Məhkəmə qərarları › İş №2(102)-3632/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3632/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3632/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Məlikov Mənsur Ramiz oğlunun, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-967/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında Bakı şəhəri 11 saylı Notariat Kontorunda 17.07.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə borc verən İddiaçı, borc alan Cavabdeh 237790 manat (140000 ABŞ dolları ekvivalentində) məbləğində pul borc vermişdir. Borc alan krediti 02.09.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Borc alan borc məbləğini qaytarıldığı günün məzənnəsinə uyğun olaraq ABŞ doları ekvivalentində ödəməlidir. İddiaçı keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliyin icra edilmədiyinə istinad edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh 237790 manat, 140.000 ABŞ dolları ekvivalentində borc pulun, məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh müəyyən problemlərini həll etmək üçün 02.09.2018-ci tarixinədək olan müddətə qaytarmaq şərti ilə ondan 237.790 manat (iki yüz otuz yeddi min yeddi yüz doxsan ), 140.000 ABŞ dolları (bir yüz qırx min ABŞ dolları ekvivalentində) borc pul alaraq bu barədə aralarında 11 saylı notariat kontorunda 17 iyul 2018-ci il tarixdə kredit müqaviləsi bağlamışlar. Bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh krediti qaytarmaq üçün üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtdan artıq 1 (b ir) il müddət keçməsinə baxmayaraq yerinə yetirməmişdir, O, bu barədə cavabdehə dəfələrlə bidirilsə də, cavabdeh müxtəlif bəhanələrlə krediti qaytarmaqdan boyun qaçırmışdır.

4. Şamaxı Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddia tələbi təmin edilərək Cavabdeh 237.709 manat (140.000 ABŞ dolları ekvivalentində) məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı verilməsi qət edilmişdir

5. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 739.1-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, L.Məmmədova və T.Quliyev) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-967/2021 nömrəli 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş; Şamaxı Rayon Məhkəməsinin iş üzrə 12 mart 2020-ci il tarixli 2(074)-42/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsi nə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, qanunvericilik normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız və qeyri-obyektiv qətnamə qəbul edilmişdir.

12. Həmçinin əlavə olaraq qeyd etmişdir ki, onun dayısı iddiaçının evini 720000 ABŞ dollar qiymətinə satın almışdır. Bu zaman həmin puldan 140000 ABŞ dolları çatışmırdı. Ona görə o həmin pulu hissə-hissə vermək üçün 6 ay müddətinə kredit müqaviləsi bağlamışdır. Həmin müddət ərzində pulu tam olaraq ödəmişdir. Belə ki, pul iddiaçının özünə, qardaşına və digər özünün göstərdiyi şəxslərə verilmişdir. İddiaçının qardaşı ilə birgə bizneslə məşğul olduqları üçün ödənilmiş pul vəsaitlərinə gör ə hər hansı rəsmi sənəd almamışdır. Qardaşı ilə iddiaçı Türkiyə Respublikasından malların etiketilərinin göndərilməsi barədə iş birliyi qurmuş, lakin işlər düzgün aparılmadığına görə qardaşı 90000 ABŞ dolları miqdarında ziyana düşmüşdür. Hazırda da onlar arasında mübahisələr davam edir. Hazırkı iddia tələbi həmin mübahisələrdən qaynaqlanır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdeh və onun vəkili Vəkil oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

15. İddiaçının vəkili Məlikov Mənsur Ramiz oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tə tbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həm in sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

21. Maddə 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn t ətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə qətnaməsi il ə tutulmalı olan pulun məbləği aydın deyil. Beləki, qətnaməyə əsasən Cavabdeh 237.709 manat (140.000 ABŞ dolları ekvivalentində) məbləğində pul tutulması qət edilmişdir.

26. Qanunvericiliyin tələblərinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir ( MPM-nin 222.2. maddəsi).

27. Hazırkı işdə məhkəmənin nəticə etibarı ilə cavabdehdən hansı məbləğdə pulu (237.709 manat, yoxsa 140.000 ABŞ dolları) tutuması aydın deyil. 237.709 manat pulun tutulması qət olunmuşdursa, həmin məbləğin 140.000 ABŞ dolları ekvivalentində göstərilməsi ziddiyyət təşkil edir. Çünki həmin məbləğ ABŞ dollarının ekvivalenti ilə göstərilən məbləği təşkil etmir və gələcəkdə qətnamə icra olunan vaxtda tamamilə fərqli məzənnə ola bilər.

28. Yox əgər məhkəmə 140.000 ABŞ dolları pulun ekvivalentində pul tutmaq qərarına gəlmişdirsə, yenə düzgün nəticə alınmır. Onda məhkəməyə lazım gəlirdi ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin şərtlərini təfsir edərək bununla bağlı dəyərləndirmə aparsın.

29. Beləki, həmin müqavilənin 3-cü bəndinə əsasən borc alan borc məbləğini qaytardığı günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalentində ödəyəcəkdir. İlk baxışdan belə qənaət hasil olur ki, borcun nə vaxt qaytarılmasından, maliyyə bazarında hansı dəyişikliyin baş verməsindən asılı olmayaraq borclu borc verənə 140.000 ABŞ dolları pul qaytarmalıdır.

30. Lakin məhkəmələr müqavilənin həmin bəndləri ilə bağlı təftiş aparmamış, tərəflərin müqavilə bağlayarkən nəzərdə tutduqları şərtləri aydınlaşdırmamış və belə bir dəyərləndirmə aparmamışlar.

31. Hətta, məhkəmələr tərəflərin müqavilə bağlayarkən pulun qaytarıldığı vaxtı məhz 140.000 ABŞ dolları məbləğində pulun qatarılması barədə razılığa gəlmələri qənaətinə gəlmiş olsalar belə, yenə də qətnamə düzgün tərtib edilməmişdir. Belə olan təqdirdə alınıb verilməli olan pulun məbləği ABŞ dolları ilə göstərilməli, qaytarıldığı tarixdə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla qaytarılması müəyyən edilməlidir. Əks təqdirdə belə bir qətnamənin icrası mümkün olmayacaq.

32. Tutulmalı olan pul məbləğinin dəqiq göstərilməsi üçün məhkəməyə lazım gələcəkdir ki, kredit müqaviləsinin qeyd olunan şərtləri ilə bağlı araşdırma aparsın, müqavilə bağlayarkən onların iradə ifadəsini aydınlaşdırsın. Həmin araşdırmanın zəruriliyi eyni zamanda cavabdehin irəli sürdüyü dəlillərin də (müqavi lədə nəzərdə tutulan məbləğin evin alınmasından qalan məbləğ olması, və.s.) aydınlaşdırılmasına kömək etmiş olar və nəticə etibarı ilə həmin müqavilənin real kredit müqaviləsi olub-olmaması, və yaxud borcun etirafı barədə müqavilə olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirmiş olar.

33. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.

34. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-967/2021 nömrəli 22 fe vral 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar