Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3637/2020 17.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: alimentin artırılması Açar sözlər: alimentin dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdeh və vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14821/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktik i halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) birgə nikahından xx.xx.2013-cü il tarixdə X2 və xx.xx.2014-cü il tarixdə X3 anadan olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1234/2019 nömrəli iş üzrə xx.xx.2019 tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 160, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. CavabdehXXXndə mühafizə zabiti vəzifəsində xidmət edir və aylıq pul təminatı 1313.20 manat təşkil edir. Birinci və a pelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1234/2019 nömrəli, xx.xx.2019 tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləginin dəyişdirilərək, azyaşlı Mədinənin və Xədicənin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun qazancının 1/3 hissəsində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan RespublikasıXXXndə mühafizə zabiti vəzifəsində xidmət edir və aylıq pul təminatı 1313.20 manat təşkil edir. Cavabdehin iş yeri və daimi əmək haqqı olduğundan ondan sabit pul məbləğində aliment tutulmamalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəm əsi) 2(005)-4225/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-14821/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq uşaqların anaları ilə yaşadığını, cavabdehin daimi iş yeri olmaqla aylıq 1313.20 manat pul tə minatının olduğunu nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosesual hüquq normalarını pozmuş, onları səhv təfsir etmişdir. Belə ki, qanunverici uşaqları saxlamaq vəzifəsini hər iki valideynə aid etmişdir. Odur ki, birgə nikahdan olan uşaqları saxlamaq vəzifəsi yalnız cavabdehin üzərinə qoyula bilməz. Məhkəmə qətnamə qəbul edərkən, cavab dehin maddi və ailə vəziyyətini, habelə digər diqqətəlayiq halları nəzərə almamış, Ailə Məcəlləsinin 112.1-ci maddəsini tətbiq edərkən cavabdehin ailə və maddi vəziyyətində müsbətə doğru hər hansı bir dəyişiklik olmamasına diqqət yetirməmişdir. Bundan başqa, cavabdeh yeni ailə həyatı qurmuş, bu isə yeni ailənin saxlanması üçün əlavə maddi vəsait tələb olunması deməkdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il № 82/2016 saylı Qərarının müddəalarını, həmçinin “Yaşayış minimumu haqqında” Azərbaycan RespublikasıQanunu ilə 2019-cu ildə uşaqlar üçün yaşayış minimumunun 160 manat müəyyən edildiyini nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassator və vəkili məhkəmə kollegiyasının iclasında şikayətin təmi n edilməsini, qətnamənin ləğv olunaraq işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasın a istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi qətnaməsinin tam ləğvini xahiş etdiyindən, məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Maddə 78.1. Va lideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə
112. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu Maddə
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə
19. Valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının tə min etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş üzrə məhkəmələr tərəfindən hazırkı işə baxılması zamanı müəyyən edilmişdir ki, cavabdehin sabit aylıq gəliri vardır, onun qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən deyildir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsi alimenti cavabdehin aylıq pul təminatının 1/3 hissəsi tutmaqla qanunvericiliyin tələblərinə uyğun qərar qəbul etmişdir. Kassator şikayətində qanunverici tərəfindən uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid edildiyini vurğulayaraq, uşaqları saxlamaq vəzifəsinin yalnız ona aid edilməsinin əsassız olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı ilk növbədə qeyd edir ki, sabit gəliri olan valideyindən alimentin onun qazancının (başqa gəlirlərinin) bir hissəsi kimi tutulması qanunun imperativ göstərişidir. Bununla yanaşı, uşaqlardan ayrı yaşayan valideynlərdən birinin üzərinə aliment öhdəliyinin qoyulması birmənalı olaraq həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki uşağın ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün tələb olunan bütün digər zəruri xərclər onun himayəsində qaldığı valideyinin üzərinə düşür. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında aliment məbləğinin müəyyən olunması ilə bağlı Plenum qeyd etmişdir ki, “alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır..... Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən mün asibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il № 8-2/2016 saylı Qərarının 8.13-cü bəndində qeyd olunur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14821/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.