Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3641/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Abbasov Rəfail Arif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, 15481,42 AB Ş dolları əsas, 7700,87 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün illik 5 % ilə hesablanmış 324,65 ABŞ dolları faiz borcunun və 300 ABŞ dolları dəbbə pulu, cəmi 23806,94 ABŞ dolları borcun Cavabdeh1 iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 88000 manat müəyyən edilməsi və açıq hərraca çıxarılması, satışdan əldə edilən vəsait hesabına borcun Banka ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 verilməsi, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddiaçı tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tar ixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən, məruzəçi), A.İmanov və V.Sadıqov, 2(103)-815/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1404/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində, faiz borcunun və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti (hazırkı adı – “xxxx” ASC, bundan sonra – Bank) cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 15481,42 ABŞ dolları əsas borc, 8971,25 ABŞ dolları faiz borcu, 2889,28 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 324,65 ABŞ dolları olmaqla, cəmi 27666,6 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının əvəzinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 36 nömrəli evin 3a nömrəli mənzilinə (bundan sonra – ipoteka predmeti) yönəldilməsi, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına Banka olan borcun ödənilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı “xxxx” ASC apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin iddia tələ binin təmin olunmadığı hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti faiz, dəbbə hissəsində və ipotekanın ilkin satış qiyməti hissəsində mübahisələndirilir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Abbasov Rəfail Arif oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yer i haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 19-G1-1-0-500-15 saylı kredit müqaviləsinə əsasən, Bank borcalana 36 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 20000 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni tarixli və saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı olaraq ipoteka predmeti ipoteka ilə yüklü edilmiş və yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyy ə arayışına əsasən, Cavabdeh1 xx.xx.2019-cu il tarixə Banka tələb edilən məbləğdə borcu hesablanmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixinə Cavabdeh1 Banka əsas borcu 17703,98 ABŞ dolları, faiz borcu 7700,87 ABŞ dolları, 5% dərəcəsi ilə hesablanmış faiz borcu isə 368,83 ABŞ dolları təşkil edir. “X3” MMC-nin xx xxxxxxxx 2019-il tarixli hesabatına əsasən, ipoteka predmeti olan mənzilin bazar dəyəri 88000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 445.7, 448.1, 449.1, 449.2, 449.3 və 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 34.1.1, 39.2, 3 9.3, 41.2 və 59.3-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən irəli gələn, iddia tələbi həcmində əsas və 5% dərəcəsi ilə hesablanmış zərər (əlavə faiz), ekspert rəyinə əsasən müəyyən edilmiş faiz borcu və azaldılmış cərimə borcu Bankın xeyrinə tutulmalı və tutma ipoteka predmetinə yönəldilməlidir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının şikayətində qeyd etdiyi ekspert rəyi kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. İddiaçı eks pert rəyini hansı səbəbdən əsassız hesab etdiyi barədə hər hansı ağlabatan dəlilə istinad etməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə istinadla haqlı olaraq tənasübsüz surətdə yüksək 2889,28 ABŞ dolları cəriməni 300 ABŞ dollarına azaltmışdır. Yuxarıda qeyd olunduğu kimi faiz borcu ekspert rəyi əsasında, həmçinin ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3641/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3641/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver