Məhkəmə qərarları › İş №2(102)-3658/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3658/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3658/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, tapşırıq müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-499/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 29 noyabr 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh mərhum əmisi X1 arvadıdır.

2. İddiaçı və mərhum əri X3 tərəfindən cavabdehin hesabına müxtəlif vaxtlarda pul vəsaitləri göndərilmişdir. 3. 18 sentyabr 2018-ci il tarixli, 4Ə-1816 nömrəli reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi ilə Cavabdeh ünvan 1 ünvanda yerləşən, 0,06 ha torpaq sahəsini 5.000 manata əmisi X1 adına satın almışdır. 4. 31 oktyabr 2018-ci il tarixli, 1S-8516-nömrəli reyestrdə qeyd edilmiş etibarnamə ilə X3 ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklar üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair 31 oktyabr 2028-ci il tarixədək qüvvədə olmaqla qardaşı oğlu Cavabdeh adına etibarnamə vermişdir. 5. 31 oktyabr 2018-ci il tarixli, 4Ə-2147 nömrəli reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi ilə, Şəmkir şəhərin də yerləşən kənd təsərrüfatı təyinatlı 0,07 ha torpaq sahəsi X1 adına satın alınmış və bu barədə sonuncunun adına 5 noyabr 2018-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. 6. 8 noyabr 2018-ci il tarixli, 4 Ə-2198 nömrəli reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi ilə Cavabdeh Şəmkir şəhərində yerləşən 0,06 ha torpaq sahəsini 4.800 manata əmisi X1 adına satın almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.000.000 Rus rublunun ödəniş vaxtı milli manata məzənnədə, habelə ödənilmiş dövlət rüsumuna görə 340 manat, ödənilmiş hüquqi xidmətə görə 1000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia təl əbi onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı olsa da, ailə üzvləri ilə birlikdə Şəmkir şəhəri, Natəvan küçəsi, 91 saylı evdə yaşayır. O, Şəmkir şəhərində bir neçə yerdə həyətyanı torpaq sahəsi və ev almaq qərarına gəlmişdir. Bunun üçün cavabdehlə aralarında olan razılaşmaya görə Rusiya Federasiyasından onun adına pul göndərmiş və Rusiya Federasiyasında olduğu üçün həmin əmlaklar alqı-satqı yolu ilə cavabdehin adına qeydə alınmışdır. Razılaşmaya görə cavabdeh həmin əmlakları iddiaçının adına qeydə aldırmalı idi. Satın alınmış əmlaklar iddiaçının və ailə üzvlərinin faktiki istifadələrində olmasına baxmayaraq, cavabdehin adına qeydiyyatda qalmışdır. 2021-ci ildə iddiaçının əri vəfat etmiş və onun ölümündən sonra iddiaçı, cavabdehdən Rusiya Federasiyasından Bank v asitəsilə göndərmiş olduğu pul vəsaiti hesabına onun adına qeydə alınmış əmlakların adına keçirilməsini xahiş etmişdir. Cavabdeh əvvəlcə həmin əmlakları iddiaçının adına rəsmi qeydə aldıracağına söz versə də, sonradan həmin əmlakları iddiaçının adına keçirməkdən imtina etmişdir.

9. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, həqiqətən iddiaçı onun hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pullar göndərmişdir. Lakin, göndərilmiş pulların iddia olunan məbləğdə və ya başqa məbləğdə olmasını dəqiq bilmir. Çünki pullar müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə göndərilmişdir. Həmin pulları öz ehtiyacları üçün xərcləməmişdir. Həmin pul vəsaitlərinin hesabına Eyyub Musayevin adına daşınmaz əmlaklar almışdır. Hətta almış olduğu evdə əsaslı təmir işləri apa rmış və təmir işlərinə külli miqdarda vəsait sərf etmişdir. Cavabdeh qeyd etmişdir ki, onun iddiaçıya heç bir məbləğdə borcu yoxdur. Həmçinin qeyd etmişdir ki, iddiaçı onun borclu olduğunu iddia edirsə, onda X5 adına alınmış əmlakları ona versin, o da həmin əmlakları satıb ödəniş etməyə razıdır. Cavabdeh əks halda iddianı qəbul etmədiyini bildirmişdir.

10. Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(076)-178/2023 saylı qətnaməsi ilə (hakim Könül Məmmədova) iddia qismən təmin edilərək, cavabdehdən 2.397.896 Rus rublunun qətnamə icra olunan vaxt milli manata məzənnədə tutulub iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işə əlavə edilmiş və cavabdeh tərəfindən mübahisələndirilməmiş qəbzlərin təd qiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı cavabdehin hesabına 3.000.000 Rus rublu göndərdiyini iddia etsə də, onun tərəfindən cavabdehin hesabına ümumilikdə 2.397.896 Rus rublu, mərhum Eyyub Musayev tərəfindən isə cavabdehin hesabına 444.338 Rus rublu göndərilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasında qəbzlərdə olan vəsait hesabına X5 adına əmlaklar aldığını bildirsə də, həmin əmlakların iddiaçı tərəfindən göndərilmiş vəsaitlər hesabına deyil, X5 özü tərəfindən göndərilmiş vəsait hesabına alınması mülki iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə, cavabdehin məhkəmə iclasında göstərdiklərini onun iddiaçı qarşısında götürmüş olduğu öhdəliklərdən yayınması cəhdi kimi qiymətləndirmiş və onun iddiaçı tərəfindən göndərilmiş pul vəsait lərini tikinti işlərinə sərf etməsi ilə bağlı iddiasına tənqidi yanaşaraq özünü müdafiə xarakterli izahat kimi qəbul edərək onu mötəbər sübut olaraq qəbul etməmişdir.

13. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, tərəflər arasında sadə yazılı formada etibarlı borc müqaviləsi bağlanmışdır. Bu səbəbdən də həmin münasibətlərə borc müqaviləsinin müddəaları tətbiq edilməlidir.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh X5 adına almış olduğu daşınmaz əmlakın təmiri üçün vəsait xərclədiyini qeyd etsə də, bununla bağlı məhkəməyə qarşılıqlı iddia təqdim etməmişdir.

15. Məhkəmə hesab etmişdir ki, cavabdehin tikinti işlərinə sərf edilmiş vəsaitlə bağlı məhkəmə iclasında qeyd etdiklərinə hər hansı hüquqi qiymət verilməsi əsaslı sayıla bilməz. Cavabdehə məhkəmə tikinti işlərinə sərf edilmiş vəsaitlə bağlı iddia qaldırmaq hüququ izah edilməlidir.

16. Məhkəmə, işin məhkəmə iclasında müəyyən olunmuş hallarına hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdehdən 2.397.896 Rus rubl ödəniş vaxtı milli manata məzənnədə, göstərilmiş hüquqi yardıma görə 700 manat, ödənilmiş dövlət rüsumuna görə 200 manat tutulub iddiaçıya verilməlidir.

17. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385, 427, 443.1, 739.1, 740-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 88, 121.1, 217.4, 218.3-cü maddələrinin istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, tərəflər arasındakı münasibətlər tapşırıq müqaviləsindən irəli gəlsə də, birinci instansiya məhkəməsi borc müqaviləsinə dair normalara istinad etmişdir. İddiaçının iddia tələbinə görə cavabdehə əmisi tərəfindən daşınmaz əmlakların alınması tapşırığı verilmişdir, əgər belədirsə mütləqdir ki, notarial qaydada təsdiqlənmiş etibarnamə verilməli idi. Bundan başqa, təqdim olunmuş sənədlərlə sübut olunmuşdur ki, iddiaçının əri Eyyub Musayev həqiqətən baş etibarnamə vermişdir ki, daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanan zaman onu təmsil etsin. Cavabdeh, 2018-ci ildə ünvan 1 ünvanda yerləşən evi və Şəmkir şəhərində yerləşən 0.06 ha torpaq sahəsinin satın alınmasında mərhum Eyyub Musayevi təmsil etmiş və onun adından müqavilələr bağlamışdır. Daha sonra, Eyyub Musayev dəfələrlə Şəmkir rayonuna gəlmiş, həmin əmlakları görmüş, öyrənmiş və əmlaklar alınan vaxtdan onun sahibliyində və istifadəsində olmuşdur. İddiaçının adından göndərilmiş pullar da mərhum əri Eyyub Musayevin tapşırıqlarının icrası ilə bağlı olmuşdur. İddiaçı iddia tələbinə dair mötəbər sübutlar təqdim etmədiyinə görə birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 may 2023-cü il tarixli, 2(104)-1036/2023 saylı qətnaməsi ilə (hakimlər: Fikrət Mehdiyev-sədrlik edən və məruzəçi, Rəhman Muradov və Ədil Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəm əsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan işdə iddiaçı iddia tələbinin hüquqi əsası kimi ona əsaslanmışdır ki, o, cavabdehlə aralarında bağlanmış şifahi razılığa əsasən, daşınmaz əmlaklar almaq üçün ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlər olmaqla, ümumilikdə 3.000.000 Rus rublu göndərmişdir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi kimi olmuş olsa belə, onda tərəflər arasında tapşırıq müqaviləsi bağlana bilərdi və birinci instansiya məhkəməsi araşdırma apararkən mübahisəni həmin normaya uyğun aparmalı idi. Lakin, məhkəmə mübahisəyə borc müqaviləsinin normalarını tətbiq etmiş və araşdırmanı səhv istiqamətdə aparmışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə cavabdehin əmisi Eyyub Musayev tərəfi ndən sonuncunun adına daşınmaz əmlaklar alınması üçün baş etibarnamə verilmiş, cavabdeh tərəfindən daşınmaz əmlakın alınması işdə olan sənədlərlə təsdiqini tapmışdır. Bundan başqa, iddiaçı qeyd olunan tapşırığın (yəni daşınmaz əmlakların alınması barədə) hansı qaydada verilməsi, tapşırığa görə cavabdeh tərəfindən hansı işlərin görülməsi, ümumiyyətlə tapşırığın lazımınca icra edib-etməməsi və sair hallar barədə nə birinci instansiya məhkəməsinə nə də ki, apellyasiya instansiyası məhkəməsinə heç bir sübut (etibarnamə və sair) təqdim etməmişdir.

23. Belə ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı iddia etmişdir ki, cavabdehə daşınmaz əmlak alması tapşırığı vermişdir. Əslində isə daşınmaz əmlakın alınması üçün notarius tərəfindən təsdiq edilən etibarnamə mütləq olmalıdır. Lakin, iddiaçı belə bir etibarnamə təqdim etməmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçının əri Eyyub Musayev sağlığında cavabdehə baş etibarnamə vermişdir ki, cavabdeh daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman Eyyub Musayevi təmsil etsin.

24. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, cavabdeh 2018-ci ildə ünvan 3 ünvanda yerləşən evi və Şəmkir şəhərində yerləşən 0,06 ha torpaq sahəsinin alınmasında Eyyub Musayevi təmsil etmiş, onun adından müqavilə bağlamışdır. Bundan sonra, Eyyub Musayev dəfələrlə Şəmkir rayonuna gəlmiş həmin əmlakları görmüş, iddiaçının əri Eyyub Musayev həmin əmlakları görüb bəyənmiş, heç bir narazılığı olmamış və əmlaklar alınan vaxtdan onun sahibliyində və istifadəsində olmuşdur.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı özü də etiraf etmişdir ki, alınan əmlaklar onun faktiki istifadəsindədir. Lakin əmlaklar cavabdehin adına qeydə alınmışdır. Əslində bu hallar həqiqəti əks etdirmir. Çünki, hazırda iddiaçının sahibliyində olan həmin mülklər, cavabdehin nümayəndə kimi iştirak etdiyi alqı-satqı müqavilələri əsasında iddiaçının məhrum əri Eyyub Musayevin adına rəsmiləşdirilmiş və sonuncunun adına həmin əmlaklara dair Çıxarışlar verilmişdir. X5 sağlığında tərəflər arasında heç bir narazılıq olmamışdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün heç bir araşdırma aparmadan qətnamə çıxarmışdır.

27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında iddiaçı tərəfindən əlavə edilən pul göndərişi qəbzlərindən görünür ki, iddiaçı cavabdehə əri Eyyub Musayev öləndən sonra 2021-ci ilin noyabr, dekabr ayında 6 dəfəyə, hər dəfə 100.000 Rus rublu olmaqla, cəmi 600.000 Rus rublu köçürmüşdür. Bu da təxminən 12.000- 13.000 manat təşkil edir. Həmin köçürülən pullar iddiaçının əri, cavabdehin əmisinin yas mərasimi verilməsi, dəfn xərcləri və baş daşı düzəldilməsi üçün nəzərdə tutulmuşdur. Bundan əvvəlki dövrlərdə isə göndərilən pulların bəzisi iddiaçının adından göndərilsə də onun əri Eyyub Musayevin tapşırığı ilə göndərmişdir. Əvvəlki göndərilən pulların təyinatı daşınmaz əmlaklar və sair xərclərlə bağlı (hər dəfə fərqli) olmuşdur.

28. Məhkəmə kollegiyası, belə nəticəyə gəlmişdir ki, iş üzrə cavabdeh apellyasiya şikayətində şikayətinin dəlillərini əsaslandıra bilmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilmişdir.

29. Məhkəmə kollegiyası hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 329.2, 329.3,329.4, 385.1, 386.1, 387.2, 567, 406.1, 448.2, 441.1, 441.4, 442, 662.1, 662.2, 662.3, 663.1, 664-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

30. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o iddia tələbi ilə bağlı məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinin digər dəlilinə görə, cavabdeh iddianı qəbul etmişdir. Həmçinin, cavabdeh iddia tələbinin rədd olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi onun vermiş olduğu apellyasiya şikayətini təmin etmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2023cü il tarixli 2(102)-4058/2023 saylı qərarı ilə (hakimlər: Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) kassasiya şikayətinin təmin edilmiş, qətnamə ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

33. Kassasiya instansiyası məhkəməsinin şərh edilən göstərişləri ondan ibarət olmuşdur ki, iddiaçının verdiyi 600.000 Rus rublu X5 yas mərasimlərinə, onun dəfn edilməsinə və baş daşının düzəldilməsinə xərcləməsinə dair işin hallarını sübut etmək vəzifəsi bilavasitə cavabdehin üzərinə düşür. Cavabdeh isə bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

34. Əksinə, iddiaçı kassasiya şikayətində, mərhum əri Eyyub Musayev vəfat edərkən ölkədə olduğunu, onun dəfn xərclərini özünün qarşıladığını, qəbir üstü abidəni öz vəsaiti hesabına qoyduğunu və bu işlərin görülməsi üçün cavabdehə heç bir tapşırıq vermədiyini bildirmişdir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, X5 ölümündən sonra bilavasitə iddiaçı tərəfindən Bank vasitəsilə cavabdehin adına köçürülmüş pul vəsaitinin məbləğini, təyinatını dəqiqləşdirmədən, həmin pul vəsaitinin cavabdeh tərəfindən X5 yas mərasimlərinə, onun dəfn edilməsinə və baş daşının düzəldilməsinə xərclənib-xərclənmədiyini araşdırmadan, ümumiyyətlə bu barədə çəkilmiş xərclərin məbləğini müəyyən etmədən, habelə cavabdehin birinci instansiya məhkəməsində iddia ilə bağlı verdiyi etirafedici izahatı nəzərə almadan, yalnız onun apellyasiya şikayətinin dəlillərinə və apellyasiya icraatı mərhələsində verdiyi izahata əsaslanaraq, iddia olunan pul vəsaitinin məhz iddiaçının tapşırığı ilə cavabdeh tərəfindən X5 yas mərasimlərinə, onun dəfn edilməsinə və qəbir üstü abidəsinin düzəldilməsinə xərclənməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir.

36. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hesab etmişdir ki, işin obyektiv həl li üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər.

37. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 777.1, 777.2, 782.1-ci maddələrinin tələblərinin pozulmasına istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-499/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Şamil Rzaquliyev-sədrlik edən və məruzəçi, Loğman Süleymanov və İslam Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehdən 294.000 Rus rublu qətnamə icra olunan vaxt Azərbaycan manatına olan məzənnəsi ilə, hüquqi yardıma görə 500 manat, dövlət rüsumu əvəzi olaraq 76 manat tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

39. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə onu qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə istinadən qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəmə kollegiyasının iclasında təqdim olunmuş qaimə-faktura və 4 nömrəli satış qəbzindən görünür ki, qəbirüstü abidənin düzəldilməsi üçün Cavabdeh tərəfindən Sakit Məmmədova 6.000 manat pul ödənilmişdir. Cavabdeh iddiaçı tərəfindən göndərilmiş 600.000 Rus rublunun qalan hissəsini, yəni 294.000 Rus rublu hissəsini əmisinin yas mərasimi ilə bağlı xərclədiyini bildirsə də, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.

40. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, idd iaçının mərhum əri Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, müəyyən obyektləri olmuş, Şəmkir rayonunda da sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün daşınmaz əmlaklar – ev və torpaq sahəsi almaq qərarına gəlmiş, özü Rusiyada yaşadığına görə bu işi qardaşı oğlu olan cavabdehə həvalə etmiş, ona görə də həm özü öz adından, həm də onun tapşırığı ilə arvadı İddiaçı adından cavabdehin adına 2015-ci ildən başlayaraq dəfələrlə, müxtəlif məbləğlərdə pullar göndərilmişdir. İşdə olan pul göndərişini təsdiq edən sənədlərə görə İddiaçı adından Cavabdeh adına 1.528.897 Rus rublu pul göndərildiyi aydın şəkildə görünsə də, xx.xx.2021-ci il tarixdə cəmi 408.000 Rus rublunun göndərilməsinə dair qəbzlərdən həmin pulların kim tərəfindən və kimə göndərildiyi bilinmədiyinə, iddiaçı isə həmin halla bağlı məhkəməyə digər mötəbər sübut təqdim etmədiyinə görə ərinin ölümünə qədər göndərilən məbləği 1.528.897 Rus rublu və 2000 AZN kimi, ölümündən sonra göndərilmiş məbləği isə 600.000 Rus rublu kimi qəbul edir. Cavabdeh əmisinin sağlığında göndərilmiş pulların hesabına üç yerdə torpaq sahəsi almışdır ki, həmin torpaq sahələrinindən ikisinin üzərində sahibkarlıq obyekti və yaşayış evi, digəri isə boş torpaq sahəsi olmuşdur. Fərdi yaşayış evi olan torpaq sahəsində əlavə tikililər inşa edilmiş və ev yaşayış üçün hazır vəziyyətə gətirilmiş, sağlığında əmisi tərəfindən cavabdehə qarşı etirazın olduğu məhkəmə iclasında müəyyən olunmamışdır.

41. Əmisinin ölümündən sonra iddiaçı tərəfindən göndərilmiş 600.000 Rus rublu məbləğində pul vəsaitinə gəldikdə isə məhkəmə kollegiyası qeyd et mişdir ki, cavabdeh həmin puldan 6000 manatını əmisinin qəbirüstünün abadlaşdırılıması, baş daşının düzəldilməsi və s. üçün xərlədiyinə dair sübut kimi qəbul olunan sənədlər təqdim etmiş olsa da, məhkəməyə həmin pulun 6000 manatdan artıq hissəsinin hara xərclənməsinə dair mötəbər sübut təqdim edə bilməmişdir.

42. Kassasiya instansiya məhkəməsinin göstərişlərindən biri də məhz iddiaçının verdiyi 600.000 Rus rublunun X5 yas mərasimlərinə, onun dəfn edilməsinə və baş daşının düzəldilməsinə xərcləməsinə dair işin hallarınının araşdırılması olmuşdur.

43. İşə yenidən baxılan zaman bununla bağlı araşdırma aparılmış və cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli satış qəbzi ilə müəyyən olunmuşdur ki, Cavabdeh əmisinin qəbrinin üstünün düzəldilməsi üçün 6000 manat məbləğində pul xər cləmişdir.

44. Məhkəmə kollegiyasının qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçının verdiyi 600.000 Rus rublunun 6000 manat hissəsinin Cavabdeh mərhum əmisi X1 qəbrinin üstünün düzəldilməsinə sərf etdiyi müəyyən olunduğundan və bundan başqa sübut təqdim etmədiyindən, iddiaçının iddia etdiyi 600.000 Rus rublundan 6000 manat (306.000 Rus rublu) çıxılmalı yerdə qalan məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

45. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 777.1, 777.2, 778.1-782.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin edilmə si hissəsində ləğv edilib, işdə olan subutlarla kifayətlənərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmişdir.

48. Belə ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının iddia tələbi qəbir daşının düzəldilməsi ilə bağlı olmamışdır. İddia ərizəsində iddiaçı ona Şəmkir şəhərində həyətyanı torpaq sahəsi və ev almaq üçün cavabdehlə razılığa gəldiyini, bunun üçün Rusiya Federasiyasından Bank vasitəsilə onun hesabına 3.000.000 Rus rublu köçürdüyünü, satın alınmış əmlakların onun və ailə üzvlərinin faktiki istifadələrində olmasına baxmayaraq cavabdehin adında qeydiyyatda qaldığını, dəfələrlə xahiş etməsinə baxmayaraq cavabdehin həmin əmlakları onun adına keçirməkdən imt ina etdiyini göstərib, Rusiya Federasiyasından Bank vasitəsilə göndərdiyi 3.000.000 Rus rublunun cavabdehdən tutulub ona ödənilməsini iddia etmişdir.

49. Bundan başqa, əmisinin ölümündən sonra iddiaçı tərəfindən göndərilmiş 600.000 Rus rublu məbləğində pul vəsaiti iddiaçı tərəfindən qəbir daşı düzəldilməsi üçün yox, əmlak alınması üçün verilməsi məhkəmə iclasında deyilsə də, bu işdə olan sübutlarla tam təkzib olunmuşdur.

50. Belə ki, cavabdeh tərərfindən məhkəməyə təqdim edilən vatsapp yazışmalarından, iddiaçının həmin proqramla cavabdehə göndərdiyi səs mesajlarından tam aydın görünür ki, pullar cavabdehin dediyi məqsdlərlə ona göndərilmiş, o görülən işlərlə bağlı iddiaçiya məlumat vermiş, sonuncuda işdən razı qaldığını və cavabdehə təşəkkürünü bildirmişdir. Göründüyü kimi tərəflərin arası nda tapşırıq müqaviləsi olsa da, cavabdeh öz öhdəliklərini tamamilə yerinə yetirmişdir.

51. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

53. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

54. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

55. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

56. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat verməd ən icra etməyi öhdəsinə götürür.

57. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

58. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

59. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində qətnamə qismən mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən h issədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

70. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə cavabdehin tapşırıq müqaviləsi əsasında ona göndərilən vəsaitləri təyinatı üzrə xərcləməməsi, öhdəliyi lazımınca icra etməməsi öz təsdiqini tapmışdır, cavabdeh bunu təkzib edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara əsaslanmış, maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir.

71. Kassasiya şikayətinin əsas dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

73. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisəl əndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-499/2024 nömrəli, 3 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar