Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3667/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (Gəncə şəhər Nizami Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1239/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Gəncə şəhəri 5 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-478 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı X4 ilə alıcı İddiaçı arasında ünvan 1 ünvanında yerləşən 0,124 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 139,8 kv/m olan fərdi yaşayış evinə dair alqı satqı müqaviləsi bağlanmış, həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi İddiaçı 145000 manata satılmışdır; 3. 28.05.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********09-10301 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsində yerləşən 137 nömrəli fərdi yaşayış evi və onun yerləşdiyi 0,124 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır;
4. Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsində 0,1132 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 7 otaqlı, 168,9 kv.m yaşayış, 29,7 kv.m köməkçi sahədən ibarət 139141, 141A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 2 və 137 saylı ünvanların ümumi gediş-gəliş üçün nəzərdə tutulmuş dalanın cavabdeh tərəfindən bağlanmış hissəsinin açılması və dalanda olan bütü n maneələrin cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İşə birinci instansiya məhəməsində baxılarkən Gəncə şəhər Nizami Bələdiyyəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Zərrabi küçəsi ev 137 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. İş üzrə cavabdeh ümumi istifadədə olan dalanı zəbt edib öz mülkündə olan əraziyə qatmışdır. Onun aldığı Gəncə şəhəri, Zərrabi küçəsi 137 saylı mülkün arxiv sənədlərindən məlum olur ki, cavabdeh ümumi istifadədə olan dalanı zəbt edib öz ərazisinə qatmışdır. Ona görə də cavabdeh tərəfindən zəbt edilmiş ünvan 3 ünvanlarda yerləşən evin yerləşdiyi torpaq sahəsinə qatılmış ümumi istifadə üçün nəzərdə tutulmuş dalan zəbtdən azad edilməli və onun ətrafına cavabdeh tərəfindən quraşdırılmış maneələr aradan qaldırılmalıdır.
8. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək göstərmişdir ki, 4 evin ünvanı 1 ünvanda birləşdirilmişdir. Əgər aranı məhz onlar, yəni cavabdeh bağlamışdırsa mötəbər sübut təqdim edilməli idi. Həmin evi cavabdeh 2016-cı ildə elə hazırkı formada almışdır. İddiaçının evinin Təbriz küçəsinə girişçıxışı olmuşdur. Vaxtı ilə 2 qardaşın olmuş, şəxsi istifadə məqsədilə, uzaq yerdən keçməmək üçün dalan açılmışdır.
9. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhər Nizami Bələdiyyəsinin nümayəndəsi X5 göstərmişdir ki, mübahisəli dalana aid torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, xərit ədə dalan kimi göstərilməmişdir. 10. xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsi tərəflərin iştirakı ilə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evlərinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 137 nömrəli fərdi yaşayış evinin və cavabdehə məxsus 139, 141, 141A nömrəli fərdi yaşayış evinin arasında hasar çəkilmədən həmin evlərin arasında olan torpaq sahəsi neytral olaraq qalmışdır. İddiaçıya məxsus 137 nömrəli fərdi yaşayış evinin və cavabdehə məxsus 139, 141, 141A nömrəli fərdi yaşayış evinin küçəyə doğru (Zərrabi küçəsinə asfalt yola tərəf) hissəsi əvvəllər hasarlanmaqla, hər iki evin ayrıayrılıqda giriş-çıxış qapısı olmuşdur. Gəncə şəhərində aparılan abadlıq işləri zamanı həmin evlərin hasarının qarşısından yenidən hasar çəkilmiş və hasar çəkil ərkən cavabdehə məxsus 139, 141, 141 A nömrəli evin giriş çıxışı üçün darvaza qoyulmuş, iddiaçıya məxsus 137 nömrəli evə əvvəlki mülkiyyətçi tərəfindən kiçik ölçüdə giriş çıxış qapısı qoyulmuşdur.
11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-695/2024 nömrəli qətnaməsi ilə (C.T.Tağıyev) iddianın təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mülkiyyətində olan əmlakı əvvəlki mülkiyyətçidən alarkən həmin mülkün mövcud vəziyyətdə olmasını qəbul edərək öz sərbəst iradə ifadəsinə uyğun olaraq almışdır. Bununla yanaşı iddiaçı hələ mülkiyyətində olan evi əldə etməmişdən əvvəl fərdi yaşayış evinin küçəyə doğru (Zərrabi küçəsinə asfalt yola tərəf) hissəsi əvvəllər hasarlanmaqla, hər iki evin ayrı-ayrılıqda girişçıxış qapısı olmuş, Gəncə şəhərində aparılan abadlıq işləri zamanı həmin evlərin hasarının qarşısından yeni hasar çəkilərkən əvvəlki mülkiyyətçi giriş-çıxış qapısını əvvəlki vəziyyətdə saxlamışdır. İşin hazırkı hallarından görünmüşdür ki, Gəncə şəhəri, (Nizami rayonu) Zərrabi küçəsində yerləşən 137 nömrəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində olsa da, onun əmlakından istifadə etməsinə cavabdeh tərəfindən hər hansı bir müdaxilə və maneçilik törədilməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 180.1, 180.2, 180.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinad e dərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, əmlakı alan zaman ümumi istifadə yolunda iri giriş çıxış qapısı olmuşdur. Bu gün həmin qapı mövcuddur. O, əmlakı alan zaman əmlakı ona satan adam əmlakın ümumi istifadə qapısının, bələdiyyə nümayəndəsi Xıdırov Çingizin dediyi kimi bələdiyyə mülkiyyətində olan qapı olduğunu bildirmişdir. Bu qapının yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuşdur. Qapının yerləşdiyi torpağın cavabdehə heç bir aidiyyəti olmadığı halda o, bələdiyyə mülkiyyətində yerləşən torpaqda olan qapıdan istifadə etməyinə imkan verməmişdir. Birinci instansiya məhkəməsi özü də mülkə baxış keçirən zaman onun aldığı evin yeganə yolu cavabdehin kəsdiyi yol olduğunu göstərsə də, buna düzgün hüquqi qiymət vermədən iddianı rədd etmişdir. İşə baxan məhkəmə 3 saylı ərazi idarəsinin mütəxəssisi X2 izahatında mübahisələndirilən ərazidə dalanın mövcud olmasının reyestrdə şərti olaraq göstərilsə də, ölçüləri qeyd olunmamış, eni və uzunluğunun göstərilmədiyini qeyd etmişdir. Halbuki, mübahisəli giriş-çıxış qapısının yerləşdiyi torpaq bələdiyyə mülkiyyətində olduğu üçün burada yolun eni və uzunluğu bələdiyyə yolları ilə bağlı qaydalara uyğun olaraq müəyyən edilmişdir. Yəni burada mütəxəssisin yolun eni və uzunluğunun göstərilməməsini sübut kimi qəbul edib iddianı rədd etməsi bir daha onu sübut edir ki, məhkəmə dü zgün nəticəyə gəlməmişdir. İşdə onun həyətinə yolun olmaması məhkəmə tərəfindən mülkə baxış keçirilərkən müəyyən edilsə də, məhkəmə buna düzgün qiymət vermədən iddianı rədd etmişdir. O, əmlakı alarkən əmlakın texniki pasportuna baxarkən orada ümumi dalanın göstərildiyini görüb, əmlakı almışdır. Ancaq mülkü alandan sonra işləkdə olan dalandan istifadə etmək istəyərkən cavabdeh onu dalana qoymayaraq dalandan istifadə etməyinə imkan verməmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1239/2024 nömrəli 27 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.S.Süleymanov - sədrlik edən və məruzəçi, İ.T.Həsənov, Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, dalanda olan bütün maneələrin cavabdehin vəsaiti hesabına aradan qaldırılmasının (sökülməsinə) təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 2 və 137 saylı ünvanların ümumi gediş-gəliş üçün nəzərdə tutulmuş dalanda olan bütün maneələrin aradan qaldırılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan mübahisəli ərazi üzrə texniki pasportlar, plan eskiz layihə və xx.xx.2024-cü il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus 137 nömrəli fərdi yaşayış evinin və cavabdehə məxsus 139, 141, 141A nömrəli fərdi yaşayış evinin arasında hasar çəkilmədən həmin evlərin arasında olan torpaq sahəsi neytral olaraq dalan qeydi ilə ümumi ist ifadədə açıq şəkildə mövcud olmuşdur( iş vərəqə 5-8, 17,29). Gəncə şəhərində aparılan abadlıq işləri zamanı həmin dalanın qarşısından yeni darvaza qoyulmuş və həmçinin iddiaçıya məxsus 137 nömrəli evə əvvəlki mülkiyyətçi tərəfindən kiçik ölçüdə giriş çıxış qapısı qoyulmuşdur.
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili də, öz izahatında göstərmişdir ki, dalan qapısını icra hakimiyyəti qoymuş, açar isə onlarda olmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan mübahisəli ərazi üzrə texniki pasportlar, plan eskiz layihə və xx.xx.2024-cü il tarixli baxış protokolu ilə iddiaçıya məxsus 137 nömrəli fərdi yaşayış evinin və cavabdehə məxsus 139, 141, 141A nömrəli fərdi yaşayış evinin arasında bələdiyyə mülkiyyəti olan torpaq sahəsi ndə neytral olaraq ümumi istifadə üçün dalan müəyyən edildiyi üçün, həmin dalana olan cavabdeh tərəfindən bütün maneələr aradan qaldırılmalı və iddiaçı tərəfin həmin dalanla avtomobil gediş-gəlişi üçün şərait yaradılmalıdır.
20. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, həmin dalana qoyulmuş darvaza İcra Hakimiyyəti tərəfindən şəhərdə aparılan abadlıq işləri ilə əlaqədar qoyulduğundan və həmin darvazanın sökülməsi şəhərin ümumi görünüşünə xələl gətirdiyi və həmçinin həmin dalana olan maneələr aradan qaldırıldığı üçün, həmin darvazanın sökülməsinə zərurət və əsaslar olmamış və həmin hissədə iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və qanuni olmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.5, 15 2.6, 157.4, 170.1, 170.2-ci, MPM-in 385.1.1 və 385.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti Mülki Məcəllənin 152.5., 152.6, 157.4, 170.1, 170.2-ci, MPM-in 217, 385 və 390-cı onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq tərəfindən iddiaçının mülkiyyətinə münasibətdə heç bir müdaxilə mövcud olmamış və ya məhdudiyyət yaradılmamışdır. Əksinə iddiaçı hüquqdan sui-istifadə edən tərəf olaraq əsassız tələblə məhkəməyə müraciət etməsi baxımından münasibətlərə göstərilən maddələrin tətbiqi daha əsa slı olardı. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə sübutlara obyektiv və qərəzsiz olaraq hüquqi qiymət verməsi təmin edilməmiş, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Cavabdeh tərəfindən iddiaçıya qarşı heç bir məhdudlaşdırıcı hərəkətlərə yol verilməmiş, iddiaçının hüquqlarını məhdudlaşdıracaq hansısa hərəkətə yol verilməsilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Ümumiyyətlə mübahisələndirilən dalanın iddiaçının mülkünə hər hansı bir aidiyyətinin olmasına, məhz iddiaçıya aid mülkə giriş-çıxış üçün nəzərdə tutulmasına dair işdə heç bir sübutlar olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçının vəkili kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədə n saxlanılmasını xahiş etmişdir.
25. Etirazın dəlilləri iddia ərizəsinin məzmunu və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 3
1. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya in stansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi mübahisəli əraziyə dair iş materiallarında olan sənədlər əsasında bu qənaətə gəlmişdir ki, iddiaçıya məxsus 137 nömrəli fərdi yaşayış evinin və cavabdehə məxsus 139, 141, 141A nömrəli fərdi yaşayış evinin arasında bələdiyyə mülkiyyəti olan torpaq sahəsində neytral olaraq ümumi istifadə üçün dalan müəyyən edildiyi üçün cavabdeh tərəfindən həmin dalanda olan bütün maneələr aradan qaldırılmalıdır. Başqa sözlə, məhkəmə bu nəticəyə gəlmişdir ki, ümumi gediş-gəliş üçün nəzərdə tutulmuş dalanda olan məhdudiyyətlər iddiaçının öz mülkiyyətindən sərbəst istifadəsinə maneçilik yaradır.
39. Belə olan halda iddia Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən qismən haqlı sayılmışdır. Həmin normaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarını n araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1239/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.