Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3615/2021 14.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: borc tələbi, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1240/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri 50 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 06 fevral 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh (bundan sonra cavabdeh) iddiaçıdan İddiaçı (bundan sonra iddiaçı) 3000 manat məbləğində pulu borc qismində almış və həmin məbləği 06 mart 2017-ci il tarixədək (texniki səhv nəticəsində müqavilədə 06 mart 2016-cı il tarixi göstərilmişdir) qaytarmağı barədə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı – cavabdehdən 3000 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə m əhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək bu günədək ona hər hansı bir məbləğdə borcun qaytarılmasını təmin etməmişdir. Birinci instansiya məhkəməsi iclasında cavabdeh iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz, habelə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, hazırda ondan tələb edilən pul məbləğinin əvəzinə iddiaçıya 30 qram çəkidə 750 əyarı olan qızıl-zinət əşyası vermişdir. Lakin hüquqi savadsızlığı səbəbindən bu barədə girov müqaviləsi bağlamamışdır. Borcu qaytara bilmədiyindən də, həmin borcu girov qoyduğu qızıl-zinət əşyaları ilə əvəzləşdirilməsi barədə razılığa gəlmiş, bu səbəbdən də həmi n müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya rəsmi qaydada bildiriş verməmişdir. Bu da öz növbəsində iş üzrə icraata xitam verilməsi üçün əsas yaradır. Digər tərəfdən iddiaçı qeyd edilən müqavilə üzrə borcu tələb etmək üçün 3 illik iddia müddətini də ötürmüşdür. Bu da iddianın rədd edilməsi üçün əsas yaradır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fuad Abdıyev) 2(001)2048/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı kredit (borc) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 06.03.2017-ci il tarixədək qaytarmaq şərti ilə 3000 manat məbləğində pulu borc vermiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin iddia tələbinə etirazı ilə bağlı qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borc məbləği müddət etibarı ilə 1 ay müddətinə verilmiş və 06.03.2017-ci il tarixdə kredit müqavilənin müddəti bitmişdir. Bu tarixdən sonra da mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi imkanı öz əhəmiyyətini itirmişdir. Bununla belə, iddiaçının pretenziya qaydalarına riayət etməməsi hazırki iddianın rədd edilməsi üçün əsas ola bilməz. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 06.02.2017-ci il tarixli müqavilə üzrə iddia müddətinin axımı 06.03.2017-ci il tarixdən başlayır və 06.03.2020-ci il tarixdə bitir. Lakin həmin müqavilə üzrə borcun tutulması tələbi ilə iddiaçı məhkəməyə 10.02.2020-ci il tarixdə müraciət etmiş, iddia müddəti ötürülməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 3000 manat məbləğində pulu borc qismində iddiaçıdan qəbul etmiş, həmin pulun əvəzinə 30 qram çəkidə qızıl-zinət əşyasının girov qismində iddiaçıya vermiş və borcu qa ytara bilmədiyindən iddiaçının razılığı ilə borcu həmin əşyalarla əvəzləşdirmiş, lakin həmin öhdəliyi hər hansı formada, tam və ya qismən icra etdiyini sübuta yetirə bilmir, o cümlədən iddiaçıya borc əvəzi qızılzinət əşyalarının verilməsini təsdiq edən hər hansı sənəd təqdim edə bilmir. Əlavə olaraq, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən mübahisənin məhkəməyə qədərki mərhələdə pretenziya qaydasında həll edilməməsi və bu haqda onun heç bir məlumatının olmaması məsələsini nəzərə almamış, əksinə, əsassız olaraq, müqavilənin bitdiyi, yəni – 06.03.2017-ci il tarixdən sonra mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsinin əhəmiyyətsiz olduğunu qeyd etmişdir. Bundan başqa, məhkəmə iddia müddəti ilə bağlı məsələyə tam şəkildə aydınlıq gətirməmiş, eləcə də iddia ərizəsinin id diaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyini cavabdehin bildirməsinə və məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət verməsinə baxmayaraq məhkəmə bunları nəzərə almamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin d əlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı pretenziya qaydasına riayət etməmiş və bu imkan itirilmişdir. İddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkə ti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və y a öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin iddia müddətinin tədbiqi, pretenziya qaydasına əməl edilməməsi ilə bağlı dəlillərinə işə baxan məhkəmələr qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Borcun ona məxsus qızıl-zinət əşyaları ilə əvəzləşdirilməsi barədə dəlillər formal mülahizələrdən ibarətdir. Cavabdeh bu barədə birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinə h ər hansı bir sübut təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddia ərizəsinin iddiaçı tərəfindən imzalanmaması barədə dəlillər bağlı məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddiaçı məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmişdir. Ərizənin iddiaçı tərəfindən imzalanmaması cavabdehin formal mülahizələridir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1240/2021 nömrəli iş üzrə 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.