Məhkəmə qərarları › İş №2(102)-3614/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3614/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3614/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi cavabdehlər X1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3614/2023 (Açar sözlər: müddətin keçməsinə görə zaminliyə xitam verilməsi, iddia müddəti fərdi müdafiə vasitəsidir) Bakı şəhəri, 22 noyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi cavabdehlər X1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 aprel 2023-cü il tarixli, 2(104)-912/2023 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. LPO İddiaçı ASC-nin Nəsimi filialı (bundan sonra – Bank) ilə X1 (bundan sonra – borcalan) arasında 12 ay müddətinə, illik 30% dərəcəsi ilə 2000 ABŞ dolları məbləğində kredit verilməsinə dair 15 may 2015-ci il tarixli istehlak kredit müqaviləsi (bundan sonra – mübahisəli müqavilə) bağlanmışdır.

2. Bank ilə Cavabdeh2 (bundan sonra – zamin) arasında 15 may 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmış, Zamin Bank qarşısında borcalanla bərabər öhdəlik götürmüşdür.

3. Azərbaycan Respublikası Ali Məhkəməs inin 11 avqust 2016-cı il tarixli, 21(102)-146/2016 nömrəli qərarına əsasən, Bank müflis elan edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – iddiaçı və ya Fond) Banka ləğvedici təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 1006.82 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1680.75 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 306.46 ABŞ dolları faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hes ablanmış 1175.62 ABŞ dolları cərimə borcunun, cəmi isə 4169.65 ABŞ dolları borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, borcalan üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində borcalanın kredit üzrə banka cəmi 4169.65 ABŞ dolları borcu vardır. Bank tərəfindən borcalana borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, borcalan tərəfindən borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir.

6. Cavabdeh2 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, mübahisəli müqavilə üzrə iddia müddət bitdiyindən iddia tələbi əsassız sayılmalıdır.

7. İş materiallar ında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın əsas borcu 1006.82 ABŞ dolları, faiz borcu 1680.75 ABŞ dolları, cərimə borcu 1175.62 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 306.46 ABŞ dolları faiz borcu olmaqla 4169.65 ABŞ dolları məbləğində kredit borcu mövcuddur.

8. Qazax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 oktyabr 2022-ci il tarixli 2(023)-1190/2022 nömrəli qətnaməsi ilə (hakim Fəxri Məmmədov) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni iş materiallarına istinadən belə əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində istinad etdiyi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. İddiaçı isə kredit müqaviləsinin müddətinin başa çatdığı vaxtdan sonrakı dövrdə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlamışdır. İddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımının xx.xx.2016-cı il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb (zamin) üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375.2, 385.1, 44 2, 448.1 və 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Belə ki, iddia müddətinin tətbiqinə dair ərizə yalnız zamin tərəfindən verilmişdir. Bu halda müddətin tətbiqi yalnız Mülki Məcəllənin 477.0.4 maddəsinə əsasən zaminə münasibətdə tətbiq olunmalıdır. Belə ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qutardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtı çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir və nəticədə öhdəliyin icrasının təmin edilməsi üsullarından olan zaminlik müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olur. İddia müddəti – iddia müddətinin tətbiqinə dair ərizə verən şəxsə nisbətdə tətbiq olunmalıdır. Çünki birgə borcalan da bütün öhdəliyə görə tam məsuliyyət daşıyır. Lakin iş materiallarından görünür ki, borcalan iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-912/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R. Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Qanunvericilikə sözügedən ərizənin mübahisə tərəfinin təqdim etməsi müəyyən edilmişdir, təqdim edilən ərizənin yalnız təqdim edənə münasibətdə tətbiqi müəyyən edilməmişdir, həm də bu hüququn ümumi prinsiplərinə ziddir. Belə ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətlə ridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəlik lərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2, 377.2, 385.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 477.0, 739.1 və 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarına və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013- cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin mövqeyi hissəsində Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tətbiq edilməli oldu ğunu bildirmiş, həmçinin həmin hissədə iddia müddətinin tətbiqinə dair ərizənin borcalan tərəfindən təqdim edildiyi bildirilmiş, halbuki ərizə borcalan tərəfindən deyil, zamin tərəfindən təqdim edilmişdir. Digər tərəfdən apellyasiya şikayətindəki maddi hüquq normasının pozulmasına dair dəlilərə hər hansı münasibət bildirilməmiş, sadəcə olaraq ümumi cümlələrlə iddia müddətinə dair qanunun müddəaları sadalanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

20. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

21. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

23. Maddə 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun bel ə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur.

24. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

25. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

27. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi eti razları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.

28. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

29. Maddə

512. Birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasını n və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur.

30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tu tulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütöv lükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə çıxardığı qətnamə qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

40. Belə ki, iddiaçının tələbləri irəli sürdüyü dəlillər əsasında, hər bir cavabdehə münasibətdə, mülki qanunvericiliyə uyğun qaydada yoxlanılmalı, mübahisə aidiyyəti maddi və prosessual hüquq normaları əsasında həll edilməlidir.

41. Baxılan işdə məhkəmələr hər iki cavabdehə qarşı yönəlmiş iddia tələblərini zamin Cavabdeh2 verdiyi ərizə əsasında iddia müddətinin keçməsi ilə əlaqədar rədd etmişlər.

42. Qeyd olunmalıdır ki, əsas tələb üzrə üç illik iddia müddəti keçmişdirsə, zaminə münasibətdə bundan qabaq bir illik kəsici müddətin (zaminliyə xitam verilməsi müdd ətinin) keçib-keçmədiyinə hüquqi qiymət verilməlidir.

43. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (§ 28).

44. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imk anını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur.

45. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. C avabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə hüquqi baxımdan gərək qalmır.

46. Baxılan işdə isə məhkəmlər hər bir cavabdehə yönəlmiş tələb üzrə sözügedən müddətlərin keçib-keçmədiyinə lazımi şəkildə hüquqi qiymət verməmiş, iddianı zamin Cavabdeh2 ərizəsi əsasında iddia müddətinin keçməsinə görə rədd edərkən həmin ərizənin nəinki digər cavabdehə, hətta Cavabdeh2 özünə münasibətdə hüquqi əhəmiyyətini müzakirə etməmişlər.

47. O da nəzərə alınmalıdır ki, iddianın cavabdehlərdən birinin ərizəsi əsasında digər(lər)inə qarşı da rədd edilməsi iddia müddətinin mahiyyəti və təyinatı ilə uzlaşmır.

48. Belə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

49. Göründüyü kimi, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil edilir. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır. Başqa sözlə, iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır.

50. Nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun varlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbd ən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə tələbin bu səbəbdən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə ümumi qaydada məsuliyyət daşıyır.

51. Qeyd edilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir.

52. Belə olan halda, bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir.

53. Bu səbəbdən Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Yaxud, birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur (§ 23,29).

54. Kollegiya onu da vurğulayır ki, zaminin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürmək imkanına dair Mülki Məcəllənin 474.1-ci maddəsi (§ 27) bu mövqeyi istisna edən müddəa kimi qiymətləndirilə bilməz.

55. Ona görə ki, əvvəla, MM-in 474.1-ci maddəsində zaminin irəli sürə biləcəyi etirazlardan söhbət gedir. İddia müddəti isə dar (maddi) anlamda iddiaya qarşı etiraz olmayıb, bir müdaf iə vasitəsidir.

56. Kollegiya vurğulayır ki, cavabdehin iddiaya qarşı etirazı prosessual mənada müdafiə vasitələrindən istifadə imkanlarını ehtiva etsə də, maddi hüquqi mənada etirazla müdafiə vasitəsi” bir-birindən fərqli institutlardır.

57. Belə ki, etiaz bir hüququn yaranmasını və ya davam etməsini inkar edən hadisəyə istinad olunmasıdır. Başqa sözlə, etiraz qarşı tərəfin hüququnun mövcud olmadığını təsdiqləyən bir hadisənin irəli sürülməsidir - məsələn, əqdə əsaslanan iddia üzrə həmin əqdin etibarsızlığı, öhdəliyin icra səbəbilə xətm olması və s. Etiraz hadisə ilə bağlı olduğu üçün əgər həmin fakt iş materialları ilə təsdiqlənirsə hakim öz xidməti vəzifəsinə görə onu nəzərə almağa haqlıdır. Bu baxımdan cavabdehin baş vermiş hadisəni irəli sürməməsi və ya bundan imtina etməsinin hüquqi əhəmiyyəti olmur.

58. Müdafiə vasitəsi isə kreditorun mövcud olan tələbinin təmin olunmasının qarşısını alan hüquqdur. Borclu bu hüquqdan istifadə etməklə öz öhdəliyini yerinə yetirməkdən daimi və ya müvəqqəti olaraq boyun qaçırmaq imkanı əldə edir - məsələn, iddia müddəti, ləngitmə hüququ və s. Qeyd olunduğu kimi, tələb iddia müddətinin keçməsinə görə rədd edildikdə öhdəlik aradan qalxmır, sadəcə məhkəmə yolu ilə təqib edilməsi mümkün olmayan natamam öhdəlik vəziyyətinə keçir (bu səbəbdən müddət keçəndən sonra icra edilmişlər geri qaytarılmır). Müdafiə vasitəsindən istifadə etmək səlahiyyəti hüquq sahibinə - cavabdehə məxsusdur və o, hətta öz hüququndan təktərəfli iradə bəyanı ilə imtina da edə bilər. Bu halda məhkəmə həmin vasitəni özü nəzərə almağa və tətbiq etməyə haqlı deyil.

59. Mülk i Məcəllənin 474-cü maddəsindəki “etiraz” ifadəsi geniş mənada iddia müddətinin tətbiqini də ehtiva edən anlayış kimi qəbul edildikdə nəzərə alınmalıdır ki, normanın birinci cümləsindəki müddəanın məqsədi əsas borclunun irəli sürə biləcəyi etirazlardan zaminin də yararlana biləcəyini göstərməkdir. Odur ki, həmin qayda məqsədi xaricində, yəni zaminin əsas borclunun əvəzinə də iddia müddəti tətbiq etmək səlahiyyəti kimi təfsir və tətbiq oluna bilməz.

60. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, hüquq sahibi olan cavabdeh (məsələn zamin) iddia müddətini tətbiq etmək hüququndan borcludan asılı olmadan imtina edə bilər. Yaxud əksinə, borclu iddia müddətindən istifadə etməsə belə, zamin bu hüquqdan yararlanmaqda sərbəsdir. Mülki Məcəllənin 474.1-ci maddəsinin ikinci cümləsində də qeyd olunur k i, “zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir” (§ 27).

61. Kollegiya təkrarən qeyd etməkdə yarar görür ki, mülki qanunvericiliyimiz baxımından kredit müqavilələri üzrə bir qayda olaraq, zaminin iddia müddətini tətbiq etmək ehtiyacı yaranmır. Ona görə ki, müqavilədən irəli gələn üç illik (MM, maddə 373.2) iddia müddətinin axımı başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün qanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir və ya iki illik müddətin axımı hesablanır. Dolayısı ilə, (əgər tərəflər başqa qayda razılaşdırmamışlarsa) iddia müddəti keçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və ona münasibətdə kreditorun tələb hüququ aradan qalxır. Cavabdeh (zamin) bu halı iddiaya qarşı etiraz kimi irəli sürmək imkanına malik olduğu halda, onun müdafiə vasitəsi kimi iddia müddətindən istifadə etməsinin hüquqi baxımdan əhəmiyyəti qalmır.

62. Beləliklə, yuxarıda göstərilənləri birlikdə qiymətləndirdikdə bu qənaət hasil olur ki, iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyil. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz.

63. Hazırkı işdə isə əsas borcalan Sədaqət İsgəndərova, ona qarşı yönəlmiş tələbdən özünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Buna baxmayaraq, ona qarşı iddia da digər cavabdeh (zamin) Cavabdeh2 həmin müddətin keçməsi haqqında ərizəsi əsasında rədd edilmişdir.

64. Bu mövqe iddia müddətinin tətbqinə dair yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

65. Qeyd edilənlər qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarında vurğulamışdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhk əmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

67. Kassasiya kollegiyası iddia tələblərinin hər iki cavabdehə münasibətdə maddi və prosessual hüquq normalarının səhv tətbiq olunması ilə həll edildiyini nəzərə alaraq bu qənaətə gəlir ki, qətnamə bütövlükdə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

68. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli 2(104)-912/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar