Məhkəmə qərarları › İş №2(102)-3651/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3651/2019

21.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3651/2019 21.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının nümayəndəsi R6 iştirakı ilə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 13 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası qismən təmin edilmiş,,Cavabdeh1 1342.99 ABŞ dolları əsas kredit borcu, 224.88 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1577.87 ABŞ dolları kredit borcunun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı1 ASCnin hesabına keçirilməsi, Cavabdeh1 10 manat pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir Şəki Apellyasiya Məhkəməsinin MK-nın 13 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Məlikov, hakimlər E.Hüseynov və A.Mahmudov) Göyçay rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, qətnamənin qət etdi hissəsinə sənədlərin notariat qaydada təsdiqi üçün ödənilmiş 12 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq AtaBank ASC-yə qaytarılması müddəası əlavə edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı1 ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MKya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 13 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı1 ASC cavabdehlər Cavabdeh1 və Cavabde h2 qarşı borc tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 13 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 ASC kassasiya şikayəti vermişdir. İşə kassasiya baxışında İddiaçı1 ASC-nin nümayəndəsi Ramin Sadıxzadə ərizə ilə kassasiya şikayətindən imtina edərək kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 410.1-cı maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə kollegiyası İddiaçı1 ASC-nin kassasiya şikayətindən imtinaya dair ərizəsini araşdıraraq hesab edir ki, İddiaçı1 ASC-nin imtinası başqa şəxslərin hüquqularını və qanunla qorunan mənafelərini pozm adığından onun imtinası qəbul edilməli kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410.2-ci maddəsinə əsasən işdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 410, 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 ASC-nin Şəki Apellyasiya Məhkəməsinin MK-nın 13 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina ərizəsi qəbul edilsin. İddiaçı1 ASC-yə münasibətdə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar