Məhkəmə qərarları › İş №2(102)-3629/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3629/2021

08.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3629/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və 3-cü şəxs Ucar rayon X5rşı iş üzrə QƏRARİ iş № 2(102)-3629/21 (Açar sözlər: su bərəsinin bərpa edilməsi və yenidən tutulmasının qadağan edilməsi) Bakı şəhəri, 08 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil və cavabdeh X2 vəkili Rnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-37/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 08 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “su bərəsinin açılaraq bərpa edilməsi və yenidən tutulmasının cavabdehə qadağan edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar rayonu, Boyat kəndində ona ümumi mülkiyyət hüququ əsasında mənsub olan torpaq sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi və həmin su bərəsinin yenidən tutulmasının cavabdeh X1 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2-ci qrup əlil olmaqla Ucar rayonu Boyat kəndində yaşayır. 28 ildir ki, onun həyətinə gələn su bərəsini qonşusu-cavabdeh tərəfindən düzlənib torpaqla doldurub öz şəxsi torpağına keçirilmişdir. Həmin torpaq sahəsi Ucar rayonu Boyat kəndi ərazisində yerləşir və torpaq sahəsinin suvarılması üçün su arxının çəkilməsinə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən yer ayrılmışdır. Həmin torpaq sahəsi ona və ailə üzvlərinə ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Uzun müddətdir ki, həyətyanı torpaq sahəsini eyni su bərəsi vasitəsi ilə suvarmışdır. Cavabdeh su bərəsini bağlayaraq torpaqla doldurub mülkiyyətində olan həyətyanı torpaq sahəsini suvarılmasının qarşısını almışdır. Bunun nəticəsində əkinləri qurumuş, əkin işi apara bilmir. Su bərəsinin açılması üçün cavabdehə etmiş olduğu müraciətlər nəticəsiz qalmışdır. Mülkiyy ətində olan həyətyanı torpaq sahəsinə gedən su bərəsinin keçdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində olmayan torpaq sahəsi olmasına baxmayaraq cavabdeh suvarma bərəsini torpaqla doldurmaqla ləğv etmiş, bununla da sahəni suvarılmadan məhrum etmiş, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, Ucar rayonu Boyat bələdiyyəsinə cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinə gedən su bərəsini torpaq ilə dolduraraq həyətyanı torpaq sahəsinin suvarılmasının qarşısını aldığını əsas gətirərək su bərəsinin açılaraq bərpa edilməsi barədə müraciətinə əsasən həmin əraziyə baxış keçirilmiş, həqiqətən cavabdeh yaşadığı Ucar rayonu, Boyat kəndində mülkiyyətində olan torpaq sahəsinə gedən su bərəsini torpaq ilə dolduraraq həyətyanı torpaq sahəsinin suvarılmasının qarşısının alınması müəyyən edilmişdir. Cavabdehə su bərəsinin açılaraq bərpa edilməsi təklif olunsa da o. təklifdən qərəzli olaraq boyun qaçırmış və həmin təklifi icra etməyəcəyini bildirərək imtina etmişdir. Ucar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 may 2018-ci il tarixli, 2(063)-303/2018 saylı qərardadı ilə (hakim Hilal Xəlilov) məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 13695 saylı, 24.09.2018-ci il tarixli rəyinə əsasən, Ucar rayon Aqrar islahat Komissiyasının 28.12.1998-ci il tarixli 17 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi üçün verilmi ş 5101.07 kv.m torpaq sahəsində su bərəsi elektron baza məlumatlarında nəzərdə tutulmadığından su bərəsinin cavabdeh tərəfindən istifadə edilibedilməməsini müəyyən etmək mümkün olmadı. Birinci instansiya məhkəməsinin 03 dekabr 2018-ci il tarixli, 2(063)-303/2018 saylı qərardadı ilə (hakim Hilal Xəlilov) əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə ilkin ekspertiza tədqiqatını aparmış Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Xəyyam İsgəndərova tapşırılmışdır. AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07.03.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, iş materiallarında təqdim edlmiş iddiaçıya məxuss AN-088476 (kod-**********0 239) saylı, cavabdehə məxsus AN-088463 (kod-**********0226) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində olan döngə nöqtələrinin koordinatları naturadakı faktiki istifadəçiliyin koordinatları ilə üst-üstə düşmədiyindən qərardadda verilmiş birinci sual üzrə tədqiqat aparılması mümkün olmadı. İş materiallarında təqdim edilmiş Ucar Rayon Aqrar İslahat Komissiyasının 28.12.1998-ci il tarixli 17 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 5101.07 kv.m həyətyanı torpaq sahəsinə su bərəsi nəzərdə tutulmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 10102 saylı, 17.05.2019-cu il tarixli rəyinə əsasən, cavabdehə məxsus AN-088463 (kod-**********0226) saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində olan döngə nöqtələrinin koordinatları maturadakı faktiki istifadəçiliyin koordinatları ilə üst-üstə düşmədiyindən qərardadda verilmiş birinci sual üzrə tədqiqat aparılması mümkün olmadı. İş materiallarında təqdim edilmiş Ucar Rayon Aqrar İslahat Komissiyasının 28.12.1998-ci il tarixli 17 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 5101.07 kv.m həyətyanı torpaq sahəsinə su bərəsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(063)-14/2019 saylı qərardadı ilə (hakim Hilal Xəlilov) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə ilkin ekspertiza tədqiqatını aparmış Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Xəyyam İsgəndərova tapşırılmışdır. AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.10.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, mübahisəli əraziyə baxış keçirilən zaman müəyyən olundu ki, iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin sərhəddində yeraltı borcu mövcuddur, borcunun bir hissəsi iddiaçı digər hissəsi isə cavabdeh tərəfdə yerləşir. İddiaçının iddia etdiyi su bərəsi cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulmuşdur. İddiaçı naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsi cavabdeh tərəfindən çəpərlənərək istifadə olunan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 20640 saylı, 01.11.2019-cu il tarixli rəyinə əsasən, iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin sərhəddində yeraltı boru mövcuddur, borunun bir hissəsi iddiaçı digər hissəsi isə cavabdeh tərəfdə yerləşir. İddiaçının iddia etdiyi su bərəsi cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulmuşdur. İddiaçı naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsi cavabdeh tərəfindən çəpərlənərək istifadə olunan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. Birinci instansiya məhkəməsinin 2(063)-14/2019 saylı, 28.11.2019-cu il tarixli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia tələbi təmin edilərək, Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli. 17 saylı qərarı ilə Ucar rayonu, Boyat kəndində İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 5101.07 kv.metr torpaq sahəsinə gedən Cavabdeh tərəfindən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi və həmin su bərəsinin yenidən tutulmasının Cavabdeh qadağan edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 300 manatın Cavabdeh X3 və mütəxəssis rəylərinin dəyərinə görə 246.54 manatın Cavabdeh Kadastr və X7 Mərkəzi MMC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının iddia etdiyi su bərəsinin cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulması müəyyən olunmuşdur. Mütəxəssis və ekspert rəylərinə əsasən, İddiaçı Güləli oğlunun naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsinin cavabdeh tərəfindən çəpərlənərək istifadə olunan bələdiy yə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Ekspert və mütəxəssis rəylərində Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə işlənilmiş planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan rəylərdə su bərəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olması müəyyən edilmişdir, cavabdeh mübahisəli su bərəsinin ərinin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini və iddiaçı tərəfindən su bərəsindən istifadə olunan zaman ziyan vurulması ilə bağlı eti razının əsasını istinad etdiyi halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, həm ekspert, həm də mütəxəssis rəylərində göstərilmişdir ki, iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin sərhədində yeraltı borcu mövcuddur, borunun bir hissəsi iddiaçı, digər hissəsi isə cavabdeh tərəfə yerləşir, iddiaçının iddia etdiyi su bərəsinin cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulması müəyyən olunmuşdur, buna görə də iddiaçının iddiası təmin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən cavabdehin bu barədə etirazını əsassız hesab edir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.4, 158.2, 170.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) 04 iyun 2020-ci il tarixli, 2(107)602/2020 saylı qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK-nın mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən İddiaçı adına işlənmi ş **********0239 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarla onun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Uyğunsuzluq mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Beləki, sxemə əsasən plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsi üst-üstə düşmür. Həmçinin elektron məlumat bazasında mövcud olan xəritə materiallarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 5101.07 kv.m torpaq sahəsinə su bərəsi nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçının iddia etdiyi su bərəsi cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulmuş və İddiaçı Güləli oğlunun naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsi cav abdeh tərəfindən çəpərlənərək istifadə olunan 0,02 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. Bundan əlavə İddiaçı adına işlənmiş **********0239 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən cizgidə su borusu əks edilməmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Ayaz Mahmudov) 11 fevral 2021-ci il tarixli, 2(107)37/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 manat p ulun İddiaçı tutularaq Məhkəmə Ekspertizsı Mərkəzinin hesаbа ödənilməsi, iş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbınа ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayəti əsaslıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı adına işlənmiş **********0239 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarla onun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Uyğunsuzluq mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Belə ki sxemə əsasən plan-ölçü sənədində göstərilən t orpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsi üst-üstə düşmür. Həmçinin elektron məlumat bazasında mövcud olan xəritə materiallarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 5101.07 kv.m torpaq sahəsinə su bərəsi nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçının iddia etdiyi su bərəsi cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulmuş və İddiaçı Güləli oğlunun naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsi cavabdeh tərəfindən çəpərlənərək istifadə olunan 0,02 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. Bundan əlavə İddiaçı adına işlənmiş **********0239 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən cizgidə su borusu əks edilməmişdir. Ona görə də apellyasiya şikayəti təm in edilməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi tərəfindən Ucar Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi əsası kimi iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri arasında ziddiyyət olması göstərilmiş və bu əsasla da birinci instansi ya məhkəməsinin qətnaməsi ləğv olunub. Lakin apelyasiya instansiya məhkəməsi bu ziddiyyətin aydınlaşdırılması üçün heç bir tədbir görmədən xüsusi bilik tələb edən məsələyə dair öz şəxsi mülahizələri əsasında qiymət verərək əsassız qənaətə gəlməklə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Ekspert rəylərindən birinə əsasən Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarına əsasən onun mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunan koordinatlarla faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu göstərilmişdir. Bu səbəbdən də su bərəsinin onun mülkiyyətində olan torpaq sahəsindən keçib-keçməməsinin araşdırılmasının mümkün olmaması qeyd edilmişdir. Halbuki, tərəfimdən yazılmış idd ia ərizəsində və yaxud iş materiallarında olan digər sənədlərdə su bərəsinin mənim mülkiyyətimdə olan torpaq sahəsində olduğu iddia edilməmişdir, həmin su bərəsinin Bələdiyyə mülkiyyətində olan torpaq sahəsində olması, cavabdehin də həmin bələdiyyə torpaqlarını zəbt edərək öz mülkiyyəti kimi su bərəsini dolduraraq düzləşdirməsini həyata keçirmişdir. Belə ki. mübahisəli su bərəsi ümumi istifadədə olan 0.02 ha bələdiyyə ’mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olmasına apelyasiya məhkəməsi hüquqi qiymət verməmişdir. Əgər mütəxəssis və ekspert rəyləri arasında ziddiyyət varsa MPM-nin 205 maddəsinə əsasən mübahisəli məsələni aydınlaşdırmaq və ya tamamlamaq məqsədi ilə ekspert və mütəxəssis məhkəmə prosesinə çağırılaraq ona suallar verilməli idi, anlaşılmazlıqlar araşdırılmalı i di. Bununla da məsələyə tam aydınlıq gətirilmədikdə MPM-nin 206 maddəsinə əsasən əlavə və ya təkrar ekspertiza təyin edilməli idi. Bunlardan əlavə birinci instansiya məhkəməsində iş materiallarına əlavə olunmuş Ucar rayonu Boyat Bələdiyyəsinin 19.02.2019 il tarixli 18 nömrəli məktubundan, eləcə də Şəki apelyasiya məhkəməsinə təqdim olunan 11.02.2021 il tarixli 122 nömrəli arayışdan görünür ki, mübahisə predmeti olan su bərəsi bələdiyyə mülkiyyətindədir və Cavabdeh tərəfindən düzləndirilmişdir. Belə olan halda məhkəmə 208ci maddəyə əsasən yerli özünü idarə orqanı Boyat Bələdiyyəsini də məsələnin aydınlaşdırılması üçün cəlb etməli və zərurət yaranardısa məhkəmə prosesinə cəlb edib ona suallar verməklə mübahisəli məsələni aydınlaşdırmalı idi. Mövcud mübahisəli məsələ xüsusi bilik tələb edən s ahə olduğundan mütləq şəkildə ekspert rəyi ilə aydınlaşdırılması əvəzinə məhkəmə natamam və bir birinə ziddiyyət təşkil edən rəylərə özü hüquqi qiymət vermişdir. Eyni zamanda cavabdehin qanunsuz zəbt etdiyi və su bərəsinin keçdiyi məsələyə də diqqət yetirilməyib. Bu səbəbdən də iş yenidən mahiyyət üzrə araşdırılmalı və qərar qəbul edilməlidir. Cavabdeh isə birinci instansiya məhkəməsi zamanı məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazda su bərəsinin onun ərinin mülkiyyətində olan torpaq sahəsinə düşdüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin qeyd etdiyi xiisusatlar təsdiq olunmadığından etirazı əsassız hesab etmişdir. Halbuki, iş üzrə əsas araşdırılmalı olan hallar su bərəsinin həqiqətən cavabdeh tərəfindən düzlənib-düzlənməməsinin müəyyən edilməsi və 28 il dir ümumi istifadədə olan su bərəsinin düzlənməsinin nə dərəcə düzgün olub-olmamasının müəyyən edilməsi idi. Apelyasiya instansiyası məhkəməsi isə qeyd etdiyi xüsusatların birinci instansiya məhkəməsi tərəfindən araşdırılıb araşdırılmamasını yoxlamaq əvəzinə, su bərəsinin onun torpaq sahəsinin plan ölçü sənədində göstərilən cizgidə olub-olmamasını araşdırmış və nəticədə ədalətsiz qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Ucar rayon X8 səlahiyyətli nümayəndəsi məh kəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili R kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki h alların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul e dilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəmə sinə göndərilməlidir. Belə ki, kasasiya şikayətinin dəlilləri əsasında yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, apelyasiya kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2020-ci il tarixli ekspert rəyinə istinadən iddianı rədd etsə də, qeyd olunan rəydə AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-X10 LTİ-nin 24.10.2019-cu il tarixli mütəxəssis rəyinə istinad olunaraq iddiaçının iddia etdiyi su bərəsinin cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulmuş və İddiaçı naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsi cavabdeh tərəfindən çəpərlənərək istifadə olunan 0.02 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olması göstərilm işdir. Lakin apelyasiya kollegiyası əldə etmiş olduğu rəyin bu hissəsini (qərardadın 3-cü və 4-cü sualları üzrə) qəbul etmiş olduğu qətnamədə göstərmiş olsa da, həmin hissəyə hər hansı hüquqi qiymət verməmişdir. Halbuki, həmin hissədə aşkar surətdə cavabdeh tərəfindən iddiaçının naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsinin cavabdeh tərəfindən çəpərlənməsi, həmin hissənin cavabdehin deyil, bələdiyyə mülkiyyətində olması göstərilmişdir. Bundan başqa, iş materiallarında olan Ucar rayonu Boyat Bələdiyyəsi tərəfindən verilmiş 05.11.2018-ci il tarixli arayış (İ cild səh 75) və Ucar Rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05.11.2018-ci il tarixli arayış (İ cil səh 77) sübutlar sırasında göstərilməmiş, həmin sübutlar əldə edilmiş ekspert və mütəxəssis rəyləri ilə qarşılıqlı surətdə tədqiq edilməmişdir. Digər tərəfdən, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası məhkəmə araşdırmasını tam həyata keçirməmiş, 01.05.2018-ci il tarixində keçirilmiş məhkəmə iclasında (İ cil səh 33) iştirak etmiş cavabdehin izahatına da hər hansı qiymət verməmişdir. Halbuki, cavabdeh həmin məhkəmə iclasında iştirak edib izahat verərkən iddiaçının onlardan sonra həmin yerə köçməsini, hər bir şəxsin özünün ayrıca su bərəsinin nəzərdə tutulmasını, əvvəlcə onların icazəsi ilə ağacların suvarılması üçün iddiaçının onların su bərəsindən istifadə etdiyini, sonrada özlərinin bərələrini qazmadıqlarını və onun əkin yerinə ziyan gətirdiyi üçün icazə vermədiyini bildirmişdir. Bununla yanaşı, 28.11.2019- cu il tarixində keçirilmiş məhkəmə iclasında da cavabdeh sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, (İ cild səh 196-nın arxa hissəsi) mübahisəli su bərəsi 2018-ci ilin yanvar ayında düzlənmişdir. Belə ki, uzun müddət, təxminən 20 ildir ki, iddiaçı tərəfindən su bərəsi onun razılığı ilə istifadə olunmuşdur. Buradan da aydın olur ki, cavabdeh su bərəsinin mövcudluğunu, həmin su bərəsindən iddiaçının uzun müddət istifadə etməsini və nəhayət su bərəsinin onun tərəfindən düzlənməsini dolayısı ilə etiraf etmişdir. Apelyasiya kollegiyası bu hala da əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən normanın tələbindən də aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr qətnamə qəbul edərkən işin həqiqi halları ilə qətnaməni əsaslandırmalıdırlar. Lakin apelyasiya kollegiyası işdə olan sübutların müqayisəli tədqiqatını aparmamış, əldə edilmiş ekspert və mütəxəssis rəyləri, cavabdehin məhkəmə iclaslarında vermiş olduğu izahatları üzrə işin həqiqi hallarını tam və düzgün müəyyən etməmiş, iş üzrə obyektiv həqiqətə nail olunması məqsədilə məhkəmə araşdırmasını tam həyata keçirməmişdir. Beləliklə, işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş,, əldə edilmiş ekspert və mütəxəssis rəyləri, cavabdehin məhkəmə iclaslarında vermiş olduğu izahatları üzrə işin həqiqi hallarını tam və düzgün müəyyən etməmiş və nəticədə işin hallarına düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığın ı müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qər ardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının sübutların müqayisəli tədqiqatını aparmaqla tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2021-ci il tarixli, 2(107)-37/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-37/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilə rək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar