Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3657/2019 27.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2019-cu il tarixli qərardadından Cavabdeh2 və onun vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X2 ün van 1 ünvanlı fərdi yaşayış evinə və torpaq sahəsinə heç bir hüquqları olmadan qanunsuz olaraq 19 ildən artıq sahiblik etdikləri üçün onlardan əldən çıxmış faydaya görə zərərin əvəzi kimi 36000 manatın tutularaq iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Sonradan iddiaçıların nümayəndəsi X10 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X3 ünvan 1 ünvanlı fərdi yaşayış evindən çıxarılmaları, həmin evdən və torpaq sahəsindən qanunsuz istifadə etdikləri üçün əldən çıxmış faydaya görə zərərin əvəzi kimi 36000 manatın tutularaq iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsinə dair qətnamə çıxarı lmasını məhkəmədən xahiş etmişlər. İddia tələbinin həcminin artırılmasına dair ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin dəyişdirilməsi, iddia tələbinin həcminin azaldılması və artırılmasına dair ərizə təqdim edərək, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması, evinin və həyətyanı torpaq sahəsinin onun ona təhvil verdiyi kimi yararlı qaydada ona təhvil verilməsi, evindən və həyətyanı torpaq sahəsindən son 3 ildə istifadə etdiklərinə kirayə haqqı kimi 3600 manat pulun onlardan müştərək qaydada alınıb ona verilməsi, qanunsuz tikinti quraşdırma işləri aparılıbsa onları n öz hesabına sökülərək inşaat materiallarının onların mülkiyyətinə verilməsi, qarşılıqlı iddianın rədd edilməsi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbinin dəyişdirilməsi, iddia tələbinin həcminin azaldılması və artırılmasına dair ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin dəyişdirilərək artırılmasına dair ərizə təqdim edərək, cavabdehlərdən ona vurduqları 88000 ABŞ dolları pulun qətnamənin icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbinin artırılmasına dair ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X6 iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 ildən də artıq bir vaxtda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə çəkdiyi xərclərin-konkret olaraq 29000 manatın cavabdehlər tərəfindən ona ödənilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün ödədiyi 8266 ABŞ dollarının 20 il müddəti üçün indeksasiyası hesablanmaqla, milli manatla uyğun məbləğinin cavabdehlərdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Sonradan cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X6 məhkəməyə qarşılıqlı iddia təl əbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 20 ildən də artıq bir vaxtda yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə çəkdikləri xərclərin-konkret olaraq 18539 manatın ilik iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq onlara ödənilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün ödədikləri 8266 ABŞ dollarının 20 il müddəti üçün indeksasiyası dəyəri olan 21955,48 ABŞ dollarının qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq onlara qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia tələbinin dəyişdirilməsinə dair ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan X11 qarşılıqlı iddia üzrə cavabdeh qismində cəlb edilmişdir. Cavabdeh2, Cav abdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X6 məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün ödədikləri 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dollarının, 20 ildən də artıq bir vaxtda yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə çəkdikləri xərclərin-konkret olaraq 18539 manat olması qəbul edilməklə və iddia tələbinə ötən müddət ərzində ailələrinə vurulmuş mənəvi əzabların əvəzi olaraq həmin evin alınması üçün ödənilmiş məbləğdə həmin məbləğin hər keçən il üçün 1 faizi (1996-2018), yəni uyğun olaraq hər ötən il üçün 199,5 ABŞ dolları olmaqla, 22 il üçün toplam 4389 ABŞ dolları və evə çə kilmiş xərclərə görə ümumi məbləğin 10 faizi yəni 1853 manatı əlavə etməklə iddia tələbini ümumilikdə 24344,48 ABŞ dollarının, 20392 manatın və 30 manat dövlət rüsumunun, müştərək qaydada ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 və ilk iddia üzrə iddiaçının nümayəndəsi və qarşılıqlı iddia üzrə cavabdeh X4 alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 29 oktyabr 2018-ci il tariхli, 2 (075)-9/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və həyətyanı torp aq sahəsindən son 3 ildə istifadə etdiklərinə kirayə haqqı kimi 3600 manat pulun onlardan müştərək qaydada alınıb ona verilməsi, qanunsuz tikinti quraşdırma işləri aparılıbsa onların öz hesabına sökülərək inşaat materiallarının onların mülkiyyətinə verilməsi, qarşılıqlı iddianın rədd edilməsi, cavabdehlərdən ona vurduqları 88000 ABŞ dolları pulun qətnamənin icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə alınıb ona verilməsi tələbinə dair ilk iddialarının təmin edilməməsi; Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2 (075)-9/2018 nömrəli qərardadına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərinin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması, evinin və həyə tyanı torpaq sahəsinin onun təhvil verdiyi kimi yararlı qaydada ona təhvil verilməsi ilə bağlı hissəsinə xitam verilməsi nəzərə alınması;. Qarşılıqlı iddia Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X3 iddialarına münasibətdə təmin edilməməsi; Qarşılıqlı iddia tələbi Cavabdeh2 iddiasına münasibətdə qismən təmin edilməsi və 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə qarşılıqlı iddia üzrə cavabdeh X4 alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verilməsi; Cavabdeh2 qarşılıqlı iddia tələbinin İddiaçı1 və İddiaçı2 qarşı hissəsi və qalan hissəsinin təmin edilməməsi; İddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia ərizəsi ilə bağlı dövlət büdcəsin ə ödədikləri 30 manat dövlət rüsumunun özlərinə aid edilməsi; Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X3 qarşılıqlı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədikləri 30 manat dövlət rüsumunun 10 manatı özlərinə aid edilməsi, 20 manatın isə cavabdeh X4 alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qaytarılması” İş üzrə məhkəmə-tikinti-texniki ekspertizası ilə bağlı ödənilməli olan 80 manat ekspertiza xərci Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X9, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X2 müştərək qaydada alınaraq dövlət büdcəsinəАZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Аgentliyi, KОD 210005 VÖEN **********, müxbir hesаb АZ 41, NАBZ ******************** İWİFT BİK CTREАZ 22 hesabına ödənilməsi; İş üzrə m əhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 50 və 145 manat olmaqla, cəmi 195 manat ekspertiza xərci cavabdeh X4 alınaraq dövlət büdcəsinəАZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Аgentliyi, KОD 210005 VÖEN **********, müxbir hesаb АZ 41, NАBZ ******************** İWİFT BİK CTREАZ 22 hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Mahmudov, hakimlər E.Hüseynov və V.Məlikov, İş № 2(107)-685/2019) İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən, həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tariхli, 2(075)-9/2018 nömrəli qətnaməsi onların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, X5 apellyasiya şikayətinin təmin olunması hissəsində-yəni Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tariхli, 2(075)-9/2018 nömrəli qətnaməsinin “qarşılıqlı iddia tələbi Cavabdeh2 iddiasına münasibətdə qismən təmin edilməsi və 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh X4-dən alınaraq Cavabdeh2-ə verilməsi” hissələrində ləğv edilərək hazırki mülki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməməsi səbəbindən icraata xitam verilməsi nəzərə alınması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 mart 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən A.Mahmudov, hakimlə r E.Hüseynov və V.Məlikov, İş № 2(107)-685/2019) X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2(075)-9/2018 nömrəli qətnaməsi “qarşılıqlı iddia tələbinin Cavabdeh2 iddiasına münasibətdə qismən təmin edilməsi və 6266 ABŞ dollarının ötən müddət üçün indeksasiya dəyəri olan 19955,48 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh X4dən alınaraq Cavabdeh2-ə verilməsi” hissələrində ləğv edilərək hazırki mülki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməməsi səbəbindən icraata xitam verilməsi qərara alınmışdır. Cavabdeh2 və vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli qətnaməsindən və qərarda dından kassasiya şikayəti vermiş, apellyasiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən 11 mart 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti baxılması üçün kassasiya məhkəməsinə göndərilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin 11 mart 2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, Cavabdeh2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin MK-nin qəbul etdiyi 11 mart 2019-cu il tarixli qərardadı qismən –“hazırki mülki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməməsi səbəbindən icraata xitam verilməsi” hissəsində ləğv edilməli və həmin hissədə Cavabdeh2 ərizəsi ba xılmamış saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayır. Bu zaman işin faktiki hallarına istinad edilməsi, onların qiymətləndirilməsi demək deyildir, maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin yoxlanılması üçün bu hallara istinad edilməsi vacibdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin X7 münasibətdə qismən təmin edərkən prosessual qanunvericiliyi n normalarına düzgün riayət etməmiş, qarşılıqlı iddia ərizəsinin mülki prosessual qanunvericiliyin tələblərini pozmaqla icraata qəbul etmişdir. Belə ki, qarşılıqlı iddia tək iddiaya qarşı deyil, başqa şəxsə, yəni iddiaçının nümayəndəsi qismində məhkəmədə çıxış etmiş şəxsə də (Kamil Həsənova da) qarşı verilmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 156.8, 156.1.1. 156.1.2, 156.3-cü maddələrinin, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MPM-nin 372.5-ci maddələri həmin Məcəllənin 155,1 56 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməli olan 27 avqust 2012-ci il tarixli qərarındakı hüququ mövqeyindəki tələblərinə istinad edərək belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia yalnız ilkiin iddia irəli sürmüş şəxslərə, yəni iddi açıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan ücünçü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Lakin birinci instansiya məhkəməsi X7 münasinətdə qarşılıqlı iddianı icraata qəbul etməkdə və ona qarşı həmin icraatda mahiyyəti üzrə işə baxmaqda haqlı olmamışdır. Qarşılıqlı iddianın cavabdeh X7 aid hissədə Azərbaycan Respublikası MPM-nin 155.1 və 156.1-ci maddələrinin tələblərini pozmaqla icraata qəbul edildiyindən, hazırki mülki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməz. Ona görə də iş üzrə qətnamə ləğv edilməklə qarşılıqlı iddianın Kamil Həsənova aid hissəsi üzrə icraata xitam verilməklə iddia ərizəsi geri qaytarılmalıdır. Kassasiya məhkəməsi ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın cavabdeh X8 aid hissəsinin hazırki mülki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməməsi barədə gəldiyi nəticəsi mülki prosessual qanuvericiliyin tələblərinə uyğun olmuşdur. Lakin apellyaisya instansiyası məhkəməsi həmin əsasla MPM-nin 261.0.1-ci maddəsinə istinad edərək icraata xitam verməkdə səhvə yol vermişdir. Belə ki, MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyilsə icraata xitam verilməsini nəzərdə tutulur. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 2 62.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə eyni tərəflər arasıda eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət etməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin icraatına xitam verilməsi tərəfin MPMnin 4-cü maddəsi ilə nəzərdə tutulan məhkəməyə müraciət hüququnu məhdudlaşdırmış olur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Cavabdeh2 və qeyrilərinin iddiaçılara qarşı verdiyi qarşılıqlı iddia məhkəmədə baxılmalıdır. Lakin qarşılıqlı iddia X7 münasibətdə də MPM-nin 149.3-cü maddəsinin tələblərinə uyğun verilmədiyindən və MPM-nin 155.1 və 156.1-ci maddələrinin tələblərini pozmaqla icraata qəbul edildiyindən qarşılıqlı iddia X7 münasi bətdə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələbləri pozulmuş və həmin pozuntu qəbul edilmiş qərardadın qismən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qi smən təmin edilməli və Şəki Apellyasiya Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(102)-685/2019 saylı qərardadı qismən “hazırki mülki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməməsi səbəbindən icraata xitam verilməsi” hissəsində ləğv edilməli və həmin hissədə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 416, 417.1.5, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2-nin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nin qəbul etdiyi 11 mart 2019-cu il tarixli qərardadı qismən –“hazırki mülki işlə birlikdə məhkəmədə bir icraatda baxıla bilməməsi səbəbindən icraata xitam verilməsi” hissəsində ləğv edilsin və həmin hissədə Cavabdeh2 ərizəsi baxılmamış saxlanılsın. Qərar qəbul e
Məhkəmə qərarları › İş №2(102)-3657/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3657/2019
27.05.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver