Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3663/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı1 oğlunun vəkili Məmmədov Fərhad Möhübbət oğlu, Cavabdeh, nümayəndəsi və vəkili Nuriyev İlham Qubad oğlunun iştirakı ilə, Cavabdeh, nümayəndəsi və vəkili Nuriyev İlham Qubad oğlunun Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2121/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜ ƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim E.M.Mehdiyev) 2(075)-2720/2017 nömrəli, 23 avqust 2017-ci il tаrixli qətnaməsi ilə İddiaçı1 oğlunun Cavabdeh qarşı alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında əldə edilmiş çıxarışın ləğv edilməsi, müqavilə üzrə satılmış əmlakın bütün avadanlıqları ilə birlikdə əvvəlki mülkiyyətçisinə qaytarılması barədə ilk iddiasının təmin edilməsi, İddiaçı1 oğlu ilə Cavabdeh arasında 10 iyul 2014-cü il tarixdə bağlanmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş RX seriyalı ******* saylı 15 iyul 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 10 iyul 2014-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləs i üzrə satılmış 1328,3 m2 torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının bütün avadanlıqları ilə birlikdə “xxxx” MKM-nə qaytarılması, Cavabdeh İddiaçı1 oğluna qarşı ilk iddiasının təmin edilməməsi, 105.000 ABŞ dolları maddi və 50.000 manat mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumu məbləğlərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər G.Q.Abbasov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və E.Ş.Hüseynov) 2(107)-320/2018 nömrəli, 10 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh, nümayəndəsi və vəkili Nuriyev İlham Qubad oğlunun apellyasiya şikayəti təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-2720/2017 nömrəli, 23 avqust 2017-ci il tаrixli qətnaməsi dəiyşdirilmə dən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.A.Əhmədov (sədrlik edən və məruzəçi) A.Ə.İsgəndərov və İ.K.Dəmirov) 2(102)-3572/2018 nömrəli iş üzrə 25 may 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-320/2018 nömrəli, 10 yanvar 2018-ci il tarixli qətnaməsi qismən - İddiaçı1 oğluna qarşı “alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında əldə edilmiş çıxarışın ləğv edilməsi, müqavilə üzrə satılmış əmlakın bütün avadanlıqları ilə birlikdə əvvəlki mülkiyyətçisi xxxx MKM-nə qaytarılması” qaytarılması barədə ilk iddia ərizəsinə aid hissədə ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev) 2(107)-2121/2018 nömrəli, 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Şəki Rayon Məhkəməsinin 23 avqust 2017-ci il tаrixli 2(075)-2720/2017 nömrəli qətnaməsi İddiaçı1 oğlunun Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, müqavilə üzrə satılmış əmlakın bütün avadanlıqları ilə birlikdə əvvəlki mülkiyyətçi “xxxx” MKM-nə qaytarılması” barədə ilk iddiasına dair hissədə dəyişdirilmədən sаxlаnılsması, Cavabdeh və onun nümayəndəsi, eyni zamanda vəkili Nuriyev İlham Qubad oğlu tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 oğlu və İddiaçı2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin, həmin müqavi lə əsasında əldə edilmiş çıxarışın ləğv edilməsi, müqavilə üzrə satılmış əmlakın bütün avadanlıqları ilə birlikdə əvvəlki mülkiyyətçisinə qaytarılması barədə ilk iddia ərizəsi ilə və daha sonra iddia tələbinin dəfələrlə dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış, daşınmaz əmlakın AN-İ N0259575 saylı 10 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına verilmiş seriya RX ******* nömrəli 15 iyul 2014-cü il tarixli çıxarışın ləğv edilməsi, müqavilə üzrə satılmış həmin əmlakın, yəni 1328,3 m2 torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının bütün avadanlıqları il ə birlikdə əvvəlki mülkiyyətçisinə, “xxxx” kiçik müəssisəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçılar İddiaçı1 oğluna və İddiaçı2 qarşı ilk iddianın təmin edilməməsi, hər birindən maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi və daha sonra iddia tələbinin həcmininin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 oğlunun və İddiaçı2 ona qarşı müqavilənin ləğv edilməsi və əmlakın geri qaytarılması barədə iddialarının təmin edilməməsi, iddiaçılar İddiaçı1 oğlunun və İddiaçı2 hər birindən 105.000 ABŞ dolları məbləğində maddi ziyanın və 50.000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qə bul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh, nümayəndəsi və vəkili Nuriyev İlham Qubad oğlu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2121/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh, nümayəndəsi və vəkili Nuriyev İlham Qubad oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştiarak edən oğlu İddiaçı1 oğlunun vəkili Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MKnın 2(107)-2121/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 04 may 2005-ci il tarixli 409 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Şəki rayonu Öryət kəndində “xxxx” MKM-in adına mal-qara binası və quş damı qeydə alınmışdır. 21 noyabr 1994-cü il tarixli “xxxx” X3 Nizamnaməsindən görünür ki, “xxxx” MKM-in təsisçiləri X5, X1 və İddiaçı1 oğludur. 10 iyul 2014-cü il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MKM-i n təsisçiləri həmin müəssisəyə məxsus Şəki rayonu Öryət kəndində yerləşən (ümumi sahəsi 1328.3 m2 olan, qeyri-yaşayış binasını) daşınmaz əmlakı 63800 manata Cavabdeh nisyə şəkildə satmışlar. Lakin həmin müqavilənin birinci səhifəsində satıcının “xxxx” MKM-in nümayəndəsi kimi İddiaçı1 oğlunun çıxış etdiyi qeyd edilmişdir. Həmin Müqavilənin 5-ci bəndində göstərilir ki, alıcı müqavilədə göstərilən məbləğin 31.900 manatını 10 gün ərzində ödəməyi, yerdə qalan 31.900 manatı isə carı ilin dekabr ayının sonunadək ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə əsasən, müqavilənin predmeti olan əmlaka sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 15 iyul 2014-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh adına Şəki rayonu Öryət kəndində onun mülkiyyəti kimi 1350,9 m2 qeyri-yaşayış binası qeydiyyata alınmışdır. “xxxx” ASC-in Yevlax filialı tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmiş 22 iyun 2017-ci il tarixli 73 nömrəli məktubda göstərilir ki, 26-28 avqust 2014-cü il tarixlərdə Cavabdeh Yevlax filialından kreditin götürülməsi məqsədi ilə filialın binasına daxil olma, krediti götürmə və filialın binasınını tərk etmə anlarını özündə əks etdirən videogörüntülər göstərilən tarixlərdən uzun müddət keçdiyindən və texniki səbəblərdən təhlükəsizlik sisteminin yaddaşından silinmişdir. Azərbaycan Respublikası Müki M əcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələblər i üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərə r vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razı laşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.3-cü maddəsinə əsasən mü qavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddət də həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Aşağı instansiya məhkəmələrinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 10 iyul 2014-cü il tarixli AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən “xxxx” MKM-nın təsisçiləri, o cümlədən iddiaçı Qaffarov X7 rayonu Öryət kəndində yerləşən (ümumi sahəsi 1328.3 m2 olan, qeyri-yaşayış binasını) daşınmaz əmlakı 63800 manata nisyə şəkildə Cavabdeh satmışlar. Müqaviləyə əsasən alıcı müqavilədə göstərilən məbləğin 31900 manatını 10 gün ərzində, yerdə qalan 31900 manatı isə carı ilin dekabr ayının sonunadək ödəməyi öz öhdəsinə götürmüşdür. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, daşınmaz əmlak nisyə şəkildə satılmışdır. İş üzrə Cavabdeh nisyə şəkildə aldığı əmlakın dəyərinin yarısını 10 gün ərzində, yerdə qalan hissəsini isə carı ilin dekabr ayının sonunadək ödəməyi öz öhdəsinə götürmüşdür. Aldığı əmlakın dəyərinin ödənilməsini sübutetmə vəzifəsi Cavabdeh üzərinə düşdüyü halda o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında 31900 manat pulu gecə saatlarında Cabbara verdiyini, həmin vaxt yanlarında heç kəsin olmadığını, digər 31900 manat pulun isə Mehman tərəfindən Cabbara ödənildiyini bildirmişdir. Cavabdeh tərəfindən aldığı əmlakın dəyərindən iddiaçıya hər hansı bir vəsaitin ödənilməsinə dair heç b ir sübutun təqdim edilməməsi ilə bərabər iddiaçı tərəfindən də satdığı əmlakla bağlı cavabdeh tərəfindən ona heç bir pul vəsaitinin ödənilmədiyi göstərilmişdir. Qeyd edilənlər isə onu deməyə əsas verir ki, Cavabdeh tərəfindən nisyə şəkildə aldığı əmlakın dəyəri iddiaçı İddiaçı1 oğluna ödənilməmişdir. Beləcə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatdığı gəlirdən məhrum olmuşdur. Qanunvericiliyin normasından da müəyyən edildiyi kimi tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Cavabdeh nisyə aldığı əmlakın qiymətini ödəməyərək müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia çı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa Cavabdeh nümayəndəsi (vəkili) Nuriyev İlham Qubad oğlu ilk iddia tələbinin müddət tətbiq etməklə rədd edilməsini tələb etsə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddia tələbinə münasibətdə iddia müddətinin tətbiqi üçün heç bir əsas yoxdur. İşdən görünür ki, alqı-satqı müqaviləsi 2014-cü ildə bağlanmışdır. Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il olduğundan hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Apellyasiya intsnasiyası məhkəməsi iddiaçının məhkəməyəqədər pretenziya qaydasına riayət edibetməməsi məsələsi ilə bağlı araşdırma apararaq müəyyən etmişdir ki, Şəki Rayon Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli, 2(075)-6495/2016 nömrəli qərardadı ilə İddiaçı1 oğlunun Cavabdeh adı ilə bağlanmış olan 10 iyul 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin, həmçinin, 10 iyul 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin və 10 iyul 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin və bu müqavilələr əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərin daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı, 15 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın, o cümlədən daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı, 17 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın, həmçinin daşınmaz əmlakın Dövlət Rey estri Xidmətinin Hüquqların dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı, 17 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, o cümlədən satış vaxtı ferma ilə satılmış 243 baş qoyunun ona qaytarılması, o cümlədən əlindən çıxmış fayda üzrə 2 (iki) il ərzində qoyunlardan əldə edəcəyi 200 baş qoyunun ona verilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, Cavabdeh İddiaçı1 oğlunun ona qarşı müqavilənin ləğv edilməsi və əmlakının geri qaytarılması barədə iddiasının təmin edilməməsi, İddiaçı1 oğlundan 105000 ABŞ dolları məbləğində maddi ziyanın və 50000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması və həmin tələblə bağlı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması tərəfl ərə izah edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 06 fevral 2017-ci il tarixli, 2(107)-501/2017 nömrəli qərardadı ilə, İddiaçı1 oğlu və onun nümayəndəsi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş şikayət təmin edilmiş, İddiaçı1 oğlunun Cavabdeh adı ilə bağlanmış olan 10 iyul 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin, həmçinin, 10 iyul 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin və 10 iyul 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin və bu müqavilələr əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərin daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı, 15 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın, o cümlədən daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı, 17 iyul 2014cü il qeydiyyat tarixli çıxarışın, həmçinin daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət Qeydiyyati Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ******* saylı, 17 iyul 2014-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, o cümlədən satış vaxtı ferma ilə satılmış 243 baş qoyunun ona qaytarılması, o cümlədən əlindən çıxmış fayda üzrə 2 (iki) il ərzində qoyunlardan əldə edəcəyi 200 baş qoyunun ona verilməsi tələbinə dair iddia ərizəsinin və Cavabdeh İddiaçı1 oğlunun ona qarşı müqavilənin ləğv edilməsi və əmlakının geri qaytarılması barədə iddiasının təmin edilməməsi, İddiaçı1 oğlundan 105000 ABŞ dolları məblə ğində maddi ziyanın və 50000 manat məbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 09 dekabr 2016cı il tarixli, 2(075)-6495/2016 nömrəli qərаrdаdı və həmin qərаrdаdın ləğv edilməsi barədə olan şikayətin təmin edilməməsi ilə bağlı həmin məhkəmənin 26 dekabr 2016-cı il tarixli, 2(075)-6495/2016 nömrəli qərardadının “şikayətin təmin olunmaması” hissəsinin ləğv edilməsi və mülki işin sonrakı hərəkətlər edilməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinin tələbinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tər əflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Hazırki iş üzrə müqavilənin 17-19-cu bəndlərində göstərilmişdir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir. Bu müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olacaqlar. Tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. Apellyasiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hazırki mübahisə ilə bağlı 10.07.2014-cü ildə bağlanmış müqaviləyə görə alıcı əmlakın məbləğini 2014-cü ilin deka br ayının sonuna qədər tam ödəməli idi. Müqavilənin yuxarıda göstərilən bəndlərinin tələbindən də aydın olur ki, tərəflərin yaranan mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan nail olmalarının əsas şərti müqavilənin qüvvədə olma müddətidir ki, hazırki müqavilənin də, 31.12.2014-cü ildə müddəti bitmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkə məyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunan maddənin mətnindən aydın olur ki, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın iddia ərizəsində göstərilməsi yalnız o halda məcburidir ki, bu müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş olsun. Əgər pretenziya qaydasına riayət edilməsinin məcburiliyi müqavilədə və qanunda nəzərdə tutulmamışdırsa, bu zaman həmin qaydaya riayət edilməsi barədə məlumatın iddia ərizəsində göstərilibgöstərilməməsi, iddia ərizəsinə bu barədə sənəd əlavə edilib-edilməməsi iddiaçının öz mülahizəsindən asılıdır. İşdə olan müqavilədən görünür ki, mübahisən in məhkəməyə qədər (pretenziya qaydada) nizama salınmasına dair müddəa müqavilənin qüvvədə olma müddəti ilə məhdudlaşdırılmışdır. Həmçinin hazırda qüvvədə olan qanunvericilikdə bu kateqoriyadan olan mübahisələrə dair pretenziya qaydasına əməl olunmasına dair məcburi göstərişlər nəzərdə tutulmamışdır. Cavadeh Cavabdeh İddiaçı1 oğlunun barəsində mənisəmə ilə bağlı cinayət işi olduğuna görə sonuncunun alə üzvləri ilə birlikdə özlərinə məxsus əmlaklarını satmaqla mənimsənilmiş pul vəsaitini ödəmək istəmələrinə görə hal-hazırda mübahisə olunan əmlakı ona satdıqlarını bildirməsi, 10 iyul 2014-cü il tarixli alqı-satqı müqaviləsində əmlakın alış-satış qiyməti 63.800 manat göstərilsə də faktiki olaraq Cabbara 105.000 dollar pul ödəməsi, müqavilədə nəzərdə tutulan ödəniş məbləğinin ilkin hissəsini, yəni 31.900 manatını Cabbara özünün, qalan 31.900 manatını isə Mehmanın ona əvvəldən pul borcu olduğundan onun adından Cabbara Mehman ödəməsi ilə bağlı göstərdiklərinə gəlincə isə qeyd olunanlar işin faktiki halları ilə ziddiyyət təşkil edir. Çünki, İddiaçı1 oğlunun barəsində hal-hazırda qüvvədə olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2014-cü il tarixli hökmündə dəymiş ziyanın onun tərəfindən tam olaraq ödənildiyi göstərilmişdir. İddiaçı mübahisə olunan əmlakı ailə üzvləri ilə birlikdə onun barəsində hökm çıxmamışdan 12 gün əvvəl, yəni 10 iyul 2014-cü ildə satdığı və cavabdehin mübahisə olunan əmlakı ipoteka qoyaraq 27 avqust 2014-cü ildə bankdan kredit götürməsi ona dəlalət edir ki, iddiaçı cavabdeh tərəfindən bankdan pul götürülənə qədər bütün ziyanları ödəmişdir. Cavabdehin tərəf ində İddiaçı2 iddiaçıya pul verməsi işin heç bir halı ilə təsdiq edilmir və onun belə bir pul ödəmə öhdəliyinin olması müəyyən edilməmişdir. Ən azı cavabdeh qeyd etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı isə müqavilə üzrə öhdəliyini icra etdiyi təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Yuxarıda göstərilən qanun normalarının tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, aşağı instansiya məhkəmələri isə ilk iddianı təmin etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmaların ı, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2121/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh, nümayəndəsi və vəkili Nuriyev İlham Qubad oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2121/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3663/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3663/2019
31.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver