Məhkəmə qərarları › İş №2(102)-3621/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3621/2024

03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3621/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankın Cavabdeh1ya qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6017/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli məhkəmə aidiyyəti ilə bağlı qərardadından Cavabdeh1 şikayəti kassasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bank (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1ya məxsus, ipoteka predmeti olan mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borc alan "xxxx" MMC-nin kredit müqaviləsi üzrə Bank qarşısındakı borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6017/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. (hakim Camal Quliyev) Cavabdeh1 şikayəti verərək, qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasını davam etməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6017/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Cavabdehin Cavabdeh1 şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kassasiya baxışından çıxarılmaqla apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 404-1.3-cü maddəsinə görə kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qay tarılması barədə qərardad qəbul edir. Məhkəmə tərkibi şikayəti iş materialları və Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumatlarla birlikdə nəzərdən keçirərək, qeyd edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili 23 sentyabr 2024-cü il tarixdə, yəni şikayət kassasiya icraatına götürüləndən 2 gün əvvəl şikayətin geri qaytarılması barədə ərizə vermişdir. Buna baxmayaraq, şikayət icraata götürülmüşdür. Halbuki Mülki Prosessual Məcəllənin 404-1.3cü maddəsinə əsasən şikayət geri qaytarılmalı idi. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını l əğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6017/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərardadından verdiyi şikayətin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, Cavabdeh1 şikayəti baxışdan çıxarılmalıdır. Göstərilənləri və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARAALDİ: Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6017/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qərardadından verdiyi şikayətin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 sentyabr 2024-cü il tar ixli qərardadı ləğv edilsin. Cavabdeh1 şikayəti baxışdan çıxarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar