Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3642/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin məzmununun prosessual normalara uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2025-ci il tarixli, 2(104)1848/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1714,23 ABŞ dolları əsas, 563,02 ABŞ dolları faiz, 2794,73 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 250,80 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5322,78 ABŞ dolları milli manat ekvivalentində və ödənilmiş 110,49 manat dövlət rüsumunun tutularaq i ddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ağdam Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, e-2(013)-1591/2025 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilməmişdir.
3. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2025-ci il tarixli, 2(104)-1848/2025 nömrəli qərardadı ilə (hakim R.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Rzaquliyev və M.Mustafayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün mülki işlə birlikdə Ağdam Rayon Məhkəm əsinə göndərilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi qərardadını onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər göstərilməmişdir.
6. Belə ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin “Əlavə 2”-də təsbit edilmiş form asına uyğun olaraq tərtib edilməmiş, orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar tam doldurulmamaqla müvafiq qeydiyyatlar aparılmamışdır (2 saylı Əlavənin 8, 9, 10 və 11-ci hissələr). Əksinə, “Əlavə 2”də təsbit edilmiş həmin qrafalar şikayətdən çıxarılmaqla, yalnız 5, 6 və 7-ci bəndlər üzrə qeydiyyat aparılmışdır. Bu isə şikayətin qaytarılması üçün əsasdır.
7. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsinin “işin halları” hissəsində apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Lakin, apellyator tərəfindən yalnız onun hansı iddia ilə müraciət etməsi və birinci instansiya məhkəməsinin nəticə hissəsi qeyd edilmişdir ki, bu da mülki prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmamaqdadır.
8. Göründüyü kimi, apellyasiya şikayəti qanunvericiliyin tələb etdiyi formada, yəni MPM-in 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir.
9. Beləliklə, yuxarıda göstərilənlərə əsas ən apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
10. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti verərək, Gəncə Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2025-ci il tarixli, 2(104)1848/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 361.1.4 və 363-cü maddələrinin tələbləri pozulmuşdur.
12. Belə ki, iddiaçı tərəfindən apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə tam riayət edilməklə tərtib edilmiş və elektron qaydada elektron kabinetə yerləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğu məsələsini tam və hərtərəfli şəkildə araşdırmamışdır. Halbuki, iddiaçı tərəfindən təqdim olunmuş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə uyğun olaraq qanun vericilikdə nəzərdə tutulmuş qaydada və formada tərtib edilmişdir. Belə ki, apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin rekvizitləri, şikayətçinin tam identifikasiya məlumatları, şikayət edilən məhkəmə aktının nömrəsi və qəbul edildiyi tarix, şikayətçinin tələbləri, həmin aktın qanunvericiliyə uyğun olmaması ilə bağlı əsaslandırmalar, işin faktiki halları və mübahisələndirilən məsələlər, eləcə də irəli sürülən iddiaları təsdiq edən sübutlar və əlavə olunmuş sənədlərin siyahısı aydın və tam şəkildə əks etdirilmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə yalnız forma və texniki tələblər prizmasından yanaşmış, lakin şikayətin mahiyyəti üzrə əhatəli və hərtərəfli qiymətləndirmə aparmamışdır. Bu yanaşma Azərbaycan Respublikasının Konstitusiyası ilə təmi n olunmuş məhkəməyə müraciət hüququnun pozulması kimi dəyərləndirilməlidir. Elektron sistem vasitəsilə təqdim olunmuş apellyasiya şikayətində məhkəmənin qeyd etdiyi forma pozuntuları (məsələn, sıra nömrələnməsinin olmaması, müvafiq başlıqlı qrafaların tam doldurulmaması) texniki xarakter daşıyır və bu cür nöqsanlar apellyasiya şikayətinin geri qaytarılması üçün kifayət qədər əsas ola bilməz. Apellyasiya kollegiyasının “işin halları” ilə bağlı zəruri məlumatların tam təqdim olunmaması barədə fikri əsassızdır. Bu günə qədər Ləğv prosesində olan İddiaçı ASC tərəfindən müxtəlif hüquqi mübahisələrlə bağlı aidiyyəti instansiyalara çoxsaylı şikayətlər təqdim olunmuşdur. Həmin şikayətlər müvafiq qaydada birinci instansiya, apellyasiya məhkəmələrində mümkün hesab edilməklə baxılmış, hazırkı məhkəmə kollegiyasının yuxarıda qeyd etdiyi bu kimi texniki xarakterli iradlar əsas götürülmədən nəticədə yekun qərarlar qəbul edilmişdir.
13. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən as ılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
17. Belə ki, apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması həmin şikayətin tərtibatı və əsaslandırılması ilə bağlı olmuşdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsi ilə müəyyən olunmuş formada tərtib olunmamış, apellyasiya şikayətinin dəlilləri aydın əsaslandırılmamışdır.
18. Apellyasiya məhkəməsinin qiymətləndirilməsi il ə razılaşmayan kassasiya kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Belə ki, apellyasiya şikayətində maddi hüquq normalarının pozulması kimi Mülki Məcəllənin 442, 445, 449, 465-ci maddələrinə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına, prosessual hüquq normaların pozulması kimi isə Mülki Prosessual Məcəllənin 88 və 217.4-cü maddələrinə istinad edilmiş və bu maddələrə uyğun əsaslandırma aparılmışdır (istinad olunan dəlillərin əsaslı olub-olmaması hazırkı icraatın araşdırma predmetini təşkil etmir).
19. Apellyatorun Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsin in yalnız 5 (İşin halları), 6 (Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər) və 7-ci (Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər) bəndlər üzrə qeydiyyat aparmaqla, bu Əlavənin 8 (Məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallarının aydınlaşdırılmamasına dair dəlillər), 9 (Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər), 10 (Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər) və 11-ci (Birinci instansiya məhkəməsinə təqdim edilmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər) bəndləri üzrə qeydiyyatın aparılmaması apellyas iya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsas ola bilməz.
20. Belə ki, qanunvericilik bütün bu qrafalar üzrə pozuntuların qeyd olunmasını tələb etmir. Apellyator yalnız pozuntu kimi gördüyü halları apellyasiya şikayətində qeyd etməlidir.
21. Hazırkı halda, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi yalnız maddi və prosessual hüquq normalarının pozulmasını əsas kimi hesab etmiş, 2 saylı Əlavənin 8-11-ci bəndlərində qeyd olunan yuxarıdakı əsasları müəyyən etməmişdir.
22. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyator tərəfindən mübahisələndirmə əsasları və tələb konkret ifadə olunmuşdur. Həmin tələblərin əsaslı olması isə apellyasiya baxışının predmetini təşkil edir.
23. Odur ki, apellyasiya şikayətinin geri qaytarılması barədə apel lyasiya məhkəməsinin mövqeyi qanuna uyğun olmamışdır.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğ a aparan vəziyyətə gətirib çıxaracaqdır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu “Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə” 23 aprel 2004-cü il tarixli X1 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaql a şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2025-ci il tarixli, 2(104)-1848/2025 nömrəli qərardadı ləğv edilsin və iş materialları iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nın apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilsin. Q