Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3624/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin artırılması) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1846/2020 nömrəli, 19 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Quba Rayon Məhkəməsinin 11.12.2015-ci il tarixli, 2(027)-2720/2015 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan 22.05.2009-cu il tarixli nikah qeydi pozulmuş, birgə nikahdan olan 21.05.2010-cu il təvəllüdlü Zeynəb və 13.12.2013-cü il təvəllüdlü Həcər onun yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Tutulan alimentin məbləği onun aylıq ehtiyaclarını qarşılamağa kifayət etmiədiyi üçün iddiaçı alimentin artırılması ilə bağlı hazırkı mübahisəni başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı 17.01.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan ola n uşaqları 21.05.2010-cu il təvəllüdlü X2 və 13.12.2013-cü il təvəllüdlü X1 üçün tutularaq ona verilməli olan aliment məbləğinin artırılması və həmin məbləğin hər ay, hər uşağa görə 200 manat məbləğində, cəmi 400 manat müəyyən edilməsi, həmçinin ödənilməmiş 4.000 manat alimentin birdəfəlik ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 11.12.2015-ci il tarixli, 2(027)-2720/2015 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan 22.05.2009-cu il tarixli nikah qeydi pozulmuş, birgə nikahdan olan 21.05.2010-cu il təvəllüdlü Zeynəb və 13.12.2013-cü il təvəllüdlü Həcər onun yanında saxlanmışdır. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat m əbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Lakin cavabdeh alimenti vaxtlı-vaxtında ödəməmiş və hazırda onun 4000 manat məbləğində aliment bocu vardır. Özü telefon mağazasında işləyir və aylıq 300 manat əmək haqqı alır. Başqa heç bir yerdən maddi və mənəvi dəstəyi və gəlir mənbəyi yoxdur. Aldığı məbləğin 200 manatını evin kirayəsinə verir və yerdə qalan 100 manatla bir ay ərzində dolana bilmir. Ona görə də, Cavabdeh birgə nikahdan olan uşaqları 21.05.2010-cu il təvəllüdlü Zeynəb və 13.12.2013-cü il təvəllüdlü Həcərin saxlanması təyin edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat müəyyən edilməsi, həmçinin ödənilməmiş 4.000 manat alimentin birdəfəlik ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Quba Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(027)-566/2020 saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia qismən təmin edilib, Quba Rayon Məhkəməsinin 11.12.2015ci il tarixli, 2(027)-2720/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 21.05.2010-cu il təvəllüdlü X4 və 13.12.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər uşağa görə hər ay 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 17; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112.1; Azərbaycan Rеspublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa istinad etmişdir.
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər- T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 19 avqust 2020-ci il tarixli, 2(105)-1846/20 nömrəli qətnaməsi ilə Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməmiş; Quba Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(027)-566/2020 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, pandemiya ilə əlaqədar olaraq Rusiya Federasiyasında işlər dayanmış və işləyə bilməmişdir. Həmçinin başqa nikahdan daha iki övladı doğulmuşdur və hazırkı qətnamə onların hüquqlarını pozmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü ma ddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
13. Maddə. 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı mə hkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Maddə. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. Maddə. 112.1. aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərə flərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
16. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. Maddə.
19. Valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin m ühafizəsi valideynlərin əsas vəzifəsidir
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi i lə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
24. Belə ki, Quba Rayon Məhkəməsinin 11.12.2015-ci il tarixli, 2(027)2720/2015 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan 22.05.2009-cu il tarixli nikah qeydi pozulmuş, birgə nikahdan olan uşaqları 21.05.2010-cu il təvəllüdlü X4 və 13.12.2013-cü il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 aliment təyin edilm işdir.
25. Quba rayon İcra və probasiya şöbəsinin 26.04.2018-ci il tarixli 563/16/05 nömrəli arayışından görünür ki, Cavabdeh məhkəmə qərarı çıxdığı gündən Əliyeva (İsazadə) Nübar Əlimurad qızının xeyrinə hər ay 100 manat məbləğində aliment ödəyir.
26. Uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
27. Qanunv ericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.
28. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 21.05.2010-cu il təvəllüdlü X4 və 13.12.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay, hər bir uşaq üçün 150 manat olma qla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə nəticəyə gəlmişdir.
29. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
30. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesa b edir ki, Apelyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1846/2020 nömrəli, 19 avqust 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.