Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-362/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-496/2019 saylı 02 aprel 2019cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qızna qarşı «kredit ö hdəliklərinin tərəflər arasında bölünməsi tələbinə dair» iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2019-cu il tarixli qətnaməsi ilə 2(103)-9020/2019 saylı qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), A.Hüseynov və V.Sadıqov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-496/2019 saylı 02 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «kredit öhdəliklərinin tərəflər arasında bölünməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-lə bağlanmış 23.08.2017cti il tarixli 114GTİCR172350503 nömrəli kredit müqaviləsi, 09.10.2017-ci il tarixli **********01944121 say lı birkart müqaviləsi və “xxxx” ASC lə bağlanmış 10.01.2017-ci il tarixli 18nKBKXİ17 saylı kredit müqaviləsi üzrə Cavabdeh ilə birgə öhdəlik daşıdıqları və həmin kredit müqaviləsi üzrə ödəmələrin cavabdeh ilə hər birinə münasibətdə 1/2 hissədə (50 faiz) olmaqla tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini sadəcə təkrarlamış və Ailə Məcəlləsinin 41.2-ci maddəsini səhv təfsir edərək bildirmişdir ki, həmin norma bu mübahisəyə tətbiq edilə bilməz. Halbuki iddiaçının kredit müqavilələri üzrə öh dəlikləri onun cavabdehlə birgə nikahı dövründə yaranmaqla onların ümumi öhdəliyi olmuşdur. Buna görə də onların ümumi əmlakına yönəldilməli, ümumi əmlaklarının olmadığı təqdirdə isə iddiaçı və cavabdeh Ailə Məcəlləsinin 41.2-ci maddəsinə görə həmin öhdəliklər üzrə onların hər birinin əmlakı (hansı ki, pulu da ehtiva edir) ilə birgə məsuliyyət daşımalıdırlar. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2019-cu il tarixli 2(103)-9020/2019 saylı qətnaməsinin tamamilə ləğv edilib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını müm kün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 02 dekabr 2010-cu il tarixdə X rayon İcra Hakimiyyəti Başçısının Xkənd icra nümayəndəliyində 30 saylı akt qeydi ilə bağlanmış nikahları İddiaçı iddiası üzrə Sabunçu Rayon Məhkəməsinin 2(008)-2808 /2018 saylı, 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmasına baxmayaraq həmin qətnamədə olan izahatlardan həmçinin məlum olur ki, nikahın pozulması ilə bağlı iddia ilə müraciət edilən tarixə qədər son bir ildə artıq tərəflər arasında ailə münasibətlərinin olmaması, formal xarakter daşıması göstərilmişdir. Hazırki iddia tələbində isə iddiaçı Azərbaycan Respublikasının Ailə Məcələsinin 41.2-ci maddəsinə istinad edərək 23.08.2017-cti il tarixli 114GTİCR172350503 nömrəli kredit müqaviləsi, 09.10.2017-ci il tarixli **********01944121 saylı birkart müqaviləsi və «xxxx» ASC ilə bağlanmış 10.01.2017-ci il tarixli 18nKBKXİ17 saylı kredit müqaviləsi üzrə Cavabdeh da onunla birlikdə “xxxx” ASC qarşısında məsuliyyət daşımalı olmasını iddia etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən, həmçinin müəyyən edilmişdir ki, hazırda iddiaçının 23.08.2017-ci il tarixli14GTK172350503 saylı kredit müqaviləsinə əsasən 06.03.2019-cu il tarixə ümumi qalıq borc məbləği 3950,89 manat, 09.10.2017-ci il tarixli **********01944121 saylı kredit xətti müqaviləsinə əsasən isə 06.03.2019-cu il tarixə ümumi qalıq borc məbləği 725.80 təşkil edir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının işin araşdırılmış hallarına əsasən gəldiyi nəticədən görünür ki, iddiaçı “xxxx” ASC ilə 23.08.2017-ci il tarixli 14GTK172350503 saylı kredit müqaviləsi və 09.10.2017-ci il tarixli **********01944121 saylı kredit xətti müqaviləsi bağlayarkən onunla cavabdeh arasında ailə münasibətləri artıq olmamış və iddiaçı cavabdehin bu kredit məbləğlərindən, eləcə də, “xxxx” ASC-dən 10.01.2017-ci il tarixdə gö türülmüş 733,02 AZN-dən faydalanmasına dair məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflərin birgə təsərrüfat aparmadıqları dövrlərdə alınmış kreditlərə görə cavabdehin məsuliyyət daşımasına dair iddiaçının tələbləri əsassızdır. 10.01.2017-ci il tarixli -18nKBKXİ17 saylı kredit müqaviləsi üzrə isə iddiaçının hazırda «xxxx» ASC-yə borcunun qalmasına dair məhkəməyə heç bir sübut təqdim edilməməsinə baxmayaraq iddiaçı həmin məbləğin götürülməsindən cavabdehin məlumatlı olmasını və bu məbləğin ailənin ehtiyacları üçün xərclənməsini də məhkəmə iclasında sübut edə bilməmişdir. İddiaçı iddia tələbinin əsası kimi birgə nikah dövründə 2017-ci il tarixində onun “xxxx” ASC-dən 23.08.2017-ci il tarixli 114GTİCR172350503 saylı kre dit müqaviləsi ilə 36 ay müddətinə illik 27,84% olmaqla götürülmüş 6500 manat pul məbləğin üzərinə 5000 manat pul da əlavə edərək Ünvan-ci sahədə yerləşən 2,5 sot həyətyanı torpaq sahəsi üzərində bir otaqlı mənzili cavabdehin bibisinin adına almaqla sənədləşdirməsini göstərsə də, bu hala dair də məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, nikahın pozulması ilə bağlı iddia ilə müraciət edilən tarixə qədər son bir ildə artıq tərəflər arasında ailə münasibətlərinin olmaması, formal xarakter daşıması faktı mövcud olduğu halda, iddiaçının “xxxx” ASC-dən 23.08.2017-ci il tarixli 114GTİCR172350503 saylı kredit müqaviləsi ilə 36 ay müddətinə illik 27,84% olmaqla götürülmüş 6500 manat pul məbləğin üzərinə 5000 manat pul da ə lavə edərək cavabdehin bibisinin adına olsa da, ailəsi ilə birlikdə yaşaması üçün ev alması və oranı təmir etdirməsinə dair dəlilləri inandırıcı olmamaqla heç bir sübüt növü ilə təsdiqlənmir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi norma hazırki mübahisəyə tətbiq edilə bilməz. Belə ki, adından və məzmunundan göründüyü kimi, norma «ödəmənin ər-arvadın əmlakına yönəldilməsi»nə dair məsələləri tənzimləyir ki, hazırki iş üzrə bu halın olması da görünmür. Həmçinin iddia tələblərində və iddiaçı tərəfin izahatlarından da görünür ki, hazırki iddianın qaldırılmasının səbəbi kimi aylıq gəlirinin 350 AZN təşkil etməsi, özünün asma xəstəliyindən əziyyət çəkməsi və uşaqlarımın aliment puluna görə kreditlərin öhdəsində n gələ bilməməsi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır və buna görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı “xxxx” ASC-lə bağlanmış 23.08.2017-cti il tarixli 114GTİCR172350503 nömrəli kredit müqaviləsi, 09.10.2017-ci il tarixli **********01944121 saylı birkart müqaviləsi və “xxxx” ASC ilə bağlanmış 10.01.2017ci il tarixli 18nKBKXİ17 saylı kredit müqaviləsi üzrə mülki məsuliyyətli olmaqla bu məsuliyyətinin cavabdehlə birlikdə daşımasının hüquqi əsasları hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahi sənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Kassator kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini sadəcə təkrarlamış və Ailə Məcəlləsinin 41.2-ci maddəsini səhv təfsir etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün hüquqi qiymət verərək hesab etmişdir ki, həmin norma hazırki mübahisəyə tətbiq edilə bilməz. Belə ki, adından və məzmunundan göründüyü kimi, norma «ödəmənin ər-arvadın əmlakına yönəldilməsi»nə dair məsələləri tənzimləyir ki, hazırki iş üzrə bu halın olması da görünmür. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ü mumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, MPMin 1 4, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının həmin iş üzrə 03 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-362/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-362/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver