Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3623/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin vəkili X1, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 21.11.2014-cü il tarixli, 85B8/14 saylı kredit xətti müqaviləsinə əsasən, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 120 ay müddətə 1.000.000 manat məbləğində kredit xətti açılmışdır. 2. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli 85B8/14 saylı əsas kredit müqaviləsinə 04 may 2015-ci il tarixli 2 nömrəli Sazişə əsasən, tərəflər arasında bağlanmış 21.11.2014-cü il tarixli 85B8/14 saylı əsas kredit müqaviləsinin 5.1-ci bəndinin dəyişdirilərək borcalanın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası borcverən ilə arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli 85Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və 25.09.2013-cü il tar ixli D0002753 saylı müddətli əmanət müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan və AZ98UBAZ**********1210AZN001 saylı müddətli depozit hesabına qoyduğu 75.000 manat məbləğində pul vəsaitinin girovu ilə təmin olunması müəyyən edilmiş, əsas kredit müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. Müqavilənin 3-cü bəndinə əsasən bu Saziş əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. 3. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.11.2014-cü il tarixli, 85B8/14-1 saylı əlavə kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən, "xxxx" KB ASC Cavabdeh1 36 ay müddətinə, illik 20% ödəmək şərtilə 90.000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götür müşdür. Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə 85B8/14 saylı, 21.11.2014-cü il tarixində bağlanılan əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. 4. 25.11.2014-cü il tarixli, 85B8/14-1 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 30.03.2015-ci il tarixli Saziş və 85B8/14-1 saylı əlavə kredit müqaviləsinə 2 saylı Əlavəyə əsasən, tərəflər arasında bağlanmış 25.11.2014-cü il tarixli, 85B8/14-1 saylı əlavə kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 18,5 faiz, müddəti isə 15 ay uzadılaraq 25.02.2019-cu il tarixinədək müəyyən edilmiş, digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. 5. 25.11.2014-cü il tarixli, 85B8/14-1 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 31.05.2016-cı il t arixli Saziş və 85B8/14-1 saylı əlavə kredit müqaviləsinə 4 saylı Əlavəyə əsasən, tərəflər arasında bağlanmış 25.11.2014-cü il tarixli, 85B8/14-1 saylı əlavə kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 14 faiz müəyyən edilmiş, digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. 6. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.01.2015-ci il tarixli 85B8/14-2 saylı əlavə kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavəyə əsasən, "xxxx" KB ASC Cavabdeh1 33 ay müddətinə, illik 20% ödəmək şərtilə 30.000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə 85 B8/14 saylı, 21.11.2014-cü il tarixində bağlanılan əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. 7. 28.01.2015-ci il tarixli, 85B8/14-2 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 06.03.2015-ci il tarixli Sazişdən və 85B8/14-2 saylı əlavə kredit müqaviləsinə 2 saylı Əlavəyə əsasən, tərəflər arasında bağlanmış 28.01.2015-ci il tarixli 85B8/14-2 saylı əlavə kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 18,5 faiz, müddət isə 16 ay uzadılaraq 28.03.2019-cu il tarixinədək müəyyən edilmiş, digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. 8. "xxxx" KB ASC ilə borcalan Cavabdeh1 və girov qoyan Cavabdeh2 arasında bağlanmış 04 may 2015-ci il tarixli, 115hds/15 saylı pul vəsaitinin sonrakı girov müqaviləsinə əsasən, 21.11.2014cü il tarixli 85B8/14 saylı əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 məxsus olan 25.09.2013-cü il tarixli D0002753 saylı müddətli əmanət müqaviləsinə əsasən AZ98UBAZ**********1210AZN001 saylı müddətli depozit hesabına qoyulmuş 75.000 manat məbləğində pul vəsaiti banka girov qoyulmuşdur.
9. İpoteka saxlayan "xxxx" KB ASC ilə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 21.11.2014-cü il tarixli 85Bİ8/14 saylı ipoteka müqaviləsindən görünür ki, 28.01.2015-ci il tarixli 85B8/14 saylı əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində b ağlanacaq əlavə kredit müqavilələri üzrə Borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmeti 190.000 manat məbləğində qiymətləndirilmişdir.
10. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.
11. Bank 31.03.2017-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Biri nci instansiya məhkəməsində icraat
12. İddiaçı "xxxx" KB ASC, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 21.11.2014-cü il tarixli 85B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 25.11.2014-cü il tarixli 85B8/141 saylı əlavə kredit müqaviləsinə əsasən, əsas kredit borcu üzrə 81.730,86 ABŞ dolları, faiz borcu üzrə 15.666,73 ABŞ dolları, cərimə borcu üzrə 40.917,15 ABŞ dolları, cəmi 138.314,74 ABŞ dolları, 28.01.2015-ci il tarixli 85B8/14-2 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 13.490,81 ABŞ dolları, faiz borcu üzrə 5.272,23 ABŞ dolları, cərimə borcu üzrə 82,15 ABŞ dolları, cəmi 18.845,19 ABŞ dolları borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidm ət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasına və girov predmeti olan 75.000 manat məbləğində pul vəsaitinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti və girov predmeti hesabına Cavabdeh1 25.11.2014-cü il tarixli 85B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 138.314,74 ABŞ dolları, 28.01.2015-ci il tarixli 85B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 18.845,19 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 190.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır).
13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-10) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalı və ipoteka predmetlərinə yönəldilməlidir.
14. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı "xxxx" KB ASC-nin ə məkdaşı ona kredit müqaviləsinə əsasən 1.000.000 manat kredit limiti açıldığını demişdir. O, bankın kassasından kredit məbləğini ABŞ dolları ilə deyil, Azərbaycan manat ilə götürmüşdür. Hazırda obyekti işləmir, təmiri yarımçıq qalmışdır. Hər iki əlavə kredit müqaviləsi üzrə borcunun cəmi 87.000 manat olduğunu qəbul edir.
15. Cavabdeh2 nümayəndəsi Rəşid Allahyarov birinci instansiya məhkəməsinin iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilənin etibarsızlığı üçün əsasdır. Belə ki, kredit məbləği götürülən vaxtı 75.000 manat 100.000 ABŞ dollarına bərabər olmuşdur. Digər tərəfdən Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-dən kredit məbləğini 1 ABŞ dollarının manata məzənnəsi olara q 0,78 manatla almışdır. 16. “Əmlak Ekspert MərkəziMMC-nin 15 noyabr 2017-ci il tarixli, ƏEM/N X nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının 15 noyabr 2017-ci il tarixinə real bazar dəyəri 395.000 manat təşkil edir. Xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə uyğun olaraq 200 manat təşkil edir. 17. “Qiymətləndirmə Xidməti Mərkəzi 2 MMC-nin 04 iyun 2018-ci il tarixli, QXM 76/M nömrəli qiymətləndirmə rəyinə əsasən, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının 04.06.2018ci il tarixə bazar dəyəri 557.400 manat müəyyən edilir. Xidmət haqqı 520 manat təşkil edir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2019cu il tarixli, 18347 nömrəli rəyinə əsasən, 25.11.2014-cü il tarixli 85B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş hesabdan çıxarış məlumatları, 25.11.2014-cü il tarixli 85B8/14-1 saylı əlavə kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 etdiyi bütün ödənişlər nəzərə alınmaqla "xxxx" KB ASC-nə olan borcu 08.01.2018-ci il tarixə (maliyyə arayışı tarixinə) - əsas kredit borcu 81.190,33 ABŞ dolları, faiz borcu 23.706 ABŞ dolları müəyyən olunmuşdur. 28.01.2015-ci il tarixli 85B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş hesabdan çıxarış məlumatları, 28.01.2015-ci il tarixli 85B8/14-2 saylı əlavə kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 etdiyi bütün ödənişlər nəzərə alınmaqla "xxxx" KB ASC-nə olan borcu 08.01.2018-ci il tarixə (maliyyə ara yışı tarixinə) - əsas kredit borcu 13.548,05 ABŞ dolları, faiz borcu 5.333,04 ABŞ dolları müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir.
19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim P.Hüseynov) 19 mart 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 21.11.2014-cü il tarixli 85B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 25.11.2014-cü il tarixli 85B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 81.190,33 ABŞ dolları əsas borc, 15.666,73 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, 28.01.2015-ci il tarixli 85B8/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 13.490,81 ABŞ dolları əsas borc, 5272,23 ABŞ dolları faiz borcu, 82,15 ABŞ dolları cərimə borcu, cəmi 116.202,25 ABŞ dolları pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və məhkəmə xərclərinin 45 manatının Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 məxsus 04.05.2015-ci il tarixli, 115hds/15 saylı pul vəsaitinin sonrakı girov müqaviləsi üzrə girov predmeti olan 25.09.2013-cü il tarixli, D0002753 saylı müddətli əmanət müqaviləsinə əsasən əmanət hesabına qoyulmuş 75.000 manat məbləğində girov predmetinə və Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına (ipoteka predmeti) yönəldilməsi, qeyri-yaşayış binası ilkin satış qiymətinin 557400 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, girov predmeti olan vəsaitdən və ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəm i 116.202,25 ABŞ dolları pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçının hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh2 verilməsi, ipoteka predmeti olan qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat, cəmi 60 manatın 15 manatı iddiaçıya aid edilməsi, 45 manatı isə Cavabdeh1 alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat d əyəri olan 200 manatın 50 manatı iddiaçı "xxxx" KB ASC-dən, 150 manatı isə Cavabdeh1 alınaraq "xxxx" MMC-yə ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 520 manatın 130 manatı iddiaçı "xxxx" KB ASC-dən, 390 manatı isə Cavabdeh1 alınaraq "xxxx" MMC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının tədqiqat dəyəri olan 145 manatın 37 manatı iddiaçı "xxxx" KB ASC-dən, 108 manatı isə Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
20. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borclarını müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. b) Apellyasiya instansiyası məh kəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev) 04 avqust 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 2(006)-40/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apel lyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, banka olan kredit borclarını vaxtlı-vaxtında ödəyirdi, lakin manatın 1-ci və 2-ci devalvasiyalarından sonra maddi çətinliklərlə əlaqədar ödənişlərində gecikmələr oldu. Buna baxmayaraq o, əvvəlki kursla olan məbləğdə manatla banka olan kreditlərinin təxminən yarısını ödəyirdi və hal-hazırda da ödəməkdə davam edir. Lakin ödədiyi pullar Bank tərəfindən faizlərə silinmiş, əsas borcları demək olar ki, azalmamışdır. Belə olan halda ödənişlərini dayandırmaq məcburiyyətində qaldı və Bankdan xahiş etdi ki, əvvəlki məzənnə ilə kreditlərini qaytarmağına şərait yaransın, lakin bank qərəzli olaraq bundan imtina etdi. Nəticədə daha da ağır maddi duruma düşdü və kreditlərini qaytarmaq i qtidarında olmadı. Bank tərəfindən əsassız olaraq əsas (81.730,86 ABŞ dolları və 13.490,81 ABŞ dolları) borclarından əlavə olaraq 25.11.2014-cü il tarixli 8588/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 15.666,73 ABŞ dolları faiz borcu, 40.917,15 ABŞ dolları cərimə borcu, 28.01.2015-ci il tarixli 8588/14-2 saylı əlavə kredit müqaviləsi üzrə 5.272,23 ABŞ dolları faiz borcu, 82,15 ABŞ dolları cərimə borcu hesablanmışdır. Cavabdeh, Bank tərəfindən qərəzli olaraq ağır vəziyyətə salınıb və Bank onunla ağır şərtli müqavilə bağlamışdır. Bankla aralarında olan kredit xəttinə əsasən Cavabdeh1 manatla kredit verilməli idi. Cavabdeh1 həmin vaxtlarda kreditin dollarla verilməsinə etiraz etsə də, bank əməkdaşları onu inandırdılar ki, heç bir problem olmayacaq və o, krediti manatla ödəyəcəkdir. Cavabdeh1 d a onlara inanaraq ödənişlərini manatla etməyə başladı. Həmin vaxtlarda Cavabdeh1 hər ay 3500 ABŞ dollarını ödəməli idi, lakin Bank əməkdaşlarının dediyi kimi krediti dollarla deyil, manatla, hər ay 2700 AZN ödəyirdi. Cavabdeh1 maddi vəziyyətinin çətin olmasına baxmayaraq imkanım daxilində Banka olan borclarını hazırda da qaytarır. Bankla Cavabdeh1 aralarında məhkəmə mübahisəsi başlasa da, sonuncu hər ay 2000 ABŞ dolları (3400 AZN) iddiaçının hesabına pul köçürmüşdür. Bu barədə ödəniş qəbzləri də mövcuddur. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 anasının adına olan ipoteka predmeti (ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binası) 190.000 manata qiymətləndirilir. Lakin Cavabdeh1 adına 1.000.000 (bir milyon) manatlıq kredit xətti açılır. Necə ola bilər ki, Bank ipoteka predmetinin qiymətindən 5-6 dələ artıq kredit verir? Əslində həmin ipoteka predmetinin bazar qiyməti həmin vaxtlarda 1 (bir) milyon manatdan çox idi, hal-hazırda isə həmin qeyriyaşayış sahəsinin 2,5-3,0 milyon AZN-dir, eləcə də, iş materiallarında olan "xxxx" MMC-nin 04 iyun 2018-cı il tarixli, QXM 76/M nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının 04.06.2018-ci il tarixə bazar dəyəri 557.400 manat müəyyən edilir. Həmin qiymətləndirmə rəyinə də Cavabdeh1 qəti etirazını bildirir və həmin rəy iddiaçı Bankın maraqlarına uyğun qiymətləndirilmişdir. Hal-hazırda həmin qeyri-yaşayış sahəsinin bazar qiyməti təxminən 2,5-3,0 milyon manatdır. Belə olan halda, məhkəmə tərəfindən həmin qeyri-yaşayış sahəsinin yenidən qiymətləndirilməsi barədə qərardad qəbul edilməli idi. Laki n məhkəmə qərəzli olaraq yenidən qiymətləndirmə keçirilməsi barədə vəsatətimi təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
27. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili M.Cabbarov kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun işti rakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
29. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
30. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
31. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
32. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca ic ra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
33. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:
35. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
36. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
37. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipotek a saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Baxılan işin yuxarıda qeyd edilən faktiki ha llarından görünür ki, bank, kredit müqavilələri üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh1 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın alacağı girov və ipoteka müqaviləsi ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması, habelə girov (ipoteka) predmetlərinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 29-37).
45. Eyni zamanda cavabdehin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddianın göstərilən həcmdə təmin edilməsi qanuni və əsaslıdır.
46. Kollegiya kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki, borcun məbləğləri və ipoteka predmetinin ilkin satış qiyməti müvafiq məhkəmə ekspertizalarının rəyi ilə müəyyən edilmişdir (§ 17-18).
47. Kollegiya nəzərə alır ki, ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaət ə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
49. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.