Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3648/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli 2(107)-347/2019 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanm ası Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2862.09 ABŞ dolları əsas kredit borcun, 5453.83 ABŞ dolları faiz borcun, 1213.36 ABŞ dolları cərimə borcunun, cəmi 9529.28 ABŞ dolları kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Quliyev) 11 oktyabr 2018-ci il tarixli, 2(046)-717/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 2862.09 ABŞ dolları əsas kredit borcun, 5453.83 ABŞ dolları faiz borcun, 1213.36 ABŞ dolları cərimə borcunun, cəmi 9529.28 ABŞ dolları kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov sədrlik edən və məruzəçi, Mahir Əsədli, İnşallah Quliyev) 14 yanvar 2019-cu il tarixli 2(107)347/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 2(046)-717/2018 nömrəli 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq Departamentinin direktoru Həmidə Quliyeva və vəkili Vəkil kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 14.01.2019-cu il tarixli 2(107)-347/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş müddət borc müqaviləsinə şamil edilmir. Çünki, həmin qanunun 373.4-cü maddəsinə əsasən: “Tələblərin ayrı - ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər”. Məcəllənin 444.1-ci maddəsinə əsasən: “Borc alan müəyyən müddət üçün sabit faizlərin şərtləşdirildiyi borc müqaviləsini aşağıdakı hallarda tamamilə və ya qismən ləğv edə bilər: 744.1.4-cü maddəsinə müvafiq olaraq... hər bir halda borc al ındıqdan 10 il sonra ləğvetmə haqqında altı aylıq xəbərdarlıq müddətini gözləməklə. Əgər borc alındıqdan sonra onun qaytarılması müddəti və ya faiz dərəcəsi yenidən şərtləşdirilirsə, həmin razılaşmanın bağlanma anı ödəniş müddətini əvəz edir”. Cavabdehlərlə bağlanmış kredit müqaviləsində borcun və faizlərin ödənilməsi şərtləri və müddəti göstərilmişdir. Onlar müqavilə öhdəliyinə əməl etməyərək, icranı gecikdirdiklərinə görə kreditor onlara xəbərdarlıq göndərmişdir. Lakin bu xəbərdarlıq müddətinin keçməsinə baxmayaraq, cavabdehlər yenə də borc öhdəliyinin icrasından boyun qaçırırlar. Bundan başqa Azərbaycan Respublikası MM-nin 443.5, 445.1, 445.4, 449.4 və 744-cü maddələrinin normalarını tətbiq etmək əvəzinə, müqavilə tələbləri üzrə iddia müddətini tətbiq etdiyinə görə qətnamədə səhv nəticə yə gəlmişdir. Prosessual məsələlər: Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, xxxx ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.12.2011-ci il tarixli kredit müqaviləsinə əsasən xxxx ASC Cavabdeh1 26 faiz olmaqla 12 ay müddətinə 4459 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə 15.11.2017-ci il tarixədək cavabdehə 2862.09 ABŞ dolları əsas kredit borcu, 5453.83 ABŞ dolları faiz borcu, 1213.36 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9529.28 ABŞ dolları kredit borcu hesablanmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləsinin icra müddəti 14.12.2012-ci il tarixədək olduğundan, iddiaçı tərəf isə 30.11.2017-ci il tarixdə məhkəmədə iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia müddəti təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Az ərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apellyasiya instansiya məhkəmə si haqlı olaraq müəyyən etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında 14.12.2011-ci il tarixdə 12 ay müddətinə illik 26% ödəmək şərti ilə 4459 ABŞ dolları məbləğində kredit verilməsinə dair müqavilə bağlanmış, müqavilə üzrə öhdəliklərin icrasının son müddəti 14.12.2012-ci il müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlı olsa da, tələb üzrə iddia müddəti buraxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt döv rüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında gəldiyi nəticələrə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azər baycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kassasiya şikayətində istinad edilən Mülki Məcəllənin 744-cü maddəsi isə “borc alanın müqaviləni ləğv etməyə xüsusi hüququ” adlanmaqla, bankın qaldırdığı hazırki iddia tələbinin hüquqi əsasını təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaq la, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedici si Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2019-cu il tarixli 2(107)-347/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3648/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3648/2019
27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver