Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3628/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (X5 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3628/2024 (Açar sözlər: deliktdən irəli gələn mübahisələr; maddi ziyanın tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X5 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə d air iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-201/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 04 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M19, m3) İddiaçı adına xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ ilə qeydə alınmışdır. 2. “Nərimanov-31” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli məktuba əsasən, ünvan 1 ünvanında olan mənzil tam payla, ********** qeydiyyat nömrəsi və 22 iyul 2021 qeydiyyat tarixi ilə Cavabdeh məxsusdur.
3. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi İlkin İmanovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 oktyabr 2021-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev 8 ünvanında yerləşən Cavabdeh məxsus, X2 yaşadığı 679 nömrəli mənzildə yanğının baş verməsi və nəticədə binada yaşayan şəxslərə ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin material üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, 08 iyul 2021-c i il tarixdə saat 03:09-da Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev 8 ünvanında yerləşən Cavabdeh məxsus, Rəhim Məhərrəmovun kirayədə yaşadığı 679 nömrəli mənzildə yanğın baş vermiş, nəticədə mənzilin yataq otağı içərisindəki əşyaları ilə birlikdə və Rəhim Məhərrəmova məxsus əşyalar və 10.000 ABŞ dolları yanaraq yararsız vəziyyətə düşmüş, İddiaçı məxsus 674 nömrəli mənzil içərisindəki əşyalarla birlikdə, X6 məxsus 669 nömrəli mənzilin qonaq otağının tavanı yanğın söndürülməsi zamanı istifadə olunan suyun təsirinə məruz qalmışdır.
4. Həmin material üzrə araşdırma aparılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2021-ci il tarixli, 10/3718 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev 8 ünvanında yerləşən Cavabdeh məxsus 679 nömrəli mənzildə yanğının mənbəyi, mənzilin kiçik dəhlizinə daxil olduqda sol tərəfdə yanaşı yerləşən otaqlardan sayca ikinci otaq daxilində, həmin otağa girişindən irəlidə taxta tipli çarpayı yerləşən yerdə iki hissədə müstəqil və əlaqəsiz zonada olmuşdur. Onlardan biri çarpayının ayaq hissəsi ilə üzbəüz divarın arasında olan keçid hissədə döşəmə səviyyəsində, digəri isə həmin zonanın yaxınlığında çarpayının bir qədər alt hissəsində olmuşdur. Yanğın kənardan gətirilmiş alışma mənbəyinin təsiri ilə otağın daxilində iki hissədə müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması (-dılması) nəticəsində baş vermişdir. 5. "xxxx" MMC-nin 14 fevral 2022-ci il tarixli hesabatına əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, e v 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M19, m3) mənzilə və əşyalarına dəymiş ziyanın dəyəri 59.314 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq ona məxsus mənzilə və içərisində yerləşən məişət əşyalarının yararsız hala salınması nəticəsində dəymiş maddi zərərə görə 59.314 manat, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 268 manat, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi və tələbin cavabdehə məxsus ünvan 2 ünvanda yerləşən 3 saylı mənzilə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, 08 iyul 2021-ci il tarixdə, saat 03:09-da köhnə ünvan Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 679, X15 ilə ünvan 5ında yerləşən cavabdehə məxsus mənzildə yanğın baş vermiş, əraziyə FHN-nin əməkdaşları cəlb olunmuş, yanğının söndürülməsi zamanı ona məxsus 674 nömrəli mənzil içərisindəki əşyalarla birlikdə yanğın və suyun təsirinə məruz qalmış və yararsız vəziyyətə düşmüşdür. Belə ki, yanğının söndürülməsi zamanı ona məxsus 674 nömrəli mənzilə su keçmiş, mənzilin bütün hissələrinin təmirinə eh tiyac yaranmış, mənzilin içərisində yerləşən məişət əşyaları yararsız hala düşmüş və mənzilə ümumilikdə 59.314 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar olaraq FHN-nin əməliyyatistintaq idarəsinin təhqiqatçısı, Zaur İslamov tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin tərkib əlamətlərinin olmasını əsas gətirərək iş materialını istintaq aidiyyəti üzrə Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi İlkin İmanov iş materialları üzrə araşdırma aparmış, nəticədə Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-si tərəfindən 25 oktyabr 2021-ci il tarixli, HK-1 -936 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qərarda həqiqətən 08 iyul 2021-ci il tarixdə, saat 03:09-da cavabdehə məxsus mənzildə baş vermiş yanğın zamanı ona məxsus həmin binanın 19-cu mərtəbəsində olan 674 saylı mənzilə aid məişət əşyalarına ciddi zərər dəyməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1 sentyabr 2021-ci il tarixli, 10/3718 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, yanğın hadisəsi ünvan 6 ünvanında yerləşən cavabdehə məxsus Rəhim Məhərrəmovun kirayədə yaşadığı 679 nömrəli mənzildə yanğının mənbəyi, mənzilin kiçik dəhlizinə daxil olduqda sol tərəfdə yanaşı yerləşən otaqlardan sayca ikinci otaq daxilində həmin otağın girişindən irəlidə taxta tipli çarpayı yerləşən yerdə cild zonalarda olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus mənzil qanunsuz olaraq başqa şəxsə kirayə verilmiş, hər hansı kirayə müqaviləsi imzalanmamış, cavabdeh tərəfindən mülki qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuş və nəticədə iddiaçı 50.000 manatdan artıq maddi ziyanla qarşı-qarşıya qalmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda birmənalı olaraq müəyyən edilmişdir ki, cavabdeh özünə məxsus ünvan 6 ünvanında yerləşən 679 nömrəli mənzili Rəhim Məhərrəmovun kirayəyə vermiş və onunla mənzilin kirayəyə verilməsi barədə hər hansı kirayə müqaviləsi imzalanmamışdır. Cavabdeh əcnəbi vətəndaş olaraq Azərbaycan Respublikası Qanunlarına hörmətsizlik etmiş, vergidən yayınmış və bu qanunsuz əməli nəticəsində yəni ona məxsus 674 nömrəli mənzilə 50.000 manatdan artıq maddi zərər vurmuşdur.
8. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qar şı etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdehə məxsus mənzildə baş vermiş yanğın onun təqsiri üzündən baş verməmişdir. Belə ki, Odina milli voleybol komandasının üzvü olmaqla demək olar ki, respublika ərazisində yaşamır. Hal-hazırda da İndoneziyanın “Çakarta” klubunda oynayır. Bakı şəhərindəki mənzili boş qalmasın deyə onu X1 vermişdir, mənzildə Rəhim və onun arvadı yaşamışlar. Yanğın da onların qəsdən etdikləri hərəkətlərdən baş vermişdir. Lakin, Nərimanov RPİ İŞ hansısa maraqdansa başlanılmış cinayət işini xitam etmişdir. Hətta, istintaq orqanının qəbul etdiyi qərarı iki dəfə məhkəməyə müraciət etmək yolu ilə ləğv etdirib yeni istintaq araşdırmasına göndərilsə də, müstəntiq heç bir araşdırma aparmayaraq eyni qərarı qüvvədə saxlamışdır. İki dəfə cinayət işləri üzrə ixti saslı hakimlər qərarı ləğv etmişlər. Onlar işi oxuyanda orada cinayət hadisəsi görür, bu əsasla qərarı ləğv edir, iş istintaqa çatan kimi müstəntiq elə həmin günü öz qərarını qəbul edir. Müstəntiqin qəbul etdiyi qərar onların zərərinə olsa belə hazırda yenə də ona istinadın edilməsi zəruridir. Qərarda tam təsdiq olunur ki, mənzil yanarkən Rəhim Məhərrəmovun sahibliyində və istifadəsində olmuşdur. Belə ki, Rəhim Məhərrəmov istintaqa verdiyi ifadəsində Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən 679 saylı mənzildə kirayədə yaşamasını, 08 iyul 2021-ci il tarixdə, saat 03.09 radələrində mənzilin qonaq otağında olarkən yanıq qoxusu hiss etdiyini, mənzilə baxış keçirərkən yataq otağında televizorun olduğu sahədə yanğın baş verdiyini görməsini etiraf və təsdiq etmişdir. İstintaq orqanının qəbul etdiyi qərar “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında olsa belə, həmin qərarda mənzilin yanarkən Cavabdeh deyil, Rəhim Məhərrəmovun sahiblik və istifadəsində olmasını təsdiq edir. Ona görə də hesab edirik ki, mübahisə üzrə maddi hüquq norması kimi Mülki Məcəllənin 1108.2-ci maddəsinə istinad edilməli, iddia Cavabdeh qarşı rədd edilməlidir. Hazırkı iş üzrə zərərçəkən şəxs təkcə hazırkı iş üzrə iddiaçı deyil, həm də Cavabdehdır. Mənzilin yanması, sonradan FH əməkdaşları tərəfindən söndürülməsi zamanı Odinaya külli miqdarda ziyan dəymişdir. Ona görə də Cavabdeh həmin şəxslərin məsuliyyətə cəlb olunmasını israrla tələb edir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(005)1437/2022 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı (X5 və Arzu Məhərrə mova mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə mühəndis-texniki və əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi qərara alınmışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/5293-9/6122 nömrəli rəyinə əsasən, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6 M-19, 3 saylı mənzilinə vurulmuş ziyan mənzilin yuxarı mərtəbəsində yerləşən 679 saylı mənzildə baş vermiş yanğın hadisəsi zamanı yanğının söndürülməsində köpüklü sudan istifadə olunduğunu və həmin suyun 674 saylı mənzilə suyun axıd ılmasının mümkün olunmasını nəzərə alaraq, ünvan 7 ünvanda yerləşən mənzilə (evin təmiri və əşyaları ilə birgə) su sızma nəticəsində ziyanın dəydiyi müəyyən olunur. Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci il məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M-19,3 saylı (İddiaçı mənzilində) əmələ gəlmiş qüsurların, eyni zamanda mənzilin mebel və əşyalarına dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri nəzəri qaydada təxminən 59314 manat məbləğində olduğu müəyyən edilir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-77/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin olunmuş, cavabdehdən 59.314 manat məbləğində maddi ziyan, ödənilmiş 268 manat və müvəqqəti təminat tədbiri üçün ərizəyə əlavə olunmuş 50 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi ekspertinin rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və iddiaçının mülkiyyətində olan mənzildən su axıdılmışdır. Bununla belə, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır.
13. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdi r ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab etmişdir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir.
14. İddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini madd i ziyanın tutulması hissəsində əsaslı hesab edərək, belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəylə müəyyən edilmiş 59.314 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Məhkəmə iddia tələbinin “tələbin cavabdehə məxsus X15 ilə ünvan 5da yerləşən mənzilə (çıxarışın daşınmaz əmlakın dövlət reyestri **********63-05301-093589, Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2021, ümumi sahəsi 115.20 kv.m.) yönəldilməsi” hissəni münasibətdə qeyd etmişdir ki, cavabdehin əmlakına tələbin yönəldilməsi üçün əs as yoxdur. Qətnamə ilə tutulması qət edilmiş pul məbləğinin cavabdehin əmlakına yönəldilməsi məcburi icra tədbirləri olmaqla, icra mərhələsində həyata keçirilir. Bu səbəbdən iddia bu hissədə rədd edilməlidir.
16. Cavabdeh tərəfin etirazının əsası kimi dəymiş zərərin ondan deyil, özünün mənzilində yaşayan kirəyəçilərdən tutulmalı olmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, yanğın baş verən zaman mənzilin Rəhim Məhərrəmov və Arzu Məhərrəmovanın sahibliyində və istifadəsində olması cavabdehin mülkiyyətçi olaraq dəymiş zərəri ödəmək vəzifəsindən azad etmir. İlk öncə, cavabdeh mənzilin mülkiyyətçisi olmaqla, Rəhim Məhərrəmov və Arzu Məhərrəmovaya qanuni əsaslarla verilməmişdir (əmlak kirayə müqaviləsi cavabdeh tərəfindən təqdim olunmamışdır).
17. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdehin o nun mənzilində yaşamış Rəhim Məhərrəmov və Arzu Məhərrəmovaya qarşı zərərin məbləği miqdarında geriyə tələb (reqress) hüququ vardır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.4, 170.2, 226.1, 226.2, 1096.1, 1097.1, 1098.2, 1111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15, 29.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili X7 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda qeyd olunan xüsus atlara uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mənzilin cavabdehin sahibliyindən çıxması iş və istintaq materialları ilə tam sübuta yetir. Ona görə də mübahisəyə tətbiq olunacaq maddi hüquq norması Mülki Məcəllənin 1108.2-ci maddəsidir. Əgər qonşunun mənzili su sızması nəticəsində yararsız hala düşmüşdürsə məhkəmə həmin gün FHN əməkdaşlarının əraziyə kim tərəfindən çağırılmasını araşdırıb tapmalı idi. Odinanın mənzili qəsdən yandırılmışdır. Bunu yandıran şəxslər yanmalarını bəhanə edib külli miqdarda pul toplamışlar. Məhkəmə mübahisənin əsl mahiyyətini anlamaq üçün həmin şəxsləri də çağırıb dindirməli idi.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-201/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə Azərbaycan Respublikası Mülki Məcəlləsinin icarə (kirayə) müqaviləsi üzrə münasibətləri tənzimləyən normalarında, nə də “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununda icarə obyektindən istifadə nəticəsində delikt törədildiyi təqdirdə kirayəçinin və ya kirayəyə verənin məsuliyyətini müəyyən edən hər hansı bir norma mövcud deyildir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh 2 dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verərək ləğv olunmasını və kirayədə ya şamış şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etmiş, məhkəmənin qərarı ilə qərar ləğv edilsə də, yenidən cinayət işinin başlanması rədd edilmişdir. Yəni, hal-hazırda yanğının törədilməsində kirayədə yaşamış şəxsin təqsiri sübuta yetirilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əgər yanğın hadisəsinin kirayədə yaşayan şəxsin qəsdi və ya ehtiyatsızlığı üzündən baş verdiyi təsdiq olunsa idi, bu zaman həmin şəxs müvafiq olaraq Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) və ya 187-ci (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddələri ilə məsuliyyətə cəlb edilməli idi. Cinayət işinin materiallarından görünür ki, baş vermiş hadisə nəticəsində hazırkı İddiaçı 59.300 manat, iddiaçı isə 70.000 manat zərər vurulduğunu iddia edir. Belə ol duğu təqdirdə kirayəçinin təqsiri üzündən baş verdiyi sübuta yetirilərsə, bu zaman kirayəçinin məsuliyyəti xeyli miqdarda deyil, külli miqdarda zərər vurulmasına görə, yəni, həmin maddələrin 2-ci hissəsi ilə yaranır.
25. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, istintaq orqanının qərarı ilə yanğının baş verdiyi vaxt orada yaşayaq şəxsin təqsiri müəyyən olunmadığından hazırkı vəziyyətdə iddianın məhz mülkiyyətçinin təqsiri olmaması əsası ilə rədd olunması zərərçəkmiş şəxsi – iddiaçını zərəri tələb etmək üçün bütün hüquqi müdafiə imkanlarından məhrum edir. Əgər gələcəkdə cinayət təqibini həyata keçirən orqanın qərarı ilə həmin vaxt mənzildə yaşamış şəxslərin təqsirinin olması təsdiqini taparsa, mülkiyyətçinin həmin şəxslərə qarşı reqres qaydada iddia qaldırmaq hüququ da istisna edilmir.
26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yanğın cavabdehin mülkiyyətində olan mənzildə baş vermişdir, suyun axıdılması isə məhz həmin yanğının söndürülməsinin nəticəsidir. Mübahisə mülki qanunvericiliyin son zərurətlə bağlı münasibətləri tənzimləyən normaları baxımından qiymətləndirilsə belə, məsuliyyət yenə də mülkiyyətçinin üzərinə düşür. Mülki Məcəllənin 564.3-cü maddəsinə əsasən son zərurət vəziyyətində ziyanın vurulduğu faktik halları nəzərə almaqla, onun əvəzinin ödənilməsi ziyanı vurmuş şəxs kimin mənafeyi üçün hərəkət etmişsə, həmin üçüncü şəxsin üzərinə qoyula bilər. Hazırkı vəziyyətdə də ziyanın vurulması məhz cavabdehin mülkiyyətində olan evin tam yanmasının qarşısının alınması nəticəsində baş verdiyindən hərəkət onun mənafeyi üçün edilmişdir.
27. Apellyasiya in stansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 152.1, 152.5, 564.1, 564.3, 682, 700.1, 700.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1111.2, 1115-ci, Mənzil Məcəlləsinin 29.2, 29.3, 29.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
28. Qətnamədən cavabdeh (vəkili Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın r ədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Apellyasiya məhkəməsi bunları nəzərə almamışdır. Cavabdeh milli voleybol komandasının üzvü olmaqla demək olar ki, respublika ərazisində yaşamır. Hal-hazırda da İndoneziyanın “Çakarta” klubunda oynayır. Bakı şəhərindəki mənzili boş qalmasın deyə Rəhim Məhərrəmovun kirayəsinə vermişdir. Mənzildə Rəhim və onun arvadı Arzu Məhərrəmovlar yaşamı şlar. Yanğın da həmin şəxslərin etdikləri hərəkətlərdən baş vermişdir. Həmin yanğın baş verdiyi zaman Cavabdeh orada olmamış və yanğın hadisəsinin baş verməsində Cavabdeh heç bir təqsiri olmamışdır. Həmin faktla bağlı aparılmış araşdırmaların nəticəsi olaraq, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X8 tərəfindən HK-1/936 nömrəli material üzrə qəbul etdiyi 07 iyul 2024-cü il tarixli qərarı ilə qeyd edilən yanğın hadisəsinin evdə kirayənişin yaşamış Arzu Məhərrəmovanın təqsiri üzündən baş verdiyi və Arzu Məhərrəmovanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyü nəzərə alınaraq, bəraətverici əsaslar olmadan CPM-in 39.1.5-ci maddəsinə barəsində cinayət işi başlanması rədd edilmişdir. Həmin faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma a parıldığı tərəflərindən məhkəmənin diqqətinə çatdırılsa da, işin tam, hərtərəfli, obyektiv və ədalətli həlli məqsədilə, qanunun normalarına riayət etməklə, həmin işə baxılıb müvafiq qərar qəbul edilənə kimi iş üzrə icraatı dayandırmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsi buna əhəmiyyət verməmiş, maddi və prosessual hüquq normalarının tələbini pozaraq, həmin qərarın qəbul edilməsini gözləmədən, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, hər iki instansiya məhkəmələri iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etməsinə, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətb iq edilməli olan hüquq normalarına müvafiq qiymət verməsinə baxmayaraq cavabdeh heç bir əsas olmadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Cavabdehin əsassız şikayət verməsi sadəcə işin süni şəkildə uzadılması xarakteri daşıyır və nəticə etibarı ilə müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini ləngidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları mövcud deyildir. Bu baxımdan apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzi nin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
37. Maddə 564.1. Müdafiə zamanı son zərurət vəziyyətində edilən hərəkət hüquqa uyğundur, yəni hüquqa zidd deyildir və bu zaman vurulan ziyanın ə vəzi ödənilməməlidir, bu şərtlə ki, ziyan son zərurət vəziyyətinin baş verməsinə səbəb olmuş təhlükəni yaradan şəxsə və ya əşyaya vurulsun.
38. Maddə 564.3. Son zərurət vəziyyətində ziyanın vurulduğu faktik halları nəzərə almaqla, onun əvəzinin ödənilməsi ziyanı vurmuş şəxs kimin mənafeyi üçün hərəkət etmişsə, həmin üçüncü şəxsin üzərinə qoyula bilər.
39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
40. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
41. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakın a vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
42. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
43. Maddə 1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir.
44. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərə rin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
45. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
46. Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir.
47. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.
48. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
49. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərt lərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarı.
51. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödəni lməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
54. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidl ərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 6
0. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
65. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdırin. Kassasiya baxışının hədləri:
66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsə ləyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin iddia müddətinə münasibətdə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması, habelə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
69. Belə ki, cavabdehə məxsus olan mənzildə yanğının baş verməsi, yanğın baş verərkən həmin mənzildə üçüncü şəxslərin kirayəçi qismində yaşamaları, yanğının söndürülməsi üçün yanğınsöndürənlər tərəfindən istifadə edilmiş suyun sızması nəticəsində cavabdehin aşağı mərtəbədə qonşusu olan iddiaçının mənzilinə suyun axıdılması nəticəsində zərər dəyməsi işin mübahisəsiz halıdır. M übahisə iddiaçıya məxsus mənzilə dəymiş zərərin cavabdehdən, yoxsa yanğının baş verdiyi vaxt mənzildən faktiki olaraq istifadə edən üçüncü şəxsdən tutulması ilə bağlıdır.
70. Bununla bağlı məhkəmə kollegiyası qeyd ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərkən maddi hüquq norması kimi Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə istinad olunsa da, qeyd olunan norma təhrif edilərək Mülki Məcəllənin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçinin daşıması göstərilmişdir.
71. Halbuki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin normanın tələbinə əsasən məsuliyyətdən azad olunmaq üçün otağı tutan şəxs zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi halları sübut etmə vəzifəsi daşıyır.
72. Apellyasiya instansiya məhkəməsi isə iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlasa da, iddia tələbinin qanuni əsası kimi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan Mülki Məcəllənin 1108-ci maddəsinə istinad etməklə səhvə yol vermiş, gəldiyi nəticəni əsaslandırarkən - nə Azərbaycan Respublikası Mülki Məcəlləsinin icarə (kirayə) müqaviləsi üzrə münasibətləri tənzimləyən normalarında, nə də “İcarə haqqında” Azər baycan Respublikasının Qanununda icarə obyektindən istifadə nəticəsində delikt törədildiyi təqdirdə kirayəçinin və ya kirayəyə verənin məsuliyyətini müəyyən edən hər hansı bir normanın mövcud olmadığını qeyd etmiş, lakin iddiaçının tələblərinin qanuni əsası kimi, suyun axıdılması nəticəsində vurulmuş ziyana görə məsuliyyəti müvafiq otağı tutan şəxsin daşımasını nəzərdə tutan Mülki Məcəllənin 1111.2-ci maddəsinin tətbiq olunmasını nəzərdən keçirməmiş, eyni zamanda həmin normanın cavabdehə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən düzgün təfsir edilməməsinə diqqət yetirməmişdir.
73. Apellyasiya instansiya məhkəməsi həmçinin iddia tələbinin qanuni əsası kimi son zərurətlə bağlı Mülki Məcəllənin 564-cü maddəsinə də istinad etsə də, həmin normanı işin faktiki hallarına uyğun düzgün tə fsir etməmişdir.
74. Bundan başqa apellyasiya instansiya məhkəməsi cavabdehin 2 dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verərək qərarın ləğv olunmasını və kirayədə yaşamış şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etməsini, məhkəmənin qərarı ilə qərarın ləğv edilməsinə baxmayaraq yenidən cinayət işinin başlanması rədd edilməsini, hal-hazırda yanğının törədilməsində kirayədə yaşamış şəxsin təqsirinin sübuta yetirilmədiyini, yanğının baş verdiyi vaxt orada yaşayaq şəxsin təqsiri müəyyən olunmadığından hazırkı vəziyyətdə iddianın məhz mülkiyyətçinin təqsiri olmaması əsası ilə rədd olunmasını qeyd edərək, zərərçəkmiş şəxsi – iddiaçını zərəri tələb etmək üçün bütün hüquqi müdafiə imkanlarından məhrum etdiyini göstərmişdir. Bununla belə apellyasiya instansiya məh kəməsi bu halda cinayət işi başlanmasının rədd edilməsi barədə qərarları lazımı qaydada tədqiq etməmiş, həmin qərarın qəbul edilməsinə əsas olmuş HK-1-936 nömrəli materialın apellyasiya məhkəməsinə təqdim edilməsi üçün 27 may 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İŞ-nə sorğu ünvanlasa da (2-ci cild, 1.v. 75), həmin müraciətin cavabını gözləmədən və material üzrə qəbul edilmiş yekun qərarı nəzərdən keçirmədən iş üzrə yekun qərar qəbul etmişdir.
75. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməyərək, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirm ədən saxlamaq barədə nəticəyə gəlmişdir.
76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə və vahid məhkəmə təcrübəsinin müəyyən edilməsi ilə bağlı tələblərə cavab vermir. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərini tam araşdırmamış, sübutetmə yükünü düzgün bölüşdürməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
77. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin iddiaçının cavabdehə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi haqqında gəldiyi nəticə tam və əsaslı deyildir.
78. Belə ki, “Məhkəmə qətnamə si haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
79. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları s adalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
80. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır.
81. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
82. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
83. X13 Hüquqları Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqument i və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
84. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
85. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.
86. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
87. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-201/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.