Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3653/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ızının Cavabdeh qarşı ilkin, Cavabdeh ızına qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi, borcun etirafı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Əhməd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı ızının Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası, Cavabdeh ızına qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1789/2022 nömrəli iş üzrə 28 fevral 2022 -ci il tarixli qətnaməsindən iddiaçı ızı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları 1. ızı ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ızı 4 ay, 03 fevral 2015-ci il müddətinədək hər ay 10000 manat qaytarmaqla şərti ilə Cavabdeh 40000 manat məbləğində faizsiz borc vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 və ızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 400000 manat mənzillərə görə, 80000 manat 40 kv metrlik obyektə görə və 90000 manat kredit müqaviləsi üzrə, cəmi 575000 manat məbləğində vəsaitin tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. Daha sonra İddiaçı1 məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı 40000 manat mənzillərə görə, 80000 manat 40 kv metrlik obyektə görə tələbini baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(001)19/2020 saylı qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanmışdır. 5. ızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 40000 manatın Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Tələb belə əsaslandırılmışdır ki, tərəflər arasında 03 oktyabr 2014-cü il tarixdə, Abşeron rayon 1 saylı Notariat Kon torunda təsdiqlənmiş kredit müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 4 ay müddətinədək hər ay 10000 manat qaytarması şərti ilə 40000 manat məbləğində borc pul vermişdir. Lakin kredit müqaviləsinin bağlanmasından 6 il keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamış, borcunu ödəməkdən qəsdən yayınmışdır. İddiaçı tərəfindən cavabdehə borcunu ödəməsi ğarədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu hələ də ödəməmişdir.
7. Quliyev X3 Kəmalə Məhərrəm qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla ızı arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, 2014-cü ildə ızının əri – İddiaçı1 ona bildirmişdir ki, özünün xüsusi mülkiyyətində olan fərdi yaşayış evini və həmin evin ətrafındakı heç bir hüquqi sənədi olmayan 30 sota yaxın torpaq sahəsini satmaq istəyir. O, həmin torpaq sahəsini sənədləşdirmiş, həmçinin müştəri taparaq evi rəsmi, torpaq sahəsini isə qeyri-rəsmi olaraq satmışdır. Lakin sonradan iddiaçı müxtəlif bəhanələr gətirərək, evini və torpağını geri istəmiş, müxtəlif orqanlara onun barəsində şikayətlər etmiş və onu şantaj etməyə başlamışdır. O, da evə görə aldığı pulu müştəriyə geri qaytarmışdır. İddiaçı1 evini özü satacağını bildirmiş, 10 sot torpaq sahəsini də ona qaytarmasını tələb etmişdir. O, aralarındakı qohumluq münasibətlərinə görə razılaşmış və razılaşmanın təminatı kimi aralarında formal olaraq 40000 manatlıq borc müqaviləsi bağlanmışdır. Lakin əslində bu müqavilə 10 sot t orpaq sahəsinin qaytarılması üçün bağlanmış və ona qeyd edilən məbləğdə borc pul verilməmişdir. 13 oktyabr 2014-cü il tarixdə bağlanmış AN-1, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən şərtləşdikləri kimi 0,10 ha torpaq sahəsini X2 mülkiyyətindən ızının adına rəsmiləşdirmişlər. Həmçinin İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini sataraq pulunu almışdır. Bununla da onlar arasında olan maddi anlaşmazlıqlar sona çatmış, İddiaçı1 notarial qaydada ərizə verərək, ona dəymiş ziyanın tam ödənilməsini və bununla bağlı gələcəkdə ona qarşı heç bir iddiası olmayacağını qeyd etmişdir. Buna baxmayaraq, onlar, yenidən həmin borc müqaviləsini əsas götürüb pul tələb edir. Həmin vaxt borc müqaviləsi bağlanan zaman İddiaçı1 şikayəti əsasında onun barəsində Abşeron rayon Polis İdarəsində ara şdırılma aparılmış, ondan pul tələb edilmişdir. Həmin vaxt isə ızının ona borc pul verməsi mümkün deyildir. Ona görə də, qeyd edilən kredit müqaviləsi əslində 10 sot torpaq sahəsinin ızının adına rəsmiləşdirilməsinin təminatı kimi bağlandığına görə həmin borc müqaviləsi yalan əqddir, etibarsız sayılmalıdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-19/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmli) ızı iddiasının təmin edilməsi, 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 40000 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı ızının xeyrinə tutulması, Cavabdeh qarşılıqlı iddiasının təmin edilməməsi və dövlət rüsumunun onun özünə aid olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab e tmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
11. Qarşılıqlı iddia ilə bağlı cavabdeh 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Bundan əlavə, mübahisələndirilən kredit müqaviləsinin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, cavabdeh həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüş, müqavilə imzalandığı tarixdən iki ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 340.1, 340.2, 347.1, 354.1, 354.2, 385.1, 427.3, 442, 443.1, 448.1,739-cu, Mülki Prosessual Məcəllənin 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qebul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3780/21 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon M əhkəməsinin 2(001)-19/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh aid edilməlidir. Qətnamədə əks edilmiş tələbin həcmi üzrə prosessual qeyrimüəyyənlik işin mahiyyətinə təsir etmədiyindən və tələb üzrə birgə iddiaçıların razılıqları yazılı ərizələri ilə izhar edildiyindən, bu müstəvidə də əsasların mövcudluğu qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün prosessual pozuntu kimi qəbul edilə bilməz.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 337-357, 385-390, 404, 421-425, 460, 560; 739-742 və 882, Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390-cı maddələrinə istinadla əsaslandırmışdır. c) Kasasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin qismən ilkin iddianın təmin edilmiş və qarşılıqlı iddianın rədd edilmiş hissəsində ləğv edilərək, ilkin iddianın tam rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə q ərar çıxarılmasını xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5705/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Hüseynov Abiddin Qafar oğlundan ibarət tərkibdə) Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3780/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qət edilmişdir.
19. Kasasiya məhkəməsi qərarında qeyd edilmişdir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr Kəmalə Məmmədova ilə birgə əmlak rejimində olan əri İddiaçı1 verdiyi ərizənin xx.xx.2014-cü il tarixli müqavilədən irəli gələn öhdəliyin icrası barədə sənəd olubolmadığına, bu barədə cavabdehin dəlillərinə, habelə işdəki süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və nəticədə iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1789/2022 nömrəli iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov - sədrlik edən və məruzəçi, A.Ə.İsgəndərov və İ.Ə.Kərimlidən ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-19/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi qismən, yəni ilkin iddianın təmin edilməsi hissədə ləğv olunmuş, ızının Cavabdeh qarşı 03 oktyabr 2014-cü il tarixli kredit müqav iləsi üzrə 40000(qırx min) manat tutulması tələbinə dair iddiasının rədd olunması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşmamış, hesab etmişdir ki, iddiaçının tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dispozisiya əlamətləri ilə uzlaşmır. 22.Tərəflər arasında 03 oktyabr 2014-cü il tarixli müqavilə bağlandıqdan sonra borc verən Kəmalə Məmmədovanın əri İddiaçı1 16 oktyabr 2014-cü il tarixdə Abşeron rayon 1 saylı notariat kontoruna ərizə verərək göstərmişdir ki, “Cavabdeh tərəfindən mənə dəymiş ziyan tamamilə ödənilmiş bununla bağlı heç bir iddia və tələbi m yoxdu. Gələcəkdə heç bir məhkəmə mübahisəm olamayacaq”. Həmin ərizəni Cavabdeh məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi Kəmalə Məmmədova ilə birgə əmlak rejimində olan əri İddiaçı1 verdiyi bu ərizənin xx.xx.2014-cü il tarixli müqavilədən irəli gələn öhdəliyin icrası barədə sənəd saymamış, başqa sözlə bu sübuta hüquqi qiymət verməmişdir. 23.Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əri İddiaçı1 verdiyi bu ərizənin xx.xx.2014-cü il tarixli müqavilədən irəli gələn öhdəliyin icrası barədə sənəd olmadığını sübut etmək yükü iddiaçı tərəfin üzərinə düşür, lakin həmin tərəf buna dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə İddiaçı1 verdiyi bu ərizənin xx.xx.2014-cü il tarixli müqavilədən irəli gələn öhdəliyin icrası barədə sübut deyil, hər hansı bir başqa öhdəliyin icrası ilə bağlı sübut olduğunu ilkin iddiaçı tərəf sübuta yetrməli idi, amma edə bilmir. 24.Məhkəmənin qənaətinə görə Cavabdehlə Kəmalə Məmmədova arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli müqavilə təkcə iddiaçı Kəmalə Məmmədovaya deyil, həm də iddiaçı ilə əmlak birliyinə malik olan əri İddiaçı1 olan borcların etirafı barədədir, İddiaçı1 cavabbeh Cavabdeh tərəfindən ona dəymiş ziyanın tamamilə ödənilməsi, ona qarşı heç bir iddia və tələbinin olmaması barədə notarial qaydada təsdiqlənmiş ərizə verməsi arvadı Kəmalə Məmmədovaya da cavabdehin borcunun qalmamasını ehtiva edir, iddiaçı tərəf həmin ərizənin cavabdehin digər öhdəliklərinə görə yazılıdığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
25. Qarşılıqlı iddianın rədd olunması ilə bağı ape lyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər Cavabdeh İddiaçı1 olan borcunu sənədləşdirmək niyyəti ilə hərəkət etmiş, bu məqsədlə kreditorla əmlak birliyinə malik olan (arvadı) Kəmalə Məmmədovanın adına borc müqaviləsi rəsmiləşdirmək niyyətləri nəzərə alınmaqla kredit müqaviləsi bağlanarkən əslində pul vəsaitinin alınmaması, bununla mövcud borcun sənədləşdirilməsi sübuta yetirilirsə bu hallar əqdin etibarsız sayılmasına deyil, müqavilənin təfsir edilməsinə əsas olmalıdır. Başqa sözlə, mövcud borc müqaviləsi kimi sənədləşdirildikdə tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə həmin müqavilə mücərrəd borcun etirafı kimi qiymətləndirilir. Ona görə də mübahisə predmeti olan xx.xx.2014-cü il tarixli əqd mücərrəd borcun etirafına dair müqavilə kimi təfsir o lunduğundan yalan əqd hesab edilə bilməz. Məhz buna görə də qarşılıqlı iddianın rədd olunmasının ləğv edilməsinə dair şikayətin dəlilləri əsaslı və təmin ola bilməz, birinci instansiya məhkəməsinin bu məsələnin həlli ilə balı qənaəti qanuni və əsaslı olmuşdur.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2, 404.1, 404.2, 528, 529.1, 739.1, 882.1, 882.2, 882.3, 882.4-cü və MPM-nin 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı ızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 28 fevral 2022-ci il tarixli qətnaməsinin qismən ilkin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, ilkin iddianın təmin edilməsinə dair yeni qərar çıxarılması nı xahiş etmişdir.
28. İddiaçı Mülki Məcəlləsinin 882, 404-cü və MPM-nin 80, 81, 82.4 və 420-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə faktiki olaraq heç bir araşdırma aparmadan, Ali Məhkəmənin səlahiyyətlərindən kənara çıxan göstərişləri əsasında, yəni mübahisənin hansı qaydada həll edilməli olmasına dair mövqeyini Mülki Prossesual Məcəllənin 420-ci maddəsində nəzərdə tutulmuş “məcburi göstəriş” kimi rəhbər tutmuş, həmin qərarı demək olar ki, öz qətnaməsinə köçürməklə, öz vəzifəsini yerinə yetirmiş hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
30. Azər baycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı ızının (qarşılıqlı cavabdeh) kassasiya şikayəti əsasında ilkin iddianın rədd olunması hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublika sının Mülki Məcəlləsi
32. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
33. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
34. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
35. Maddə
528. Öhdəliyə onun kred itorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
36. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
37. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
38. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəki ldə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
39. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
40. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.
41. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edil ir.
42. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülən dəlillərlə eynidir, apellyasiya məhkəməsi tərəfinjən tam, hərtərəfli, obyetkiv və qərəzsiz baxılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşı r.
49. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Məmmədova Kəmalə Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1789/202 2 nömrəli iş üzrə 28 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.