Məhkəmə qərarları › İş №2(102)-3650/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3650/2019

27.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3650/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili X1nun, Cavabdeh iştirakı ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)192/2019 nömrəli iş üzrə 10 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Ucar rayon məhkəməsinin (hakim Hilal Xəlilov) 04 iyul 2018-ci il tarixli, 2(063)-496/2018 nömrəli qətnaməsi i lə, ilk iddia təmin edilmiş, Cavabdeh borca görə 39500 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat, cəmi 39520 manat məbləğində pulun tutularaq iddiaçı X2 verilməsi qət edilmiş, Cavabdeh X2qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Ayaz Mahmudov) 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Ucar rayon məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları: İddiaçı X4 Cavabdeh qarşı borcun qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 39500 manat borcun və ərizənin verilməsi üçün ödənilmiş 2 0 manat dövlət rüsumunun alınıb ona verilməsi və Cavabdeh X4 yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla X3rasında bağlanmış və notariat qaydada təsdiq edilmiş 04 fevral 2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739cu maddəsinə uyğun olaraq onunla cavabdeh arasında 04 fevral 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən o, 39500 manat məbləğində pul vəsaitini cavabdehə borc vermiş, cavabdeh öz növbəsində borcu qəbul edərək göstərilən borc məbləğini 04 mart 2016-cı il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə Bakı şəhəri 23 sa ylı notariat kontorunda təsdiq edilmişdir (reyestrdə 3M-16 nömrə ilə qeyd edilmişdir). Cavabdeh tərəfindən göstərilən müqavilə üzrə hər hansı ödəniş edilməmişdir. Baxmayaraq ki, cavabdehə dəfələrlə müraciət edilmişdir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirsin və götürdüyü borc məbləğini geri qaytarsın, lakin bütün müraciətlər heç bir nəticə verməmiş, borcun ödənilməsi istiqamətində borclu tərəfindən əməli addımlar atılmamış və borcun geri qaytarılması barədə öhdəlik borclu tərəfindən pozulmuşdur. Götürülmüş borc məbləği (39500 manat) müqavilədə göstərilmiş müddət bitdiyindən (04 mart 2016-cı il) borclu tərəfindən geri qaytarılmalıdır. Cavabdeh ilə arasında imzalanmış kredit müqaviləsinə əsasən cavabdeh müqavilə üzrə müəyyənləşdirilmiş məbləğin ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyin icrasına laqeyd yanaşmış, indiyədək heç bir ödəniş etməmiş, bununla da 04 fevral 2016-cı il tarixli kredit müqaviləsinin tələblərini və həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyin şərtlərini pozmuşdur. Aralarında imzalanmış 04 fevral 2016-cı il tarixli kredit müqaviləsinin 9-cu maddəsinə görə tərəflərin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir. Cavabdeh ilə danışıqların heç bir nəticəsi olmamışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, heç bir zaman cavabdehdən hər hansı məbləğdə borc almamışdır. Onlar əvvəllər Bakı şəhərindəki “Meyvəli” bazarında şərikli tərəvəz məhsulları satmışlar. Belə ki, X1 yeznəsi X2un və sonuncunun qardaşının Şabran rayonunda “xxxx” MMC hüquqi şəxs adı ilə işlətdiklə ri parnikləri var idi. Həmin parnikdə yetişən pomidor və xiyarı X3 ona satmaq üçün verirdi və o da həmin məhsulları “Meyvəli” bazarında satmış, əldə olunan qazancı isə X3 ilə yarı bölmüşlər. Tərəvəz əksər hallarda dərmanlı olduğu üçün xarab olduğundan və saxlamaq üçün verdikləri anbarda bilmədikləri səbəblərdən əskik gəldiyindən onlar ziyan etməyə başlamışlar və onların X2a və onun qardaşına borcları yaranmışdır. Borc çoxaldıqdan sonra X3 ona demişdir ki, yeznəsinin qardaşı narazılıq edir. Odur ki, ona təkilf etmişdir ki, notariusda müqavilə bağlayıb yeznəsinin qardaşına göndərsinlər və o da arxayın olsun ki, pulunu verəcəklər. Şərik və dost olduqlarından o, X3a inanmış və onlar notariusda müqaviləni bağlamışlar. Bu zaman isə o İddiaçı hər hansı məbləğdə pul almamışdır. Müqaviləni oxumamış və imzalayarkən hesab etmişdir ki, müqavilə onların X2avə sonuncunun qardaşına qazanc əldə etdikdən sonra borclarını şərikli qaydada qaytarmaqları ilə bağlıdır. Lakin daha sonra onların şərikliyi sona çatmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessul hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara tam, hərtərəfli və obyektiv qiymət verməmişdi r. Tərəflərin izahatları: İddiaçı X1 nümayəndəsi və vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiy ası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. 04 fevral 2016-cı il tarixdə Bakı şəhəri 23 saylı not ariat kontorunda tərəflər arasında 39500 manat məbləğində borcun Cavabdeh tərəfindən iddiaçı X2 verilməsi barədə borc müqaviləsinin bağlanması apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən mübahisə edilməyən halıdır. İddiaçı həmin müqaviləyə istinad edərək müqavilədə göstərilən məbləğdə borcu, yəni 39500 manat pulu cavabdehdən tələb edir. Cavabdeh isə öz növbəsində həmin borc müqaviləsini mübahisələndirərək əslində iddiaçıdan heç bir məbləğdə borc almadığını bildirir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit müqaviləsi bağlanmış, iddiaçı 04 fevral 2016-cı il tarixdə cavabdehə 04 mart 2016-ci il tarixədək qaytarmaq şərti ilə 39500 manat məbləğində borc pul vermiş, cavabdeh isə həmin tarixə dək borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mülki prosessual qanunvericiliyinin tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh öz tələbində əqdin uydurma olmasını və aldadılma yolu ilə bağlandığını göstərsə də öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etdiyi sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda qanunla müəyyən olunmuş əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şə xs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üşün hər hansı bir əsas olmadığından və qarşılıqlı iddia tələbi rədd edildiyindən iddiaçı həmin müqaviləyə əsaslanaraq cavabdehdən verdiyi borcu tələb etməkə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirm əyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilmə məsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü yerinə yetirməmiş, aldığı borcu qaytarmamışdır. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qarşılılıq iddia tələbi ilə eyni məzmunludur. Qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apell yasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymə t verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-192/2019 nömrəli iş üzrə 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar