Məhkəmə qərarları › İş №2(102)-3627/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3627/2022

18.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3627/2022 18.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3627/2022 Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası Bakı şəhəri, 09 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş yolun açılması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(106)-55/2022 nömrəli qərardadından verilmiş iddiaçının kassasiya şikayətinə 09 avqus t 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən zəbt olunmuş yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Astara Rayon Məhkəməsinin 2(018)22/2012 saylı, 17 yanvar 2012-ci il tarixli qətnaməsi iddia təmin edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Astara rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli qətnaməsindən maraqlı şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kolle giyasının 05 fevral 2018-ci il tarixli qərarı ilə maraqlarına toxunan şəxs X2nın kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

5. İşə təkrar apellyasiya qaydasında baxan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ilə qətnamədən maraqlarına toxunan şəxslər X2 və X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Astara Rayon Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli qətnaməsi ləğv edilərək,iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2019cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(106)-55/2021 nömrəli qərardadı ilə X2 və X1 apellyasiya şikayətləri qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)22/2012 saylı, 17 yanvar 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin icraatına xitam verilmişdir.

8. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(106)55/2021 nömrəli qərardadından kassasiya şikayəti vermişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(106)-55/2021 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayəti geri qaytarılmışdır.

10. Azərbaycan Respublikası Ali Mə hkəməsi Mülki kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2(102)-729/2022 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-55/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, kassasiya şikayəti vermə üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(106)-55/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı kassasiya şikayəti verərək (Vəkil tərəfindən tərtib olunmuş) apellyasiya instansiya məhkəm əsinin qərardadını ləğv etməklə, prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassator şikayətini əsaslandırarkən bildirmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2(106)- 55/2021 nömrəli qərardadının surəti 07 oktyabr 2021-ci il tarixdə qəbzə imza etdirməklə, Əliyev soyadlı şəxsə təqdim edilmişdir. "xxxx" MMC-nin X7 tərəfindən məhkəməyə göndərilmiş 08 aprel 2022-ci il tarixli məktubda məktubun iddiaçının xahişi ilə onun yaxın qohumu X4 təqdim edildiyi bildirilsə də, kassator onun adına daxil olmuş məktubun başqa şəxsə təqdim edilməsini xahiş etmədiyini və bunun heç bir sübutla təsdiq olunmadığını şikayətində bildirmişdir.

15. Kassator məktubun Əliyev Manafa verilməsinin məktubların çatdırılmas ı qaydasına zidd olduğunu qeyd etmişdir.

16. Kassator şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135, 405.2-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

19. Maddə 133.1.Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

20. Maddə 135.1.Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

21. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçiril ə bilər.

22. Maddə 135.3.Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallard a məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

24. Maddə 402.1.Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

25. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

28. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tə rəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini qərardadın tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair dəlilləri əsassızdır.

32. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

33. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla, kassasiya şikayəti vermə üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi üçün hər hansı əsas müəyyən olunmamışdır.

35. Bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının üzrlü hesab edilməsindən və bərpasından imtina edilməsindən və ka ssasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(106)55/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsən. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar