Məhkəmə qərarları › İş №2(102)-3623/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3623/2020

17.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3623/2020 17.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: “xxxxxxxxxx“ X19 Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər: X13, X14, X10, X16, X4, X5, X11 və X15 İddia tələbi: əmlak payının naturada ayrılması, dividentin ödənilməsi Açar sözlər: səhmdarın payının naturada ayrılması, gəlirlərdən divident ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Zələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-634/2020 nömrəli iş üzrə x x xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı) nizamnamə kapitalı 98256 manat təşkil edən “xxxxxxxxxx” X12 (bundan sonra – cavabdeh və ya ASC) 14738 ədəd (29,999%) səhminin sahibidir. Cavabdehin qanuni təmsilçisi X3r. “İcarəyə verən” qismində cavabdehlə “icarəçi” qismində “xxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, XXX küçəsi, XXX saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsindən (bundan sonra mübahisəli qeyri-yaşayış sahəsi) 85 kv.m-lik sahə 5 il müddətinə “İcarəçiyə” icarəyə verilmişdir. İcarə haqqı 4.000 manat olaraq razılaşdırılmışdır. “İcarəyə verən” qismində cavabdehlə “icarəçi” qismində “xxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən mübahisəli qeyri-yaşayış sahəsindən 500 kv.m-lik sahə 5 il müddətinə “ icarəçiyə” icarəyə verilmişdir. İcarə haqqı 4.000 manat olaraq razılaşdırılmışdır. “İcarəyə verən” qismində cavabdehlə “icarəçi” qismində “xxxxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2 nömrəli icarə haqqında müqaviləyə əsasən mübahisəli qeyri-yaşayış sahəsindən 47,4 kv.m.-lik sahə 5 il müddətinə “icarəçiyə” icarəyə verilmişdir. İcarə haqqı 1.000 manat olaraq razılaşdırılmışdır. “İcarəyə verən” qismində cavabdehlə “icarəçi” qismində X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə əsasən mübahisəli qeyri-yaşayış sah əsindən 23 kv.m.-lik sahə xx.xx.2019-cu il tarixədək “icarəçiyə” icarəyə verilmişdir. İcarə haqqı 1.000 manat olaraq razılaşdırılmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan mübahisəli qeyriyaşayış sahəsinin naturada bölgüsünü həyata keçirməklə, iddiaçının cavabdehdə olan 14738 ədəd (29,999%) səhmlərini nəzərə alaraq, qeyri-yaşayış sahəsindən (1-ci mərtəbədən və zirzəmidən) iddiaçının payına uyğun sahənin natura qaydasında ayrılıb onun mülkiyyətinə verilməsi, iddiaçının cavabdehin səhmdarlarının sırasından çıxarılaraq, səhmdarlığına xitam verilməsi, onun səhmlərinin müqabilində ASC-nin 2016-2018-ci illər üzrə xalis mənfəə tindən ödənilməmiş dividendlər - yəni 2016-2018-ci illər dövrü üçün müəyyən olunacaq məbləğdə pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh hazırda qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə məşğuldur və gəliri yalnız icarə fəaliyyətindən ibarətdir. ASC-nin icra orqanının verdiyi məlumata əsasən 655 kv.m. qeyri-yaşayış sahəsi müxtəlif şəxslərə icarəyə verilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi Bakı şəhərinin ticarət fəaliyyəti üçün ən bahalı və müştərilərin ən çox olduğu yerində yerləşdiyi üçün bu ünvanda yerləşən obyektlərin 1 kv.metrinin icarə qiyməti 100-150 manat arasında dəyişməkdədir. ASC tərəfindən bağlanmış icarə müqavilələrində göstərilmiş məbləğlər reallığı əks etdirmir v ə bazar dəyərindən 2-3 dəfə, bəzi hallarda isə 7-8 dəfə aşağıdır. İddiaçı ASC-nin icra orqanının rəhbərinə ərizə ilə müraciət edərək icarə qiymətlərinin qaldırılmasını və ya daha yüksək qiymətlə onun özünə icarəyə verilməsini təklif etmiş, lakin uzun müddət keçməsinə baxmayaraq, müraciətinə cavab verilməmişdir. ASC rəhbərliyinin qeyri-düzgün siyasəti nəticəsində iddiaçı, bir səhmdar kimi gəlirdən məhrum edilmiş, ötən dövr ərzində ona divident ödənilməmişdir. İşə baxılarkən mübahisəli qeyri-yaşayış sahəsinin naturada bölünməsi mümkünlüyü və icarə qiymətləri ilə bağlı ekspertizalar təyin edilmiş və rəylər alınmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-3054/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov) iddia təmin edilmiş, cavabdehin mülkiyyətində olan mübahisəli qeyriyaşayış sahəsinin naturada real bölügüsünün həyata keçirilməsi, iddiaçının cavabdehdəki səhmlərinin 29,999%-nin payının qarşılığında, ona qeyri-yaşayış sahəsindən ümumilikdə 205,0 kv.m. sahənin natura qaydasında ayrılması, cavabdehin mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsinin naturada bölünməsinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 26485 saylı rəyində əks olunmuş qaydada müvafiq hörgü aparılmaqla həyata keçirilməsi, qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 1-ci mərtəbə üzrə 111,2 kv.m. sahə, zirzəmi üzrə isə 93,8 kv.m. sahə hörgü arakəsmə aparılmaqla ayrılaraq, iddiaçının mülkiyyətinə və sərəncamına verilməsi, iddiaçının cavabdehin səhmdarları sırasından çıxarılması və ona məxsus səhmlərin cavabdeh tərəfindən geri alınması, cavabdehdən iddiaçının xeyrinə onun cəmiyyətdəki 29,999% səhmlərinin müqabilində cavabdehin xalis mənfəətindən ödənilməmiş dividendlər - yəni 2016-cı ilin üçün 126474,94 manat, 2017-ci il üçün 126474,94 manat, 2018-ci ilin yanvar – oktyabr ayları üçün 116652,73 manat, ümumilikdə isə 369602,61 manat məbləğində pulun tutulması qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, hazırkı qətnamə mübahisəli qeyriyaşayış sahəsinin iddiaçının mülkiyyətinə ayrılmış hissələrinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 106-1.3.9-cu maddəsinə istinadla qeyd etmişdir ki, qüvvədə olan mülki qanunvericilikdə səhmdar cəmiyyətindən çıxarkən səh mdara nizamnamə kapitalındakı payına uyğun olaraq, səhmlərin yalnız dəyərinin ödənilməsini təsbit edən və əmlak hissəsinin natura qaydasında verilməsini qadağan edən imperativ norma müəyyən edilməmişdir. Bu halda, qəbul edilməlidir ki, iddiaçının müzakirə olunan tələbi irəli sürmək üçün subyektiv hüququ yaranır. İddiaçıya məxsus səhmlərə (29,999 faiz) uyğun olaraq onun payı ASC-nin mülkiyyətində olan mübahisəli qeyriyaşayış sahəsindən natura şəklində (iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 26485 nömrəli ekspert rəyində nəzərdə tutulan qaydada, ümumilikdə 205 kv.m sahə) ayrılmalı və onun səhmdarlığına xitam verilməlidir. Dividentin ödənilməsi ilə bağlı məhkəmə Mülki Məcəllənin 106.1.3.7-ci maddəsinə istinadla hesab etmişdir ki, cavabdeh 2016-2018-ci illərdə faktiki olaraq ticarət fəaliyyəti ilə məşğul olduğundan həmin fəaliyyətdən əldə etdiyi xalis mənfəətindən iddiaçının səhmlərinə uyğun ona dividendlər ödənilməli, dividendlərin həcmi isə iş üzrə verilmiş xx.xx.2018-ci il tarixli, ƏEM/O 99-1010/18 №-li rəylə müəyyən edilmiş icarə qiymətlərinə uyğun olaraq 2016-cı il üçün 126.474,94 manat, 2017-ci il üçün 126.474,94 manat, 2018ci ilin yanvar-oktyabr ayları üçün isə 116.652,73 manat müəyyən olunmalıdır. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə iclasın keçirilmə vaxtı barədə heç bir məlumat verilməmişdir. İddiaçı divident alma q hüququna malik olsa da bu hüququn həyata keçirilməsi Mülki Məcəllənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməlidir. Çünki Mülki Məcəlləyə görə dividentlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanın təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Lakin hazırkı halda cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağının dividentlərin ödənilməsinə zəmanət vermir, çünki dividentlərin ödənilməsi barədə qərarın qəbul edilməsi cəmiyyətin vəzifəsi deyil, hüququdur. Mübahisəli qeyri-yaşayış sahəsi cavabdehin mülkiyyətindədir. İddiaçının ASCdə səhmlərinin olmasına görə, birinci instansiya məhkəməsi onu həm də ASC-nin əmlakının mülkiyyətçisi hesab etməsi ASC-nin mülkiyyət hüququnun pozulması deməkdir. Məhkəmə, həmçinin məhkəmə mühasibatlıq ekspertizası təyin etsə də, ekspertizanın aparılmasını ekspert olmayan kommersiya qurumuna «X22» MMC-yə tapşırmışdır. Birinci instansiya məhkəməsi ekspert rəyi adı altında mütəxəssis rəyi almışdır. Lakin nəzərə alınmalıdır ki, ekspertdən fərqli olaraq qiymətləndiricinin bilə-bilə yalan rəy veməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Eyni zamanda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə «xxxxxxxxxxxxxxx» Şirkətinin hazırkı iş üzrə cavabdeh ASC-yə qarşı eyni tələblər ilə bağlı iddiasə təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı ASC-də ona məxsus olan səhmlərinin qarşılığında mübahisəli qeyri-yaşayış sahəsind ən natura şəkilində pay ayrılması tələbini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Mülki Məcəllənin 106-1.3-cü maddəsində səhmdar cəmiyyətin adi səhmlərinin sahibi olan səhmdarın belə bir hüququ nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-1839/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Şamayev) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq pozuntusuna yol verilməsi əsası ilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, birinci instansiya məhkəməsi ilə eyni məzmunlu qətnamə qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə isə birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan X13, X14, X10 və X9 birgə verdikləri apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5723/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin eyni tarixli qərarı ilə iş üzrə maraqlarına toxunulan şəxslər X13, X14, X10 və X1 şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə yenidən apelyasiya qaydasında baxılarkən X13, X14, X10 və X9 cavabdehin şikayəti ilə oxşar məzmunlu apellyasiya şikayəti mümkün hesab edilmiş, cavabdehin səhmdarları olan həmin şəxslər, habelə X4, X5, X11 və X15 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar. Apelyasiya instansiyası məhkəməsinin 2(103)-634/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və E.Kazımov) apelyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia təmin edilməmişdir. Apelyasiy a instansiyası məhkəməsi nəzərə almışdır ki, iş materiallarında məhkəmə iclası barədə bildirişlərin cavabdehə göndərilməsi və ona rəsmi qaydada çatdırılmasını təsdiq edən hər hansı sübut yoxdur. Eyni zamanda birinci instansiya məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. Bu baxımdan şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kassasiya instansiyası məhkəməsinin qərarında ifadə edilmiş göstərişlərə uyğun olaraq və Mülki Məcəlləsinin 106-1.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə, habelə ASC-nin Nizamnaməsinin 3-cü bəndind ə istinadla hedab etmişdir ki, iddiaçı yuxarıdakı iddia tələblərini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyildir və mövcud olmayan hüququn pozulmasından və məhkəmə müdafiəsindən söhbət gedə bilməz. Mülki Məcəllənin 106-1.3.8-ci maddəsində səhmdarın hüquqlarından biri kimi cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq hüququ təsbit olunmuşdur. İş materialları ilə isə cəmiyyətin fəaliyyətinə xitam verilməsi təsdiq olunmur. Ona görə birinci instansiya məhkməsi iddia tələbinin payın naturada ayrılmasına dair hissəsində maddi hüquq normasını düzgün tətbiq etməməklə id diaçının həmin hissədə subyektiv hüququnun olmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə, həmçinin Mülki Məcəllənin 99.2, 106-3.2, 107.6-cı maddəsinə əsasən cavabdehin 2016-2018-ci illər üzrə xalis mənfəətinin yuxarıda göstərilən qaydada müəyyən olunmasını maddi hüquq normalarının tələbləri baxımından əsassız hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, səhmdar cəmiyyətlərinin ən önəmli funksiyası sahibkarlıq fəaliyyəti üçün əlverişli bir təşkilati-hüquqi forma təşkil etmələridir. Hər bir səhmdar cəmiyyəti bu məqsəd istiqamətində mənfəət əldə etməyə yönəlmiş sahibkarlıq fəaliyyətini həyata keçirir. Səhmdar cəmiyyətlərinin səhmdarlarının məqsədi cəmiyyətin mövcudluğunun davamlılığını nəzərə alaraq bu fəaliyyətin həyata keçirilməsi yolu ilə əldə ediləcək mənfəəti öz aralarında bölüşdürməkdir. Səhmdar cəmiyyəti, təsisçi və səhmdarlarından asılı olmayan müstəqil bir hüquqi şəxs olduğundan səhmdarlar, cəmiyyətin əmlakı və əldə etdiyi mənfəət üzərində birbaşa hüquq sahibi deyildirlər. Balansda mövcud olan bütün aktiv və passivlər səhmdar cəmiyyətinə aiddir. Mülki Məcəllənin 106-1.3.7-ci maddəsi səhmdarların cəmiyyətin xalis mənfəətindən dividend almaq hüququna malik olmasını təsbit etmişdir. Məcəllənin 106.3.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Mülki Məcəllənin10 6-3.3-cü maddəsinə görə adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. İddiaçı dividend almaq hüququna malik olsa da, bu hüququn həyata keçirilməsi Mülki Məcəllənin müəyyənləşdirdiyi qaydada həyata keçirilməlidir. Çünki Mülki Məcəllənin 106-3.5-ci maddəsinə görə dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmiş, eyni zamanda maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinin əsaslı olduğunu bildirərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul ol unmasını xahiş etdi. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edib, kassasiya şikayətinin əsassız olduğunu bildirərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə üçüncü şəxslər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ay dınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyasıə apelyasiya instansiyası məhkəməsinin həmin dəlillərlə bağlı maddi və prosessual hüquq normalarının tətbiqi üzrə əsaslandırılması ilə razılaşır. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İd diaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-634/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar