Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3622/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X6 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh3 nümayəndəsi və vəkili X10 oğlunun, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları
1. Tərəflər arasındakı mübahisə Cavabdeh3 qəbzlərə imza atmaqla qəbul etdiyi pul məbləğinin qaytarılması tələbi ilə bağlıdır. İddiaçı həmin vəsaitin mal (metal) alınması üçün cavabdehlərə verildiyini, lakin nə malın ona göndərildiyini, nə də pulun qaytarıldığını bildirir. Cavabdehlər isə aralarında metal alqı-satqısına dair müqavilə bağlanmadığını, iddiaçıya borclarının olmadığını qeyd edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlərə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icra edildiyi günün məzənnəsinə uyğun olaraq 698.000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh1 və Cavabdeh2 ilə əlaq ə saxlamış və tam razılığa gəldikdən sonra işgüzar əlaqələri rəsmiləşdirmək üçün müqavilə bağlamaq barədə razılığa gəlmişlər. Cavabdehlər Cavabdeh1 və onun əri Cavabdeh2 müqavilənin hansı şirkətlər arasında bağlanmasından asılı olmayaraq problem yaransa öz aralarında həll edəcəklərini bildirmişlər. Elektron poçt vasitəsilə xx xxxxxx 2015-ci il tarixdə onun təmsil etdiyi və ofşor zonada qeydiyyatdan keçmiş “X11.” şirkəti ilə Cavabdeh1 təmsil etdiyi və ofşor zonada qeydiyyatdan keçmiş “X8 LTD” şirkəti arasında 14-01 №-li müqavilə bağlanmışdır. Müqavilənin 1.1- ci bəndinə əsasən atıcı metal məhsulunu həmin müqavilənin ayrılmaz hissəsi olan Spesifıkasiylara əsasən miqdarda və çeşiddə alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci maddəsinə əsasən metal məhsulunun dəyəri ABŞ dolları ilə müəyyən edilir. Müqaviləyə əlavə edilmiş 1 və 2 saylı Spesifikasiyalara əsasən Cavabdeh1 iki dəfəyə iddiaçıya hər dəfə ümumi çəkisi 657 ton olmaqla 700362 ABŞ dolları dəyərində metal satmalı idilər. Raşılaşmaya əsasən xx xxxxxx 2015-ci il tarixdə “X11.” şirkətinin bank hesabından Vüsalə və Sakinin verdikləri “X8 LTD” şirkətinə məxsus hesaba hər dəfə 350.000 ABŞ dolları olmaqla 700.000 ABŞ dolları pul ödəmişdir. Lakin cavaidehlər hesablaşma bank hesabı vasitəsi ilə aparıldığı halda yüksək məbləğdə vergi ödəməli olacaqları üçün həmin məbləği xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərdə iddiaçıya geri qaytarmışlar. Cavabdehlər 700.000 ABŞ dolları məbləğində vəsaiti Bakıya gələn qızları Cavabdeh3 nəğd şəkildə verməyi bildirmişlər. xx xxxxxx 2015-ci il tarixdə iddiaç ı geri qaytarılmış 350.000 ABŞ dollarından bank xidmətləri üçün xərclər çıxılmaqla qalan 349.000 ABŞ dolları məbləğində vəsaiti Cavabdeh3 nəğd şəkildə vermiş və ondan buna dair öz xətti ilə yazılmış, imzası ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qəbz almışdır. xx xxxxxx 2015-ci il tarixdə iddiaçı ona geri qaytarılmış 350.000 ABŞ dollarından bank xidmətləri üçün xərclər çıxılmaqla qalan 349.000 ABŞ dolları məbləğində vəsaiti Cavabdeh3 nəğd şəkildə vermiş və ondan buna dair öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qəbz almışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göstərişi ilə pulu nəğd şəkildə Bakı şəhərində onların qızı olan Cavabdeh3 ödəsə də, onlar müxtəlif bəhanələr gətirməklə indiyədək iddiaçıya metal göndərməmişlər, nə də ki, pulunu qa ytarmamışlar.
4. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (hakim Ə.Qəhrəmanov) xx xxxx 2017ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 698.000 ABŞ dolları məbləğində pulun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 385.1-ci və 21-ci maddələrinə istinad etmişdir. Cavabdeh4 münasibətdə isə qeyd etmişdir ki, o, tərəflər arasında müqavilə bağlanan zaman iştirak etməmiş, əqd bağlanan zaman onun iradə ifadəsi olmamışdır. Bu səbəbdən iddia ona münasibətdə əsassızdır. b) Apelyasiya instansiyası məhkəməsindək i icraat
6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər E.Nəbiyev (sərlik edən və məruzəçi), R.Qurbanov və A.İmanov) xx xxxxxx 2018-ci il tarixli, 2(103)-1688/18 nömrəli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi onun şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər A.Kalbalıyev (sədrlik edən və məruzəçi), V.İbayev və Ə.Əliyev) 2(102)-4580/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin e dilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər E.Nəbiyev (sərlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) xx xxxxxx 2018-ci il tarixli, 2(103)-12307/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apelyasiya şikayətindən imtina qəbul edilmiş və cavabdeh x münasibətdə iş üzrə apelyasiya icraatına xitam verilmişdir. e) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
11. Cavabdeh3 Pirallahı Rayon Məhkəməsin in xx xxxx 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər V.Həsənov (sərlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Cavabdeh3 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi onun şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh3, kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi edilməsi barədə yen i qərar çıxarılmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, birinci və apelyasiya instansiya məhkəmələrinin mövqeyinə görə, Cavabdeh3 698 000 ABŞ dolları məbləğində pulu qəbul etmiş və bu barədə qəbz yazmışdır. Bu ona dəlalət edir ki, iddiaçı ilə Cavabdeh1 arasında müqavilə bağlanan zaman onların iradə ifadəsi ilə yanaşı digər cavabdehlər, Cavabdeh1 əri Cavabdeh2 və qızı Cavabdeh3 razılaşdırılmış iradə ifadəsi olmuşdur. Buna görə də 698 000 ABŞ dolları məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmişdir.
16. İddiaçı iddiasında göstərdiyi iddiadan onun heç bir xəbəri olmamışdır. Ümumiyyətlə iş materiallarında olan qə bzlərdə pul hansı məqsədlə verilməsi göstərilməyib. Əslində həmin məbləğ İddiaçı Cavabdeh1 olan 1 250 000 ABŞ dollar borcunun ödənilən hissəsi, yəni 700 000 ABŞ dolları olmuşdur. Müqavilə üzrə qalan 550 000 ABŞ dollar borcu ödənilmədiyi üçün məhkəməyə müraciət olunmuşdur. Qüvvədə olan Qazaxıstan Respublikasının Aktau şəhərinin Mangistan Vilayət Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə cavabdeh X7 İddiaçı 1 250 000 ABŞ dollara şirkətini satmışdır. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı 350 000 (bank faizləri çıxmaqla 349 000 ABŞ dolları) ABŞ dollar məbləğində qismən ödənişi xx xxx 2015-ci il tarixində həyata keçirmiş, daha sonra eyni məbləğ xx xxx 2015-ci il tarixində ödənilmişdir. Qeyd edilən məbləğlər İddiaçı tərəfindən Cavabde h2 qızı Cavabdeh3 qəbzlə verilmişdir. Bu əsaslarla iddia təmin edilmiş İddiaçı X2 xeyrinə 180 323 000 tenqe (yəni 550 000 ABŞ dollar) məbləğində borc, 20 460 485 tenqe məbləğində dəbbə və 2.007.835 tenqe məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. Yəni, İddiaçı fırıldaqçılığı Qazaxıstan Respublikası Məhkəmələrində açıq məhkəmə çəkişməsində sübuta yetirilmiş və əksinə, məhz onun X4 borclu olduğuna dair müvafiq Qətnamə qəbul edilmişdir. Lakin X X5 Respublikası Məhkəməsinin qərarı ilə sözügedən borcun tutulub X4 ödənməsi barədə məhkəmə çəkişməsində uduzacağını hiss edən kimi, qanuni məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün növbəti saxtakarlıqla əl ataraq məhkəmə və hüquqmühafizə orqanlarındakı qohumluq əlaqələrini işə salmaqla, bəzi məhkəmə hakimlərini öz çirkin əməllərində bir al ət kimi istifadə etməklə növbəti fırıldağa əl ataraq Azərbaycanda onların ailəyə qarşı qanunsuz qətnamə çıxarılmasına nail olmuşdur. Belə ki, İddiaçı öz çirkin niyyətinə nail olmaq üçün məhkəməyə yalan məlumatlar və saxta sənədlər təqdim etmiş, qabaqlar Qazaxıstan Respublikasında aldığı əmlaka görə ödədiyi 698.000 ABŞ dolları məbləğini guya payın dəyərinin ödənilməsi üçün deyil, metal məlumatlarının tədarükü üçün etdiyini iddia etmişdir. Apelyasiya instansiya məhkəməsi zamanı cavabdeh kassatorun atası Cavabdeh2 İddiaçı tərəfindən Cavabdeh3 349.000 ABŞ dolları və onun oğlu Şahin İbrahimli tərəfindən Cavabdeh3 verilən 349 000 ABŞ dolları, cəmi 698 000 ABŞ dollar pulu qəbul etməsini göstərmişdir. Yəni kassatora verilən pulu atasına çatdırmışdı, belə çıxır ki, əgər iddiaçı həmin pulu bank vasi təsilə Cavabdeh2 göndərsəydi bu gün həmin pulu cavabdeh kimi həmdə bankdan da tələb edəcək idi və ya poçt vasitəsilə göndərsəydi bu gün həmin pulu cavabdeh qismində poçtdan da tələb edəcəkdi. Apelyasiya instansiyası məhkəməsi işə qərəzli yanaşaraq qanunsuz qətnamə çıxarmışdır. Bundan başqa, iddia ərizəsində kassatorun adı, soyadı və ünvanı səhv yazılmışdır. İş materiallarında olan DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh3 barəsində məlumat yoxdur. Bu əsasla birinci instansiya məhkəməsi onu lazımı qaydada məhkəmə prosesi barədə xəbərdar etməmişdir. Kassatorun ünvanı ünvan 1ində Bakı şəhəri, İnşaatçılar prospekti, ev 4 A, mənzil 41 göstərilmişdir, həmçinin kassatorun adı və soyadı səhv yazılmışdır. Apelyasiya şikayətində bu dəliləri göstərilməsinə baxmayaraq, apelyasiya inst ansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə bildirişi cavabdehin atası Cavabdeh2 şəxsən verildiyindən Cavabdeh3 məhkəmə iclaslarından ailə üzvü vasitəsilə xəbərdar olmuşdur. Məhkəmə düzgün hüquqi qiymət verməmişdir. MPMnin 134-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir. Həmin iş üzrə hər iki cavabdeh şəxs qismindədir, deməli məhkəmə hər ikisinə bildiriş göndərməli idi. Məhkəmə isə hesab etmişdir ki, Cavabdeh2 bildirişi alıbsa deməli Cavabdeh3 çatdırılmış hesab olunmalıdır. İş materiallarından da görünür ki işin baxılması barədə bildiriş ümumiyyətlə heç bir ailə üzvlərinə təqdim olunmayıb və oluna da bilməzdi, çünki onlar həmin ərəfədə ölkə hüdudlarından kənarda olmuşlar. Apelyasiya instansiya məhkəməsi MPM-nin 134-cü maddəs inin tələblərini kobudcasına pozmuşdur. Bundan başqa, aidiyyət qaydaları pozulmuşdur. Mülki işə Pirallahı Rayon Məhkəməsi tərəfindən baxılması ərazi aidiyyətı prinsipinin pozulması ilə müşayiət olunmuşdur. İki hüquqi şəxs arasındakı mübahisəyə İnzibati-İqtisad məhkəməsində baxılmalı olduğu halda Pirallahı rayon Məhkəməsində baxılması faktı da bu məhkəmə prosesinin qabaqcadan iddiaçının yaxın münasibətdə olduğu hakimlə razılaşdırdığı bir sifariş olduğunu göstərir. Hətta bu saxta iddia işdə adı hallanan fiziki şəxslərə qarşı olsaydı belə, Pirallahı rayon Məhkəməsində bu işə baxılmasına heç bir hüquqi don geyindirmək mümkün olmazdı, yəni iddiaçı və cavabdehlərin heç biri Pirallahı rayonunda pasport qeydiyyatında deyillər və olmamışlar. “İddiaçıya cavabdehin telefon nömrəsini verdiyi üçün” cav abdeh qismində cəlb edilmiş Cavabdeh4 qarşı işə iddiaçı tərəfindən heç bir tələb yönəldilməmiş və məhkəmə tərəfindən onun məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığı halda bu işə cəlb edilməsi sadəcə aidiyyətin Pirallahı Rayon Məhkəməsinə verilməsi üçün lazım olmuşdur. Bunu məhkəmənin çıxardığı xüsusi qərardadın araşdırılması zamanı A.N. Novruzovun verdiyi ifadə və izahat da təsdiq edir. İş üzrə cavabdeh olan Cavabdeh4 Pirallahı RPİ-nin rəisi, polis polkovniki Cümşüd İsmayılovun adına verdiyi izahatında göstərmişdir ki, o, nə İddiaçı, nə də cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 adlı şəxsləri tanımır və onlarla heç bir münasibəti olmamışdır. Göründüyü kimi mülki işə iddianın İnzibati-İqtisad məhkəməsinə deyil, məhz Pirallahı R ayon Məhkəməsinə verilməsi üçün Cavabdeh4 cavabdeh qismində formal olaraq cəlb edilmişdir. Məhkəmə kobud qaydada məhkəmə aidiyyət qaydasını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
18. Kassasiya şikayətinə etirazın dəlilləri onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilən pul məhz Cavabdeh3 tərəfindən qəbul olunmuşdur. Belə olan halda, Cavabdeh3 digər cavabdehlərlə yanaşı iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili X10 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
20. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
21. Cavabdeh2 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlid ir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Maddə 445.1 İcranı gecikdirm iş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi ad landırılır.
30. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
31. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh3 aid hissəsi mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
36. Belə ki, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə, “xxxx” Şirkətinin direktoru İddiaçı, “Caspian Marine Service LTD”-nin direktoru, hazırki iş üzrə Cavabdeh1 ilə aralarında b ağlanmış müqaviləyə əsasən onun hesabına hər dəfə 350000 ABŞ dolları olmaqla iki dəfəyə 700000 ABŞ dolları məbləğində pul köçürmüşdür. Sonradan cavabdehlər pulu qaytarmışlar və iddiaçı bank hesabları çıxdıqdan sonra 698000 ABŞ dolları məbləğində pulu Cavabdeh1 və Cavabdeh2 qızı Cavabdeh3 vermişlər. Cavabdeh3 698000 ABŞ dolları məbləğində pulu qəbul etmiş və bu barədə qəbz yazmışdır. Bu ona dəlalət edir ki, iddiaçı ilə Cavabdeh1 arasında müqavilə bağlanan zaman onların iradə ifadəsi ilə yanaşı digər cvabadehlər, Cavabdeh1 əri Cavabdeh2, habelə Cavabdeh3 razılaşdırılmış iradə ifadəsi (çox tərəfli) olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, 698000 ABŞ dolları məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir. Apelyasiya məhkəmə si yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad etməklə bu mövqeyi əsaslı saymışdır.
37. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən digər tərəflərlə bərabər Cavabdeh3 da həmin vaxt məlum olan sonuncu yaşayış yeri üzrə məhkəmə iclaslarının yeri və vaxtı ilə bağlı məhkəmə bildirişləri göndərilmişdir və məhkəmə bildirişi cavabdehin atası olan digər Cavabdeh2 şəxsən çatdırılmışdır. Beləliklə də, Cavabdeh3 məhkəmə iclaslarından ailə üzvü vasitəsilə xəbərdar olduğundan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin “Məhkəmə baxışı” adlı 15-ci Fəsilində nəzərdə tutulmuş prosessual normalara riayət etmiş və bu səbəbdən işə Cavabdeh3 iştirakı olmadan baxmağa haqlı olmuş, qətnamə çəkişmə şəraitində qəbul edilmişdir.
38. Məhkəmə k ollegiyası Cavabdeh3 digər dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, şikayətin cavabdeh kimi göstərilmiş Cavabdeh4 qarşı iddianın rədd olunmasının iddiaçının məqsədli şəkildə Pirallahı rayon məhkəməsinə müraciət etməsi kimi qiymətləndirilməklə bunun işə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə aidiyyatının pozulmasına dair dəlili də əsassızdır. Belə ki, həmin müddətdə qüvvədə olan Azərbaycan Respublikasının MPM-nin 36-cı maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddiaçı digər cavabdehlərlə yanaşı Cavabdeh4 da pul tələb etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin həmin iddia tələbini geri qaytarmaqla bağ lı deyil, işə mahiyyəti üzrə baxmaq vəzifəsi olmuş və məhkəmə haqlı olaraq işin aidiyyətinin düzgün verilmiş olması nəticəsinə gəlmişdir.
39. Bundan əlavə, “X11.” şirkəti ilə “X8 LTD” şirkəti arasında xx xxxxxx 2015-ci il tarixli 14-01 №-li müqavilə və həmin müqaviləyə dair Spesifıkasiyalara əsaslanaraq pul vəsaitinin ödənilməsi tələbinin iqtisadi mübahisə olmasına dair mövqe də əsassız hesab edilmişdir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göstərişi ilə pulu nəğd şəkildə Bakı şəhərində onların qızı olan Cavabdeh3 ödəməsini, onların müxtəlif bəhanələr gətirməklə indiyədək iddiaçıya metal göndərməmələri, nə də ki, pulunu qaytarmamalarını mübahisələndirmişdir. Göründüyü kimi, tələbin məzmununda həmçinin cavabdehlərdən müqavilə iştirakçısı olma yan fiziki şəxsin iddiaçının hüququnun pozulması göstərilmişdir. Belə olan halda, iddia tələbinin iqtisadi mübahisə kimi qiymətləndirilməsi istisna olunur.
40. Cavbadeh Ağayeva X3 Respublikasının Aktau şəhərinin Mangistan Vilayət Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, x nömrəli qətnaməsinə istinad etmişdir. Həmin qətnaməyə əsasən İddiaçı X2 xeyrinə 180 323 000 tenge məbləğində borc, 20 460 485 tenge məbləğində dəbbə, 2 007 835 tenge məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 10(102)142/2018 saylı qərardadına əsasən, X2 vəsatəti təmin edilməmiş, Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, x saylı qətnaməsinin Azərbaycan R espublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsindən imtina edilmişdir. Qərardan görünür ki, Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 479918-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsi Azərbaycan Respublikasında qanuni qüvvəsini almış məhkəmə qərarlarında müəyyən edilmiş işin faktiki hallarının preyudisiallığı ilə bağlı hüquq qaydasına zidd olduğundan tanınmasından imtina olunmuşdur.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «X1 şikayətinə dair» xx xxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, o, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qa ydasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair şikayətinə baxaraq işin icratına xitam vermişdir. Qərarın məzmunundan görünür ki, V.Rəhimlinin şikayəti üzrə məhkəmə aktının konstitusiya və qanunlara uyğunluğunun yoxlanması Plenumun səlahiyyətləri xaricindədir.
43. Göründüyü kimi şikayəti verən şəxs, Qazaxstan Respublikasının sözügedən məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə hazırkı işin faktiki əsaslarının eyni olmasını göstərir. Lakin nəzərə alınmalıdır ki, istinad olunan qətnamə Azərbacyan Respublikasında icra edilməli olan qətnamə kimi tanınmadığından həmin qətnamə ilə müəyyən olunmuş halların hazırkı iş üzrə hər hansı preyudis ual əhəmiyyəti yoxdur. Eyni zamanda Ali Məhkəmənin yuxarda göstərilən qərarında da eyni mövqe nümayiş etdirilmişdir.
44. Bunlarla yanaşı, işin ərazi və məhkəmə aidiyyəti, digər Cavabdeh4 qarşı hər hansı tələbin olmaması, müqavilənin digər tərəfin onu imzalamaması, tərəflər arasında metal alveri ilə bağlı öhdəliyin olmaması və. s. dəlillər araşdırılmış, həmin dəlilərin araşdırılmasının nəticələrinə görə artıq məhkəmənin qanuni qüvvədə olan qətnaməsi vardır. Hazırkı işin halları baxımından həmin dəlillərin təkrar yoxlanması, mübahisələndirilməsi və sübut edilməsi yolverilən hesab edilə bilməz. Məhkəmənin göstərilən aktlarında gəlmiş olduğu nəticələri hazırkı işə baxılarkən preyudisial əhəmiyyətə malikdir.
45. Cavabdeh3 hazırkı iş üzrə cavabdeh olmamasına münasibətdə isə apelyasiya məhkəməs i qeyd etmişdir ki, işin mübahisəsiz halları və yazılı sübutlara aşkar olaraq iddiaçı tərəfindən verilən pul məhz Cavabdeh3 tərəfindən qəbul olunmuşdur. Belə olan halda isə o, digər cavabdehlərlə yanaşı iddiaçı qarşısında birgə məsuliyyət daşıyır.
46. Kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni məzmunlu olduğundan kassasiya məhkəməsi həmin dəlillərə dair apelyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 mübahisələn dirdiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Kollegiya onu da qeyd edir ki, Cavabdeh3 nümayəndəsi və vəkilinin təqdim etdiyi sənədlərə hüquqi qiymət verilməsinə dair vəsatət əsaslı deyil. Belə ki, Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi Azərbaycan Respublikasında tanınmadığı, habelə təqdim olunmuş sənədlər (xarici ölkə orqanlarının qərar və digər sənədləri) müvafiq leqallaşdırma prosedurandan keçmədiyi üçün nəzərə alınmır və hazırkı kassasiya baxışının predmetini təşkil etmir.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.