Məhkəmə qərarları › İş №2(102)-3639/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3639/2020

04.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3639/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Süleymanov Mərdəli Binəli oğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim P.Hüseyno v) iddia qismən təmin edilmiş, avtomobilə dəymiş ziyana görə 46381 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun 24 manatının cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən, məruzəçi), A.İmanov və V.Sadıqov, 2(103)14621/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3242/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən onun xeyrinə ididaçının əmlakına dəymiş 50000 manat maddi zərər, avtomobilin dayanacaqda saxlanılması xərci kimi 9240 manat və ödənilmiş 30 manat dö vlət rüsumu olmaqla, cəmi 59270 manat pulun tutularaq ödənilməsi barədə iddiası təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri qismində 120 (yüz iyirmi) manat pulun İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlakına dəymiş 50000 manat maddi zərər, avtomobilin dayanacaqda saxlanılması xərci kimi 9240 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 59270 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 99 XJ-*** dövlət nömrə nişanlı, DAF markalı yük avtomobilini cavabd eh «xxxx» ASC-də xx.xx.2015-ci il tarixdə üç il müddətinə kasko sığortası ilə sığortalamış, bu barədə MB********** saylı sığorta şəhadətnaməsi verilmiş və xx.xx.2015-ci il tarixdə müvafiq qəbzlə 4845 manat sığorta haqqı ödəmişdir. Avtomobil yük daşıyarkən xx.xx.2016-cı il tarixdə Türkiyə Respublikasının Ordu şəhərində avtonəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobilə küllü miqdarda zərər dəymişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti sığorta məbləğini verməkdən imtina etmişdir ona görə ki, hadisə baş verən zaman avtomaşını sığortalı şəxs deyil, başqa şəxs idarə etmişdir. Onun həmin avtomaşını idarə etmək üçün “E” kateqoriyalı sürücülük vəsiqəsi olmamışdır və sığorta müqaviləsi bağlananda cavabdeh təşkilat bunu bilirdi. Ona görə avtomobili idarə etmək üçün müvafiq etibarnamə əsasında X-a vermişdir. Hadisə baş verdikdən sonra qaydalarda nəzərdə tutulmuş müddət ərzində qəza barədə cavabdehə məlumat verilib. Cavabdehin tələbi üzrə qəzanın baş verməsinə dair yol polisinin müvafiq protokolunu və avtomobilin şəkillərini ona təqdim edib. Dəymiş zərərin ödənilməsi barədə müraciətinə cavabdeh imtina cavabı verilib. Cavabdeh sığorta ödənişindən imtina olunması üçün əsaslandığı 2.0.7, 5.3, 5.4 və 17.1.1.2-ci maddələr Sığorta Qaydalarında yoxdur. Yalnız həmin Qaydaların 3.12-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsi qanunvericiliyə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə olunduğu zaman dəyən zərərlər ödənilmir. X-In avtomobili idarə etmək üçün səlahiyyəti olub. Sığorta müqaviləsi bağlanarkən cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş müvafiq etibarnam ə əsasında avtomobilin idarə edilməsini kifayət hesab edib. X-a avtomobili idarə etməyi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq etibarnamə əsasında verib. Eyni zamanda avtomobil qəzadan sonra hazırkı günədək Türkiyə Respublikasında dayanacaqda saxlanılmaqdadır, saxlamaya görə borcu yaranıb. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbini rədd edərkən göstərmişdir ki, cavabdehin sığorta ödənişi ödəməkdən imtinası qanuni və əsaslıdır, beləki, tərəflər arasında bağlanmış sığorta müqaviləsindən (5.3-cü bəndi) görünür ki, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallarda sığorta təminatı verilə bilər və başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Göründüyü kimi sığorta müqaviləsində avtomobilin başqa şəxslər tərəfindən idarə edilməsinin sığorta hadisəsi hesab olunmaması şərti açıq-aşkar ifadə edilmiş və iddiaçı həmin şərtin əks olunduğu müqaviləni imzalamışdır. Bu səbəbdən də cavabdehin imtinası əsaslıdır və iddia tələbi, təmin oluna bilməz. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Süleymanov Mərdəli Binəli oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə l azımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, y əni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İşin mübahisəsiz halları bunlardan ibarətdir ki, iddiaçının mülkiyyətində olmuş, 99 XJ-*** dövlət nömrə nişanlı, DAF markalı yük avtomobili cavabdeh «xxxx» ASC tərəfindən xx.xx.2015-ci ildə üç il müddətinə kasko sığortası ilə sığortalanmış, bu barədə MB********** saylı sığorta şəhadətnaməsi ve rilmiş və kasko sığortası üçün üç illik (2015-2018) olmaqla xx.xx.2015-ci il tarixdə müvafiq qəbzlə 4845 manat sığorta haqqı ödənilmişdir. Həmçinin avtomobilə yük daşınarkən Türkiyə Respublikasının Ordu şəhərində avtonəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobilə küllü miqdarda zərər dəymişdir. Avtonəqliyyat hadisəsi baş verdikdən sonra qaydalarda nəzərdə tutulmuş müddət ərzində iddiaçı baş vermiş qəza barədə cavabdehə məlumat vermişdir. İş üzrə birinci instansiya məhkəməsində ekspertiza təyin edilmiş və AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli, «20372» saylı rəyindən görünür ki, avtomobilə dəymiş zərərin ümumi məbləği 48.381 manat təşkil edir. Tərəflər arasında sığorta müqaviləsi bağlanarkən iddiaçının həmin avtomobili idarə etmək üçün hüquq verən «E» kateqo riyalı sürücülük vəsiqəsi olmamışdır və bunu müqavilə bağlayan cavabdeh bilmişdir. Hazırkı işdə cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, sığorta hadisəsi baş verən anda avtomaşını sığortalı şəxs idarə etmədiyi üçün sığorta ödənişi aparıla bilməz. Çünki sığorta müqaviləsinin şərtlərinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallarda sığorta təminatı verilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisənin düzgün həlli ilə bağlı tərəflər arasında bağlanmış müqavilə təftiş olunmalıdır. Həmin müqaviləni tədqiq edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, avtomaşını idarə edən sığortalı hesab olunmadığından sığorta məbləği verilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MM-nin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Ümumiyyətlə sığortanın mahiyyəti ondan ibarətdir ki, əmlak sahibi əmlakının məruz qala biləcəyi r isklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin ödənilməsi üçün müəyyən sığorta haqqı ödəmək müqabilində özünü təminatlandırır. Müqavilə bağlanarkən aydın olmayan və yaxud şübhəli görünən təminata görə ödənişin aparılması məntiqsizdir. İşin mübahisəsz halı ondan ibarətdir ki, iddiaçı sığorta müqaviləsi bağlayarkən onun həmin yük avtomaşınını idarə etməyə səlahiyyət verən kateqoriyadan olan sürücülük vəsiqəsi olmamışdır. Bunu qarşı tərəf də bilirdi və avtomaşını sığorta etməyə görə heç də az olmayan məbləğdə-4845 manat sığorta haqqı almışdı. Yük avtomaşını onu idarə etmək, yük daşımaq üçün sığortalanır, iddiaçının həmin avtomaşını eksponat kimi saxlamaq barədə fikirləri yox idi. Ona görə İddiaçının avtomaşını ondan başqa digər şəxslərin idarə edə bilməməsi barədə sığorta təşkilatı ilə ra zılığa gəlməsi məntiqsizdir və onun əsl iradəsinə uyğun deyil. Bundan başqa, müqaviləyə diqqət yetirsək həmin müqailədə bir-birini istisna edən çoxmənalı bəndlərə rast gəlmək olar. Beləki, Müqavilədə sığortalanan şəxs kimi X1 göstərilmişdir. Müqavilənin məzmununu oxuyanda həmin avtomaşını məhz sığortalı şəxsin idarə edəcəyi birmənalı istisna olunur. Beləki, sığorta şəhadətnaməsinin məzmununda deyilir ki, avtomobilin kommersiya məqsədi ilə istifadəsi istisna olmaqla, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək səlahiyyəti verilmiş şəxsin yaşı 21-dən aşağı və ya sürücülük təcrübəsi 1 ildən az olduqda 2000 manat şərtsiz azadolma tətbiq olunacaq. Digər bənddə deyilir ki, avtomobilin kommersiya məqsədi ilə istifadəsi istisna olmaqla, sığorta hadisəsi sığortalanmış avtomobili i darə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində baş verdikdə 2000 şərtsiz azadolma tətbiq ediləcək. Adi qaydada yuxarıda qeyd olunan şərtlərlə tanış olan şəxsin gəldiyi ilk qənaət ondan ibarət olar ki, avtomaşını digər şəxslər idarə edə bilər, lakin sürücünün yaşı 21-dən az olarsa, sürücülük təcrübəsi 1 ildən az olarsa, və yaxud hadisə onun günahından baş verərsə şərti azad olma məbləği 2000 manat olacaq. Deməli bu şərtlər qadağan etmir ki, avtomaşını digər şəxslər idarə edə bilər. Bu qadağalar sığortalıya şamil oluna bilməzdi, çünki sığorta müqaviləsi bağlayanda sığorta şirkəti bilirdi ki, sığortalının həmin avtomaşını idarə etməyə hüququ yoxdur, eyni zamanda müqavilə bağlayanda onun artıq 36 yaşı vardı. Deməli həmin şərtlər avtomaşını qanuni əsaslarla digər şəxslərin idarə etməsi üçün nəzərdə tutmuşdu. Bir halda ki, şəhadətnaməyə görə avtomaşının başqa şəxs tərəfindən idarə olunmasına razılıq verilmirdi, onda həmin şərtlərin də müqaviləyə salınmasına zərurət yox idi. Müqavilənin başqa şərtində deyilir ki, nəqliyyat vasitəsi qanunvericiliklə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilən zaman baş verən zərərlər sığorta təminatına daxil deyildir. Şəhadətnamənin “qeyd” hissəsindəki başqa bənddə yazılmışdır ki, avtomobil şəhadətnamədə sığorta olunan kimi göstərilən şəxslərdən başqa digər şəxslər tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil deyil və belə halda sığorta ödənişi verilməyəcək. Göründüyü kimi şəhadətnamədə zidiyyətli məqamlar var, bir tərəfdən sığorta şirkə ti sığortalı kimi ancaq sığorta olunanı tanıdığını deyir, eyni zamanda həmin müqavilədə avtomaşının digər şəxslər tərəfindən idarə olunması imkanlarını ehtiva edən bəndləri müqaviləyə daxil edir, onlara görə şərtsiz azadolma qaydaları müəyyən edir və sonda qeyd hissədə ziddiyyətli fikir yazaraq avtomaşını sığortalıdan başqa digər şəxsin idarə edəcəyi halında sığorta məbləği ödəməyəcəyini bildirir. Müqavilənin ziddiyyətli bəndləri onu təklif edənin ziyanına yozulmalıdır. Çünki sığorta şirkəti əmlakı sığorta etməklə gəlir götürən təşkilatdır. Müqavilə bağlanmasını təklif edən, onu reklam edən şirkətdir. O, daha geniş sığorta xidmətləri təşkil etməklə bazarda qazanc əldə edir. İddiaçı avtomaşını sığorta etdirməklə xeyli vəsait ödəmiş, onun təminatı olmayan şəhadətnaməyə görə həmin məbləğdə pu l ödəməsi ağalbatan deyil və iradəsini ifadə edə bilməzdi. İşə baxan nə 1-ci instansiya məhkəməsi və nədə Apellyasiya instansiyası Məhkəməsi həmin bəndin qanuniliyinə qiymət vermədən qərarlar qəbul etmişlər. Ona görə işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi müqavilənin ziddiyyətli bəndləri ilə bağlı dəyərləndirmə aparmaqla qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında müqavilə azalığı ilə bağlı formalaşdırmış olduğu mövqe belədir ki, (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Re spublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxx 2018-ci il tarixli qərarı, və.s.digər qərarlarında) müqavilənin məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada MM-in əqdlərin etibarsızlığına dair 339-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip MM-in 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur. MM-in 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdir lər. Qeyd olunan normaların müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkə t etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Apellyasiya instansiyası Məhkəməsi qətnamə çıxararkən sadalanan halları nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını işin hallarına düzgün tətbiq etməmişdir ki, bu da qətnamənin kassasiya qaydasında ləğvi üçün əsasdır. Nəticə: Kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar