Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3668/2020 30.06.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9040/2019 nömrəli iş üzrə 10 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9040/2019 nömrəli iş üzrə 10 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması ümumiyyətlə gö stərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır (408.1.5). Bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.2). Bununla yanaşı, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9040/2019 nömrəli iş üzrə 10 iyul 2019-cu il tarixli qətnaməsindən daha əvvəl İddiaçı kassasiya şikayəti vermiş, həmin şikayət əsasında işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 05.12.2019-cu il tarixli qərarı ilə şikayət təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarından görünür ki, şikayət yalnız iddiaçı tərəfindən verilsə də, qətnamə tam yoxlanılmış və dəyişdirilmədən saxlanılmışdır. Bu baxımdan hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin yenidən yoxlanılması mümkün deyildir. Ona görə də cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 408.1.5 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9040/2019 nömr əli iş üzrə 10 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3668/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-3668/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver