Məhkəmə qərarları › İş №2(102)-3621/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3621/2020

24.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3621/2020 24.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ Birinci iddia üzrə: İddiaçı: Cavabdeh1 Cavabdehlər: Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh9, 9 saylı Notariat kontoru, 31 saylı Notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi İddia tələbi: kredit və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi İkinci iddia üzrə: İddiaçı Cavabdeh: Cavabdeh1 İddia tələbi: mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma Açar sözlər: müqavilənin etibarsızlığı, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mül ki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X7 ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçı Cavabdeh1 vəkilləri X5 və Vəkil1, cavabdeh İddiaçı vəkili Vəkil2 Cavabdeh2 nümayəndəsi X11 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-200/2020 nömrəli iş üzrə 16 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 avqust 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh9, 9 saylı Notariat Kontoruna, 31 saylı Notariat Kontoruna və Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 3M-1692 və 3M1693 saylı reyestrlə qeydə alınmış 22 dekabr 2017-ci tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən mənzil barəsində saxta alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 28 aprel 2017-ci il tarixdə Cavabdeh3 adına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması, Cavabdeh3 ilə Cavabdeh9 arasında bağlanmış 4Ə/-587 saylı reyestrlə qeydə alınmış 29 aprel 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02 may 2017-ci il tarixdə Cavabdeh9 ad ına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması, Cavabdeh9 ilə İddiaçı arasında bağlanmış 4Ə/-238 saylı reyestrlə qeydə alınmış 21 fevral 2018-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02 mart 2018-ci il tarixdə İddiaçı adına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması, ünvan 2 ünvanında yerləşən 79 saylı qeyri-yaşayış sahəsinin Cavabdeh1 verdiyi etibarnamə əsasında onun əvəzinə Cavabdeh3 ilə X8 arasında bağlanmış 4Ə/-164 saylı reyestrlə qeydə alınmış 30 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 04 dekabr 2017-ci il tarixdə X4 adına verilmiş RX ** ***** saylı çıxarışın ləğv olunması, X8 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə/-620 saylı reyestrlə qeydə alınmış 07 iyun 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 iyun 2018-ci il tarixdə Cavabdeh2 adına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-5890/2018 nömrəli iş üzrə19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia qismən təmin olunmuş, Cavabdeh3 ilə iddiaçı Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış 22 dekabr 2017-ci il tarixli, 3M1692 reyestr nömrəli və 3M-1693 reyestr nömrəli kredit müqavilələri etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Digər iş üzrə İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A, 28 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 2(006)-3596/2018 nömrəli iş üzrə 26 noyabr 2018ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A, 28 saylı mənzildən çıxarılması, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A, 28 saylı mənzildən Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. Hər iki qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayətləri verilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-4048/2019 nömrəli, 26 aprel 2019-cu il tarixli qərardadı ilə mülki işlər baxılması üçün bir icraata birləşdirilmişdir. Apelyasiya instansiyası məhkəməsinin 2(103)-200/2020 nömrəli iş üzrə 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddiaçı Cavabdeh1 iddia tələblərinin təmin olunmamış hissəsində) və birinci instansiya məhkəməsinin 26 noyabr 2018-ci il tarixli qətnaməsi tam ləğv edilmiş, iş üzrə yeni qətnamə qə bul edilərək iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh9, 9 saylı Notariat Kontoruna, 31 saylı Notariat Kontoruna və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilmiş, ünvan 1 mənzil barəsində Cavabdeh3 adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28 aprel 2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış ləğv edilmiş, Cavabdeh1 (etibarnamə əsasında onun əvəzinə Cavabdeh3 tərəfindən imzalanmış) və X8 arasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanılaraq 4Ə-164 saylı rey estrlə qeydə alınmış 30 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 04 dekabr 2017-ci il tarixli, RX seriyalı, ******* saylı Çıxarış ləğv edilmiş, Cavabdeh1 iddiası qalan hissədə təmin edilməmişdir. Qətnamə ilə, həmçinin İddiaçı Cavabdeh1 qarşı iddiası təmin edilərək sonuncunun ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çıxarılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzili və Bakı şəhəri, S abunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 11A saylı qeyri-yaşayış binası olmuşdur. Daşınmaz əmlaklardan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzil guya Cavabdeh1 və Cavabdeh3 arasında Bakı şəhəri 22 saylı notariat kontorunda bağlanmış 26 aprel 2017-ci il tarixli, AN-İ 081722 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmış və həmin müqaviləyə əsasən sonuncunun mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 28 aprel 2017-ci il tarixdə qeydə alınmaqla, adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzili Bakı şəhəri 53 saylı notariat kontorunda bağlan mış 29 aprel 2017-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh9 satmış və həmin mənzilə sonuncunun mülkiyyət hüququ 02 may 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh9 öz növbəsində Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzilini Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış 28 iyul 2017-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən X2, sonuncunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmiş, lakin 12 sentyabr 2017-ci il tarixli sazişlə həmin müqavilə ləğv olunmuşdur. Bundan sonra Cavabdeh9 Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzili 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunda bağlanmış 21 fevral 2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmış və mənzilə sonuncunun mülkiyyət hüququ 02 mart 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Mənzil hal-hazırda İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdadır. Cavabdeh1 mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 11A saylı qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi onun Cavabdeh3 verilmiş 24 aprel 2017-ci il tarixli etibarnamə əsasında sonuncu tərəfindən imzalanmı ş 30 noyabr 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən ümumilikdə 98000 manata Cavabdeh4 satılmış və sonuncunun mülkiyyət hüququ 04 dekabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh4 isə, X16 23 aprel 2018-ci il tarixdə verilmiş etibarnamə əsasında sonuncu tərəfindən imzalanmış 07 iyun 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 11A saylı qeyri-yaşayış binasını və onun yerləşdiyi torpaq sahəsini 120000 manata Cavabdeh2 satmış və həmin sahəyə sonuncunun mülkiyyət hüququ 29 iyun 2018ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşə apelyasiya qaydasında baxılarkən 22 saylı Nota riat Kontorunun xüsusi notariusu X1 izahatı alınmış, sonuncu 26 aprel 2017-ci il tarixli Daşınmaz əmlakın alqısatqı müqaviləsində olan imzanın ona məxsus olmamasını, möhürün saxtalaşdırılmasını, reyestr nömrəsinin notariat kontoruna aid olmadığını, müqavilənin blankının notariat kontorunun blankına uyğun olmadığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə kompleks məhkəmə xəttşünaslıq və məhkəmə sənədlərin texniki ekspertizası keçirilmiş və ekspertin 17 sentyabr 2019-cu il tarixli 21754 saylı rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş 26 aprel 2017-ci il tarixli, AN-İ 081722 saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ikinci vərəqəsinin aşağı hissəsində “Satan” qrafasında “Cavabdeh1” yazılarının qarşısındakı imza və “Тəhмəзова” soyadı – Cav abdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 26 aprel 2017-ci il tarixli, AN-İ 081722 saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ikinci vərəqəsinin aşağı hissəsində “Alan” qrafasında “Cavabdeh3” yazılarının qarşısındakı imza və “Hacıyev” soyadı – Cavabdeh1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 26 aprel 2017-ci il tarixli, AN-İ 081722 saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ikinci vərəqəsinin arxa tərəfində “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza – X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 26 aprel 2017-ci il tarixli, AN-İ 081722 saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ikinci vərəqəsinin arxa tərəfində “Notariat hərəkə tini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzanın hərfi tərkibinin olmaması və imzanın oxşadılmaqla icra olunması səbəblərdən həmin imzanın – Cavabdeh1 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. İş üzrə keçirilmiş məhkəmə-sənədlərin texniki ekspertizasının 16 sentyabr 2019-cu il tarixli, 21915 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 26 aprel 2017ci il tarixli, AN-İ 081722 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindəki möhür əksi relyef klişedən sənəd üzərində birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş 26 aprel 2017-ci il tarixli, AN-İ 081722 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindəki əlyazmalar və imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa icra edil mişdir. İş üzrə keçirilmiş əlavə məhkəmə sənədlərin texniki ekspertizasının 29 noyabr 2019-cu il tarixli, 27674 saylı rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış 26 aprel 2017-ci il tarixli AN-İ 081722 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ikinci vərəqinin arxasında olan “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri NOTARİUS X3 Şəhadətnamə № 107” möhür əksi relyef klişe vasitəsilə bir başa vurulmuşdur. Tədqiq olunan möhür əksi “*Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * Bakı şəhəri * İYİRMİ İKİ SAYLİ NOTARİAT OFİSİ * NOTARİUS X3” məzmunlu mətni olan möhürün eksperimental əks nümunəsi ilə eynilik təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küç əsi, 9A saylı evin 28 nömrəli mənzilin alqı-satqısına dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 26 aprel 2017-ci il tarixli müqavilə Cavabdeh1 tərəfindən imzalansa da, həmin müqavilə notariat qaydasında təsdiq olunmamış, müqavilədə notariusun imzası və möhürü saxtalaşdırılmış, müqavilə notariat orqanında reyestr qeydiyyatına alınmamışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 324, 334.1, 337, 389, 394-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 26 aprel 2017-ci il tarixli müqavilənin birinci tərəfindən imzalanması məhkəmə araşdırılması zamanı müəyyən olunsa da, həmin müqavilə qanunvericiliklə müəyyən olunmuş notariat qaydasında təsdiq edilmədiyindən, yəni müqavilənin forması qan unvericiliyə uyğun olmadığından etibarsızdır (əhəmiyyətsizdir). Bu səbəbdən məhkəmə iddia ərizəsində Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzilin alqı-satqısına dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 26 aprel 2017-ci il tarixli müqavilənin etibarsız hesab olunması tələbinin irəli sürülməməsinə baxmayaraq, sonrakı tələblər nöqtəyi-nəzərdən həmin müqaviləyə hüquqi qiymət verərək, hesab etmişdir ki, həmin müqavilə etibarsız (əhəmiyyətsiz) olmaqla onun əsasında Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 28 aprel 2017-ci il tarixdə qeydə alınmaqla, verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilməlidir. Bununla belə, Məhkəmə kollegiyası m ənzillə bağlı bağlanmış sonrakı müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında cavabdehlərin adına verilmiş çıxarışların ləğv olunmasına dair iddia tələbinin təmin olunmasının qeyri-mümkün hesab etmişdir. Məhkəmə bununla bağlı mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 19, 140, 152-ci maddələrinə istinadla belə əsaslanırmışdır ki, mübahisələndirilən mənzillə bağlı Cavabdeh3 hüquqları daşınmaz əmlakın dövlət reyestrində faktiki olaraq notariat qaydasında təsdiq olunmamış müqaviləyə əsasən qeydiyyata alınsa da, mənzillə bağlı sonrakı müqavilələrin tərəflərinin həmin qeydin qeyridəqiq olmasını bilmələrini və ya bilməli olduqlarını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə müəyyən olunmuşdur ki, Cavabdeh1 mənzil lə bağlı sonrakı əməliyyatlar barədə məlumatı olmuş və o, həmin əməliyyatların keçirilməsinə faktiki razılığını bildirmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində İddiaçı vəkili tərəfindən təqdim olunmuş videogörüntülərə tərəflərin iştirakı ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin cavabdeh mübahisələndirilən mənzili aldıqdan öncə mənzilə baxış keçirilmiş və həmin zaman Cavabdeh1 mənzildə olmuşdur. Həmçinin iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən mənzil X17 tərəfindən satılarkən Cavabdeh1 Bakı şəhəri 9 saylı notariat kontorunda 29 aprel 2017-ci il tarixdə ərizə verərək, Cavabdeh3 məxsus olan ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, həmin əmlaka heç bir tələbinin olmamasını və gələcəkdə bu barədə məhkəməyə müraciə t etməyəcəyini göstərmişdir. Ərizə Cavabdeh1 tərəfindən imzalanmışdır. Bundan əlavə mənzil Cavabdeh9 tərəfindən satılarkən da X6 tərəfindən Bakı şəhəri 9 saylı notariat kontorunda 22 iyul 2017-ci il və 21 yanvar 2018-ci il tarixlərdə 2 dəfə ərizələr verilərək, Cavabdeh9 məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilin satılmasına, bağışlamasına, ipotekaya qoyulmasına etiraz etmədiyini bildirilmiş, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını göstərilmişdir. Ərizələr Cavabdeh1 tərəfindən imzalanmış, ikinci ərizədə isə onun tərəfindən “Oxudum, razıyam” qeydi edilmişdir. İddiaçı tərəf həmin ərizələrin onun tərəfindən imzalanmasını mübahisələndirməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişir ki, iddiaçının mənzillə bağlı sonrakı müqavilələrin bağlanmasına dair razı lığının da aldatma yolu ilə alınması ağlabatan və məntiqli deyildir. Belə ki, həmin ərizələr notariat qaydada təsdiqlənmiş və iddiaçı tərəfindən oxunaraq imza edilmiş, onlardan ikisi isə ilkin müqavilədən müvafiq olaraq 3 və 9 ay keçdikdən sonra verilmişdir. Ərizələrdə mübahisələndirilən mənzilin həmin dövrlərdə müvafiq olaraq Cavabdeh3 və Cavabdeh9 mülkiyyətində olması bilavasitə qeyd edilmiş və mənzilin özgəninkiləşdirilməsi üçün verilməsi aydın göstərilmişdir. Məhkəmə hesab etmişir ki, mübahisələndirilən mənzilin Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı həqiqi olmasa da, X14 və sonradan İddiaçı ilə müqavilələr bağlanılarkən alıcılara reyestrin məzmununda qeyri-dəqiqliyin olması məlum olmadığından, bununla bağlı reyestrə etiraz daxil olmadığından və alıcıların bun a dair məlumatlı olmalarına dair sübutlar təqdim edilmədiyindən, qeyd olunan mənzilin Cavabdeh3 tərəfindən X10 və sonradan sonuncu tərəfindən İddiaçı satılması barədə Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilələrinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbləri baxımınan əsas yoxdur. Cavabdeh1 mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən 79 saylı qeyriyaşayış sahəsi ilə bağlı Məhkəmə kollegiyası qeyd etmişir ki, iddiaçı həmin sahəni satmaq niyyətində olmamasını, Cavabdeh3lə Cavabdeh4 tərəfindən aldadılaraq, qeyri-yaşayış sahəsinin onun adından özgəninkiləşdirilməsini iddia etmişdir. Məhkəmə iclasında çıxış etmiş Cavabdeh4 isə məhkəmə iclasında verdiyi izahatında qeyri-yaşayış sahəsinin onun tərəfindən faktiki alınmadığını, Cavabdeh3 borcu nun ödənilməsi təminatı olaraq adına köçürüldüyünü, sonradan isə üçüncü şəxsə satıldığını göstərmişdir. Beləliklə, Cavabdeh4 faktiki olaraq alqı-satqı müqaviləsinin onunla Cavabdeh3 arasında mövcud olmuş başqa əqdin pərdələnməsi məqsədi ilə bağlanmasını etiraf etmişdir. Məhkəmə Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən hesab etmişir ki, Cavabdeh1 ilə (onun adından etibarnamə əsasında Cavabdeh3 ilə) Cavabdeh4 arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi yalan əqd olmaqla etibarsız (əhəmiyyətsiz) hesab olunmalı və onun əsasında Cavabdeh4 adına verilmiş çıxarış ləğv olunmalıdır. Bununla belə, yuxarıda qeyd olunan əsaslarla məhkəmə kollegiyası qeyri-yaşayış sahəsinə Cavabdeh4 dövlət reyestrində qeydiyyatı mövcud olduğundan və həmin qeydin qeyri-dəqiqliyi barədə etir az daxil olmadan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə keçdiyindən iddia tələbini sonuncu müqavilənin etibarsız hesab edilməsi və hazırkı mükiyyətçinin hüquqlarının dövlət reyestrində qeydiyyatının ləğv edilməsi hissələrində əsassız hesab etmişdir. Məhkəmə nəzərə almışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sübutlarla qeyri-yaşayış sahəsinin mövcud bazar qiymətlərinə uyğun alındığı təsdiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi İddiaçı iddiasına Mülki Məcəllənin 228.1 və 228.2-ci, Mənzil Məcəlləsinin 34.1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 5, 9-cu maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan mənzildən Cavabdeh1 istifadəsi üçün qanunla müyyən olunmuş əs aslar mövcud olmadığından, o, həmin mənzildən faktiki istifadə etməklə və mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, əksinə 21 yanvar 2018-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə ilə mənzilin satılmasına icazə verdiyindən İddiaçı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı Cavabdeh1 (vəkil X12) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, Cavabdeh1 iddiasının təmin, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblə ri pozulmuş, apelyasiya şikayətlərində göstərilən dəlillər araşdırılmamış, iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Kassasiya şikayətinə görə hazırkı işə Mülki Məcəllənin əqdin etibarsızlığının hüquqi nəticələrini tənzimləyən 337.5-ci maddəsinin müddəaları tətbiq edilməməlidir. Belə ki, həmin maddəyə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kassasiya şikayətinə qarşı cavabdeh İddiaçı tərəfindən verilmiş etirazda apelyasiya instansiya məhkəməsinin iş üzrə qanuni və əsaslı nəticəyə gəldiyi qeyd edilməklə kassasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 vəkilləri ayrı-ayrılıqda kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək Cavabdeh1 iddiasının təmin, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. İş üzrə Cavabdeh2 nümayəndəsi X19 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh9, eləcə də 9 saylı Notariat kontorunun, 31 saylı Notariat kontorunun və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. 31 saylı Notariat kontoru məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.2-ci maddə sinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edi lməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apelyasiya şikayəti və apelyasiya baxışı zamanı i rəli sürülmüş dəlillərlə eyni məzmunlu olan həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-200/2020 nömrəli iş üzrə 16 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar