Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3642/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əldən çıxmış fayda, zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3786/2024 nömrəli iş üzrə 12 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 205,9 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir, sahə xx.xx.2016-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh icarəsində olub, xx.xx.2023-cü ildə iddiaçıya təhvil verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qanunsuz sahibliyində saxladığına görə Cavabdeh 51.110 manat məbləğində əldən çıxmış fayda kimi zərərin, qeyri-yaşayış sahəsində ona məxsus olan əmlakların Cavabdeh dövlət orqanlarına yaranmış borcuna gö rə satılmasına dair məhkəmə qərarları qəbul olunduğu üçün həmin əmlakların dəyəri olan 5300 manat real zərərin, əmlakın icarə haqqının qiymətləndirilməsi üçün ödənilmiş 100 manat məbləğində pulun, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində xidmət haqqının və 260,19 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixindən etibarən ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. Qeyd olunan əmlak onun mülkiyyətinə keçməmişdən öncə əvvəlki mülkiyyətçi tərəfindən 31 oktyabr 2016-cı il tarixli İcarə Müqaviləsinə əsasən Cavabdeh 31 yanvar 2017-ci il t arixə kimi aylıq icarə haqqı 500 manat olmaqla icarəyə verilmişdir. İcarə obyekti restoran fəaliyyəti göstərməsi üçün mülkiyyətçi tərəfindən bütün zəruri avadanlıqlarla (həmçinin mətbəx avadanlıqları ilə də) təmin edilmiş və müasir interyerə malik şəkildə icarəçiyə təhvil verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin qeyd olunan bəndinə əsasən icarə müddəti bir neçə dəfə uzadılmış, əmlak mülkiyyətinə keçdikdən (xx.xx.2020-ci il tarixindən) sonra da icarə münasibətləri 31 oktyabr 2016-cı il tarixli İcarə Müqaviləsinə əsasən davam etdirilmişdir. Müqavilənin müddəti sonuncu dəfə xx.xx.2021-ci il tarixin də daha 1 il müddətinə uzadılmışdır. Əvvəlki bir neçə ay ərzində icarəçi aylıq icarə haqqını hər ay vaxtında ödəmişdir. Lakin xx.xx.2020-ci il tarixindən etibarən icarəçi Cavabdeh tərəfindən icarə haqqı müxtəlif bəhanələrlə ödənilməmiş və xx.xx.2022ci il tarixinə qədər olan 20 ay ərzində onun icarəyə verənə 10000 manat icarə haqqı borcu yaranmışdır. Həmçinin icarə obyektinə gedərkən bir neçə dəfə orda digər şəxslərin də fəaliyyət göstərdiyinin şahidi olmuş, həmin şəxslərin dairəsini müəyyən edə bilməmişlər. Bütün bu hallar isə Cavabdeh tərəfindən icarə obyektinin üçüncü şəxslərə subicarəyə verilməsini təsdiq edir. Halbuki 31 oktyabr 2016-cı il tarixli İcarə Müqaviləsinin 7-ci bəndinə əsasən "icarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz". Belə olan halda müqaviləyə əsas ən üzərinə götürdüyü öhdəliklərin icarəçi tərəfindən kobud şəkildə pozulmasını və vaxtında yerinə yetirilməməsini nəzərə alaraq müqavilənin müddətinin uzadılmaması qərarına gəlmiş və müqavilənin 3-cü bəndinə əsasən icarə müddətinin bitməsinə 1 ay qalmış icarə müddətinin uzadılmayacağı barədə icarəçiyə yazılı bildiriş göndərmişdir (Bildiriş cavabdehə rəsmi qaydada xx.xx.2021-ci il tarixində çatdırılıb). Həmçinin bildirişdə icarə obyektinin xx.xx.2022-ci il tarixində qarşılıqlı təhvil-təslim aktına əsasən boşaldılaraq təhvil verilməsi tələb olunmuşdur. Artıq xx.xx.2022-ci il tarixdə müqavilənin müddətinin bitməsinə baxmayaraq icarəçi icarə obyektini boşaldaraq icarəyə verənə təhvil verməmiş və icarə obyekti Cavabdeh qanunsuz sahibliyində qalmışdır. Bu səbəbdən də Cavabdeh qarşı "mülkiyyət hüququna yaradılmış maneələrə son qoyulması və icarə haqqının tutulması" tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən "mülkiyyət hüquqlarına maneələrə son qoyulması və Cavabdeh ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 205.9 kv.metr olan qeyri-yaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılması, həmin qeyri-yaşayış sahəsinin təhvil-təslim aktına əsasən İddiaçı təhvil verilməsi; Cavabdeh xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan dövrdə ödənilməmiş icarə haqqına görə 11250 manat, icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 manat, cəmi 12093,75 manat məbləğində pul vəsaitinin və 122,25 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh İ ddiaçı və digərlərinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə kimi müqavilənin qüvvədə olması, 10.000 manat qabaqcadan ödədiyi 20 aylıq icarə haqqının, 3.435 manat təmir xərclərinin, həmçinin də iddia üzrə cavabdehlərin hər birindən 6.000 manat əldən çıxmış qazancın və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1596/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilərək, ilk iddia üzrə Cavabdeh ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 205,9 kv.metr olan qeyriyaşayış sahəsindən ona məxsus əşyalarla birlikdə çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq ilk iddia üzrə İddiaçı təhvil verilməsi, Bakı şəhəri 3 saylı B akı "ASAN xidmət" mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli 3M-658 reyestr nömrəli icarə müqaviləsi üzrə yaranmış 11.250 manat borc və icarə haqqının ödənilməsini gecikdirdiyinə görə 843,75 manat əldən çıxmış fayda olmaqla, cəmi 12.093,75 manat pulun ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8007/2022 saylı, 29 dekabr 2022ci il qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)1779/2023 saylı qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8007/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qeyd olunan iş üzrə icra vərəqəsi verilmiş və Yasamal rayon İcra şöbəsi tərəfindən icra vərəqəsi xx.xx.2023-cü il tarixində icra edilərək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq həmin tarixdə ona təhvil verilmişdir. Göründüyü kimi xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh qanunsuz sahibliyində qalmış və həmin müddət ərzində o, xüsusi mülkiyyətində olan əmlakdan istifadə edərək gəlir götürmək hüququndan məhrum edilmişdir. Bunun müqabilində isə Cavabdeh bu müddət ərzində qeyd olunan əmlakı qanunsuz sahibliyində saxlamaqla oranı restoran kimi istifadə etməyə davam etmiş və gəlir götürmüşdür. Yuxarıda qeyd olunan qanunvericilik normaları, xüsusilə də Mülki Məcəllənin 157.5 və 1092.1.1-ci maddələri mülkiyyətçinin əşyanın onun sahibliyində olmadığı müddətdə əldən çıxmış faydanı əsassız varlanmış qanunsuz sahibdən tələb etmək hüququnu müəyyən etmişdir. Belə ki, həmin maddələrə görə əşya üzərində hüquqa malik olan şəxsin tələbi ilə qanunsuz sahibin əşyanın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini ödəmək, əşyanın onda olması ilə bağlı yaranan zərərlərin əvəzini ödəmək vəzifəsi müəyyən olunmuşdur. B u səbəbdən də hesab etmişdir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh əldən çıxmış fayda kimi zərər məbləği tutulub ona ödənilməlidir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 38 saylı "İcarə haqqının orta bazar dəyərinin müəyyən edilməsi barədə HESABAT"ından görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 2022-ci ilin əvvəlindən bugünə qədər aylıq icarə haqqının orta bazar dəyəri 3400 manat təşkil edir. Əvvəlki məhkəmə mübahisəsi zamanı məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə 2022-ci ilin fevral və mart aylarına görə hər ay üçün 500 manat, aprel ayının birinci yarsına görə də 250 manat olmaqla cəmi 1250 manat məbləğində pul Cavabdeh onun xeyrinə tutulmuşdur. Beləliklə hesab etmişdir ki, 2022-ci ilin fevral və mart aylarına görə hər ay üçün 2900 manat, aprel ayı üçün 3150 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək hər ay üçün 3400 manat olmaqla cəmi 51110 manat məbləğində əldən çıxmış fayda kimi zərərin, əmlakın icarə haqqının qiymətləndirilməsi üçün ödənilmiş 100 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməlidir. Həmçinin qeyri-yaşayış sahəsi ona təhvil veriləndən sonra məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi vergi ödəyicisi olan Cavabdeh tərəfindən restoran kimi istifadə edilən zaman Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerin yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna 11784.99 manat, İcbari Tibbi Sığorta Fonduna isə 505,87 manat borcu yaranmışdır. Qeyd olunan borc məbləğlə ri ödənilmədiyindən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 89.1ci maddəsinə əsasən xx.xx.2022 tarixli Qərarlar qəbul edilərək Cavabdeh icarəsində olan qeyriyaşayış sahəsində ona məxsus 5300 manat məbləğində əmlak siyahıya alınmışdır. Daha sonra isə vergi orqanı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakların satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərarları ilə vergi orqanının iddiası təmin edilmiş və həmin qərarlar qanuni qüvvəsini almışdır. Göstərilənlərdən məlum olur ki, Cavabdeh bu yolla da ona 5300 manat məbləğində real ziyan vurmuşdur. Bu səbəbdən də hesab etmişdir ki, həmin məbləğ də ondan tutulub ödənilməlidir.
4. Cavabdeh Rəfail oğlu iddiaya eti raz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsi olan boş sahəni əmlakın ilkin mülkiyyətçisi X1 xx.xx.2016-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürmüş və ayda 500 manat icarə haqqı ödəmişdir. O, icarəyə götürdüyü mübahisə predmeti olan qeyri-yaşayış sahəsində iaşə obyekti kimi fəaliyyət göstərmişdir, 6 nəfər işçi hökümət portalında qeydə alınmışdır, əmək haqqı almaqla orada çalışmışdır. Onlar üçün Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Vergi Xidmətinə ödənişlər etmişlər. Məhkəmənin nəzərinə çatdırmışdır ki, o, ünvan 4 ünvanda yerləşən 205,9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini boş vəziyyətdə icarəyə götürmüş, sonradan öz vəsaiti hesabına 1 ay müddətinə icarə haqqı ödəməsi nə baxmayaraq fəaliyyətinə uyğun təmir etdirmiş və avadanlığlarla təchiz edərək noyabr 2017-ci ildən fəaliyyətə başlamışdır. Uzun müddətdir ki, həmin iaşə obyektində fiziki şəxs kimi fəaliyyəti göstərmiş sahibkar kimi vaxtlı-vaxtında vergi ödəmiş və digər komunal ödənişlər etmiş, icarə haqqı vermişdir. Bundan sonra yeni mülkiyyətçi hazırki iş üzrə iddiaçı X4 ona qarşı iddia ərizəsi ilə Bakı şəhər Yasamal rayon Məhkəməsində qeyri-yaşayış sahəsinin boşaldılmasına dair iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, onun ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 205,9 kv.m olan qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, həmin qeyri-yaşayış sahəsini boşaldaraq iddiaçı X3 təhvil verməsi, xx.xx.2016-ci il tarixl i icarə müqaviləsi üzrə yaranmış ümümilikdə 12093,75 manat məbləğində pulun ondan tutularaq iddiaçı X3 ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icra olunmaq üçün icra şöbəsinə göndərilmişdir. Qətnamənin pul tələbinə aid hissəsi Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinə, qeyri yaşayış sahəsinin boşaldılması hissəsi isə Bakı şəhər Yasamal rayon İcra Şöbəsinə tapşırılmışdır. Bakı şəhər Yasamal rayon İcra Şöbəsinin xx.xx.2022- ci il tarixli icraata başlamaq haqqında Qərarının surətindən görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin e-2(004)1596/2022-022 saylı xx.xx.2022-ci il tarixli İcra Sənədi xx.xx.2022-ci il tarixində icra məmurunun icraatına daxil olmuş və həmin icra sənədinə əsasən icra məmuru xx.xx.2022-ci il tarixində İcraata başlamaq Haqqında Qərar qəbul etmişdir. Ba kı şəhər Yasamal rayon İcra Şöbəsi cavabdeh (borclu) kimi ona göndərdiyi bildirişin surətindən görünür ki, xx.xx.2022-ci ildə icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra edilməsi tələb olunur. Bakı şəhər Nəsimi rayon İcra Şöbəsi cavabdeh (borclu) kimi onun iş yerinə göndərdiyi borcun tutulmasına dair məktubun surətindən görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin e-2(004)-1596/2022-022 saylı xx.xx.2022-ci il tarixli İcra Sənədi əsasında onun əmək haqqının 50 % miqdarında 12093,75 manat borc tutularaq hazırki iddiaçı X3 ödənilməsi və 846,56 manat icra xərcinin Nəsimi rayon İcra Şöbəsinə ödənilməsi xahiş olunmuşdur. Məhkəmənin nəzərinə çatdırmışdır ki, Nəsimi rayon İcra Şöbəsinin icraata başlamaq haqqında Qərarına Əsasən onun əmək haqqından 2022-ci ildən borc tutu lur. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Qanunun tələbinə görə bu üç şərt məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməli mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər, törədilmiş əməlin hüquqa zidd olması; törədilmiş əməl nəticəsində başqa şəxsə zərər və ya ziyan vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Qanunun tələbindən də göründüyü kimi digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildisə şəxsin məsuliyyəti istisna edilir. Belə ki, zərərin əvəzinin ödənilməsi üçün zəruri olan hüquqi əsaslardan biri zərər vuran şəxsin təqsirli olmasıdır. Hesab etmişdir ki, iddiaçının iddia tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında qismən icra olunmamasına görə onun təqsiri olmadığından iddia tələbi rədd olunmalıdır. Mülki işin materiallarından və təqdim etdiyi sübutlardan da görünür ki, ilkin iddia üzrə cavabdeh kimi, o, hüquqlarından istifadə edərək Bakı şəhər Yasamal rayon Məhkəməsinin e-2(004)1596/2022 saylı qətnaməsindən narazı olduğundan qanunvericiliyin tələbi ilə kassasiya və apellyasiya şikayətləri etmişdir. Məhkəmənin yekun aktı çıxarıldıqdan sonra icra məmuru tərəfindən qətnamə icra olunmuş, onun tərəfindən qətnamənin icrasına heç bir maneələr yaradılmamışdır. Lakin id diaçı X4 ilkin iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə iddia verməmişdən öncə hüququndan sui-istifadə edərək, heç bir məhkəmə aktı qəbul edilmədən, xx.xx.2022-ci il də "xxxx" ASC-yə müraciət edərək icarəyə götürdüyü ünvan 6 ünvandakı qeyri-yaşayış sahəsinə enerjinin verilməsini dayandırmışdır. Digər tərəfdən yenədə iddiaçı hüququndan sui-istifadə edərək “Azərqaz” İB-yə etibarnamə üzrə nümayəndəsi Anar Bəhirli vasitəsi ilə 05 yanvar 2022-ci ildə ərizə ilə müraciət edərək, guya qaz xəttinin yararsız olduğunu bildirməklə obyektə təbii qazın verilməsini dayandırmışdır. Göründüyü kimi hazırki iş üzrə iddiaçı X4 hüququndan suiistifadə edərək obyektə qaz və işiq verilməsini qərəzli olaraq dayandırmaqla obyektin fəaliyyətinə imkan verməmişdir. Bunun nəticəsin də 8 nəfər işçi işsiz qalmış, onun xeyli miqdarda DVX-nə və DSMF-yə borcu yaranmışdır. Eyni zamanda Yasamal Rayon Məhkəməsinin qətnaməsi borc hissəsində icra olunarkən o, hüququndan istifadə edərək qeyd etdiyi kimi, apellyasiya və kassasiya şikayətləri etmişdir. Bu haldada o, hüququndan sui-istifadə etməmişdir. Qanunla ona verilən hüququndan qanunvericiliyin tələbinə daxilində istifadə etmişdir. Belə ki, qətnamə qismən icra olunmuş və tam icra olunması onun təqsiri üzündən olmamışdır, qanunvericiliyin tələbləri əsasında olmuşdur. Lakin, iddiaçı qanunla ona verilən hüquqlardan sui-istifadə edərək, guya qaz-işıq xəttində nasazlıq olması maneəsi ilə obyektə təbii qaz verilməsini və işığın verilməsini dayandırmışdır. Yuxarıda qeyd etdiklərini, qanunvericiliyin tələblərini rəhbər tutaraq iddia tələbinə etiraz edir və iddia tələ binin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 205.9 kv.m olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 3000 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Abbasov) xx.xx.2024-cü il tarixli 2(006)-223/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, qeyri-yaşayış sahəsinin qanunsuz saxlanmasına görə 42.000 manat kompensasiya cavabdehdən tutularaq iddiaçıy a verilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir.
7. Məhkəmə hesab edir ki, iddiaçı obyektin icarəçi tərəfindən qeyri-qanuni olaraq saxlandığı müddət üçün kompensasiya tələb etməkdə tamamilə haqlı olmuşdur. Lakin, kompensasiya iddiada qeyd edilən məbləğdə tutulmamalır. Belə ki, iddiaçı əldən çıxmış fayda kimi qeyd etdiyi məbləğin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü (obyektin təhvil veridiyi gün) il tarixinədək hər ayı üçün 3400 manat hesablanmaqla tutulmalı olduğunu qeyd etmişdir. Halbuki, qanuni qüvvədə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində 2020-ci ilin iyun ayından icarə müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixədək olan müddət üçün icarə haqqı və icarə predmeti olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən qaytarılmadığı üçün 2022-ci ilin fevral, mart və aprel ayının birinci yarısına görə də icarə haqqı məbləğində (843.75 manat) kompensasiyanın tutulması qət edilmişdir.
8. Beləliklə, kompensasiya 2022-ci ilin aprel ayının ikinci yarısından xx.xx.2023-cü il tarixindək hesablanmaqla iddiaçıya ödənilməlidir.
9. Məhkəmə kompensasiyanın hər aya görə tutulmalı olan məbləğinə gəldikdə Məhkəmə Ekspertiza Mərkəzinin rəyini əsas götürməklə ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 205.9 kv.m olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiymətinin təxminən 3000 manat müəyyən edilməsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 2022-ci ilin aprel ayının ikinci yarısından xx.xx.2023-cü il tarixinədək (14 ay) müddətinə hər aya görə 3000 manat hesablanmaqla 42 000 manatın tutulmalı olması qənaətinə gəlir.
10. Məhkəmə cavabdehin etirazında “iddiaçı X2 hüququndan sui-istifadə edərək obyektə qaz və işiq verilməsini qərəzli olaraq dayandırmaqla obyektin fəaliyyətinə imkan verməməsi” dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmənin sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən əldə edilmiş məlumata ünvan 8 ünvanda yerləşən “Kafe nişantaşı” adlı **********-13001 kodlu təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması barədə məlumat müəyyən edilməmiş, Yasamal rayonu, Mikayıl Müşfiq ev 12 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin xx.xx.2023-cü il tarixə olan məlumata əsasən aktiv vəziyyətdə olması müəyyən edilmişdir.
11. Məhkəmə cavabdehin etirazında “Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qe yri-yaşayış sahəsinin boşaldılması barədə icra sənədinin hərəkətsiz qalmasında onun heç bir təqsirinin olmaması” dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi ləğv edildikdə o artıq icarə obyektinin təhvil verməli olduğunu bilmişdir.
12. Məhkəmə iddianın “qeyri-yaşayış sahəsində ona məxsus olan əmlakların Cavabdeh dövlət orqanlarına yaranmış borcuna görə satılmasına dair məhkəmə qərarları qəbul olunduğu üçün həmin əmlakların dəyəri olan 5300 manat real zərərin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsinə dair iddiaçı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, göstərilənlər işin hər hansı halı ilə sübut edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələri, Mülki Məcəlləsinin 705, 157.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh əsasız olaraq icarə haqqının tutulması müddətində qanunsuz sahibliyində guya saxlamışdır. Cavabdeh icarə obyektini qanunsuz olaraq sahibliyində saxlamamışdır. Həmin obyektə vergi orqanının qərarı ilə üzərinə həbs qoyulmuş əmlaklar olduğundan, həmin əmlakları icra məmuruna və iddiaçıya saxlanc üçün təhvil verə bilmədiyindən obyektin giriş qapısının bi r açarını özündə saxlamış, digər giriş açarı isə iddiaçıda olmuşdur. Digər tərəfdən, iddiaçı ilə hər hansı icarə müqaviləsi olmadan iddiaçının hansı əsaslarla fəaliyyət göstərmədiyi dövr üçün (işığin, qazın verilməsi iddiaçı tərəfindən dayandırıldığı halda) icarə haqqı tələb etməsinədə məhkəmə hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi olmadığından cavabdehin heç bir öhdəliyi yaranmır. Eyni zamanda, qətnamənin icrasını icra məmuru mülki iş apellyasiya və kassasiya baxışında olduğundan və üzərinə həbs qoyulmuş əmlaklar olduğundan icra etməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə iddia verərkən hüququndan sui istifadə etmiş, cavabdehin icarə obyektini qanunsuz istifadəsində saxlamadığı halda, cavabdehin öz hüququndan vicdanla istif adə etdiyi halda, onun cavabdehlə icarə müqaviləsi olmadığı halda, Yasamal Rayon Məhkəməsinin qətnaməsinin icarə obyektinin boşaldılamasının cavabdehdən asılı olmayan səbəblərdən icra olunmamasını, icra məmuru tərəfindən qanuna uyğun icra sənədinin icra olunmadığını nəzərə almadan əsassız və qanunsuz iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə yuxarıda qeyd olunan xüsusatları araşdırıb hüquqi qiymət vermədən, maddi hüquq normalarını pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi apellyasiya qaydasında ləğv olunmalı, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3786/2024 nömrəli iş üzrə 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə (N.Cəfərov (sədrliyi və məruzəsi ilə), hakimlər İ.Şirinov və E.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
18. Birinci instansiya məhkəməsi düzgün olaraq əldən çıxmış faydanın xx.xx.2022-ci ildən deyil, 2022-ci il aprel ayının ikinci yarısından başlayaraq xx.xx.2023-cü ilədək olan dövr üçün tutulmasını qət edib. Belə ki, əvvəlki iddia üzrə qəbul olunmuş qətnamə ilə qət olunub ki, icarə müddəti bitdikdən sonra qeyri-yaşayış sahəsi qaytarılmadığı üçün icarə müddətinin bitdiyi xx.xx.2022-ci ildən sonrakı dövrə - 2022-ci ilin fevral, mart ayları və aprel ayının birinci yarısına görə 843,75 manat əldən çıxmış fay da tutulsun. Ona görə də iddiaçı 2022-ci ilin aprel ayının ikinci yarısından sonrakı dövrə görə belə tələb irəli sürə bilər.
19. Birinci instansiya məhkəməsi düzgün olaraq həmin dövrə görə 42.000 manat əldən çıxmış faydanın tutulmasını qət edib. Belə ki, qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 3.000 manat təşkil edir. 2022-ci il aprel ayının ikinci yarısından xx.xx.2023-cü ilədək olan 14 aylıq dövr üçün bu məbləğin cəmi 42.000 manat təşkil edir (14 ay x 3.000 manat = 42.000 manat). Bir neçə günlük fərqin əhəmiyyəti yoxdur, çünki 3.000 manat təxmini orta bazar qiymətdir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində bu qiymətin təxmini orta bazar qiyməti olduğu qeyd edilib, "xxxx" MMC-nin rəyində isə orta bazar qiymətinin daha yüksək - 3.400 manat olduğu q eyd edilib.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın təmin edilməsinə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 və 705-ci maddələrinin göstərişlərinə uyğundur. Qətnamə iddianın rədd edilməsin aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apelyasiya qaydasında yoxlanılmamışdır.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5, 705-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmi şdir.
23. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr öz araşdırmalarını ilkin iddianın predmeti və əsasları üzrə aparmamış müvafiq olaraq maddi hüququn tətbiqində səhvə yol vermiş və yanlış nəticəyə gəlmişlər. Hazırki iddia tələbinə əvvəlki mübahisə üzrə məhkəmə icraatı zamanı artıq hüquqi qiymət verildiyi hazırki işə baxan məhkəmələr tərəfindən araşdırılmamışdır. İşin hallarından da məlum olur ki, əvvəlki mübahisə üzrə icra sənədi məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixində göndərilmiş (dərhal qətnamədən sonra) İcra sənədinə əsasən icra məmuru xx.xx.2022-ci il tarixində İcraata başlamaq Haqqında Qərar qəbul etmiş və sözügedən qərar qismən icra edilmişdir. İddiaçı ilə hazırki iş üzrə cavabdeh arasında heç bir icarə müqaviləsi olmamışdır. Sonuncu icarə müqaviləsi iddiaçıdan əvvəlki mülkiyyətçi ilə bağlanmış və sonradan hazırki iddiaçının mübahisə obyektinə işığın, qazın verilməsi əsassız səbəblərdən dayandırıldığından cavabdeh fəaliyyətinin müqavilə müddəti bitməmişdən dayandırmışdır.
24. Bakı Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmadan bir dəfə məhkəmə prosesi keçirməklə Nəsimi Rayon Məhkəməsinin buraxdığı səhvləri təkrarlamaqla, ekspertizanın qərəzli rəyini möhtəbər sübut kimi qəbul edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədəm qüvvədə saxlanmasını qət etmişdir. Məhkəmə maddi hüquq normalarını pozmaqla, əsassız ekspert rəyinə əsaslanmaqla bu qənaətə gəlmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e2(9004)-1596/2022 s aylı qətnaməsi ilə icarə obyektinin icarə haqqısının aylıq 500 manat olmasına hüquqi qiymət verilmiş və 2022-ci ilin fevral, mart və aprel ayının yarısına kimi 843,75 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. İcarə müqaviləsinin surətindən də görünür ki, tərəflər 7 ildir ki, icarə müqaviləsinin aylıq 500 manat olmaqla ödənilməsi barədə razılaşmışlar. 2022-ci ilin aprel ayının ikinci yarısından xx.xx.2023-cü il tarixə kimi icarə obyektinin icarə haqqısının 3000 manat müəyyən olunması, fərziyələrə saxta ekspert rəyinə əsaslanır. Ekspert rəyləri arasında ziddiyyət olduğundan, ekspert rəyində müəyyən edilən aylıq icarə haqqı ilə icarə müqaviləsində razılaşdırılmış icarə haqqı arasında kəskin fərq olduğundan məhkəmə təkrar ekspertizanın keçirilməsi barədə v əsatət verilsə də məhkəmə işin nəticəsi ilə maraqlı olduğundan vəsatəti təmin etməmişdir.
25. Digər tərəfdən məhkəmə əsassız olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh əsassız olaraq icarə haqqının tutulması müddətində qanunsuz sahibliyində guya saxlamışdır. Halbuki iddiaçı vergi orqanının saxlanğıca verdiyi əmlakı qəbul etməməsindən obyekt fəaliyyətsiz qalmışdır, obyekti qəbul etməmişdir. Belə ki, hər iki tərəfdə mübahisə vaxtı obyektin giriş açarları olmuş və hər iki tərəf obyektə nəzarət etmişdir. Cavabdeh icarə obyektini qanunsuz olaraq sahibliyində saxlamamışdır. Həmin obyektə vergi orqanının qərarı ilə üzərinə həbs qoyulmuş əmlaklar olduğundan, həmin əmlakları icra məmuruna və iddiaçıya saxlanc üçün təhvil verə bilmədiyindən obyektin giriş qapısının bir açarını özündə saxlamış, digər g iriş açarı isə iddiaçıda olmuşdur.
26. Digər tərəfdən iddiaçı ilə onun arasında hər hansı icarə müqaviləsi olmadan iddiaçının hansı əsaslarla fəaliyyət göstərmədiyi dövr üçün (işiğin, qazın verilməsi iddiaçı tərəfindən dayandırıldığı halda, saxlanc əmlakı qəbul etmədiyi halda) icarə haqqı tələb etməsinədə məhkəmələr hüquqi qiymət verməmişlər.
27. Belə ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi olmadığından cavabdehin heç bir öhdəliyi yaranmır. Qətnamənin icrasını icra məmuru mülki iş apellyasiya və kassasiya baxışında olduğundan və üzərinə həbs qoyulmuş əmlaklar olduğundan icra etməmişdir.
28. Beləliklə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə iddia verərkən hüququndan sui-istifadə etmiş, cavabdehin icarə obyektini qanunsuz istifadəsində saxlamadığı halda, cavabdehin ö z hüququndan vicdanla istifadə etdiyi halda, onun cavabdehlə icarə müqaviləsi olmadığı halda, Yasamal Rayon Məhkəməsinin qətnaməsinin icarə obyektinin boşaldılamasının cavabdehdən asılı olmayan səbəblərdən icra olunmamasını, icra məmuru tərəfindən qanuna uyğun icra sənədinin icra olunmadığını nəzərə almadan əsassız və qanunsuz iddia ilə məhkəməyə müraciət etmişdir.
29. İstər birinci instansiya məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsi yuxarıda qeyd olunan xüsusatları araşdırıb hüquqi qiymət vermədən, maddi hüquq normalarını pozmaqla qanunsuz və əsasız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 157.2. Mülkiyyətçi özgəsi nin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağ lı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
33. Maddə
705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 3
5. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Cavabdeh kassasiya şikayətinin dəlilləri əsasında məhkəmənin qətnaməsinin qanuniliyi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə məhkəmələr tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq bildirir ki, Mülki Məcəllənin 699.1-ci maddəsinin tələblərinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Buna görə də, cavabdehin iddiaçı ilə aralarında hər hansı müqavilə münasibəti olmaması barədə dəlili əsassızdır.
46. Həm çinin iş üzrə qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiyməti müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Cavabdeh ekspert rəyinin qeyri-mötəbərliyi və təkrar ekspertizanın keçirilməsinin zəruriliyi ilə bağlı hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir.
47. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının düzgün araşdırılmaması ilə bağlı olduğundan həmin dəlillər araşdırılmır. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərə flərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2024-cü i l tarixli 2(103)3786/2024 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.