013-cü il tarixli 68.000 ABŞ dollara dair kredit razılaşmasında “Kredit alan:” qrafasındakı imza; 30-cu vərəqəsində olan ödəniş planında “Müştəri” qrafasındakı imza; 32-ci vərəqəsində olan xx.xx.2013-cü il tarixli kreditin verilməsi köçürmə adlı sənəddə “Müştəri imzası” qrafasındakı imza; 38-ci vərəqəsində olan xx xxxxxx 2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 17R000005071SB saylı sazişdə “Kredit alan:” hissəsindəki imza; 39-cu vərəqəsində Cavabdeh1 adına olan ödəniş qrafikində “Müştəri” qrafalarındakı imza; 78-ci vərəqəsində olan xx xxxxxx 2013-cü il tarixli 17M000000 580 saylı ipoteka müqaviləsində “Borclu” hissəsindəki imza; mülki işin 1-ci cildinin 41-ci vərəqəsində Cavabdeh1 adına olan xx xxxxx 2014-cü il tarixli 165.000 ABŞ dollara kredit razılaşmasında “Kredit alan:” qrafasındakı imza; 45-ci vərəqəsində olan xx xxxxx 2014-cü il tarixli kredit verilməsi köçürmə adlı sənəddə “Müştəri imzası” qrafasındakı imza; 52-ci vərəqəsində olan xx xxxxxx 2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 17R000006318SB saylı sazişdə “Kredit alan” hissəsindəki imza; 55-ci vərəqəsində olan xx xxxxxx 2016-cı il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 17R000006318SB saylı sazişdə “Kredit alan” hissəsindəki imza; mülki işin 1-ci cildinin 26cı vərəqəsində olan xx xxxxxx 2016-cı il tarixli 017R***** ***** saylı kredit razılaşmasında “Kredit alan” hissəsindəki imza; 27-28-ci vərəqəsində Cavabdeh1 adına olan ödəniş qrafikində “Müştəri” qrafalarındakı imzalar; 58-ci vərəqəsində olan xx.xx.2016-cı il tarixli kreditin verilməsi köçürmə adlı sənəddə “Müştəri imzası” qrafasındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 15522 saylı rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsi və xx.xx.2010-cu il tarixli, 74 saylı saziş üzrə xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşması, kredit razılaşması və ödəni ş planına dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 17R000002969S saylı, xx.xx.2016-cı il tarixli, 17R000002969SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000002969SB saylı sazişlərin şərtləri əsas götürülməklə, ödədiyi məbləğlər nəzərə alınmaqla, ödəmələr vaxtında həyata keçirmədiyindən Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixə Banka olan əsas kredit borcu 6702,94 ABŞ dolları, faiz borcu 2124,08 ABŞ dollarıdır. xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsi və xx.xx.2010-cu il tarixli, 74 saylı saziş üzrə xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşması, kredit razılaşması və ödəniş planına dəyişik lik edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 17R000005071S saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071SB saylı sazişlərin şərtləri əsas götürülməklə, ödədiyi məbləğlər nəzərə alınmaqla, ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədiyindən Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixə Banka olan əsas kredit borcu 24.515,92 ABŞ dolları, faiz borcu 7678,61 ABŞ dollarıdır, xx.xx.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsi və xx.xx.2010-cu il tarixli, 74 saylı saziş üzrə xx.xx.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşması, kredit razılaşması və ödəniş planına d əyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 17R000006318S saylı, xx.xx.2016-cı il tarixli 17R000006318SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000006318SB saylı sazişlərin şərtləri əsas götürülməklə, ödədiyi məbləğlər nəzərə alınmaqla, ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədiyindən Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixə Banka olan əsas kredit borcu 83.199,83 ABŞ dolları, faiz borcu 26.167,34 ABŞ dollarıdır. xx.xx.2016-cı il tarixli, 017R********** saylı kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsi və xx.xx.2010-cu il tarixli, 74 saylı saziş üzrə xx.xx.2016-cı il tarixli, 017R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 xx xxxxxx 201 8-ci il tarixə Banka əsas kredit borcu 9995,55 ABŞ dolları, faiz borcu 1514,84 ABŞ dollarıdır. Məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli rəyi ilə borcluya məxsus ipoteka predmetinin bazar dəyəri 80000 manat və X6 məxsus ipoteka predmetinin bazar dəyəri 70000 manat müəyyən edilmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 29461 saylı rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 2-ci cildinin 51-ci vərəqəsində olan xx.xx.2013-cü il tarixli, 17RW00026140 saylı nağd pulun götürülməsi barədə qəbzin aşağı sağ hissəsində “Müştəri imzası” qrafasında olan imza; mülki işin 2-ci cildinin 52-ci vərəqəsində olan xx.xx.2014-cü il tarixli, 17RW00033607 saylı nağd pulun götürülməsi barədə qəbzin aşağı sağ hissəsində “Müştəri imzası” qrafasında olan im za; mülki işin 2-ci cildinin 53-cü vərəqəsində olan xx.xx.2013-cü il tarixli, 17RW00030950 saylı nağd pulun götürülməsi barədə qəbzin aşağı sağ hissəsində “Müştəri imzası” qrafasında olan imza; mülki işin 2-ci cildinin 54-cü vərəqəsində olan xx.xx.2016-cı il tarixli, FT16356X5XZ3 saylı daxili köçürmə orderinin aşağı hissəsində “Müştərinin imzası” qrafasında olan imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 29763 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşması üzrə kreditin verilməsini təsdiq edən sənəd (kreditin verilməsi (köçürmə) kassa məxaric orderi, nağd pulun götürülməsi və s.) iş materiallarında mövcuddur. Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşması üzrə kreditin verilməsini təsdiq edən sənəd (kreditin verilməsi (köçürmə), kassa məxaric orderi, nağd pulun götürülməsi və s.) iş materiallarında mövcuddur. Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşması üzrə kreditin verilməsini təsdiq edən sənəd (kreditin verilməsi (köçürmə), kassa məxaric orderi, nağd pulun götürülməsi və s.) iş materiallarında mövcuddur. Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 017R********** saylı kredit razılaşması üzrə kreditin verilməsini təsdiq edən sənəd (kreditin verilməsi (köçürmə), kassa məxaric orderi, nağd pulun götürülməsi və s.) iş materiallarında mövcuddur. Cavabdeh1 AZ18ACAB******************** s aylı hesabının aktiv olub olmaması məhkəmə mühasibat ekspertizasının predmetinə aid deyildir. Həmçinin iş materiallarında onun digər hesabı mövcuddur. Belə ki, iş materiallarında olan hesabdan çıxarışlardan göründüyü kimi, Cavabdeh1 AZ45ACAB******************** saylı AZ28ACAB******************** saylı, AZ54ACAB******************** saylı və sair hesabları mövcuddur. İş materiallarında olan Cavabdeh1 tərəfindən təqdim edilmiş 38 ədəd kassa mədaxil orderində göstərilən məbləğlər hazırkı kredit razılaşmaları üzrə kredit borcunun ödənilməsinə yönəldilmişdir və həmin ödənişlər hesabdan çıxarışlarda əksini tapmışdır. Qalan 2 ədəd qəbzlər isə mübahisələndirilən kredit razılaşmalarından əvvəl ödənildiyindən hazırkı verilmiş kreditlərə aid olmaması müəyyən edilir. Bank ilə Cavabdeh1 arasında bağlanm ış xx.xx.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsi və xx.xx.2010-cu il tarixli, 74 saylı saziş üzrə xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşması, kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 17R000002969S saylı, xx.xx.2016-cı il tarixli, 17R000002969SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000002969SB saylı sazişlərin şərtləri əsas götürülməklə, ödədiyi məbləğlər nəzərə alınmaqla, ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədiyindən Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixə Banka olan əsas borcu 6702,94 ABŞ dolları, faiz borcu 2124,08 ABŞ dolları müəyyən edilir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsi və xx.xx.2010-cu il tarixli, 74 sa ylı saziş üzrə xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşması, kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 17R000005071S saylı, xx.xx.2016-cı il tarixli 17R000005071SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071SB saylı sazişlərin şərtləri əsas götürülməklə, ödədiyi məbləğlər nəzərə alınmaqla, ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədiyindən Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixə Banka olan əsas borcu 24.515,92 ABŞ dolları, faiz borcu 7678,61 ABŞ dolları müəyyən edilir. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsi və xx.xx.2010-cu il tarixli, 74 saylı saziş üzrə xx.xx.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşması, kredit razılaşması və ödə niş planına dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 17R000006318S saylı, xx.xx.2016-cı il tarixli 17R000006318SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000006318SB saylı sazişlərin şərtləri əsas götürülməklə, ödədiyi məbləğlər nəzərə alınmaqla, ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədiyindən Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixə Bank olan əsas borcu 83.199,83 ABŞ dolları, faiz borcu 26.167,34 ABŞ dolları müəyyən edilir. Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsi və xx.xx.2010-cu il tarixli, 74 saylı saziş üzrə xx.xx.2016-cı il tarixli, 017R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixə Banka olan əsas borcu 9995,55 ABŞ dolları, faiz borcu 1514,84 ABŞ dolları müəyyən edili r. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-101/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinə əsas kredit borclarına, 017R********** saylı kredit razılaşması üzrə faiz borcuna, X6 məxsus ipoteka predmetinin və Cavabdeh1 məxsus ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətlərinə aid hissələrdə dəyişiklik edilmiş, cavabdehlərdən müştərək qaydada ödəniləcək günə manata məzənnəsi ilə Bankın xeyrinə 17R000002969 saylı kredit razılaşması üzrə 6702,94 ABŞ dolları, 17R000005071 saylı kredit razılaşması üzrə 24515,92 ABŞ dolları, 17R000 006318 saylı kredit razılaşması üzrə 83199,83 ABŞ dolları, 017R********** saylı kredit razılaşması üzrə 9995,55 ABŞ dolları əsas kredit borclarının və 017R********** saylı kredit razılaşması üzrə 1514,84 ABŞ dolları faiz borcunun tutulması, Cavabdeh1 məxsus ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 80000 manat, X6 məxsus ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 70000 manat müəyyən edilməsi, qalan hissələrdə qətnamənin Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi qət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 295, 317.1, 421, 470.1, 472, 739-cu, “İpoteka haqqında” Qanunun 4, 33, 34-cü madələrini işin müəyyən edilmiş hallarına tətbiq etmək lə belə qənaətə gəlmişdir ki, Borclu kredit razılaşmaları üzrə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş, ödənişləri qrafik üzrə aparmamışdır. Bu hal Borclu tərəfindən kredit xətti müqaviləsinin, kredit razılaşmalarının və sazişlərinin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iş materialları və iş üzrə keçirilmiş ekspertiza rəyləri əsasında cavabdehin apelyasiya şiakyətində və apelyasiya baxışı zamanı verdiyi izahatlarda irəli sürdüyü dəlilləri əsassız hesab etmişdir. İddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisə yaranan zaman qüvvədə olan “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evindən məcburi qayd ada çıxarılmaları, evin boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni yaşayış evinə tutma yönəldilməli və o satılmalıdır, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə, münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, evdə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində yaşayış evini könüllü tərk etmədikləri halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi məcburi qaydada çıxarılma və evin boşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. Hazırkı mübahisə üzrə qeyd edilən hallar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələblərini həmin hissədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Mülki Məcəllənin 462.1, 465.2 və 467-ci maddələrinə əsasən qeyd etmişdir ki əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməs i olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Bu baxımdan birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləğləri azaltmışdır. Apelyasiya instansiyası məhkəməsi, həmçinin “İpoteka haqqında” Qanunun 39.3.3, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 5 və 6-cı maddələrinə istinadla iş üzrə keçirilmiş tikinti-texniki ekspertizasının rəyinə uyğun olaraq ipoteka predmetlərinin ilkin sat ış qiymətini dəyişdirmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılmasının təmin edilməməsi və cərimə borcunun tam şəkildə təmin olunmaması hissələrində ləğv olunması və həmin hissələrdə də iddia tələblərinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər mülkiyyətində olan əmlakları kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaklara tutma yönəldildiyi təqdirdə on ları qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Qanunvericiliyə əsasən cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Cərimə borcu ilə bağlı hissədə də apellyasiya məhkəməsinin gəldiyi nəticə əsassız və ədalətsizdir. Belə ki, məhkəmə cərimə borcunu azaldarkən kreditorun əmlak və digər əsaslı mənafelərini ümumiyyətlə nəzərə almamış, yalnız borcluların mənafeyindən çıxış etmişdir. Kassasiya şikayətinə görə cərimə borcu azaldılarkən tənasüb düzgün müəyyən edilməmiş, kreditor olaraq Bankın mənafeləri nəzərə alınmamışdır. Cavabdeh1 (vəkil X7) kassasiya şikayəti və ona əlavə (vəkil Sarıyev Əjdər Hakim oğlu) verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul olun masını xahiş etmişdir. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apelyasiya instansiyası məhkəmələrinin qətnamələri maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxaılmışdır. Əvvəla ekspert kreditin verilməsini təsdiq edən sənədlərin iş materiallarında mövcud olduğunu qeyd etsə də, həmin sənədlərin iş materiallarında neçənci səhifədə olduğunu, hansı tarixli və nömrəli sənədlər olduğunu göstərməmişdir. Hazırkı iddia tələbində və ekspert rəyində göstərilən kredit razılaşmaları əsasında kredit razılaşmalarındakı ssuda hesabından kreditin nəğd qaydada və ya köçürmə yolu ilə verilməsi barədə kassa məxaric qəbzləri iş materiallarında mövcud deyildir. Ümumiyyətlə kredit razılaşmaları əsasında tərəflər arasında başlanılmalı olan bank hesabı müqaviləsi belə mövc ud deyildir, iddiaçı iddia ərizəsinə qoşmada həmin kredit razılaşmaları əsasında müqavilədə göstərilən ssuda hesabından nəğd pulun çıxarılması barədə kassa məxaric qəbzlərinin əsllərinin əlavə edildiyini qeyd etsə də, iş materiallarına belə bir sənədlər əlavə edilməmişdir. Göründüyü kimi hər iki instansiya məhkəməsi işə işdə olan sübutlarla deyil, formal mülahizələrlə göstərilən fikirlər əsasında baxmışdır. Bundan başqa, məhkəmələr tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissədə iddianı təmin etmişlər. Halbuki, Sumqayıt şəhər 3 və 4 saylı notariat ofislərinə verilmiş sorğulara cavab olaraq göstərilir ki, 08.O4.2G13-CÜ il tarixli, İ7R000002969 saylı, xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı və xx.xx.2013-cü il tarixli 17R000006318 saylı kredit razılaşması üzrə hər hansı notariat hər əkətləri aparılmamışdır (ipoteka müqavilələri aşkar edilməmişdir). Həmçinin iş materillarında göstərilən kredit razılaşmalarına görə ipoteka qoyanların razılığının alınmasına dair belə razılaşma yoxdur. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi və vəkili Bankın kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlaklaın boşaldılmasının təmin edilməməsi və cərimə borcunun tam şəkildə təmin olunmaması hissələrində ləğv olunması və həmin hissələrdə də iddia tələblərinin təmin olunması barədə qərar qəbul edilməsini, cavabdehi n kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Cavabdeh1 və vəkili məhkəmə iclasında cavabdehin kassasiya şikayətinin və ona əlavənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kass asiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən qismən - ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və o satıldıqdan bir ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılmasının təmin edilməməsi və cərimə borcunun təmin olunmayan hissələrində və cavabdehlərdən isə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində və dəbbə pulu tələbinin təmin olunmayan hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəbbə pulunun təmin olunmayan hissəsi ilə bağlı dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynidir və həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən əsalandırılmış qiymət verilmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin verdiyi vəsatətlər təmin olunmuş, onun etirazının dəlilləri ilə bağlı ekspertizalar təyin edilmiş və rəylər alınmışdır. Cavabdehin kassasiya şikayətinin bəzi dəlilləri isə ümumiyyətl ə birinci və apelyasiya instansiya məhkəməsi zamanı irəli sürülməmiş və araşdırma predmeti olmamışdır. Halbuki kasssiya baxışı zamanı belə dəlillər üzrə araşdırma aparıla, onlara qiymət verilə bilməz. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan əmlakların boşaldılması tələbinin təmin olunmaması hissəsində maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, “İpoteka haqqında” Qanuna əsasən 59.3-cü madəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:. yaşayış evi və ya mənzil ipoteka müqaviləs i üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (59.3.1); və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3.2). Qanunun 59.4-cü maddəsinin tərəflər arasında ipoteka hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən mü vafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, belə tələb yalnız ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra yeni mülkiyyətçi (hüquq sahibi) tərəfindən irəli sürülə bilər. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59-cu maddəsi “İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi” adlanır. Bu baxımdan ipoteka predmeti olan yaşayış sahəsinin boşaldılması ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun ayrılmaz hissəsi kimi nəzərdən keçirilməli və ipoteka saxlayanın müvafiq tələbi olduğu halda bir icraatda həll edilməlidir. Qeyd olunan tələbin ipoteka predmetinə tutma yönəldilməsi prosedurundan ayrılması və yalnız yen i mülkiyyətçinin belə bir iddia tələbi olduğu halda təmin olunması qanunvericiliyin məqsədlərinə zidd olardı. Qanunun 59.4-cü maddəsindən də görünür ki, qanunvericilik həmin maddədə göstərilən halda və müddətdə müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında yaşayış sahəsinin boşaldılması qaydasını müəyyən edir. Göründüyü kimi istinad olunan maddə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini bir ay ərzində tərk etmədikdə yeni məhkəmə aktının qəbul olunmasını istisna edir və məhz tutma yönəldilməsi barədə məhkəmə qərarını həmin şəxslərin yaşayış sahəsindən məcburi çıxarılması əsası kimi müəyyən edir. Qanunun mə nasına görə ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamədə ayrıca göstərilmədiyi halda belə, həmin məhkəmə aktı yaşayış evi satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların məcburi çıxarılması üçün əsasdır. Bununla bağlı yeni mülkiyyətçinin ayrıca iddia ilə məhkəmədə iddia qaldırmasına zərurət yoxdur. Diqqətə layiqdir ki, ki, “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin yeni redaksiyasına əsasən də həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Ona görə də iddiaçının kassasiya şikyəti qismən təmin edilməli, apelyasiya instansiya məkəməsinin qətnaməsi ipoteka predmetlərinin boşaldılması tələbinin təmin olunmaması hissəsində ləğv edilməli, həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı X9 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-101/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən – ipoteka predmetlərinin boşaldılması tələbinin təmin olunmaması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh1 kassasiya şikayəti təmin olunmasın. Qətnamə dəbbə pulu tələbinin təmin olunmayan hissəsində və iddianın C avabdeh1 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar