Məhkəmə qərarları › İş №2(102)-3643/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3643/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3643/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlunun və cavabdehin vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)1142/2019 saylı qətna məsi ilə (hakim F.Əyyubov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin İsmayılov İlmir İmamverdi oğluna qarşı iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən, məruzəçi), A.İmanov və V.Sadıqov, 2(103)1434/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-1142/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: «İddiaçı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayılov İlmir İmamverdi oğlundan müştərək qaydada «İddiaçı” ASC-nin xeyrinə 9550,44 manat məbləğində əsas kredit borcu, 1383,67 manat məbləğində faiz borcu, müqavilə müddətinin sonrakı tarixə 5%-lə hesablanmış faiz borcu 1087,69 manat olmaqla, cəmi 12021,8 0 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul etməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı adlı hüquqi şəxs artıq mövcud deyil, adı “xxxx” ASC-yə dəyişib. Faiz borcu şişirdilib. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X2 kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyas ının iclasında iddiaçının vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İşdə olan sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış PK-15/017 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank borcalana illik 30 faiz dərəcəsi ilə 12 ay müddətinə 10000 manat kredit vermiş, cavabdeh istifadə etdiyi məbləği sazişdə müəyyən olunmuş vaxtda və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehin xx.xx.2018-ci il tarixə tələb olunan məbləğdə borcu yaranmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 385.1, 442 və 445.1-ci maddələrini tətbiq etməklə belə nəticəyə gəlmişdir ki, iddia kredit borcunun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Kassasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından əsaslandırılmamışdır. Cavabdeh Bankla aralarında bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan və etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. Tələb olunan faiz əsas borca mütənasibdir və iş üzrə ekspertiza keçirilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olun ması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh X1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar