Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3647/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə və iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, müqavilənin etibazsızlığı, əhəmiyyətsiz müqavilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının (birləşdirilmiş iddia üzrə cavabdeh) vəkili xxx oğlunun, İlkin iddia üzrə cavabdeh (birləşdirilmiş iddia üzrə iddiaçı) Cavabdeh və vək ili xxxnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)107/2020 nömrəli qətnaməsindən Cavabdeh və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23000 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu qismində ödədiyi 30 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)878/2018 nömrəli qiyabi qətnaməsi ilə (hakim E.Z.Ağayev) iddia təmin edilərək, Cavabdeh 23000 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun alınaraq İddia çı verilməsi qət edilmişdir. Bundan əlavə iddiaçı Cavabdeh İddiaçı qarşı ayrıca icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış və Bakı şəhəri 24 saylı notariat kontorunda təsdiq edilmiş xx xxx 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)876/2019 nömrəli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) həmin iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-107/2020 nömrəli qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev - sədrlik edən və məruzəçi, F.Ş.Talışinski və Ə.R.Eyvazov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)878/2018 nömrəli qiyabi qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-876/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh və vəkili xxx kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-107/2020 nömrəli qətnaməsi ləğv edilərək, müəyyən olunmuş hallar üzrə iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ON A ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçının göstərdiyi hallar həqiqətə uyğun olmamış, həmin yalanlar tərəflər arasında olan başqa mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qərarı ilə müəyyən olunmuş, lakin apellyasiya instansiyası məhkəməsi preyudisial əhəmiyyətə malik olan həmin qərarı nəzərə almamışdır. Cavabdeh 23000 ABŞ dolları məbləğində borc almamış və kredit müqaviləsini İddiaçı təhdidi və aldatma yolu ilə imzalamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (birləşdirilmiş iddia üzrə iddiaçı) Cavabdeh və vəkili xxx kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında ilkin id dia üzrə iddiaçının (birləşdirilmiş iddia üzrə cavabdeh) vəkili xxx oğlunun kassasiya şikayətinə etiraz edərək, təmin olunmamasını və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, Cavabdeh, İddiaçı və xxx birgə ticarət fəaliyyəti ilə məşğul olmuşlar. Cavabdeh məlumatına görə, xx xxxxx 2017-ci ildə Hindistanın Dehli şəhərindən təyyarə ilə Türkiyənin İstanbul şəhərinə uçarkən təyinat məntəqəsindəki bir şəxsə çatdırması üçün xxx ona verdiyi 45000 ABŞ dolları və 6610 İngiltərə funt sterlinqini içərisinə qoyduğu çantanı itirmiş, bununla əlaqədar Türkiyənin aidiyyəti orqanlarına müraciət etmiş, müvafiq sənədləşdirmə aparılmış, lakin çantanı tapmaq mümkün olmamışdır. İşdə olan xx xxx 2017-ci il tarixli (türk dilində tərtib edilmiş) protokoldan görünür ki, Cavabdeh, xxxdan aldığı 45000 ABŞ dolları ilə 6610 İngilis funt sterlinqinin 30000 ABŞ dolları məbləğində ilk qismini ən geci xx xxxx 2017-ci il tarixində, 15000 ABŞ dolları və 6610 İngiltərə sterlinqini isə hissə-hissə aylıq olaraq xxxya ödəyəcəyini bəyan etmişdir. Tərəflərin bildirdiklərinə görə Cavabdeh, 30000 ABŞ dolları Bakı şəhərində xxx ixtiyarlı şəxsi kimi İddiaçı ödəmiş və qalıq məbləğ barədə akt tərtib etmişlər. İşdə olan, Cavabdeh və İddiaçı imzaları ilə təsdiq edilmiş xx xxx 2017-ci il tarixli aktda qeyd olunmuşdur ki, Cavabdeh, xx xxx 2017-ci il Dehli-İstanbul reysində gələndə ona X5 tərəfindən verilən 45000 ABŞ dolları və 6610 inglis sterlinqini təyyarədə çantanın içində unutduğu üçün itirmişdir. O, həmin pulun 30000 ABŞ dollarını xxx zamini İddiaçı təhvil verir, qalan pulu isə hissə-hissə verməyə söz verir, yəni 5 ay ərzində ödəməyi öz öhdəsinə götürür. Bundan əlavə, tərəflər arasında yaranmış münaqişə ilə əlaqədar İddiaçı şikayəti əsasında Suraxanı rayon Polis İdarəsində araşdırma aparılmış, araşdırma çərçivəsində izahatı alınmış Cavabdeh, münaqişə və şikayətin başqa bir şəxsə məxsus küllü miqdarda pulu təyyarədə itirməsi ilə əlaqədar yarandığını və həmin məbləği İddiaçı qaytaracağını bildirmişdir. Suraxanı RP İ-nin İstintaq şöbəsinin xx xxx 2017-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bakı şəhəri 24 saylı notariat kontorunda bağlanmış və reyestrdə 3M-96 nömrə ilə qeydə alınmış xx xxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 23000 ABŞ dolları məbləğində borc vermiş və Cavabdeh krediti xx xxxxxxx 2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan əlavə apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuşdur ki, İddiaçı başqa bir iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 ABŞ dolları və 6610 funt sterlinqborcun öz xeyrinə tutulmasını xahiş etmişdir. Həmin tələb xx xxx 2017-ci il tarixdə Cavabdeh Dehli-İstanbul reysində təyyarədə ona etibar edilmiş və içə risində 45000 ABŞ dolları və 6610 funt sterlinqi məbləğində pul olan çantanın itirilməsi, cavabdehin həmin pulun 30000 ABŞ dollarını ona qaytarması və bu barədə xx xxx 2017-ci il tarixdə akt yazıb imzalaması, həmin akta əsasən qalan pulun hissə-hissə 5 ay ərzində ona ödəməyi öhdəsinə götürməsi, lakin xeyli vaxt keçməsinə baxmayaraq qalan 23000 ABŞ dollarının qaytarmaqdan boyun qaçırması ilə əsaslandırılmışdır. Bakışəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə həmin iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakışəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx x xxxxxx 2019-cu il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi tam ləğv edilərək, iddia rədd edilmişdir. Kassasiya instansiyası məhkəməsinin həmin qərarı onunla əsaslandırılmışdır ki, “...iddiaçının istinad etdiyi xx xxx 2017-ci il tarixli aktın məzmunu, yəni xxxnın itirilmiş puluna görə Cavabdeh həmin puldan 30000 ABŞ dollarını xxxnın tapşırığı ilə İddiaçı verməsi, qalan 15000 ABŞ dolları ilə 6610 inglis sterlinqin İddiaçı tərəfindən məhkəmə qaydasında cavabdehdən tələb edilməsinə əsas vermir.” İlk olaraq Cavabdeh əqdin etibarsızlığı ilə bağlı istinad etdiyi hallara (İddiaçı borc pul almadığı halda, barəsində polis orqanında aparılan araşdırma üzrə şikayətin geri götürülməsi üçün xx xxx 2017-ci il tarixli müqaviləni iradəsi xaricində bağlaması) hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, həmin tələbin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 339-cu və 340.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 339.1-ci və 339.4-cü maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Hazırki iş üzrə isə Cavabdeh, xx xxx 2017-ci il tarixli notarial müqavilənin İddiaçı istismaredici, zorakı və ya hədələyici hərəkətləri nəticəsində bağlanıldığını təsdiqləyən mö təbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, Cavabdeh xx xxx 2017-ci ildə xxxya qaytarmalı olduğu vəsaitdən 30000 ABŞ dollarını İddiaçı ödədikdən sonra qalan 15000 ABŞ dollarını və 6610 funt sterlinqi də ona ödəyəcəyinə dair aktı öz iradəsi ilə imzalamışdır. Belə olan halda, Cavabdeh eyni məsələ ilə bağlı xx xxx 2017-ci il tarixli müqaviləni məcburiyyət nəticəsində bağlaması inandırıcı görünmür. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləni uydurma əqd kimi də qiymətləndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüşüçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə göstərmişdir ki, mübahisələndirilən müqavilə də uydurma əqdin əlamətləri mövcud deyil. Belə ki, tərəflər xx xxx 2017-ci il tarixli müqaviləni bağlayarkən üçüncüşəxsi aldatmaq niyyəti ilə hərəkət etməmiş, əksinə, bir hüquqi nəticə əmələ gətirmək istəmişlər. Onların arzu etdikləri hüquqi nəticə Cavabdeh xxxya qaytarmalı olduğu qalıq (15000 ABŞ dolları və 6610 funt sterlinq) borcun ABŞ dolları ifadəsində (23000 ABŞ dolları) İddiaçı qarşısında etirafıdır. Ona görə də həmin əqd kredit müqaviləsi kimi deyil, borcun etirafı haqqında müqavilə kimi təfsir olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 404-cü maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Həmin mövqeyini apellyasiya instansiyası məhkəməsi onunla əsaslandırmışdır ki, əvvəla, Cavabdeh pul öhdəliyinə dair yuxarıda qeyd olunan sənədlər eyni bir faktla əlaqədar, yəni Cavabdeh İddiaçı ilə birlikdə ticarət etdikləri xxxya məxsus 45000 ABŞ dollarını və 6610 İngiltərə funt sterlinqini itirməsini bildirdiyinə görə tərtib edilmişdir. Cavabdeh, həmin vəsaiti itirdiyini bildirdikdən sonra borcunu qaytaracağına dair ilk dəfə xx xxx 2017-ci il tarixdə protokol tərtib edərək 45000 ABŞ dolları və 6610 funt sterlinqin 30000 ABŞ dollarını ən geci xx xxxx 2017-ci il tarixdə, 15000 ABŞ dollarını və 6610 funt sterlinqi isə hissə-hissə aylıq olaraq xxxya ödəyəcəyini bəyan etmişdir. Bu razılaşmada göstərilən 30000 ABŞ dolları Cavabdeh tərəfindən xx xxx 2017-ci il tarixdə İddiaçı ödənilmiş və tərəflər, qalıq borca dair protokoldakı məbləğlərə və müddətlərə uyğun qaydada ikinci yazılı sənəd tərtib etmişlər. İkinci aktda isə Cavabdeh, qalan 15000 ABŞ dolları və 6610 funt sterlinqi hissə-hissə 5 ay ərzində xxx “zamini” kimi qeyd edilən İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Bundan bir gün sonra isə, yəni xx xxx 2017-ci il tarixdə Bakışəhəri 24 saylı notariat kontorunda tərəflər arası nda mübahisələndirilən kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədə İddiaçı Cavabdeh verdiyi 23000 ABŞ dolları məbləğində borcun 5 ay müddətində (xx xxxxxxx 2017-ci il tarixədək) qaytarılacağı qeyd olunmuşdur. Göründüyü kimi, tərəflərin tərtib etdikləri hər iki sənəddə (akt və müqavilədə) borclu və kreditor kimi iştirak edən şəxslər, qaytarılmalı olan pul məbləğləri, borcun ödənilmə qaydası və müddətləri eynidir. Mübahisə predmeti olan xx xxx 2017-ci il tarixli müqavilədə tərəflərin eyni məbləği (həmin vəsaitin ABŞ dollarında cəmi olan 23000) və eyni müddəti (5 ay olmaqla xx xxxxxxx 2017-ci ilədək) qeyd etmələri onu göstərir ki, onlar bu razılaşma ilə əslində xxx X2ytarmalı olduğu qalıq borcu öz aralarında notarial qaydada rəsmiləşdirmişlər. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şəxslərin borcun olmasını təsdiq etmək üçün notariat orqanında “kredit müqaviləsi” kimi rəsmiləşdirmələri ölkədə geniş yayılmış praktikadır. Yəni, tərəflər bir çox halda qarşılıqlı münasibətlərində yaranmış praktikaya uyğun olaraq borcun etirafına dair müqaviləni “kredit müqaviləsi” kimi sənədləşdirirlər. Apellyasiya məhkəməsi, müqavilənin hərfi mənasını deyil, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, onların müqaviləyə qədərki danışıqlarını və yazışmalarını (izahatlarını və xx xxx 2017-ci il tarixli aktı), bu cür münasibətlərin tənzimlənməsi ilə bağlıölkədə yaranmış praktikanı nəzərə alaraq belə qənaətə gəlir ki, Bakışəhəri 24 saylı notariat kontorunda bağlanmış, reyestrdə 3M-96 nömrə ilə qeydə alınmış xx xxx 2017-ci il tarixli müqavilə, Cavabdeh xxxya qaytarmalı old uğu 15000 ABŞ dolları və 6610 funt sterlinq məbləğində borcun 23000 ABŞ dolları olaraq İddiaçı qarşısında etirafı haqqında müqavilədir. Məhkəmə kollegiyası düzgün olaraq qeyd etmişdir ki, mülki hüquq münasibətlərində bir şəxsin (borclunun) başqa bir şəxs (kreditor) qarşısındakıöhdəliyinə görə üçüncü bir şəxs qarşısında borc etiraf etməsinə heç bir hüquqi maneə yoxdur. Bu səbəbdən baxılan işdə Cavabdeh xxxya olan qalıq borcunu notarial müqavilə əsasında İddiaçı qarşısında etiraf etməsi hüquqi baxımdan etibarlıdır. Bu cür etiraf, həmin öhdəliyin həm də İddiaçı icra edilə bilməsini təmin etməklə sonuncunu Cavabdeh birgə kreditoru vəziyyətinə gətirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 493-cü maddəsinə əsasən əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi ş əkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış xx xxx 2017-ci il tarixli müqavilə üzrə Cavabdeh etiraf etdiyi 23000 ABŞ dolları borcun icra vaxtının xx xxxxxxx 2017-ci ildə başa çatmasını, sonuncunun bu məbləğdə pulu İddiaçı qaytarmasını təsdiqləyən sübutları məhkəməyə təqdim edə bilməməsini əsas gətirərək və iddiaçının vaxtıçatmışöhdəliyin icrasını tələb etmək hüququna malik olması qənaətinə gəlmişdir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərə kəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 445.4-cü maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyə t hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılmasıüçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmişöhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasə n məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmiş dir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiya məhkəməsi Cavabdeh iddiasına hüquqi qiymət verərkən əsaslı olaraq onun tələbində istinad etdiyi hallar üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməməsi və müvafiq olaraq tərəflər arasında öhdəlik münasibətlərinin yaranması qənaətinə gəlmiş və həmin öhdəlik münasibətlərinə maddi hüquq normalarına uyğun tövsif etməklə, İddiaçı iddiasını əsaslı hesab etmişdir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlillə rə münasibətdə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bun dan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə tərəflər arasında olmuş başqa mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı hazırki iddianın rədd olunması üçün əsas ola bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, İddiaçı həmin iddiasını xx xxx 2017-ci il tarixli akta əsaslanmış və Ali Məhkəmə həmin akta əsasən iddiaçının pulu tələb etməyə subyektiv hüququna malik olmaması qənaətinə gəlmişdir. Hazırki tələb isə tərəflər arasında notariat qaydasında təsdiq olunmuş müqaviləyə əsaslanmaqla, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci mad dəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə cavabdeh (birləşdirilmiş iddia üzrə iddiaçı) Cavabdeh və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayətitəmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-107/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: imza var imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3647/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3647/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver