Məhkəmə qərarları › İş №2(102)-3645/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3645/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3645/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxxoğlunun iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)611/2020 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxx 2010-cu il tarixli, 1062 saylı kredit xətti haqqında müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə, cavabdehdən iddiaçının xeyrinə ******* manat əsas, 327586 manat müqavilənin bitdiyi günə faiz, 130383 manat 5 faiz dərəcəsi üzrə tələb olunan günə faiz borcu, 176000 manat dəbbə pulu, cəmi ******* manat məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumun un tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(004)5582/2019 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)611/2020 nömrəli qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov - sədrlik edən və məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-611/2020 nömrəli qətnaməsini ləğv edib, işi yenidən baxılması üçün apellyasiya instansiya sı məhkəməsinə göndərilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh kredit xətti müqaviləsinin bağlanılmasına təhrik və məcbur edilməmişdir. O, müqavilənin bağlanması üçün tələb olunan sənədləri şəxsən təqdim etmiş, kredit xətti müqaviləsini, xəzinə məxaric orderlərini və digər sənədləri, sonradan isə müqaviləyə dəyişiklik edilməsi üçün sənədləri imzalamış və bank qarşısında özü üçün öhdəliklər yaratmışdır. Məhkəmələrin faktiki olaraq cavabdehə kredit vəsaitinin verilməməsi, avtoyuma məntəqəsində yuyucu qismində çalışdığı ü çün maddi durumu məhdud olan fiziki şəxsə bir milyon yarım ABŞ dolları məbləğində kreditin verilməməsinin inandırıcı olmamasına dair nəticələri əsaslı olmamışdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili xxxoğlu kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azər baycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi fak tiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx xxxxx 2010-cu il tarixli, 1062 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 24 ay müddətinə illik 15 faiz dərəcəsi olmaqla, 550000 ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin sonunda borcalan qismində cavabdeh deyil, “X1” göstərilmişdir. xx xxx 2010-cu il tarixli, xx xxxx 2010-cu il tarixli, xx xxxx 2010-cu il tarixli dəyişikliklərə əsasən kredit xəttinin lim itinin ******* dollarına artırılması nəzərdə tutulmuşdur. xx xxxxxx 2011-ci il tarixli Kredit Xətti Müqaviləsinə dəyişikliyə əsasən qeyd olunan kredit xəttinin valyutasının ABŞ dollarından manata dəyişdirilməsi nəzərdə tutulmuşdur. İş üzrə birinci instansiya məhkəməsində təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizalarına əsasən işdə olan xx xxxxx 2010-cu il tarixli, 1062 saylı kredit müqaviləsində “Borc alan” qrafalarındakı imzalar, xx xxx 2010-cu il tarixli dəyişiklikdə “İstifadəçi” qrafasındakı, xx xxxx 2010-cu il tarixli dəyişiklikdə “İstifadəçi” qrafasındakı, xx xxxx 2010-cu il tarixli dəyişiklikdə “İstifadəçi” qrafasındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. İşdə olan xx xxxxxx 2011-ci il tarixli dəyişiklikdə aşağı sağ tərəfdə yerləşən “İmza” qrafasındakı imza - Cavabdeh tərə findən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan xx xxxxx 2010-xx xxxx 2010-cu il tarixlərini əhatə edən 22 xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imzalar - Cavabdeh tərəfindən, xx xxxx 2010-xx xxxx 2010-cu il tarixlərini əhatə edən 4 xəzinə məxaric orderində isə başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda kredit müqavilələri üzrə yeganə ödənişi təsdiq edən xx xxxx 2010-cu il tarixli xəzinə mədaxil orderində “Təhvil verdi: Cavabdeh” yazılarından aşağıda “İmza” qrafasındakı imza da iddiaçı deyil, başqa şəxs tərəfindən icra edilmişdir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi kredit müqaviləsi, ona dəyişiklik lər və məxaric orderləri əsasında külli miqdarda pulun verilməsi nəzərdə tutulmuşdur. Halbuki həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mərkəzi X3 tərəfindən təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi qaydaları”nın 4.1.7-ci maddəsinə əsasən təminatsız kreditlər yalnız krediti qaytarma qabiliyyəti və nüfuzu yüksək səviyyədə olan borcalana onun gəlirliyinin adekvat olması müəyyən edildikdə verilməlidir. Lakin baxılan iş üzrə verilməsi nəzərdə tutulan pul öhdəliyi üçün heç bir təminat (girov, ipoteka, zaminlik) mövcud olmamışdır. İddiaçı borclunun həmin borcu qaytarmağa imkan verən gəlirlərinin olduğu barədə də hər hansı sübut təqdim etməmiş, borclu məhkəmə iclasında həmin dövrdə avtoyuma məntəqəsində yuyucu işlədiyini bildirmiş, iddiaçı bu faktı mübahisələndirməmişdir. Apelly asiya instansiyası məhkəməsi xx xxxxx 2010-cu il tarixli kredit müqaviləsinin 2.2-ci maddəsində istinad edərək göstərmişdir ki, aşağıda göstərilən bütün şərtlər kredit verilməmişdən əvvəl mövcud olmalıdır: borcalan bu müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə zaminlik/girov/ipoteka müqavilələrinin bağlanmasını və zəruri olduqda onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etməlidir; müqavilə əsasında verilmiş bütün kreditlər onların qaytarılmalı məbləğinin 70%-dən aşağı olmayan girovlarla təmin edilməlidir; borcalan onun vəsaiti üçün təhlükə yarada bilən heç bir məhkəmə və ya hüquqi araşdırmaya cəlb edilməmiş olmalıdır. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi də sadalanan şərtlərə əməl olunmadan müqavilə üzrə pulun verilməsi ni qadağan etmişdir. Həmçinin işdə olan xx xxxx 2010-cu il tarixədək tərtib olunmuş bütün müqavilə və dəyişikliklər, habelə kassa məxaric sənədləri cavabdeh tərəfindən imzalansa da, həmin tarixdən sonra tərtib edilmiş kassa məxaric sənədləri və xx xxxxxx 2011-ci il tarixli kredit xəttinin valyutasının ABŞ dollarından manata dəyişdirilməsi barədə dəyişiklik cavabdeh tərəfindən imzalanmamışdır. Bu dəyişiklikdə Bankın adından isə “etibarnamə əsasında MXD-nin direktoru xxx” çıxış etmişdir. Sonuncunun kimliyi və həqiqətən Bankı təmsil etmək səlahiyyətinə malik olduğu iş materialları ilə müəyyən edilmir. Bankın məhkəməyə təqdim etdiyi heç bir xəzinə məxaric orderi möhür və ya ştampla təsdiq edilməmişdir. Müqavilələr üzrə yeganə ödəniş sənədi olan xx.xx.2010-cu il tarixli xəzinə mədaxil orderi də cavabdeh tərəfindən imzalanmamışdır. Başqa sözlə cavabdeh kredit müqavilələri üzrə Banka hər hansı ödəniş etməmişdir. Buna baxmayaraq sonuncu ödənişin edilməsindən sonrakı ötən 5 ilə yaxın müddət ərzində Bank cavabdehə qarşı heç bir xəbərdarlıq, pretenziya və ya tələb yönəltməmişdir. Bütün qeyd olunanlar belə qənaətə gəlməyə kifayət qədər əsas verir ki, Bankla cavabdeh arasında bəzi müqavilə və sənədlər imzalansa da Bank tərəfindən cavabdehə hər hansı məbləğdə pul verilməmiş, əslində həmin məbləğlər digər şəxslər (bankın əməkdaşları və ya üçüncü şəxslər) tərəfindən mənimsənilmişdir. Nəzərə alınmalıdır ki, məhz iddiaçı Bankın əməkdaşları tərəfindən xeyli sayda oxşar xarakterli əməllərə yol verildiyi və bununla bağlı çox epizodlu cinayət işlərinin olduğu hamıya bəlli olan haldır. Bu baxımda n işə baxmış birinci instansiya məhkəməsi tamamilə haqlı olaraq qətnamə ilə eyni vaxtda Bankın əməkdaşlarının əməllərində cinayət əlamətlərinin aşkar olunduğu ilə əlaqədar prokurora xəbər verilməsi barədə xüsusi qərardad çıxarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğun olmadığı üçün mübahisələndirilən qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsəl ən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə a ldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsasını təşkil edən xx xxxxx 2010cu il tarixli kredit müqaviləsinin, həmin müqaviləyə xx xxx 2010-cu il, xx xxxx 2010-cu il və xx xxxx 2010-cu il tarixli dəyişikliklərin, habelə kredit məbləğinin alınmasına dair xx xxxxx 2010 il - xx xxxx 2010-cu il tarixlərini əhatə edən 22 xəzinə məxaric orderində olan imzalar cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası razılaşır ki, kredit müqaviləsinin ayrılması zamanı kredit verən bankın vəzifəli şəxsləri tərəfindən mövcud olmuş normativ aktların tələbləri pozulmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi kredit məbləğinin cavabdehə verilməməsi qənaətinə gəlsə də, ayrılmış vəsaitin kim tərəfindən qəbul edilməsi və bunun əsaslarını araşdırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən də göstərildiyi kim i, iddiaçı Bankın əməkdaşları tərəfindən xeyli sayda oxşar xarakterli əməllərə yol verildiyi və bununla bağlı çox epizodlu cinayət işlərinin olduğu hamıya bəlli olan haldır. Həmçinin hazırki iş üzrə materiallardan müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarılmış və İddiaçı ASC-nin əməkdaşlarının əməllərində aşkar olunmuş cinayət əlamətlərinin araşdırılması üçün prokurora göndərilmişdir. Lakin bu hallara istinad edən apellyasiya instansiyası məhkəməsi istintaq orqanlarında İddiaçı ASC-nin vəzifəli şəxsləri barədə olan cinayət işləri üzrə xx xxxxx 2010-cu il tarixli, 1062 saylı kredit müqaviləsi bağlanılarkən qanun pozuntularına yol verilməsi, həmin müqavilə üzrə ayr ılan pul vəsaitinin üçüncü şəxslər tərəfindən talanması epizodları üzrə istintaq hərəkətlərinin aparılıb-aparılmaması, aparıldığı halda isə bu faktlarla bağlı hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi məsələlərini aydınlaşdırmamışdır. Halbuki, kredit müqaviləsi üzrə cavabdehə öhdəliyinin olmaması qənaətinə gəlmək üçün həmin hallar əhəmiyyət kəsb edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cinayət təqibinin mövcud olub-olmaması və olduğu halda onun nəticələri barədə istintaq orqan larından məlumat alınmalı, bundan asılı olaraq iddiaçı və cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranıb-yaranmaması məsələsinə bir daha hüquqi qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)611/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar