Məhkəmə qərarları › İş №2(102)-3654/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3654/2019

23.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3654/2019 23.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Quliyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 3692 ABŞ dolları ödənilməmiş borc və 6 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 3698 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçınin xeyrinə ödənilməsi, habelə iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 6 manatının iddiaçıya aid edilməsi, 24 manatının isə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-470/2019 saylı, 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.Hüseynov, R.Əliyev və İ.Şükürov) Göyçay Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(046)-1696/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Cavabdehy Talxum oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-470/2019 saylı, 09 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “İddiaçıe” MMC Cavabdeh qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 27.08.2013-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 3692 ABŞ dolları əsas borc, 786 ABŞ dolları cərimə olmaqla, cəmi 4478 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 27.08.2013-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ona 5465 ABŞ dolları məbləğində nisyə mal satılmışdır. Müqavilə üzrə cavabdeh 40 ABŞ dolları ilkin ödəniş etmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olduğu pul məbləğini tam ödəməmiş və bununla da, müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirməmişdir. Cavabdeh sonuncu dəfə 17.11.2015-ci ildə 100 ABŞ dolları ödəniş etmiş, onun 3692 ABŞ doll arı məbləğində əsas borcu qalmış və müqavilə şərtlərinə uyğun olaraq həmin borca 786 ABŞ dolları məbləğində cərimə hesablanmışdır. Cavabdeh uzun müddət ödəniş etmədiyindən ona qarşı məhkəmədə hazırkı iddia qaldırılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehy Talxum oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-470/2019 saylı, 09 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı Cavabdehy Talxum oğlu məhkə mə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan 27.08.2013-cü il tarixli TOP11272 nömrəli “Nisyə alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı «İddiaçıe» MMC qiyməti 5425 ABŞ dolları olan malları (mobil telefon, kompüter, noutbuk) alıcı Cavabdeh müvəqqəti sahibliyinə verməyi, Cavabdeh isə əşyanı müvəqqəti sahibliyinə qəbul edib əvəzində bu Müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 6 ay ərzində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə alıcı bu Müqavilənin İİİ hissəsində göstərilən formada ödənişləri həyata keçirməlidir. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir. İşdə olan 27.08.2013-cü il tarixli 3, 7, 11 saylı qaimələrə əsasən «İddiaçıe» MMC qiyməti 5425 ABŞ dolları olan malları Cavabdeh təhvil vermişdir. İşdə olan 21.06.2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 27.08.2013-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə satılmış malların qiymətindən 3692 ABŞ dolları ödənilməmiş hiss ə və həmin məbləğə hesablanmış 786 ABŞ dolları dəbbə pulu (cərimə) olmaqla cəmi 4478 ABŞ dolları məbləğində borcu vardır. İşdə olan 13.10.2015-ci il və 17.11.2015-ci il tarixli ödəniş qəbzlərinə əsasən cavabdeh iddiaçıya 27.08.2013-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə cəmi 200 ABŞ dolları ödəniş etmişdir. İşdə olan 13.06.2018-ci il tarixli bank qəbzinə əsasən iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan «İddiaçıe» MMC-nin 08.06.2018-ci il tarixli 01/95-17226 saylı məktubundan görünür ki, öhdəliklər icra olunmadığı təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan cavabdehin ərizəsinə əsasən o, hazırkı iddia üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsini n 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəl iyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mü hüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə kollegiyası hesаb edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması (lazımınca icra edilməməsi) kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh 27.08.2013-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə əsasən dövri ödənişlər etməli olduğu halda həmin ödənişləri tam etməmiş, bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdehonun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci m addəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bu normaya əsaslanan apelyasiya instansiyası məhkəməsi öhdəliyin vaxtında icra edilməməsinə görə 786 ABŞ dolları məbləğində dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab edib, 6 ABŞ dolları məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 27.08.2013-cü ildə bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən sonuncu ödəniş 17.11.2015-ci il tarixdə edilmiş, bununla da iddia müddətinin axımı kəsilmiş və qeyd olunan tarixdən iddia müddətinin axımı yenidən başlanmışdır. İddiaçı isə 02.07.2018-ci ildə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyindən qanunverici liklə müəyyən olunmuş 3 illik iddia müddəti onun tərəfindən ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasın da tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunduğu kimi, cavabdeh iddiaçıdan təkcə 27.08.2013-cü il tarixli TOP11272 nömrəli “Nisyə alqı-satqı müqaviləsi” üzrə deyil, başqa müqavilələr üzrə də mallar almış və bütün müqavilələr üzrə ödənişlər etmişdir. Lakin cavabdehin 27.08.2013-cü il tarixli müqaviləyə aid olan kimi təqdim etdiyi qəbzlərin bir qismi əslində başqa müqavilələr üzrə edilmiş ödənişlərə aiddir. 27.08.2013-cü il tarixli müqavilə üzrə isə cavabdeh cəmi 5425 ABŞ dolları qiymətində mallar almış və həmin müqavilə üzrə cəmi 1733 ABŞ dolları məbləğində ödənişlər etmiş, axırıncı ödəniş (100 ABŞ dolları) etdiyi 17.11.2015-ci il tarixdən sonra (hal-hazıra kimi) bəhs edilən müqavilə üzrə 3692 ABŞ dolları məbləğində borcu qalmışdır. İşdə olan (49 və 53-cü vərəqlər) 13.10.2015-ci il və 17.11.2015-ci il tarixli ödəniş qəbzlərində də 27.08.2013-cü il tarixli TOP11272 nömrəli müqavilə üzrə borc qalığının məbləği (müvafiq olaraq 3792 və 3692 ABŞ dolları) qeyd olunmuş, cavabdeh bu qəbzləri imzalamaqla onlardakı məlumatların doğruluğunu və həmin məlumatlarla (m üvafiq məbləğlərdə borc qalığının mövcudluğu ilə) razılaşmasını təsdiq etmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia tələbinin kifayət qədər mötəbər və təkzibolunmaz sübutlarla əsaslandırıldığı qənaətindədir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki Məcəllənin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Sözügedən 27.08.2013-cü il tarixli TOP11272 nömrəli müqavilədən və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlindən, habelə cavabdehə nisyə satılmış malların qaimələrindən görünür ki, həmin sənədlərdə malların qiymətləri və hissə-hissə ödəniləcək pul məbləğləri xarici valyutada, yəni ABŞ do lları ifadəsində göstərilmişdir. Eləcə də, ödəniş qəbzlərinə əsasən, cavabdeh tərəfindən ödənişlər xarici valyutada (ABŞ dolları ilə) edilmişdir. Göründüyü kimi, müqavilə tərəfləri pul öhdəliyinin icrasının xarici valyutada (ABŞ dolları ilə) aparılmasını şərtləşdirmiş və öhdəliyi həmin şərtə uyğun icra etmişlər. Bundan başqa, iddia ərizəsində də cavabdehdən borclu olduğu pul məbləği xarici valyutada, yəni ABŞ dolları ifadəsində tələb edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehdən alınıb iddiaçıya ödənilməli olan borc məbləğinin 3698 (üç min altı yüz doxsan səkkiz) ABŞ dolları kimi, yəni xarici valyutada qət edilməsi milli qanunvericiliyin müddəalarına zidd deyildir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiy ası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehy Talxum oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar