Məhkəmə qərarları › İş №2(102)-3655/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3655/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3655/2023 25.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3001/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən kassasiya şikayətinə 25 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ıları müəyyən etdi: İşin halları

1. Abşeron rayonu, Xırdalan şosesi, Hökməli dairəsi ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. İddiaçıya məxsus fərdi yaşayış evini su basmış və ona maddi ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli dairəsi ünvanında yerləşən fərdi yaşayış sahəsinə dəymiş ziyanın dəqiqləşdirilməsi üçün məhkəmə-tikinti ekspertizasının təyin edilməsi, Cavabdeh ASC tərəfindən ona vurulmuş maddi ziyanın və ekspertiza xərclərinin ödənilməsi, eləcə də uçotsuz və təyinatsız axıdılan suyun qarşısının alınması vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etm işdir.

4. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh ASC-dən dəymiş maddi ziyanın əvəzi olan 13200 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus evin zirzəmisinə bir neçə ilə yaxındır ki, yeraltı içməli su axır. Abşeron Sukanal idarəsinin əməkdaşlarının dediyinə görə evdən 15 metr aralı olan, küçədən keçən “JB” xəttində çürümə və sızma vardır. Həmin su oradan gəlir. Onların imkanı və texnikası olmadığından, yalnız Cavabdeh ASC-nin rəhbərliyi bu işlə bağlı tədbir görə bilər. O, 2018-ci ildən başlayaraq dəfələrlə yazılı və qaynar xətt vasitəsi ilə ASC-nin rəhbərliyinə müraciət etmişdir. Lakin heç bir tədbir görülməmişdir. Məcbur olub evin qarşısında su anbarı tikdirib, evi küçədən və həyətdən deşik açaraq içməli suyu 75 mm-lik boru ilə həyətdəki kanalizasiya sisteminə qoşmuşdur. Evinə külli miqdarda ziyan dəymişdir. Birinci mərtəbədə divar çatlamış, isti döşəmə sıradan çıxmış, eləcə də divarların boyası və suvağı tökülmüşdür. Hətta evin çökmə ehtimalı vardır. Bu barədə Cavabdeh ASC-yə 10.04 2018-ci il və xx.xx.2019-cu il tarixlərdə ərizə ilə və müxtəlif vaxtlarda qaynar xətt vasitəsilə müraciət etmiş, lakin, rəsmi cavab almamışdır. Təxminən 2019-cu ilin iyul ayının ortalarında əraziyə baxış keçirib getmişlər. Həmin gün axşam saatlarında ona Abşeron sukanal idarəsinin əməkdaşı sərxoş vəziyyətdə zəng vurub bildirmişdir ki, məsələnin həlli necə davranmağından asılıdır. Evinin çökməsini istəmirsə “hərəkət” etsin. Məsələni öz üzərinə götü rə biləcək adam tapa bilməmişdir. Bu səbəbdən su əvvəlki kimi axmaqda davam edir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Su Məcəlləsinin 98, 101 və 103-cü maddələrinə istinad etmişdir.

6. Cavabdeh xx.xx.2021-ci il tarixdə iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, mübahisəli obyektə baxış keçirilmiş və hər hansı sızmanın baş verməsi aşkar edilməmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Əvvəl həmin ərazinin torpağı yoxuş olmuş, sonradan hamarlanmışdır. Həmin ərazi ümumiyyətlə rütubətli ərazidir. Rütubətlilik boru ilə əlaqəli deyildir. Obyekt isə borunun üzərində qanunsuz inşa edilmişdir. Obyektin özü ümumiyyətlə düzgün tikilməmişdir.

7. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2022-ci i l tarixli, 10/1073 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin su basmış yarımzirzəmi sahəsinə su basması nəticəsində ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün lazım olan vəsaitin hazırki mövcud olan bazar qiymətlərinə uyğun olaraq 13200 manat məbləğində olduğu müəyyən edilmişdir.

8. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə xx.xx.2022ci il tarixli, 10/4806 nömrəli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yarımzirzəmisinin su basmasının texniki səbəbi Cavabdeh ASC-yə məxsus su və kanalizasiya borularında baş vermiş qəzadır. Qeyd olunmuşdur ki, yaşayış sahəsini su basması Cavabdeh ASC-nin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məsələsinin müəyyənləşdirilməsi məhkəmə tikinti -texniki ekspertinin səlahiyyətlərinə aid deyildir.

9. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bgöstərmişdir ki, iddiaçının onlara əvvəl yazdığı məktubdan xəbəri olmamışdır.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-84/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) iddia təmin olunmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə iddiaçıya subasma nəticəsində 13200 manat məbləğində maddi ziyan dəydiyi sübut olunduğundan iddiaçı dəymiş ziyanın əvəzini tələb etməkdə haqlıdır.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, iddiaçının mənzilində baş vermiş su sızmasına texniki olaraq cavabdehə məxsus su və kanalizasiya borularında baş vermiş qəzalar səbəb olmuşdur.

13. Cavabdehə məxsus boruların saz vəziyyətdə saxlanılmasına və təmirinə görə cavabdeh məsuliyyət daşıyır. Bu halda borularda baş vermiş qəzalar nəticəsində dəymiş ziyanın əvəzi cavabdehdən tutulmalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096.1, 1096.2 və 1097.1-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 5.1.8, 9.9-cu bəndləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavab deh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində və məhkəmə çıxışı zamanı obyektinin yaxınlığında baş vermiş qəza nəticəsində obyektinə ziyan dəydiyini bildirmişdir, lakin Abşeron rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən sözügedən obyektə baxış keçirilmiş və obyektin hazırkı vəziyyəti ilə bağlı 19 may 2021-ci il tarixdə “Akt” tərtib edilmiş və aktda heç bir subasma və qəza hallarının müşahidə edilmədiyi göstərilmişdir. Bundan əlavə obyekt tikilməmişdən təxminən 10 il öncə həmin ərazidə diametri 219 mm olan su borusu mövcud idi. Həmin ərazi təpəlik bir ərazi olmuşdur. Sözügedən obyekt hə min təpəlik hissənin torpaq tökülərək hamarlanmasından sonra üzərində tikilmişdir. Bu zaman həmin boru hamarlanmış torpağın təxminən 8 metr altında qalmışdır. Həmin dərinlikdən 8 metr hündürlüyə suyun sızması mümkünsüz haldır. Həmçinin o qeyd etmişdir ki, sözügedən ərazi rütubətli ərazi olduğundan obyektə hər hansı bir yüngül təsirlərin su sızma halları ilə əlaqələndirilməsi də əsaslı deyil. Digər tərəfdən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1073 nömrəli ekspert rəyində verilmiş dəymiş ziyanın məbləği ilə bağlı verdiyi mütəxəssis rəyi ilə razılaşmır. Belə ki, rəyin verilməsi üçün hadisə yerinə baxış keçirilərkən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı təmin edilməmişdir. Rəy birtərəfli qaydada tərtib edilmişdir. O bildirmişdir ki, rəy birtərəfli qaydada tərtib edildiyi üçün dəymiş ziyanın məbləğinin süni olaraq şişirdilməsi təbiidir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər - F.Talışınski (sədrlik edən və məruzəçi), A.İmanov, M.Məmmədov) 2(103)-3001/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh öz funksio nal vəzifələrinə rəğmən hərəkətsizlik nümayiş etdirmiş və etirazının əsasını təşkil edən araşdırma aparmamış, habelə araşdırmanın aparılmasına dair sübutlar təqdim etməmişdir.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə ekspertizalar keçirilmişdir və birinci instansiya məhkəməsində icraatı zamanı cavabdehin ekspertizanın keçirilməsində iştirakının təmin edilməməsi əsası ilə əlavə və ya təkrar ekspertizanın keçirilməsi üçün vəsatət verilmədiyindən, habelə digər əsaslar olmadığından əlavə və ya təkrar ekspertizanın aparılması və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

20. Cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən ərazi rütubətli ərazi olduğundan obyektə hər hansı bir yüngül təsirlərin su sızma halları ilə əlaqələndirilməsi də əsaslı deyil. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi, obyektin əsasən divar hissələri zədələnmiş, döşəmə hissəsinə demək olar ki, heç bir ziyan dəyməmişdir. İddiaçının dediyi kimi susızma hadisəsinə səbəb su xəttində baş vermiş qəza olsaydı, o zaman ilk növbədə obyektin döşəmə hissəsi zədələnərdi. Cavabdeh keçilirmiş ekspertizaya münasibətdə şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/1073 nömrəli ekspert rəyində verilmiş ziyanın mə bləği şişirdilmiş məbləğdir və heç bir əsas olmadan obyektin ümumi sahəsinin (264 kv metr) təmirinə uyğun hesablanmışdır. Halbuki, həm fotoşəkillərdən, həm də ekspert rəyindən də göründüyü kimi, obyektin təkcə bəzi hissələrinə ziyan dəymişdir. Belə olan halda, ekspert tərəfindən obyektin ümumi sahəsinin təmir qiymətinin müəyyən edilməsi və məhkəmənin belə bir qərar qəbul etməsi tamamilə əsassızdır. Məhkəmənin ekspert qarşısında qoyduğu suallar işin mahiyyətini tam əks etdirməmiş, araşdırılması lazım olan vacib suallar ekspertə təqdim edilməmişdir. Belə ki, həmin ərazidə qrunt sularının olub-olmaması, obyektin tikinti norma və qaydalarına uyğun inşa edilibedilməməsi, rütubətliliyin hansı səviyyədə olması, d=219 mm su borusundan su sızması nəticəsində obyektə ziyan dəyməsinin mümkün olub-olm aması barədə suallar ekspert tərəfindən tədqiq edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazda iddiaçı kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şə xsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 26. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaların a müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnam ə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan məsələlər apellyasiya şikayətində də irəlisürülmüş, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

41. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin mövqey ilə razılaşmış və hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, iddiaçının mənzilində baş vermiş su sızmasına texniki olaraq cav abdehə məxsus su və kanalizasiya borularında baş vermiş qəzalar səbəb olmuşdur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.

43. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarl a birgə qiymətləndirilir.

44. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

45. İşdən görünür ki, ekspert rəyinin qeyri-mötəbərliyi hər hansı sübutla təsdiq edilməmişdir. Bundan başqa, apelyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin ekspertizanın keçirilməsində iştirakının təmin edilməməsi əsası ilə əlavə və ya təkrar ekspertizanın keçirilməsi üçün vəsatət verilmədiyindən, habelə digər əsaslar olmadığından əlavə və ya təkrar ekspertiza keçirilməsinə ehtiyac qalmamışdır.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikay əti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3001/2023 nömrəli iş üzrə 15 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar