Məhkəmə qərarları › İş №2(102)-3662/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3662/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3662/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-1011/2020 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 ABŞ dolla rı pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(011)-4175/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Fərid Yaqubov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1011/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4175/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh 6000 (altı min) manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, cəmi 6030 (altı min otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. (hakimlər Fuad Talışınski(sədrlik edən və məruzəçi) Rafael Eyvazov, Zaur Əliyev) Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin axımının başlanmasını düzgün müəyyən etməmiş, qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. İddiaçı nümayəndəsi X2 məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də cavabdeh və vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ İddiaçının bildirməsinə görə mərhum atası X3 uzun illər dostluq etdiyi hazırki iş üzrə Cavabdeh 2015-ci ilin iyul ayında 18000 ABŞ dolları məbləğində borc pul vermişdir. Aralarında inam və etibar olduğundan, atası cavabdehə heç bir yazılı qəbz almadan pul vermişdir. xx xxxx 2016-cı il tarixdə atası Azatxan Yaqubov yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişmişdir. Atasının ölümündən sui-istifadə edən cavabdeh borc aldığı pulun qaytarılmasında problemlər yaratmağa başlamışdır. O, birinci qrup əlil olduğu üçün, cavabdehlə anası Ellada Ağasıyeva mütəmadi olaraq əlaqə saxlamışdır. 2016-cı ilin noyabr ayının 5-də cavabdeh anasına 1000 manat verərək, pulun qalan hissəsini də hissə-hissə qaytaracağını demişdir. Bir müddət keçdikdən sonra, başa düşüblər ki, cavabdeh onları aldadır. Onun birinci qrup əlil, anasının tək qadın olmasından və atasının ölümündən istifadə edən cavabdehin onlara olan borcunu qaytarmaq fikrinin olmadığına əmin olduqdan sonra, Nərimanov Rayon Polis İdarəsinə və Nərimanov Rayon Prokurorluğuna ərizə ilə müraciət etmişlər. Hər iki qurumdan onlara bildiriblər ki, qeyd olunan fakt mülki xarakter daşıdığından, onlar məhkəməyə müraciət etməlidirlər. Cavabdeh iddiya etiraz olaraq göstər mişdir ki, iddiaçının atası ilə uzun illərdir tanışdır. 6 il əvvəl iddiaçının atasından 4000 manat pulu faizlə qaytarmaq şərtilə götürüb, bu məbləğin müqabilində faizlə birgə 28000 manat pul qaytarıb. Bir müddətdən sonra yenə də iddiaçının atasından 2000 manat götürüb və 7 ay ərzində həmin pulun əvəzində qardaşının və işçisinin yanında 5000 manat pul qaytarıb. Təxminən 8 aydan sonra iddiaçının atası ölmüşdür HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkə məsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi cavabdehin birinci instansiya məhkəməsində iddiaya verdiyi etirazda iddiaçının mərhum atasından 6000 manat pulu almasını etiraf etməsini, həmin pulu qaytarmasını bildirsə də, cavabdehin bu barədə məhkəməyə sübut verməməsini müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385-388, 430, 433, 439, 739-745, 1091-1095, 1159, 1306, 1307 və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77, 80- 82-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi müəyyən etdiyi işin hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi borc verilmiş pulun qaytarılması barədədir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halı da ondan ibarətdir ki, iddiaçının mərhum atası ilə cavabdeh arasında borc münasibətləri olub. Bu halı cavabdeh də təsdiq edir. İşin mübahisəli halı cavabdehin iddiaçının mərhum atasından aldığı pulu qaytarıbqaytarmamasıdır. Cavabdeh etirazında iddiaçının atasından aldığı 6000 manatın müqabilində faizi ilə birgə 33000 manat qaytarmasını bildirsə də, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən halından görünür ki, cavabdeh etirazının əsasl kimi istinda etdiyi bu halı sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, etirazının əsasının sübuta yetirilməsi cavabdehin üzərinə düşdüyü və buna baxmayaraq, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehdən 6000 manat pulun tutulmasını qət etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməli dir. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin qeyd edilən maddələrini düzgün tətbiq etmişdir. Çünki qeyd edilən normaların dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiy ası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qətnamənin maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd edilən hissədə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə cavabdehin iddiaya etirazının əsasları ilə eyni və işin faktiki halları ilə əlaqəli ilə olduğundan, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiyindən və məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkə məsinin gəldiyi nəticə ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1011/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar