Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3635/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddiası, Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3635/2024 (Açar sözlər: borcun və zərərin əvəzinin ödənilməsi, borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2230/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı İB (Vəkili Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 04 noyabr 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Paylayıcı İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə xx.xx.2016-cı il tarixdə 06/1232 nömrəli müqaviləyə əsasən, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərə findən təqdim edilən hesaba ödəməlidir. Həmin müqavilənin 2.1.8-ci bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərinin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
2. Cavabdeh Bakı şəhəri Səbail rayonu, 216 1-ci yaşayış massivi 0160-0002-də yerləşən ünvanında Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00006 nömrəli abonent kodu verilmiş, ünvanında yerləşən mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. 3. “Təbii X1nın pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli ******* saylı akta əsasən Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və 1002AQ10100173xxx son üç rəqəmi silinmiş mənşəyi məlum olmayan (“lipa ”) sayğacdan qeyri-qanuni olaraq istifadə olunduğu aşkar edilmişdir. Akt istehlakçı Cavabdeh tərəfindən imzalanmamışdır.
4. İddiaçı İB xx.xx.2023-cü il tarixli ******* nömrəli, istehlakçının qaz təsərrüfatının inventar aktında qeyd olunmuşdur ki, yoxlama zamanı mənzildə 1 ədəd kombi (termoqas), 1 ədəd Q.S.Q və 1 ədəd PQ-3 aşkar edilmiş, həyətdə əlavə tikilidə qaz çəkilmiş, lakin cihaz qoşulması yoxdur. Aktda istehlakçı Cavabdeh aktı imzalamaqdan imtina etməsi qeyd olunmuşdur.
5. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən istehlakçı Cavabdeh məxsus evdə xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında fərdi evdə “X1”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təb ii qazdan istifadə olunduğu aşkar olunmuş, 360 gün müddətində itirilmiş qazın bərpası üçün 66.528 kub metr əlavə sərfiyyat hesablanmışdır.
6. İddiaçı İB-nin Qaz Sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktına əsasən baxış zamanı məlum olmuşdur ki, qaz xəttində sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir.
7. Abonentin saldosuna əsasən, abonent Cavabdeh yaşadığı fərdi yaşayış evinə verilən qaz xətti üzrə **********00006 sayla qeydiyyata alınmış abonent koduna akt əsasında 2023-ci ilin YANVAR ayında 7.983,36 manat məbləğində zərər hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci i nstansiya məhkəməsində icraat:
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, 7.983,36 manat zərərin, debitor borc üzrə 12,50 manat və 99,96 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 8.098,82 manat pulun Cavabdeh tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, İddiaçı İB-yi ilə abonent Cavabdeh arasında xx.xx.2016-cı il tarixində 06/1232 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddia çı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00006 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmi ş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 7.983,36 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Yuxard a qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 12,50 (on iki manat 50 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin Saldosu üzrə ümumi 7.995,86 manat təşkil etməkdədir.
10. Cavabdeh (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) nümayəndəsi və vəkili Nümayəndə1 İddiaçı İB-yə (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 216 1 ünvanda abonent kodu **********00006 olan qaz sayğacına hesablanmış 7.995,86 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB məhkəməyə müraciət edərək, İddiaçı İB-ə vurulmuş 7.983,36 manat məbləğində zərərin, debitor borc üzrə 12,50 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 8.095,82 manat pulun Cavabdeh məcburi qaydada tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini xx.xx.2023-cü il tarixli ******* saylı akt ilə əsaslandırır. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı aktda qeyd olunur ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman 1002AQ 10100173 xxx son üç rəqəmi silinmiş mənşəyi məlum olmayan (“Lipa”) sayğacdan qeyri-qanuni olaraq istifadə olunduğu aşkar olundu. Abonentin öz sayğacı yerinə quraşdırılsın. Dəymiş ziyan hesablansın və ödənişi təmin edilsin. xx.xx.2013-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 497723 saylı aki tərtib olunmuşdur. 05 dekabr 2016-cı il tarixdə “Qaz paylayıcı ilə müştəri qaz qurğusu sitifadəçisi arasında qazın alğı-satqısı barədə 060032 saylı müqavilə bağlanmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cii il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı aktda qeyd edir ki, mənşəyi məlum olmayan sayğacdan istifadə olunur. Bu sayğac bu əraziyə necə və kim tərəfindən gətirildiyi, Cavabdeh adına olan sayğacın tipi və markası G-4 zavod nömrəsi **********7, mexaniki 30515 olduğu halda, digər sayğacın yəni “Lipa” adlandırdıqları sayğacın nömrəsi neçə olduğu, həmin sayğac Cavabdeh iştirakı ilə aktlaşdırılmaqla götürülüb, yaxud bunu aşkar edən tərəf sayğacı götürüb ek spertizaya təqdim edibmi, həmin sayğacın markası, zavod nömrəsi və sair məlumatları necədir və s. Cavabdeh adına olan sayğacın işləyərək əvvəlki aylarda, həmin ay və sonrakı aylarda qaz sərfiyyatını qeyd etməsi faktdırmı, “lipa” dedikləri həmin sayğac maddi sübut kimi mövcuddurmu, bu sayğac Cavabdeh iştirakı ilə yerində aktlaşdırılmaqla ekspertizaya təqdim edilibmi? İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Cavabdeh üçün yanvar 2023-cü ildə 7.983,36 manat cərimə yazılır! Lakin akt xx.xx.2023-cii il tarixidə tərtib olunub. Qaz İdarəsi tərəfindən eyni məzmunlu akt həm xx.xx.2023-cü il tarixi ilə, həm də xx.xx.2023-cü il tarixi ilə tərtib olunub. Məhkəməyə təqdim olunmuş digər aktların tarixləri xx.xx.2023-cü il qeyd olunub. Belə olan halda aktdan əvvəlki tarixə yanv ar ayı üçün cərimə necə tərtib olundu və nəyin əsasında?! Qaz İdarəsi tərəfindən istədikləri tarixləri qeyd etməklə eyni məzmunda akt tərtib edibsə, bunun həqiqiliyi şübhə altındadır! İlkin iddiaçı həmin vaxt tərtib etdiyi aktın bir nüsxəsini qaz sayğacının olduğu qutuda saxladıqları üçün, ******* saylı aktın bir nüsxəsi onda saxlanılır. Məhkəməyə eyni nömrə ilə eyni məzmunda təqdim etdikləri aktda tarixlər fərqlidir. Bu isə o deməkdir ki, Qaz İdarəsinin işçiləri aktı faktlar əsasında deyil, təhrif olunmuş məqsədli formada hazırlayıblar. Çünki eyni sənəddə müxtəlif tarixlərin göstərilməsi qərəzli və məqsədlidir. Digər tərəfdən evinə gedən qaz xəttini 02 fevral 2023cü il tarixdə kəsib ümumi borudan ayıran Qaz İdarəsi, xx.xx.2023-cü il tarixə qədər onun evinə qaz verilişini dayandırmışdılar. Qaz xəttini kəsmələri hansı formada sənədləşdirilib?! Şikayət etdikdən sonra özləri xx.xx.2023cü il tarixdə xəttini qoşaraq, evə qaz verilişi bərpa edilmişdir. Qış vaxtlarında ailəsi ilə birlikdə çox vaxt ünvan 3 ünvanı) yaşadığı üçün, qaz sərfiyyatı Cavabdeh evində fərqli rəqəmlərlə abonent saldosunda öz əksini tapıb, Hər ay ödənişlər icra edilib. Həmçinin adında rəsmi olaraq **********7 nömrə ilə qeydiyyatdan keçmiş mexaniki sayğacın göstəriciləri 2022-ci ildə və 2023-cü ilin mübahisələndirən aylarında sayğacın göstəriciləri dəyişib. Əgər sayğac yerində olmamışdırsa, göstərici necə dəyişib? (bax.xx.xx.2023-cü il tarixli abonent saldosu) Digər tərəfdən sayğacın plombu qırılmayıb. (bax.xx.xx.2023-cü il tarixli ******* nömrəli akta) Sayğac işlək vəziyyətdə olub. Belə olan halda, onun sayğa cını yerindən necə və kim çıxarda bilərdi! Evdə olmayan vaxtlarda küçədə bu hərəkəti edirlərsə, o bu barədə məlumatlandırılmalıydı. Baş verənlərdən sonra həyətdə kamera quraşdırmışdır. Həmin vaxtlarda kamera işləmirdi. Abonent olaraq onun evində Qaz İdarəsi tərəfindən əvvəl elektron sayğac quraşdırıldığı üçün, sonradan həmin sayğacın mexaniki sayğaca keçirilməsi və s. halların səbəbləri ona aydın deyildir. İlkin iddiaçının “Lipa” adlandırdığı həmin sayğacı ekspertizaya təqdim edilməsini və “Lipa” sayğacının onun xəttində necə quraşdırıldığı, yəni mövcudluğunu imzası ilə təsdiq olunmuş aktın surətini ilkin iddiaçıdan tələb edilməlidir. Əgər o Qaz İdarəsinə borclu kimi yanvar 2023-cü il tarixdən ilkin iddiaçı qeyd etmişdirsə, onda fevral, may və sentyabr 2023-cü il dövrlərində ona elektron s istemdə qeyd etməklə, təqdim olunmuş bildiriş xəbərdarlıqlarda nəyə görə cərimə məbləği, yəni 7.983,36 manat qeyd olunmamışdır. İlkin iddiaçı yalnız oktyabr 2023-cü il tarixdə onun hesablarında borc məbləğlərini əlavə etməklə onu Qaz İdarəsinə borclu kimi oktyabr 2023-cü il tarixdən göstərməyə başlamışlar. Həmin vaxta qədər borclu kimi qeyd edilməmişdir.
12. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı İB-nin iddiasına etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, ”Azəriqaz” İB-i xx.xx.2023-cü il tarixli (sonradan tarix dəyişilmiş xx.xx.2023-cü il kimi qeyd edilmişdir) ******* saylı aktında qaz sayğacına baxış keçirilən zaman son 3 rəqəmi silinmiş mənşəyi məlum olmayan (“lipa”) sayğacdan qeyri–qanuni olaraq istifadə olunması iddiasına etiraz olaraq bildirmişdir ki, əgər “lipa” sayğacı quraşdırılmışdırsa niyə o sayğac rəsmi olaraq sənədləşdirilib götürülməmişdir. Həmin sayğac haradadır və ya kimdədir? Bu sayğacın xətdən ayrılaraq götürülməsini təsdiq edən video görüntü yoxdur. Abonentin öz sayğacı kim təfərindən və nə vaxt yerinə quraşdırılıb, bu sayğacın plombu necə vurulmuşdur? Abonentin sayğacı özünün yerinə quraşdırılmasını təsdiq edən video görüntü yoxdur. Əgər “Lipa” adlandırılan sayğac aşkar edilmişdirsə, buna baxış keçirilməklə mütəxəssis rəyi verilməli idi. Mövcud olmayan qanunsuz “Lipa” sayğacı fakt olaraq yoxdur. Akt əsassız olduğundan bu akt əsasında tərtib edilmiş iddianın hüquqi əsası və sübut mövcud olmadığı üçün ilkin iddia rədd olunmalıdır.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-2126/20 23 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 12,50 manat və 99,96 manat dövlət rüsumunun 30 manatı tutularaq İddiaçı İB-nin hesabına köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh **********00006 nömrəli abonent koduna hesablanmış borcun 7.983,36 manat abunə hesabından silinməsi və 100 manat dövlət rüsumunun 99,84 manatın İddiaçı İBdən tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Səbail rayonu, 216 1ci yaşayış massivi ünvanında yerləşən fərdi evə gələn təbii qazın sərfiyyatını ölçən sayğaca İddiaçı İB əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2023-cü il tarixli ******* saylı aktda yaranmış problemin səbəbi kimi 1002AQ10100173xxx son 3 rəqəmi silinmiş mənşəyi məlum olmayan (“lipa”) sayğacdan qeyri –qanuni olaraq istifadə olunduğu kimi göstərilmişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh fərdi evindən kənarda mənşəyi məlum olmayan sayğacın məhz onun tərəfindən quraşdırılması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.
16. Məhkəmə digər tərəfdən qeyd etmişdir ki, abunə hesabından çıxarışda iddiaçının qazdan istifadə ilə əlaqədar il ərzində apardığı ödənişinin cəmi məbləğinin 2021-ci ildə 2998.20 manat, 2022-ci ildə 2346 manat təşkil etməsi qarşılığında, cavabdeh təşkilat tərəfindən 90 günə görə 7.983,36 manat əlavə borcun hesablanması məntiqli və əsaslı hesab edilə bilməz.
17. Məhkəmə hesab etmişdir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyan hesabat dövrü kimi 90 gün əsas götürülmüşdür. Lakin görünüdyü kimi hesabat dövrünün 90 gün götürülməsi belə yuxarıda göstərilən Qanunun tələblərinə cavab vermir.
18. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinə, “X1nın Təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3, 6.5-ci bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələ rinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni ilkin iddia üzrə tələbin təmin edilməyən və qarşılıqlı iddia tələbi üzrə təmin edilən hissələrində ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayəti veriməsi üçün ödənilmiş 49 manat məbləğində dövlət rüsumunun əvəzinin ilkin iddia üzrə cavabdehdən tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçini n buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normalarına mübahisələndikləri qətnamədə istinad olmasına baxmayaraq, məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii X1nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan göründüyü kimi, cavabdehə məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən sonuncunun təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi faktı, yəni qanunsuz 1002AQ10100173xxx son 3 rəqəmi silinmiş mənşəyi məlum olmayan (“lipa”) sayğacdan isti fadə olunduğu aşkar edilmişdir. Bu faktı cavabdeh də etiraf etmişdir. Məhkəmə isə bu hal üzrə səhv qənaətə gələrək maddi hüquq normasında vurulmuş zərərin tam tələb etmə hüququn pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin mənşəyi məlum olmayan sayğacdan istifadə edərək təbii qazı talaması faktına göz yummuş, cavabdehin bu hala görə məsuliyyətinin ola bilməməsi kimi qiymətləndirərək İddiaçı İB-nin hüquqlarının pozulmasına əsas olan qətnamə qəbul etmişdir. Beləliklə məhkəmə maddi hüquq normalarında təsbit olunmuş və iddiaçıya zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun pozulmasına əsas olmuş qanunsuz qətnamə qəbul etmişdir. Bundan başqa cavabdeh qarşılıqlı iddia ərizəsində öz tələbinin nə dərəcədə əsaslı olması ilə bağlı heç bir mötəbər sübut təqdim etm əmişdir. Cavabdeh öz tələbində iş materiallarında olan İddiaçı İB tərəfindən tərtib edilmiş rəsmi sənədlərə istinad edilmişdir ki, bu da qarşılıqlı iddia ərizəsinin birbaşa rədd edilməsi üçün əsasdır. Lakin məhkəmə cavabdeh tərəfindən haqlı olması ilə bağlı hər hansı bir sübutun onun tərəfindən verilməməsinə baxmayaraq, sonuncunun uydurma izahatı əsasında səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir. İş materiallarında olan İddiaçı İB tərəfindən tərtib edilmiş yazılı sübutlar isə birbaşa qarşılıqlı iddia tələbinin rədd edilməsi üçün əsaslardır. Abonentin təqsirsiz olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan sübutlara nəzər yetirdikdə cavabdehin mənşəyi məlum olmayan (“lipa”) sayğacdan uzun müddət istifadə etməsi açıqaşkardır. Bu hal isə onu deməyə əsas verir ki, məhkəmənin cavabdehin təqsirsiz olmasına dair formalaşmış fikri iş materiallarında olan sübutlarla müqayisədə öz təsdiqini tapmamışdır. Bununla yanaşı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “...abunə hesabından çıxarışda iddiaçının qazdan istifadə ilə əlaqədar il ərzində apardığı ödənişinin cəmi məbləğinin 2021-ci ildə 2.998,20 manat, 2022-ci ildə 2.346 manat təşkil etməsi qarşılığında, cavabdeh təşkilat tərəfindən 90 günə görə 7.983,36 manat əlavə borcun hesablanması məntiqli və əsaslı hesab edilə bilməz”. Məhkəmə belə səhv qənaətə gələrkən qanuni quraşdırılmış, yəni müvafiq qaydada laboratoriya tərəfindən təftiş edilmiş təbii qazın həcmini ölçən sayğacla əldə edilməsi bilinməyən və düzgün işləməsinə şübhə olan sayğacın qeyd etdiyi təbii qazın sərfində mütləq qaydada fərqin olma sını nəzərə almamışdır. Bu faktdır. Məhz bu məqsədlə də, yəni sayğacdan keçən təbii qazın həcminin düzgün ölçülməsinin qarşısının alınması məqsədilə mənşəyi məlum olmayan sayğac cavabdeh tərəfindən quraşdırılmışdır. Belə olan təqdirdə məhkəmə qanuni quraşdırılmış sayğacdan kənar təbii qazın talanması faktına göz yummuş, cavabdehin təqsirsiz olması qənaətinə gəlmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir.
21. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının 13 may 2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, təbii X1nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında İddiaçı İB-nin əməkdaşları tərəfindən qaz qurğularının maksimal saatlıq qaz sərfiyyatına görə sutkalıq 24 sa at və hesabat müddəti 360 gün götürülməklə 66.528 m³ həcmində, 7.983,36 manat məbləğində dəymiş ziyan hesablanmış və 2023-cü ilin yanvar ayında Bakı şəhəri, Səbail rayonu, 2011 (Abonent kodu: **********00006) ünvanında yaşayan Cavabdeh abonent hesabına daxil edilmişdir. Tərtib edilmiş aktlara əlavə edilmiş sənədlərin təhlili abonentin sayğacdan kənar qazdan istifadə etməsini tam təsdiq etmir. Belə ki, aktlarda abonentin və hal şahidlərinin imzaları yoxdur. Bu baxımdan cavabdehə hesablanan borcun məbləği həqiqəti əks etdirmir. İddiaçı İB-nin qərardadda göstərilən məlumatları nəzərə alınmaqla Cavabdeh abonent hesabına daxil edilmiş 7.983,36 manat borc məbləğinin həqiqi və düzgün olması toplanmış materialların araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Qeyd olunduğu kimi, istehlakçı tərəf indən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X1”na dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan istehlakçı tərəfindən sayğaca müdaxilə faktı sübuta yetirilərsə analogiya üzrə “X1”nın 6.5-ci, 6.5-1-ci ve 6.5-2-ci bəndlərinə asaslanaraq, iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 1 ədəd PQ-3 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,9 m³ (1 * 0,9 m³= 0,9 m³) 1 ədəd qənaətli su q ızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 m³ (1 * 1,5 m³ =1,5 m³), 1 ədəd 40 kVt-luq Kombi tipli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 4,3 m³ (1*4,3 m³ =4,3 m³), 1 ay istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 1 ədəd PQ-3 məişət tipli qaz plitəsi üçün 1 * 0,9 m³ x 6 saat x 30 gün = 162 m³; 1 ədəd qənaətli su qızdırıcısı üçün - 1 * 1,5 m³ x 6 saat x 30 gün= 270 m³; 1 ədəd 40 kVt-lıq Kombi tipli su qızdıncısı üçün - 1 * 4,3 m³ * 12 saat x 30 gün = 1.548 m³. Ümumilikdə abonentin təbii qazdan istifadəsi sübut edilərsə, sərf olunan təbil qazın hecmi 162 m³ + 270 m³ + 1.548 m³ = 1.980 m³ təşkil edə bilər.
22. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənmə si barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik İstehlak həcminin 1.200 m³ (1.200 m³) daxil olmaqla olan hissəsi üçün hər 1 m³ + 0,12 manat, illik istehlak həcminin 1.200 m³-dan 2.500 m³dək hissəsi üçün hər 1 m³- 10,2 manat, illik istehlak həcminin 2.500 m³ dən çox olan hissəsi üçün hər 1 m³ - i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 1.980 m³ qaz həcminin 1.200 m³ -i 4 0,12 manat (1.200 * 0,12 = 144 manat), 780 m³ -i 0,20 manat ( 780 * 0,2 = 156 manat) olmasını nəzərə alaraq cəmi 144+156=300 manat məbləğində vurulmuş zərər müəyyən edilə bilər.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2230/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hak imlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, təbii qazdan qanunsuz istifadəyə görə Cavabdeh İddiaçı İB-nin xeyrinə maddi ziyana görə tutulmalı məbləğ 312,50 manat müəyyən edilməsi, həmçinin Cavabdeh **********00006 nömrəli abonent koduna hesablanmış silinməli olan borcun məbləğin 7.683,36 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirimədən saxlanılması qət edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, maddi ziyanın məbləğinin 7.983,36 manat təşkil etdiyini iddia edən iddiaçı tərəfindən bununla bağlı əsaslı və şübhədənkənar sübut təqdim edilmədiyindən, mütəxəssis rəyi ilə isə maddi ziyanın məbləğinin 300 ma nat təşkil etdiyi müəyyən edildiyindən cavabdehdən maddi ziyana görə tutulan məbləğ 300 manat müəyyən edilməli, həmçinin 12,50 manat isə 2023-cü ilin ödənilməmiş sərfiyyat borcuna aid olduğundan ümumilikdə cavabdehdən tutulmalı olan məbləğ dəyişdirilməli, (300+12,50=312,50) 312,50 manat müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab etmişdir ki, dəymiş ziyanın məbləği 300 manat müəyyən edildiyindən həmin məbləğ iddiaçının silinməsi tələb edilən (7.983,36 manat) məbləğdən çıxılmalıdır. Çünki vurulmuş maddi ziyan 300 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia tələbi üzrə Cavabdeh **********00006 nömrəli abonent koduna hesablanmış borcdan silinməli məbləğ (7.983,36300=7.683,36) 7.683,36 manat müəyyən edilməlidir.
25. Məhkəmə gəldiyi nəticə nin əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 560.1, 560.3, 560.3.5.2-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 560.1, 560.3, 560.3.5.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3, 372, 384.0.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, yəni ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilən hissəsində lə ğv edilməsi və ilkin iddia tələbinin rədd edilən hissədə də təmin, qarşılıqlı iddia tələbinin isə təmin edilən hissədə də rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunlu dəlillərlə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini poza raq, düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasın ın Mülki Məcəlləsi.
30. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməmə si (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
35. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
36. Maddə 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunve riciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
38. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
40. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
41. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaql a, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsu z qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir;
42. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, tex niki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isteh lakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”.
43. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
44. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
45. Bənd 2.12. İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşı yırlar.
46. Bənd 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
47. Bənd 3.4.1. Özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır.
48. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təch iz edilir, quraşdırılır və dəyişdirilir;
49. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır;
50. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır;
51. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar;
52. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilm əsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir;
53. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
54. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
55. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaları.
56. Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
59. Maddə 76.2. Məlumatlar yazıl ı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticəl ənə bilsin. Kassasiya baxışının hədləri:
67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən ilk iddia təmin edilməmiş hissəsində, qarşılıqlı iddia isə təmin edilən hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmi n hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
71. Məhkəmə kollegiyası kassasiya şikayətinin ekspertizanın təyin olunmaması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, məhkəmə faktiki olaraq işdə olan sübutlar üzrə qiymətləndirmə apararaq sayğacdan kənar istifadə edilən təbii qazın həcmini müəyyən etmişdir. Bu vəziyyətdə ekspertiza təyin edilməsi üçün hər hansı zərurətin olması müəyyən olunmur.
72. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelly asiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 75. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
76. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
77. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
78. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
79. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2230/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir v