Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3635/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdehlər “xxxxx” Kiçik Müəssisəsinə, Cavabdeh2 Fehruz oğluna və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinə verməyən tərəfin kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İd diaçının vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)492/2020 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh “xxxxx” Kiçik Müəssisəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(009)-23/2018 nömrəli qətnaməsi ilə (hakim Z.Ə.Əliyev) iddia qismən təmin edilərək, “xxxxx” Kiçik Müəssisəsindən ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə ******* manat əsas, 294376,63 manat faiz və 70000 manat cərimə borcu olmaqla, cəmi 3564376,63 manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetinə t utma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 237 manat dövlət rüsumlarının tutulması, ipoteka predmetləri olan Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi 132 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 450000 manat, Cavabdeh3 məxsus Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m ümumi, 36,2 kv.m əsas, 44,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə birlikdə 0,50 ha torpaq sahəsinin ilkin satış qiymətinin 150000 manat, X5, Cavabdeh18 Elburus qızı və Cavabdeh19 məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 121 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 245000 manat, X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şösesində yerləşən 286 saylı fərdi yaşay ış evinin ilkin satış qiyməti ******* manat, Cavabdeh2 Fehruz oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən 79 b saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 223000 manat, Cavabdeh14 məxsus Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,1325 ha torpaq sahəsinin ilkin satış qiyməti 26500 manat, Cavabdeh14 məxsus Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,8711 ha torpaq sahəsinin ilkin satış qiyməti 174000 manat, “xxxxxxxxxx” MMC-yə məxsus Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 3 ha torpaq sahəsinin ilkin satış qiyməti 90000 manat və “xxxxx” Kiçik Müəssisəsinə məxsus Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsinin isə ilkin satış qiymətinin ******* manat müəyyən edilməklə, tutmanın həmin daşı nmaz əşyalara yönəldilməsi, adları çəkilən əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına ləğv prosesində olan QSC “Bank Standard” KB-nin təmin edilmiş tələblərinin ödənilməsi, daşınmaz əmlak satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi 132 saylı fərdi yaşayış evindən, Cavabdeh3 Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m. ümumi, 36,2 kv.m. əsas, 44,1 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından, X5, Cavabdeh18 Elburus qızı, Cavabdeh19 və X7 Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 121 saylı fərdi yaşayış evindən, X9, X11, Cavabdeh8, Həsəno va (Rəfibəyli) Rahilə Rəfi qızı, Cavabdeh17 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şösesində yerləşən 286 saylı fərdi yaşayış evindən, Cavabdeh2 Fehruz oğlunun Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən 79 b saylı fərdi yaşayış evindən çıxarılmaları və Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksinin (qeyri-yaşayış sahəsi) boşaldılması (iddiaçıya satıldığı təqdirdə), ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin daşınmaz əmlakların mülkiyyətçilərinə qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun “xxxxx” Müəssisəsindən tutularaq dövlət nəfinə ödənilm əsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-1572/2019 nömrəli qətnaməsi ilə (hakim N.Q.Nəbiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Qurbanovdan və A.Ə.Hüseyndən ibarət tərkibdə) cavabdehlər “xxxxx” Kiçik Müəssisəsi, Cavabdeh2 Fehruz oğlu və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin ipoteka predmeti olan əmlakların ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi 132 saylı fərdi yaşayış evinin 427500 manat, Ağcabədi şəhəri, M. Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m ümumi, 36,2 kv.m əsas, 44,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə birlikdə 0,50 ha torpaq sahəsi 144560 manat, Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 121 saylı fərdi yaşayış evinin 232000 manat, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən 286 saylı fərdi yaşayış evinin 995000 manat, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən 79 b saylı fərdi yaşayış evinin 215000 manat, Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,1325 ha torpaq sahəsinin 25000 manat, Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,8711 ha torpaq sahəsinin 164360 manat, Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 3 ha torpaq sahəsinin 85500 manat, Ağcabədi ray onu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsinin ******* manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması, qətnamənin qalan hissədə yəni, “xxxxx” Müəssisəsindən ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə ******* manat əsas, 294376,63 manat faiz və 70000 manat cərimə borcu olmaqla, cəmi 3564376,63 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 237 manat dövlət rüsumlarının tutulması, tutmanın - ipoteka predmetləri olan Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi 132 saylı fərdi yaşayış evinə, Cavabdeh3 məxsus Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m ümumi, 36,2 kv.m əsas, 44,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə birlikdə 0,50 ha torpaq sahəsinə, X5, Cavabdeh18 Elburus qızı və Cavabdeh19 məxsus Bakı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 121 saylı fərdi yaşayış evinə, X8 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şösesində yerləşən 286 saylı fərdi yaşayış evinə, Cavabdeh2 Fehruz oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən 79 b saylı fərdi yaşayış evinə, Cavabdeh14 məxsus Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,1325 ha torpaq sahəsinə, Cavabdeh14 məxsus Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,8711 ha torpaq sahəsinə, “xxxxxxxxxx” MMCyə məxsus Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən 3 ha torpaq sahəsinə və “xxxxx” Müəssisəsinə m əxsus Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsinə yönəldilməsi, adları çəkilən əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına ləğv prosesində olan QSC “Bank Standard” KB-nin təmin edilmiş tələblərinin ödənilməsi, daşınmaz əmlak satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi 132 saylı fərdi yaşayış evindən, Cavabdeh3 Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m. ümumi, 36,2 kv.m. əsas, 44,1 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından, X5, Cavabdeh18 Elburus qızı, Cavabdeh19 və X7 Bak ı şəhəri, Yasamal rayonu, 3-cü Yasamal küçəsi, 121 saylı fərdi yaşayış evindən, X9, X11, Cavabdeh8, Həsənova (Rəfibəyli) Rahilə Rəfi qızı, Cavabdeh17 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şösesində yerləşən 286 saylı fərdi yaşayış evindən, Cavabdeh2 Fehruz oğlunun Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən 79 b saylı fərdi yaşayış evindən çıxarılmaları və Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksinin (qeyri-yaşayış sahəsi) boşaldılması (iddiaçıya satıldığı təqdirdə), ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin daşınmaz əşyaların mülkiyyətçilərinə qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədq iqatlarının dəyəri olan 100 manat məbləğində pulun “xxxxx” Müəssisəsindən tutularaq dövlət nəfinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-5270/2019 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.Ə.Allahverdiyevdən və Ə.Ə.Şadiyevdən ibarət tərkibdə) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ipoteka predmeti olan Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən Əmlak Kompleksinin 1.4 ha torpaqla birlikdə ilkin satış qiymətinin ******* manat məbləğində müəyyən olunmasına dair hissəsində ləğv edilməsi, işə həmin hissədə yenidən baxılması üç ün həmin məhkəməyə qaytarılması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-492/2020 nömrəli qətnaməsi ilə (hakim X.A.Cəmilovanın sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Xəlilovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi X1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(009)-23/2018 nömrəli qətnaməsinin “ipoteka predmeti olan Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən Əmlak Kompleksinin 1,4 ha torpaqla birlikdə ilkin satış qiymətinin müəyyən olunması” hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Ağcabədi rayonunun Rəncbərlər kəndində ye rləşən Əmlak Kompleksinin 1,4 ha torpaqla birlikdə ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxxx” Kiçik Müəssisəsi nümayəndəsi, vəkil X3 vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-492/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin bütünlüklə təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi X2 və vəkili Əsfərova Əfifə Füzuli qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-492/2020 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və işin yenidən baxılması ü çün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə hər iki kassasiya şikayətləri icraata qəbul edilmişlər. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdeh “xxxxx” Kiçik Müsəssisəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, kredit müqaviləsi üzrə borc məbləğlərini mübahisələndirsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsind ən cavabdeh kassasiya şikayəti verməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinə baxılaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi yalnız ipoteka predmeti olan Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən Əmlak Kompleksinin 1.4 ha torpaqla birlikdə ilkin satış qiymətinin ******* manat məbləğində müəyyən olunmasına dair hissəsində ləğv edilməklə, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmış və ikinci dəfə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı “ipoteka predmeti olan Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən Əmlak Kompleksinin 1,4 ha torpaqla b irlikdə ilkin satış qiymətinin ******* manat məbləğində müəyyən olunması” hissəsində yoxlanılmışdır. Cavabdeh “xxxxx” Kiçik Müəssisəsinin hazırki kassasiya şikayətinin məzmunundan müəyyən olunur ki, o, qeyd olunan ipoteka predmetinin ilkin satış qiymətini deyil, kredit müqaviləsi üzrə müəyyən olunmuş borcu düzgün hesablanmamasından şikayət etməklə, faktiki olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qanuni qüvvəyə minmiş hissəsini mübahisələndirmişdir. Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllən in 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının xx xxx 2 020-ci il tarixli qərardadı, cavabdeh “xxxxx” Kiçik Müəssisəsinin kassasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilərək, həmin kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməli, Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin kassasiya şikayətinə isə mahiyyəti üzrə baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(102)-3635/2020 nömrəli qərardadı cavabdeh “xxxxx” Kiçik Müəssisəsinin kassasiya şikayətinin icraata qəbul hissəsində ləğv edilsin. Cavabdeh “xxxxx” Kiçik Müəssisəsinin Bakı Apellyasiya Məhkəm əsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-492/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-492/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza var imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3635/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3635/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver