Məhkəmə qərarları › İş №2(102)-3630/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3630/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3630/2023 15.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 24 may tarixli, 2(103)3321/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərard adı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən kreditin əsas borcu üzrə 90000 manat məbləğində qalıq, ona hesablanmış 27000 manat məbləğində faiz borcu, 34920 manat məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının uçot dərəcəsi əsasında hesablanan 1046,25 manat məbləğində faiz borcu, cəmi 152966,25 manat borcun tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və onun üzərində yerləşən 341 kv.m fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 255000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait i hesabına kreditin ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 500 manat və dövlət rüsumu kimi ödənilmiş 408,92 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim:Günay Abidova) 2022-ci il 17 okyabr tarixli, 2(006)-1939/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 90.000 manat məbləğində əsas, 27.000 manat məbləğində faiz, 4.500 manat dəbbə pulu olmaqla, cəmi 121.500 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 0,11 ha torp aq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 341 kv.m. olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiyməti 300.000 manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən borcun iddiaçıya ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdehə qaytarılması, evin açıq hərracdan satıldıqdan sonra həmin fərdi yaşayış evi ipoteka qoyan cavabdeh tərəfindən 1 ay ərzində boşaldılması, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğin 160 manat hissəsinin cavabdehdən, 40 manat hissəsinin isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, daşınmaz əmlakın qiymətləndirilməs i üzrə keçirilmiş tədqiqatın dəyəri olan 500 manat məbləğində pul vəsaitinin 400 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 100 manat hissəsi isə iddiaçıya aid edilməsi, ödənilmiş 408,92 manat məbləğində dövlət rüsumunun 327 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 81,92 manat hissəsinin isə iddiaçıya aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin (hakim: Akif İsgəndərov (sədrlik edən və məruzəçi) Vahid Sadıqov və Məhəmməd Rüstəmli) 2023-cü il 24 may tarixli, 2(103)3321/2023 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Həmin qətnamədən Cavabdeh kassasiya şikayə ti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

5. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

6. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya ş ikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

7. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

8. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu

9. Maddə 1.1. Dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

10. Maddə 8.1.4. İddia qiyməti 100.000 manatdan 1.0 00.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır.

11. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, iddiaçının kassasiya şikayətinə görə qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir.

13. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh ümumilikdə 152966,25 manat borcun tutulması barədə iddia əri zəsi və iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdeh tərəfindən iddia ərizəsi verilərkən birinci instansiya məhkəməsinə 408.92 manat dövlət rüsumu ödənilmişdir.

14. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək, Cavabdeh cəmi 121.500 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Belə olan halda, cavabdeh kassasiya şikayətini verərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü və 8.6-cı maddələrinin tələblərinə uyğun olaraq 205 manat dövlət rüsumu ödəməli olduğu halda, cəmi 104 manat məbləğində dövlət rüsumu ödəmişdir.

16. Beləliklə, cavabdeh tərəfindən kassa siya şikayəti verilməsi ilə əlaqədar qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi müəyyən olunmur.

17. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

18. Odur ki, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə əsasən iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və kassasiya şikayəti qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

19. Şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 023-cü il 24 may tarixli, 2(103)-3321/2023 nömrəli qətnaməsindən Cavabdeh verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar