Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3630/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-20/2020 nömrəli iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı açıq səhmdar cəmiyyətinin “Sahil” filialı ilə bağlanmış 16 aprel 2014-cü il tarixli, 380SF/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik faiz dərəcəsi 7 faiz olmaqla, 170.000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Musabəyov küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,08 ha torpaq sahəsi ilə birlikdə 322,1 kv.metr ümumi, 181,4 kv.metr yaşayış, 140,7 kv.metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı, 18 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 350.000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində i craat İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək 16 aprel 2014-cü il tarixli, 380-SF/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 148.160,03 manat əsas, 4.495,10 manat faiz borcu, 23.539,89 manat cərimə borcu olmaqla, cəmi 176.195,02 manat borcun, ipotekaya tutma yönəldilməsi barədə bildirişin reyestrdə qeydə alınması üçün 31 manat məbləğində rüsumun, iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Musabəyov küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,08 ha torpaq sahəsi ilə birlikdə 322,1 kv.metr ümumi, 181,4 kv.metr yaşayış, 140,7 kv.metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı, 18 nömrəli f ərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına borcun İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 15 may 2017-ci il tarixli, 2(012)-1764/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlham Kərimli) İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 148160,03 manat əsas, 4495,10 manat faiz borcu və 2000 manat cərimə borcu olmaqla, ümumilikdə 154655,13 manat məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 27 manat hissəsinin, ipotekaya tutma yönəldilməsi ilə ba ğlı bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat pulun tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinə verilməsi qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Musabəyov küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0,08 ha torpaq sahəsi ilə birlikdə 322,1 kv.metr ümumi, 181,4 kv.metr yaşayış, 140,7 kv.metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı, 18 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin 350000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin İddiaçı açıq səhmdar cəmiyyətinə olan borcun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin Cavabdeh2 qay tarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-20/2020 saylı, 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 may 2017-ci il tarixli, 2(012)-1764/2017 saylı qətnaməsinə əsas borca və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişiklik edilərək Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 145260,2 (bir yüz qırx beş min iki yüz altmış manat 20 qəpik) əsas borcun tutulması, Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsi ilə birlikdə açıq hərracda ilk in satış qiymətinin 545.000 (beş yüz qırx beş min) manat müəyyən edilməsi, qətnamənin faiz borcuna aid hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi, qalan hissələrdə qətnamənin Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12708 saylı, 23 aprel 2019-cu il tarixli rəyini əsas götürərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc məbləğinə aid hissədə dəyişiklik edilməli, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 145260,2 manat əsas borc tutulmalı, faiz borcuna aid hissədə qətnamə ləğv edilməlidir. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 məxsus Abşeron rayonu, Xırda lan şəhəri, Qəzənfər Musabəyov küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsi ilə birlikdə açıq hərracda ilkin satış qiymətini müəyyən edərkən iş üzrə keçirilmiş qiymətləndirmə rəylərində göstərilən dəyərlərinin orta qiymətini (450000+640000):2=545000 manat) əsas götürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək borc məbləğinin düzgün müəyyən edilməməsi, banka edilmiş ödənişlərin nəzərə alınmaması, ipoteka predmetinin real bazar qiymətinin düzgün müəyyən edilməməsi, iş üzrə təkrar ekspertizalar təyin edilməli olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh2 vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdə liyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1 Borc müqav iləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi M addə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi K ollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətində borcun məbləğinin şişirdilməsi və ipoteka predmetinin ilkin satış qiymətlərinin düzgün müəyyən olunmaması iddia olunsa da, iş materiallarından görünür ki, cavabdehdən tutulması qət olunmuş borcun məbləği ekspertin rəyi ilə müəyyən olunmaqla kassasiya şikayətinin dəlilləri borcun məbləğinin düzgün müəyyən olunmaması nəticəsinə gəlmək üçün əsas vermir. İpoteka predmetinin ilkin satış qiyməti isə 14 may 2018-ci il tarixli və 16 mart 2020-ci il tarixli qiymətləndirmə rəylərində göstərilən dəyərlərin orta qiyməti ilə müəyyən edilm işdir. Belə olduqda ipoteka predmetinin dəyərinin aşağı müəyyən olunmasına dair şikayətin dəlili əsaslı sayıla bilməz. Cavabdeh2 kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmədiyindən, kollegiya hesab edir ki, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi müəyyən olunmuş sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə düzgün qiymət verilməklə çıxarılmış, maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmuş, qətnamənin ləğv edilməsi üçün əsas verən qanun pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419 -cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-20/2020 nömrəli iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3630/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3630/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver