Məhkəmə qərarları › İş №2(102)-3620/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3620/2023

06.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3620/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxxx cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(1*2)-362*/2*23 (Açar sözlər: əkin sahəsinə gedən yolun açılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı xxx cavabdeh "xxxx" MMC-nə qarşı “əkin sahəsinə gedən yolun açılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)278/2*23 saylı iş üzrə, 6 iyun 2*23-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə *6 dekabr 2 *23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Lənkəran rayonu, Separadi kəndində yerləşən kənd təsərufatlı təyinatlı *.55 hektar torpaq sahəsi X4, X5, X7, X8 və Məmmədov Vazeh(Valeh) Nadir oğlunun ümumi birgə mülkiyyətindədir.

2. Lənkəran rayon Separadi bələdiyyəsi tərəfindən tərtib edilmiş *9.1*.2*2*-ci il tarixli Akta əsasən, X9 və ailə üzvləriə məxsus JN-597 №-li, *,*55 ha əkin sahəsinə baxış keçirərkən həmin payı bəlli əkin sahəsinə gedən yolun "xxxx" firması tərəfindən zəbt edilməsi müəyyən edilmiş, X9 və ailə üzvlərinə məxsus payı bəlli torpaq sahəsinə gedən yol bağlanaraq çəpərə alınmışdır.

3. Lənkəran rayonu Separadi kəndində yerləşən *.24 ha torpaq sahəsi, *.64 ha torpaq sahəsi, *.66 ha torpaq sahəsi, 1.94 55 ha torpaq sahəsi, 5.3*15 ha torpaq sahəsi, 4.185739 ha torpaq sahəsi, 2.9771 ha torpaq sahəsi, 5.25 ha torpaq sahəsi, *.5742 ha torpaq sahəsi, 6.8885 ha torpaq sahəsi, 2.1429 ha torpaq sahəsi, 5.52 ha torpaq sahəsi Cavabdeh1 MMC-nin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır.. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xxx cavabdeh "xxxx" MMC-nə qarşı “əkin sahəsinə gedən yolun açılması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən vətandaşın payı bəlli əkin sahəsinə gedən zəbt olunmuş yolun cavabdeh tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Lənkəran rayonu Separadi kənd ərazisində yaşayan vətəndaşların payi bəlli əkin sahəl ərinə gedən yollardan biri, vətəndaş X2 payı bəlli əkin sahəsinə gedən yol "xxxx" MMC tərəfindən zəbt edilib çəpərə alınaraq, X11 Nadir oglunun həmin sahəyə gediş-gəlişinin qarşısı alınmış və vətəndaşın hüquqları pozulmusdur. Bununla baglı vətəndaş X15 oglu bələdiyyəyə şikayət etdiyindən və kənd bələdiyyəsi kənd ərazisində yolların istifadəsinə cavabdeh oldugundan, "xxxx" MMC-nin həmin ərazidən çıxarılmasi, yolun açılmasi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. *9 oktyabr 2*2*-ci il tarixdə tərtib edilmiş aktla gorunür ki, vətəndaş X15 oglunun payı bəlli torpaq sahəsinə gedən yol "xxxx" MMC tərəfindən zəbt edilmişdir. Separadi kəndinin baş planindan gorünür ki, cavabdeh tərəfindən əkin sahəsinə gedən yol zəbt edilmişdir. X11 Nadir oglunun torpaq sahəsinin plan ölçülərindən də görunür ki, onun torpaq sahəsinə gedən yol cavabdehin zəbt etdiyi ərazidən keçir. Azərbaycan Respublikası Konstitutsiyasi ilə vətəndaşlarin xususi mülkiyyəti və bələdiyyə mulkiyyəti qorunur, mulkiyyət toxunulmazdir. Məhkəmənin qərarı alınmadan məhdudlaşdırıla bilməz. Yuxarıda qeyd olunanlardan göründülyü kimi "xxxx" MMC tərəfindən vətəndaşın payı bəlli əkin sahəsinə gedən yolun zəbt edilməsi haqlı olaraq vətəndaşın narahatçılığına səbəb olduğundan, həmin zəbt olunmuş yol məhkəmə qaydasında açılmalıdır.

6. Lənkəran Rayon Məhkəməsinin 15 aprel 2*21-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 2* iyun 2*22-ci il tarixli rəyi ilə, 1* saylı Lənkəran Ərazi İdarəsinin mütəxəsis rəyinə əsasən, iddiaçı Lənkəran rayon Separ adi bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki olaraq Cavabdeh1 MMC-nin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşdiyi, cavabdehin istifadəsində olan torpaq sahəsinin hər tərəfdən məftillə hasarlandığı, yol kimi iddia edilən torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən yol kimi deyil, Xanbulan magistral su kanalı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaqları arasındakı eni təxminən 9-12 m olan (faktiki isə bu məsafə 4-5 m təşkil edir) torpaq sahəsi olduğu və baza məlumatlarına əsasən həmin torpaq sahəsinin Cavabdeh1 MMC-nin qanuni istifadəsində olan torpaq sahəsi olmadığı müəyyən edildi. İddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki olaraq Cavabdeh1 MMC tərəfindən mə ftil hasar alındığına, Cavabdeh1 MMC mübahisəli torpaq sahəsindən hasar daxili olaraq özünəməxsus torpaq sahəsində gediş-gəliş yolu kimi istifadə etdiyinə görə, həmin yolun davamı olaraq, yəni hasarın xaricindəki torpaq mülkiyyətçilərinin və istifadəçilərinin o cümlədən mülki işin qərardadında adı çəkilən X3 və qeyrilərinin həmin yoldan istifadə edə bilmədikləri müəyyən olundu. İddiaçı Lənkəran rayon Separadi bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki olaraq Cavabdeh1 MMC tərəfindən məftil hasara alındığına, "xxxx" MMC mübahisəli torpaq sahəsindən hasar daxil olaraq özünəməxsus torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə etdiyinə görə, həmin çevrədə digər torpaq mülkiyyətçilərinin və istifadəçilərinin faktiki olaraq Xanbulan magistral su kanalın kənarında kı mövcud alternativ yoldan istifadə etdikləri müəyyən olundu. Ekspertiza tədqiqatının dəyəri 5* manat təşkil edir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş X9 iddianın təmin edilməsini məhkəmədən xahiş edərək izahatında bildirmişdir ki, cavabdeh tərfindən payı vəlli əkin sahəsinə gedən yol tutularaq zəbt edilmişdir.

8. Lənkəran Rayon Məhkəməsinin 2(*49)-1388/2*22 nömrəli, 23 avqust 2*22-ci il tarixli qətnaməsi ilə (hakim: Rəşad Məmmədov) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, MM-nin 152.1-ci maddəsinin dispozisiya şərti hazırki iş üzrə sübuta yetirilmir.

10. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1*/2816 №-li, 2* iyun 2*22-ci il tarixli rəyindən müəyyən olunur ki, mübahisəli torpaq sahəsi mövcud baza məlumatlarına əsasən yol kimi deyil, Xanbulan magistral su kanalı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaqları arasındakı eni təxminən 9-12 m olan (faktiki isə bu məsafə 4-5 m təşkil edir) torpaq sahəsidir. Belə olan halda iddiaçı – Separadi bələdiyyəsi mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmadığından, yəni birinci dispozisiya şərti təmin edilmədiyindən digər dispozisiya şərtlərinin mövcud olub-olmadığının yoxlanılmasına zərurət görmür.

11. Məhkəmə eyni zamanda işə iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində cəlb edilmiş X3 iddianın təmin edilməli olması barədə izahatı ilə əlaqədar qeyd etmişdir ki, o halda X3 mübahisəli torpaq sahəsinə servitut hüququ (yəni cavabdehin istifadəsində olan torpaq sahəs indən yol kimi yararlana bilər ki) ola bilər ki, onun payıbəlli torpaq sahəsinə gedən alternativ yol olmasın. Lakin yuxarıda qeyd olunan ekspert rəyindən görünür ki, Valeh Məmmədovun təsərrüfatında olan payıbəlli torpaq sahəsinə gedən alternativ yol mövcuddur. Bunun əskini təsdiq edən sübutlar isə iddiaçı tərfindən məhkəməyə təqdim edilməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməsinə dair yeni qətnamə qəb ul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonu Separadi kəndində yaşayır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli *9 nömrəli qərarı ilə ona və ailə üzvlərinə *.55 hektar təknd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bu barədə onlara Torpağa mülkiyyət hüququna dair JN 597 KOD 8*22***18 №-li Dövlət Aktı verilmişdir. Dövlət aktında adı və soyadı səhv göstərilmişdir. Belə ki, soyadı Məmmədzadə, adı isə Valehdir.) Onlar uzun illər həmin torpaq sahəsində əkinçiliklə məşğul olmuş, halal zəhmətləri ilə ailələrini dolandırmışlar. Sonradan, yəni 2*19-cu il tarixindən başlayaraq cavabdeh "xxxx" MMC tərəfindən kənddə müəyyən torpaq sahələri alınmış və bununla da onlaırn payı bəlli torpaq sah əsinə gedən yol onlar tərəfindən bağlanılmışdır. Bu barədə ilk olaraq aidiyyəti üzrə Separadi bələdiyyəsinə müraciət etmiş və bələdiyyə rəhbərliyi gəlib həmin torpaq sahəsinə baxış keçirərək müəyyən etmişdir ki, həqiqətən də onların müraciəti əsaslıdır və kəndin xəritəsində də yol olduğu göstərilən torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Hətta bu barədə *9 oktyabr 2*2*-ci il tarixdə tərtib edilmiş aktdan da gorunür ki, vətəndaş Məmmədov (Məmmədzadə) Valeh Nadir oğlunun, yəni onun payı bəlli torpaq sahəsinə gedən yol "xxxx" MMC tərəfindən zəbt edilmişdir. Eləcə də Separadi kəndinin baş planindan da gorunür ki, "xxxx" MMC tərəfindən əkin sahəsində gedən yol zəbt edilmişdir. Elspert rəyi ilə razı deyil, məhkəmə ekspert qarşısında suallar qoyarkən onun və ailə ü zvlərinin payı bəlli torpaq sahəsinin hansı səmtdən olması, ekspert rəyində alternativ yol kimi yazılan torpaq sahəsinin yol olub-olmamasını aydınlaşdırmamış, mübahisəli torpaq sahəsinə yerli baxış keçirməmiş, həqiqəti öz gözləri ilə görməmiş, yalnız yarımçıq ekspert rəyinə inanmış və ona istinad etmişdir. Həmin xüsusatla əlaqədar bildirmək istəyir ki, onlar 1* il ərzində iddia ərizəsində qeyd edilmiş yoldan istifadə etmişlər. Həmin yol, torpaq sahəsinin cavabdeh "xxxx" MMC-nin aldığı və hazırda mülkiyyətində olan torpaq sahələrinə heç bir aidiyyəti yoxdur. Ekspert və mütəxəsislər də rəylərində həmin halı özləri də təsdiq etmiş, həmin torpaq sahəsinin, yolun faktiki olaraq cavabdeh "xxxx" MMC tərəfindən zəbt edildiyini göstərmişlər. Ancaq ekspert rəyində o da göstərilmişdir ki, Xanbulan ma gistral su kanalının kənarındakı mövcuc alternatif yoldan istifadə edilməsini müəyyən etmişlər. Həmin xüsusatla əlaqədar olaraq bildirmək istəyir ki, alternativ yol kimi göstərilən həmin torpaq sahəsi yol deyil, kanaldır. Həmin kanalın ətrafından gedib gəlmək, xüsusən də yağışlı havalarda mümkün deyildir. Belə ki, kanal mütəmadi olaraq təmizlənilir və kanal ətrafına boşaldılır ki, belə bir vəziyyətdə oradan keçilməsi mümkün deyildir. Fakt odur ki, cavabdehlər onlara aidiyyəti olmayan torpaq sahəsini, yolu zəbt etmiş və hasara salmışlar. Bu da o deməkdir ki, özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuzdur, yəni illərdir istifadə etdikləri yola cavabdeh tərəf qanunsuz olaraq sahib olmuş və bununla da onu və ailə üzvlərinin, eləcə də digər sakinlərinin mənafeyinə toxunulmuş, yolu qanunsuz ol araq zəbt edilmişdir. Hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin hakimi torpaq sahəsi ilə bağlı ekspertiza təyin etmiş və ekspert rəyi əsasında daha doğrusu yarımçıq olan rəy əsasında iddia tələbi üzrə işə baxaraq iddia tələbinin təmin edilməməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hhəmin iş üzrə təkrar və əlavə ekspertizaların təyin edilməsi barədə şifahi olaraq vəsatət verməsinə baxmayaraq, hakim vəsatəti təmin etməmiş, verilmiş ekspert rəyinin iddia tələbinnin rədd edilməsi üçün əsas olduğunu dilə gətirərək, müşavirə otağına getməmişdən əvvəl hansı qərarı qəbul edəcəyini də məhkəmə iclas zalında bir növ elan etmişdir.

15. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 28 mart 2*23-cü il tarixli rəyinə əsasən:

1. Qərardadın birinci sualı üzrə - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1* saylı Lənkəran Ərazi İdarəsinin 24 fevral 2*23-cü il tarixli mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 iyun 2*21 -ci il tarixli, 2221**71*2 qeydiyyat nömrəli və 8*2*13*9686* reyestr nömrəli X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olmaqla, Lənkəran rayonunun Separadi kəndində yerləşən *.5456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, döngə nöqtələri müəyyən edimiş və həmin torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməsi müəyyən olunmuşdur.

2. Qərardadın ikinci sualı üzrə-Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1* saylı Lənkəran Ərazi İdarəsinin 24 fevral 2*23-cü il tarixli mütəxəssis rəyinə əsasən Lənkəran rayonunun Separadi kəndinin torpaq islahatına dair kompleks yerquruluşu liyihəsində sözügedən torpaq sahəsinin iki tərəfdən pay torpaq sahəsi ilə, digər iki tərəfdən kanal (su arxı) ilə sərhəd olması müəyyən edilmişdir. Buradan belə nəticəyə gəlmək olur ki, sözügedən torpaq sahəsinin iki tərəfi digər mülkiyyətçilərə məxsus pay torpaq sahələri ilə, digər iki tərəfi isə su obyekti (faktiki vəziyyətdə də kanal (su arxı) mövcuddur) ilə sərhəd olunduğundan, yol mövcud deyildir və yaxud da yol kimi sərbəst istifadə olunması qeyri-mümkündür. Başqa sözlə sözügedən torpaq sahəsinə kompleks yerquruluşu layihəsinə əsasən konkret olaraq yol nəzərdə tutulmamışdır (islahat zamanı torpaq sahəsinə gediş-gəliş yolu yəqin ki, sözüge dən kanal (su arxı) tərəfdən nəzərdə tutulması ehtimal olunur).

3. Qərardadın üçüncü sualı üzrə-Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1* saylı Lənkəran Ərazi İdarəsinin 24 fevral 2*23-cü il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçı Separadi bələdiyyəsinin zəbtdən azad olunmasını tələb etdiyi mübahisəli torpaq sahəsinin mövcud baza məlumatlanrıda bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilmişdir.

4. Qərardadın dördüncü sualı üzrəDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1* saylı Lənkəran Ərazi İdarəsinin 24 fevral 2*23-cü il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçı Separadi bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin faktiki olaraq "xxxx" MMCnin istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməsi müəyyən olunmuşdur. İddiaçı Separadi Bələdiyyəsinin zəbtdən azad olunmasını tələb etdiyi mübahisəli ərazinin ətrafındakı torpaq sahələrinin mülkiyyətçiləri, o cümlədən üçüncü şəxs X9 zəbtdən azad olunması tələb eidlən yerdən əvəllər, yəni mübahisəli torpaq sahəsinin "xxxx" MMC tərəfindən istifadəsinə qədər gediş-gəliş yolu kimi istifadə etmişdirlər və hal-hazırda həmin yerdən yol kimi istifadə edə bilməmeləri müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı Sepanadi bələdiyyəsi tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdən faktiki olaraq cavabdeh tərəfindən özünəməxsus torpaq sahəsinə gediş-gəliş yolu kimi istifadə edilməsi müəyyən edildi. İddia edilən yer cavabdeh tərəfindən hasarlandığından, hasann xaricindəki torpaq mülkiyyətçiləri və istifadəçiləri, o cümlədən üçüncü şəxs X9 cavabdehin istifadəsində həmin yoldan (cavabdehin istifadəsində olan həmin yolun davamı olaraq) istifadə edə bilmirlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov) 17 may 2*23-ci il tarixli, 2(1*6)-126/23 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2*22-ci il tarixli, 2(*49)-1388/2*22 nömrəli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilmiş, Lənkəran rayonu Separadi kəndi ərazisində vətəndaşların, o cümlədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 və ailə üzvlərinin payı bəlli əkin sahələrinə gedən, cavabdeh "xxxx" MMC tərəfindən zəbt olunaraq hasara alınmış yolun cavabdeh tərəfindən açılması qət edilmişdir.

16. Məhkə mə kollegiyası iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsinin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı bələdiyyə mülkiyyət hüququ ilə ona məxsus olmaqla vətəndaşların ümumi istifadəsində olan mübahisəli yolun zəbtdən azad edilməsini tələb etməkdə tam haqlı olmuşdur.

17. İşin müəyyən olunan faktiki hallarına əsasən iddiaçı Separadi bələdiyyəsinin zəbtdən azad olunmasını tələb etdiyi yol bələdiyyə mülkiyyətinə aid, vətəndaşların ümumi istifadəsində olan torpaq sahəsidir. Həmin ərazidə islahat aparılan zaman torpaq sahələri kənd camaatına paylanaraq mülkiyyətə verilmiş, mübahisəsi aparılan yoldan isə həmin torpaq mülkiyyətçiləri uzun müddət ərzində ümumi yol kimi istifadə etmişlər. 2*19-cu ili n noyabr ayında cavabdeh “LENK FRUİT”MMC mübahisəli ərazidə torpaq sahələrini alaraq mülkiyyətinə keçirmiş və bundan sonra almış olduğu torpaq sahələrinə olan həmin gedişgəliş yolunu hasara alaraq yalnız özü istifadə etməyə başlamış, ərazidə yerləşən digər torpaq mülkiyyətçiləri yolun davamı olan hissədəçn istifadə etmək imkanından məhrum edilmişlər.

18. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyinə əsasən iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Valeh Məmmədzadə və ailə üzvlərinə məxsus torpaq sahəsinin iki tərəfi digər mülkiyyətçilərə məxsus pay torpaq sahələri ilə, digər iki tərəfi isə su obyekti (faktiki vəziyyətdə də kanal (su arxı) mövcuddur) ilə sərhəd olunduğundan, yol mövcud deyildir və yaxud da yol kimi sərbəst i stifadə olunması qeyrimümkündür. Başqa sözlə sözügedən torpaq sahəsinə kompleks yerquruluşu layihəsinə əsasən konkret olaraq yol nəzərdə tutulmamışdır (islahat zamanı torpaq sahəsinə gediş-gəliş yolu yəqin ki, sözügedən kanal (su arxı) tərəfdən nəzərdə tutulması ehtimal olunur). Sepanadi bələdiyyəsi tərəfindən gediş-gəliş yolu kimi iddia edilən yerdən faktiki olaraq cavabdeh “LENK FRUİT” MMC özünəməxsus torpaq sahələrinə gediş-gəliş yolu kimi istifadə etdiyi halda, yolun davamında yerləşən digər torpaq sahələrinin mülkiyyətçilərinin heç-bir hüquqi əsas olmadan yoldan istifadələrinin məhdudlaşdırılması qadağan olunan özbaşınalıqdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qərardadın ın ləğv edilərək, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş edir.

20. Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayon Separadi Bələdiyyəsi hüquqi şəxsdir. Cavabdeh "xxxx" MMC tərəfindən sözügedən ərazidə sitrus meyvə bağları salınmış, həmin bağlarda meyvə yetişdirilməsi ilə məşğul olduğundan,"xxxx" MMC-nin kommersiya fəaliyyəti məhz bununla bağlıdır. İşdə iştirak etməli olan şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınarsa mübahisənin kommersiya məhkəməsinin aidiyyatında olan mübahisə olduğu aşkar olur.

21. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 3*.1, 149, 15*-ci maddələrinə istinad edərək əsaslandırmışdır.. b)Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş X9 etiraz verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2*23-ci il tarixli, 2(1*6)-126/23 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

24. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

25. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

26. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edi lən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.4.9. işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası qeyd edir ki, kassa siya şikayətinin yeganə dəlili işin məhkəmə aidiyyətinin pozulması, mübahisənin kommersiya məhkəməsinə aid olduğu halda, ümumi məhkəmədə baxılması barədədir.

34. Lakin məhkəmə kollegiyas hesab edir ki, kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, tərəflər arasında hər hansı müqavilə münasibəti mövcud deyildir. İddiaçı bələdiyyə ilə kommersiya hüquqi şəxsi olan cavabdeh arasındakı mübahisə bələdiyyəyə məxsus ümumi istifadədə olan torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması barədə əşya hüquqi münasibətlərdən irəli gəlir.

35. Əşya hüquqi münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti məsələsinin müəyyən edilməsi meyarları isə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr a rasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2*2*-ci il tarixli, 1* saylı Qərarında dəqiq göstərilmişdir.

36. Həmin Qərarın 14-cü bəndində qeyd edilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilmə lidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

37. Həmin Qərarın 25-ci bəndində isə göstərilmişdir ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır.” ”

38. Kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bələdiyyə orqanı olmaqla, cavabdehlə hər hansı müqavilə münasibətində olmadığından bu tələbin təkcə cavadehin sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Plenum Qərarına əsasən əşya hüquqi münasibətlərdən irəli gələn bu mübahisədə dövlət və bələdiyyə orqanlarının sahibkarlıq subyekti ilə olan münasibətinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisəyə ümumi məhkəmədə baxılması düzgün olmuşdur.” ”

39. Bu səbəbdən, kass asiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2*23-cü il tarixli 2(1*6)126/23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar